Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1789/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkiliştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2-1(103)-480/2019 saylı iş üzrə 12 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30 may 2018-ci il tarixli, İQ-62/1 saylı qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı Həsən Rezaiyəqaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar aşağıdakı qaydada əsaslandırılmışdır: “Qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, İran İslam Respublikasının Gərm Sare məntəqəsində doğulduğunu, burada “Allamə Əmini” adına mədrəsədə 5 illik ibtidai təhsil aldığını, 6-9-cu sinifləri "Dokto r Əli Şəriəti" adına mədrəsədə, 10-12-ci sinifləri isə "Ayətullah Xamenei” adına mədrəsədə oxuduğunu qeyd etmişdir. Ərizəçi İranda mühacirlərə təhsil almaq çətin olduğundan təhsilini davam etdirə bilmədiyini, 20 yaşlarından əmək fəaliyyətinə başladığını, əvvəl Gərm Sare məntəqəsində fəhlə kimi, bir müddət sonra bənna, sonradan isə qaynaqçı kimi fəaliyyət göstərdiyini bildirmişdir. O, 2015-ci ilin sonları, 2016-cı ilin əvvəllərində Tehranda polislər tərəfindən 1 illik etibarlılığı olan yaşama icazəsi vəsiqəsinin yoxlanıldığını, orijinal olmadığı əsas gətirilərək (iddiaçı vəsiqəsinin orijinal olduğunu qeyd edir) polislər tərəfindən vəsiqəsinin məhv edildiyini, yeni vəsiqə əldə edə bilmədiyini, bu səbəbdən də polislər tərəfindən növbəti reyd aparılan zaman tutularaq ölkədən deportasiya edilmə k adı ilə Yəzd şəhərində yerləşən Sepahın düşərgəsinə aparıldığını, Suriyada gedən hərbi əməliyyatlarda iştirak etmək şərti ilə vəsiqəsinin müddətinin artırılacağını ona vəd etdiklərini qeyd etmişdir. Ərizəçi İranda qanuni yaşamaq üçün vəsiqənin alınması məqsədilə bu təkliflə razılaşmağa məcbur olduğunu, düşərgədə 1 ay hərbi hazırlıq keçdiyini, PK və Kalaşnikov markalı silahlardan istifadə qaydalarını öyrəndikdən sonra 1395-cı ilin fərvərdin ayında (2016-ci il 21.03-20.04) Hələb şəhərində 3 ay müddətdə hərbi əməliyyatlarda iştirak etdiyini qeyd etmişdir. O, 3 ay sonra İrana qayıtdığını, İrana qayıtdıqdan sonra ona 1 illik yaşama icazəsi vəsiqəsinin verildiyini, icazənin müddətinin bitməsinə az qalmış mütəmadi olaraq İranın müvafiq dövlət orqanının əməkdaşları tərəfindən onun mobil və ev te lefonlarına zəng edilərək yenidən Suriyada hərbi əməliyyatlara qoşulmağı təklif etdiklərini və bunun müqabilində onun yenidən yaşama icazəsinin müddətinin artıracağını bildirdiklərini qeyd etmişdir. Ərizəçi bu dəfə onlarla razılaşmadığını və bu səbəbdən də polis tərəfindən tutularaq ölkə ərazisində Əfqanıstanda qaldıqdan sonra pasport alaraq Pakistana getdiyini, oradan da viza alaraq Azərbaycana gəldiyini bildirmişdir. İnandırıcılığın qiymətləndirilməsi zamanı ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, ərizə-anketinin qeydiyyatı zamanı İranın bir şəhərindən digər şəhərinə gedərkən yolda İran polisi tərəfindən tutularaq ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etdiklərini, sənədlərinin olmadığını bildirdikdə isə onu “Zahidan” i stiqamətindən Əfqanıstana deportasiya etdiklərini bildirsə də, müsahibə zamanı yeni pasport almaq məqsədilə Əfqanıstana göndərilməsi üçün könüllü qaydada başqa adamın adı ilə Tehran yaxınlığındakı Vəramin məntəqəsində yerləşən “qaçqın düşərgəsi"ndə polislərə müraciət etdiyini, oradan da Əfqanıstana göndərildiyini qeyd etmişdir. Həmçinin, ərizəçi Suriyada hərbi əməliyyatlarda iştirak etmiş şiə məzhəbinə mənsub şəxslərin sonradan Əfqanıstanda tutularaq (İranın müvafiq dövlət orqanlarının Suriyada döyüşən şəxslər barədə Əfqanıstana göndərdiyi məlumatlar əsasında) 18 ildən yuxarı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələri ilə bağlı məlumatının olduğunu deməsinə baxmayaraq, mənşə ölkəsi haqqında məlumatlarda onun söylədikləri öz əksini tapmamışdır. Həmçinin, qeyri-qanuni