Məhkəmə qərarları › İş №2-1(102)-1789/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1789/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1789/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli sərtlərlə əmək pensiyasının təyin edilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tab eliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “11 oktyabr 2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-437/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən, iddiaçı 24 avqust 1978-ci ildən 10 noyabr 2005-ci ilə qədər fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 13 may 1980-ci ildən 12 may 1982-ci ilədək hərbi xidmətdə olmuşdur. 2. "xxxx" ASC 2 nömrəli M üəssisənin 11 oktyabr 2021-ci il tarixli, 09/25 saylı arayışına əsasən, iddiaçı 2 yanvar 1990-cı ildən 1 sentyabr 1992-ci il tarixə kimi 2 nömrəli trestin 20 saylı X1 xüsusi bənna manqalarında daimi işləmiş (2 saylı siyahının 2290000a12680 şifrə kodu üzrə), 1 iyun 1993-cü ildən 1 yanvar 1994-cü ilə qədər 20 saylı X3 usta və iş icraçısı, 1 yanvar 1994-cü ildən 1 fevral 2000-ci ilə qədər 2 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsində usta və iş icraçısı, 15 aprel 2000-ci ildən 10 noyabr 2005-ci ilə qədər 2 saylı Quraşdırma İdarəsində usta və iş icraçısı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 nömrəli siyahısının XXVİİ bölməsinin 2290000- 624441 şifrə (kodu) üzrə onun güzəştli stajı vardır.

3. İddiaçı 11 oktyabr 2021-ci il tarixdə cavabdeh orqana müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

4. Cavabdehin 14 oktyabr 2021-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Filiala təqdim edilən "xxxx" SC-nın 11 oktyabr 2021-ci il tarixli 09/25 nömrəli arayışında iddiaçının xx.xx.1994 - xx.xx.2000-ci il və 15.04. 2000 -10.11. 2005-ci il tarixləri arasındakı dövrlər ərzində 2 nömrəli Trestin 24 nömrəli Tikinti İdarəsində və 2 saylı Quraşdırma İdarəsində işlədiyi öz əksini tapsa da, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" SC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (20 il 2 ay 12 gün -xx.xx.1978- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1994-cü il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2011-ci il, xx.xx.2012xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2013-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2014-cü il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2015xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2015-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, 01,02.2019xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı isə 12 il 6 aydan az (3 il 2 ay 29 gün - xx.xx.1990xx.xx.1992-ci il və xx.xx.19 93-xx.xx.1994-cü il tarixləri adasındakı dövrlər) təşkil edir. Bundan əlavə, 2006-2021-ci illərdə cəmi 61 ay (5 il 1 ay) üzrə məcburi dövlət sosial sığorta ödənişləri fərdi hesabın sığorta hissəsində öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşa ğı həddi qanunvericiliyə uyğun olaraq 40.800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13.259,96 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 11 oktyabr 2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-c ı ilədək 27 ilə yaxın sosial sığorta stajı olmasına baxmayaraq, cavabdeh əsassız olaraq pensiya təyin olunmasından imtina etmişdir.

7. Cavabdehin iddiaya qarşı yazılı etirazının əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

8. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən Dövlət Arxivinin Sumqayıt filialına 8 dekabr 2021-ci il tarixdə sorğu verilərək iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1986-cı ilədək Sumqayıt Dəmir-Beton zavodunda, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək 2 nömrəli trestin 24 nömrəli tikinti idarəsində, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək 20 saylı X3 işləməsini təsdiq edən əmrlərin və əmək haqqı cədvəllərinin təsdiqlənmiş surətlərinin və Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilərək Sumqayıt Də mir-beton zavodunun, 2 nömrəli trestin 24 nömrəli tikinti idarəsinin və 20 saylı X2 1978-1994-cü il tarixlərdə fəaliyyəti barədə məlumatın məhkəməyə təqdim olunması tələb edilmişdir.

9. Dövlət Arxivinin Sumqayıt filialı qeyd edilən sorğuya cavab olaraq bildirmişdir ki, müəssisələrin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı ilə bağlı məlumatları müsbət cavablandırmaq mümkün olmamışdır.

10. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab olaraq hüquqi şəxslərin dövlət reyestri məlumatlarında Sumqayıt DəmirBeton zavodu, 2 nömrəli Trestin 24 nömrəli tikinti idarəsi və 20 saylı Səyyar Mexanikləşdirilmiş dəstə barədə heç bir məlumat aşkar edilmədiyi bildiril mişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-402/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilmiş, iddiaçıya 11 oktyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi stajı vardır. Eyni zamanda, "xxxx" SC 2 nömrəli müəssisənin 11 oktyabr 2021-ci il tarixli 09/25 saylı arayışı ilə də iddiaçının 12 il 06 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işlədiyi öz əksini tapmışdır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmə diyindən mötəbər hesab olunmalıdır. Cavabdeh etirazında iddiaçının işlədiyi 2 nömrəli Trestin 24 nömrəli və 2 saylı Quraşdırma İdarəsinin xx.xx.1994-cü ildən sonra fəaliyyətinin olmadığının müəyyən edildiyini qeyd etmişdir. Lakin bunu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin imtinası əsassızdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-437/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilm əmiş, birinci instansiya məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh imtinasında "xxxx" SC-nin xx.xx.1994-cü ildən sonra fəaliyyətdə olmadığı bildirilsə də, həmin dəlillər iddiaçının işlədiyi müəssisənin direktorunun birinci instansiya məhkəməsində şahid kimi verdiyi ifadə ilə yanaşı, həmin müəssisənin nizamnaməsinin, dövlət qeydiyyatına və uçot vahidlərinin dövlət reyestrinə alınması barədə şəhadətnamələrin surətlərindən, habelə iş materiallarında olan DSMF-nin Abşeron-Xızı regional filialının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tar ixli məktubları ilə təkzib olunur. Belə olan halda, iddiaçının xx.xx.2006-cı ilədək 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 25 ildən artıq ümumi iş stajı vardır. Odur ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalının çatışmaması ilə bağlı imtinası da əsassızdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtinanın və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) k assasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pen siyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrə li siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbu l edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfin dən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Hazırkı mübahisənin predmetini iddiaçıya 11 oktyabr 2021-ci il tarixindən güzəştli şərtlə əmək pensiyasının təyin olunması təşkil edir.

28. Cavabdehin iddia tələbinin əsassız olması ilə bağlı dəlilləri iddiaçının qanunla tələb olunan 25 ildən az ümumi və 12 il 06 aydan az güzəştli stajının olması, o cümlədən pensiya kapitalının yetərli olmaması ilə bağlıdır.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının xx.xx. 2006-cı ilədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmuşdur (iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçası, "xxxx" ASC 2 nömrəli Müəssisənin 11 oktyabr 2021-ci il tarixli, 09/25 saylı arayışı). Eyni zamanda, cavabdehin iddiaçının işlədiyi müəssisənin 1994-cü ildən sonra fəaliyyətdə olmaması ilə bağlı dəlilləri də iddiaçının işlədiyi müəssisənin direktorunun birinci instansiya məhkəməsində şahid kimi verdiyi ifadə ilə yanaşı, həmin müəssisənin nizamnaməsinin, dövlət qeydiyyatına və uçot vahidlərinin dövlət reyestrinə alınması barədə şəhadətnamələrin surətlərindən, habelə iş materiallarında olan DSMF-nin Abşeron-Xızı regional filialının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktubları il ə təkzib olunur.

30. Digər tərəfdən, iddiaçı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını xx.xx.2006-cı ilədək toplamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə (xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyası) əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 31. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olan şəxslərin 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ vardır.

32. Hər iki normanın birgə təhlili onu deməyə əsas verir ki, xx.xx.2006-cı ilədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olan şəxslərin 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya hüququ vardır. Odur ki, iddiaçının pensiya hüququ 57 yaşından, yəni xx.xx.2018-ci ildən yaranmışdır (hərçənd ki, iddiaçı 60 yaşdan ona pensiya təyin olunmasını xahiş etmişdir və məhkəmə onun iddia tələbinə uyğun qərar qəbul etmişdir). Belə olan halda, iddiaçı tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində təsbit edilmiş pensiya kapitalı ilə bağlı şərtin ödənilməsinin tələb edilməsi həmin Qanunun 9.8-ci maddəsinin tələblərinə ziddir.

33. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təmina t hüququnun pozulmasına səbəb olmuşdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-437/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar