Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1789/2020 20.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-677/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1949-cu ildə anadan olmuş, xx.xx.1968-ci ildən xx.xx.1970-ci ilə kimi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1972 - xx.xx.1995-ci illərdə müxtəlif vəzifələrdə çalışmış, xx.xx.1995-ci ildə Vəkillər Kollegiyasına üzvlüyə qəbul edilmişdir və hazırda da vəkil kimi fəaliyyət göstərir.
2. İddiaçı xx.xx.1981-xx.xx.1993-cü il tarixlərində Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin məhkəmə icraçısı, böyük məhkəmə icraçısı, xx.xx.1993-xx.xx.1995-ci il tarixlərində Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi Nərimanov Rayon Ədliyyə Polis Bölməsinin baş inspektoru vəzifəsində işləmişdir.
3. İddiaçıya xx.xx.2012-ci il tarixindən yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş, iddiaçıya pensiya təyin olunarkən onun dövlət qulluğu üzrə 14 il 18 gün stajı və 20% əlavə nəzərə alınmaqla xx.xx.2013-cü il tarixindən pensiyanın məbləği 272,02 manat müəyyən edilmişdir.
4. Pensiya məbləğinin düzgün hesablanmadığına istinad edərək iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2017-ci il tarixli xx/xx-1699 nömrəli məktubla iddiaçıya xx.xx.2012-ci ildən yaşa görə (dövlət qulluqçusu kimi) əmək pensiyası təyin edildiyi, pensiya təyin edilən zaman dövlət qulluğunda stajının 14 il 18 gün, vəzifə maaşının 302,25 manat, qulluq stajının 20% - 60,45 manat, cəmi 272,02 manat hesablandığı qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin edərkən xidmət illərinə görə vəzifə maaşına 30% həcmində əlavə əmək haqqı, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, daha 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 3 qat misli qədər maddi yardım (mükafat) nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80% miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsin in cavabdehə həvalə edilməsini xahiş etmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)28/2019 nömrəli qərarı ilə (hakim – Z.M.Tağıyev) iddianın rədd edilməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmədə mübahisələndirdiyi tələblə bağlı hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Odur ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
8. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-28/2019 nömrəli qərarının ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-677/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)28/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın qismən təmin edilərək idiaçının pensiyasının xidmət illərinə görə vəzifə maaşına 30% həcmində əlavə əmək haqqı, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və 2 aylıq əmək haqqı məbləğində müalicə xərci nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalı olduğu üçün, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanan bəzi əlavələri də nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Həmin əlavələr iddiaçı tərəfindən dövlət qulluqçusunun məvacibinin tərkibinə daxil olmaqla onun tərəfindən alınmadığı və bu barədə müvafiq arayışlar təqdim edilmədiyi üçün iddiaçının pensiyasının qeyd olunan əlavələr nəzərə alınmaqla yenidən hesablanmasının mümkün olmadığına dair mülahizələr əsassızdır. “Dövlət qulluğu haqqında” Qanunun 23.4-cü maddəsi də məhz ona yönəlmişdir ki, dövlət qulluqçusu özünün işlədiyi vaxt almadığı əlavələri sonradan həmin əlavələr dövlət məvacibinin tərkibinə daxil edildiyi üçün onları nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilsin. Bununla yanaşı, dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanmasını tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınmasını tələb etməkdə haqlı deyil. İddiaçının dövlət qulluğunda iş stajı 15 ildən çoxdur. Odur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən iddia xidmət i llərinə görə vəzifə maaşına 30% həcmində əlavə əmək haqqının pensiyaya hesablanması tələbinə dair hissədə, həmçinin hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin pensiyaya hesablanması hissələrində əsaslıdır.
11. Bundan başqa, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün, işlədiyi dövrdə hər il 3 aylıq vəzifə maaşı məbləğdə mükafat aldığını təsdiq edən arayışı təqdim etməyən iddiaçı həmin əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmamışdır. İddiaçının xx.xx.1977-xx.xx.1979 və xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə işlədiyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliy i tərəfindən xx.xx.2016-cı il tarixli 6/19-454 nömrəli məktubla xüsusi rütbə nəzərdə tutulan vəzifə kimi qəbul edilmədiyindən, həmin müddət xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajına aid edilmir İddia pensiyanın müəyyən edilmiş orta əmək haqqının 80% miqdarında hesablanması tələbinə dair hissədə də əsaslı deyil.
12. Məhkəmə qərarını tərəflər xx.xx.2020-ci il tarixində almışdır.
13. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)677/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-677/2020 nömrəli qərarının qismən ləğv edilməsini, iddianın “pensiya əmək haqqının üçqat misli qədər maddi yardım (mükafat) nəzərə alınmaqla hesablanması” hissəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinin tələbinə görə iddia tələbi “əmək haqqının üçqat misli qədər maddi yardım (mükafat)” hissəsində təmin edilməlidir. İşlədiyi müddətdə iddiaçının fəaliyyəti dəfələrlə Ədliyyə Nazirliyi tərəfindən təqdir edilmiş və fəaliyyəti ümumiləşdirilərək icra orqanların a xülasə şəklində praktiki təklif kimi göndərilmiş və bununla əlaqədar dəfələrlə mükafatlandırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi mükafatın müəyyən edilməsini və mükafatlandırmanı ancaq dövlət orqanının rəhbərinin iradəsindən asılı kimi qiymətləndirmişdir. Bu hal özlüyündə onun hüquqlarını kobud surətdə pozmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10, 11, 12-ci bəndlərinə zidd qərar qəbul etmişdir. Belə ki, cavabdeh inzibati orqanda iddiaçının tələb etdiyi əlavələr və mükafatlarla bağlı heç bir məlumat olmadığı halda cavabdehdən bu əlavə və mükafatların dövlət məvacibinin tərki b hissəsi kimi pensiya hesablanması zamanı nəzərə alınmasını tələb etmək, bu barədə üzərinə öhdəlik qoymaq qanunsuzdur. Belə ki, iddiaçı işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan vəsaitlər, həmçinin sonradan onun almadığı vəsaitlərə edilən əlavələr də ona pensiya hesablanarkən nəzərə alına bilməz.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına görə də şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl və ya xidmətdən buraxıldığı günə almış olsun, eləcə də “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə g örə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətlərinə qarşı iddiaçı və cavabdeh etiraz təqdim etməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması, cavabdehin kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması, iddiaçının kasssasiya şikayətinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Prezidentinin xx. xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.14-cü bəndinə əsasən əvvəllər rayon (şəhər) məhkəmələri, hərbi tribunalları (məhkəmələri) aparatında məhkəmə iclasının katibi vəzifəsi hazırda rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələri aparatında məhkəmə iclasının katibi vəzifəsinə uyğundur.
22. Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
23. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən a rtımlar nəzərə alına bilməz.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
26. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
27. Həmin Məcəllənin 96.5-ci ma ddəsinə görə şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayətləri vaxtında, yəni qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman madd i və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
31. Belə ki, işdə olan cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli imtina məktubu və iddiaya qarşı xx.xx.2017-ci il tarixli xx/xx-3370 nömrəli etirazından görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixindən yaşa görə dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi, dövlət qulluğunda stajının 14 il 18 gün, qulluq stajına əlavənin 20%, cəmi 362,70 x 75% = 272,02 manat pensiya alması işin mübahisəsiz hallarıdır.
32. Cavabdeh orqan iddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi müddəti dövlət qulluğuna əsassız olaraq aid etməyərək hazırkı qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından dövlət qulluğu stajını düzgün müəyyən etməmişdir.
33. İddiaçının əmək kitabçasına əsasən o, 19012.1977-xx.xx.1979 və xx.xx.1980xx.xx.1981-ci il tarixlərində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsində işləmişdir. Bununla da, iddiaçının dövlət qulluğunda iş stajı cavabdehin bildirdiyi kimi 14 il 18 gün yox, 15 ildən çoxdur. Ona görə də, məhkəmənin bu tələb üzrə nəticəsi əsaslı və qanunidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğun həll edilməlidir.
35. Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 21-22-ci bəndlərində göstərilən, eləcə də sözügedən qərarın digər hissələrində qeyd etdiyi hüquqi mövqelərindən aydın olur ki, şəxsin əmək pensiyasının hesab lanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
36. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi döv lət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
37. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması.
38. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir.
39. Hazırkı tələbə göstərilən baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin pensiya hesablanmasında nəzərə alınması hissələrində iddia əsassızdır.
40. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi bütün məhkəmələr üçün məcburi xarakter daşısa da, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı göstərişləri nəzərə almamış, nəticəd ə əsassız qərar qəbul etmişdir.
41. Yuxarıda qeyd olunanlara əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı, iddiaçının kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı “hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissələrində ləğv edilməli, həmin hissələrdə iddia tələbi rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının xx.xx.2020-ci il tarixli, 21(103)-677/2020 nömrəli qərarı “hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət və 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-677/2020 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. İddiaçının kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.