olaraq Suriyada hərbi əməliyyatlara cəlb edilmiş muzdlu əfqan döyüşçüləri barədə Əfqanıstanın müvafiq dövlət orqanlarına İranın dövlət orqanları tərəfindən hər hansı məlumatın verilməsi məntiqi hesab edilmir. Mənşə ölkəsi barədə məlumatlarda İranda yaşayan şiə-həzara əfqanların Suriyada döyüşlərə müəyyən pul və yaşama icazəsi vədi ilə cəlb edilməsi öz əksini tapmışdır. Lakin bu şəxslər barədə İran hökumətinin hansısa formada Əfqanıstana məlumat göndərməsi faktına rast gəlinməmişdir. Əksinə, “Guardian” qəzeti tərəfindən aparılmış müstəqil araşdırma zamanı İran hökumət orqanları tərəfindən İranda məskunlaşmış, iş tapmaqda çətinlik çəkən və minimum dolanışıq xərclərinə malik olmayan əfqanların Suriyadakı hərbi əməliyyatlara cəlb edilməsi ilə yanaşı, İranın Kabildəki səfirliyi tərəfindən də döyüş qabiliyyətl i əfqanların, hətta azyaşlı oğlanların valideynlərinin razılıq ərizəsi əsasında müəyyən muzd müqabilində hərbi əməliyyatlara cəlb edildiyi, bu cür muzdlu döyüşçülərin cəlb edilməsi praktikasının digər inkişaf etmiş dövlətlərə də aid olduğu qeyd edilmişdir. Onunla müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır”. Qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 avqust 2018-ci il tarixli, *** saylı qərarı ilə şikayət əsassız olduğ una görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarını ləğv edərək ona qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında ilkin olaraq müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4033/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərardadı (hakim - M.T.Hacıbəyova) ilə iddia tələbi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 avqust 2018-ci il tarixli, *** saylı qərarının ləğv edilməsinə dair hissədə mümkün sayılmamışdır. İddiaçı həmin qərardadı mübahisələndirməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4033/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərarı (hakim - M.T.Hacıbəyova) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30 may 2018-ci il tarixli, İQ-**/1 saylı qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-480/2019 saylı, 12 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – S.S.Seyidova və İ.B.Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4033/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunda sadalanan əlamətlərin heç biri iddiaçıya münasibətdə müəyyən edilməmişdir, iddiaçı təqibə mər uz qalmamışdır və bu səbəbdən ona qaçqın statusu verilə bilməz. İddiaçı hesab edir ki, məhkəmə belə nəticəyə gəlməklə qanunu səhv təfsir etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən etnik mənsubiyyətinə görə qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan şəxs qaçqın hesab edilir. Bu o deməkdir ki, Azərbaycan Respublikasında qaçqın statusu etnik mənsubluğuna görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddiaçıya münasibətdə qanunda sadalanan halların mövcud olmasına baxmayaraq, məhkəmə belə qərara gəlmişdir ki, iddiaçıya qaçqın statusu verilə bilməz. Başqa sözlə d esək, iddiaçı ilə aparılan müsahibə zamanı iddiaçı barəsində təqib qorxusunun mövcud olmasını təsdiq edən kifayət qədər sübutların olmasına baxmayaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, aparılan müsahibənin nəticələri təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməməlidir. Məhkəmə qanunu səhv təfsir etmiş və bununla da qərarın ləğvi üçün əsaslar yaratmışdır. Halbuki, məhkəmə burada həm milli, həm beynəlxalq normaları təhlil və tətbiq etməli idi, və bu halda əsaslı təqib qorxusunun olduğunu müəyyən edərdi. İddiaçı İŞİD-ə qarşı xarici dövlət sıralarında (İran İslam Respublikası) döyüşürdü. İŞİD artıq Əfqanıstanda Şiə ictimaiyyətini hədəfə almışdı və Şiə əhalisinin Suriyada İŞİD-ə qarşı döyüşlərdə iştirak etməsi ölkədə Şiə əhalisinə qarşı hücumları artırmaqla, ölkənin bütövlü yünü sarsıtdı. Hazara əhalisi yalnız anti-hökumət qüvvələri tərəfindən deyil, eləcə də İran İslam Respublikasını dəstəkləyərək Suriya müharibəsində iştiraklarına görə öz hökumətləri tərəfindən hədəfə alınırlar. Qeyd olunan hal bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apellyasiya instansiya məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya məhkəməsi İran hökuməti ilə Əfqanıstan dövlət orqanlarının arasında qeyrirəsmi qarşılıqlı məlumatlandırma şəbəkəsinin olması ehtimalının çox yüksək olmasını, Əfqanıstana qayıdacağı təqdirdə iddiaçının yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqlarının təhlükə altına düşə biləcəyini nəzərə almayaraq və beynəlxalq hüquq normalarını da tətbiq etməyərək son nəticədə əsassız qərar qə bul etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənard a qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın s tatusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd e tməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, onunla aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatlardan və mənşə ölkəsi ilə bağlı məlumatların təhlilindən məlum olmuşdur ki, o, vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumat lara, həm də mənşə ölkəsi barədə məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Bu mənada hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqanda aparılan icraatdainandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, o, ərizə-anketinin qeydiy yatı zamanı İranın bir şəhərindən digər şəhərinə gedərkən yolda İran polisi tərəfindən tutularaq ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etdiklərini, sənədlərinin olmadığını bildirdikdə isə onu “Zahidan” istiqamətindən Əfqanıstana deportasiya etdiklərini bildirsə də, müsahibə zamanı yeni pasport almaq məqsədilə Əfqanıstana göndərilməsi üçün könüllü qaydada başqa adamın adı ilə Tehran yaxınlığındakı Vəramin məntəqəsində yerləşən “qaçqın düşərgəsi"ndə polislərə müraciət etdiyini, oradan da Əfqanıstana göndərildiyini qeyd etmişdir. Həmçinin, iddiaçı Suriyada hərbi əməliyyatlarda iştirak etmiş şiə məzhəbinə mənsub şəxslərin sonradan Əfqanıstanda tutularaq (İranın müvafiq dövlət orqanlarının Suriyada döyüşən şəxslər barədə Əfqanıstana göndərdiyi məlumatlar əsasında) 18 ildən yuxarı azadlıq dan məhrumetmə cəzasına məhkum edilmələri ilə bağlı məlumatının olduğunu deməsinə baxmayaraq, mənşə ölkəsi haqqında məlumatlarda onun söylədikləri öz əksini tapmamışdır. Həmçinin, qeyri-qanuni olaraq Suriyada hərbi əməliyyatlara cəlb edilmiş muzdlu əfqan döyüşçüləri barədə Əfqanıstanın müvafiq dövlət orqanlarına İranın dövlət orqanları tərəfindən hər hansı məlumatın verilməsi məntiqi hesab edilmir. Mənşə ölkəsi barədə məlumatlarda İranda yaşayan şiə-həzara əfqanların Suriyada döyüşlərə müəyyən pul və yaşama icazəsi vədi ilə cəlb edilməsi öz əksini tapmışdır. Lakin bu şəxslər barədə İran hökumətinin hansısa formada Əfqanıstana məlumat göndərməsi faktına rast gəlinməmişdir. Əksinə, “Guardian” qəzeti tərəfindən aparılmış müstəqil araşdırma zamanı İran hökumət orqanları tərəfindən İranda məsku nlaşmış, iş tapmaqda çətinlik çəkən və minimum dolanışıq xərclərinə malik olmayan əfqanların Suriyadakı hərbi əməliyyatlara cəlb edilməsi ilə yanaşı, İranın Kabildəki səfirliyi tərəfindən də döyüş qabiliyyətli əfqanların, hətta azyaşlı oğlanların valideynlərinin razılıq ərizəsi əsasında müəyyən muzd müqabilində hərbi əməliyyatlara cəlb edildiyi, bu cür muzdlu döyüşçülərin cəlb edilməsi praktikasının digər inkişaf etmiş dövlətlərə də aid olduğu qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı ol araq imtina etmişdir. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-480/2019 saylı, 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1789/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1789/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver