Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1789/2023 14.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünsüzlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı səyyar vergi yoxlamasının keçilməsi haqqında qərarın qanunsuz hesab edilməsi tələbinə dair i nzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-161/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Həsənov X1 rayonu, S.Vurğun küçəsi, ev 143 ünvanında fərdi sahibkar kimi qeydiyyatdadır.
2. Cavabdehin "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156549 saylı qərarı ilə İddiaçı mart 2019-cu il tarixdən fevral 2022-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın müddəti 30 iş günü müəyyən edilmə si qərara alınmışdır.
3. Sonradan bu yoxlama dayandırılmış, “Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” **********160448 saylı, xx.xx.2022-ci il tarixli qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi qərara alınmışdır. 4. xx.xx.2022-ci il tarixli, **********160468 saylı “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarla səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə müvəqqəti dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanun suz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan onun barəsində mart 2019 - fevral 2022-ci il vergi dövrü üzrə növbədənkənar vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərar qəbul etmişdir. Həmin dövr üzrə cavabdeh inzibati orqanla aralarında əvvəllər məhkəmə mübahisəsi olmuş və həmin dövr üzrə onun tərəfindən vergi qanunvericiliyinin pozulması müəyyən edilməmişdir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən onun barəsində qeyd edilən vergi dövrü üzrə sözügedən qanunsuz və əsassız qərar qəbul edilmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələrdə onun xx.xx.201 9 - xx.xx.2022-ci il tarix aralığı üzrə ƏDV ilə birlikdə dövriyyəsinin 8803,73 manat və orta işçi sayının 1 nəfər olduğu göstərilmişdir. Aparılmış ilkin araşdırmalar zamanı iddiaçının fəaliyyət sahəsi, işçi sayı və vergi potensialı ilə təqdim edilmiş vergi bəyannamələrində göstərilən məlumatlar arasındakı uyğunsuzluqların mövcudluğu vergidən yayınma risklərinin olması ehtimalını yaratmışdır. Bu səbəbdən vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq iddiaçı barəsində qeyd edilən vergi dövrü üzrə növbədənkənar vergi yoxlamasının keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, **********156549 nömrəli qərar qəbul edilmişdir.
8. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1587/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim: A.A.Hüseynov) iddia mümkün sayılmamışdır.
9. Birinci insta nsiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırki mübahisələndirdiyi səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir və həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz.
10. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə qaytarılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat:
11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-161/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən: M.K.Həsənov, hakimlər: O.N.İsmayılov və S.F.Həsənov) apelyas iya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1587/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar müstəqil inzibati akt kimi mübahisələndirilə bilinməsə də, bu, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdeh inzibati orqanın qəbul edəcəyi qərar inzibati məh kəmə icraatında mübahisələndiriləcəyi təqdirdə məhkəmə tərəfindən həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
13. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkünlüyünə dair qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 87.7.1, 92.0.6 və 96.4-cü maddələrinə istinad edərək hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə ziddir.
15. Belə ki, məhkəmələr tam qanuni olan iddia tələbini mümkün saymamaqla qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
18. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia ərizəsində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qanunsuz hesab edilməsi tələb edilmişdir. Beləliklə, iddiaçının hazırki mübahisələndirdiyi məsələ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156549 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi ilə bağlıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir və həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Belə ki, Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi və yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi vergi orqanının hüququdur. Səyyar vergi yoxlaması dedikdə, vergi orqanının vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət və vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vəzifəsinə xidmət edən, vergi orqanı tərəfindən vergi ödəyicilərinin uçot sənədləri, vergi bəyannamələri, vergilərin hesablanması və ödənilm əsi ilə bağlı olan digər sənədlər, vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan və digər bəlli mənbələrdən alınan məlumatlar, habelə vergi ödəyicisinin elektron daşıyıcılarındakı məlumatları əsasında həyata keçirilən yoxlama növüdür. Səyyar vergi yoxlamasının sonunda hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması ilə bağlı vergi orqanı əlavə vergi yoxlanılmasının keçirilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətindədir.
25. Hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilən qərar akt hesab olunur. Həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. 26. "İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati aktinzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; qərar, sərəncam və ya digər formada ifadə olunmalı; mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır.
27. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən qəbul olunan "qərar” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyildir. Belə ki, həmin qərar şəxs üçün müəyyən hüquqi nəticələr yaratma əlamətindən məhrumdur.
28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, inzibati orqan tərəfindən tərtib olunan qərar, yəni səyyar vergi yoxlamasının keçirilməsi haqqında akt iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin qərar məzmunu etibarilə vergi və ya digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlan ılması ilə bağlıdır. Başqa sözlə, mübahisələndirilən qərar deyil vergi ödəyicisi üçün hüquqi nəticələr məhz —vergi məsuliyyətinə cəlb etmə, yaxud —vergi məsuliyyətinə cəlb etməkdən imtina barədə qərarın qəbulu ilə yaradılır.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vergi orqanı tərəfindən tərtib olunan əlavə vergi yoxlamasının keçirilməsi haqqında qərar icra edilən akt deyil, səyyar vergi yoxlamasının keçirilməsinə yönələn və vergi ödəyicisi üçün hüquqi nəticələr yaradan qərarın qəbul edilməsinə əsas olan qərar olduğuna görə inzibati akt sayıla bilməz. Bundan əlavə mübahisələndirmə haqqında iddianın predmetini, yalnız inzibati akt təşkil edir. Göründüyü kimi, iddiaçının hazırki mübahisələndirdiyi səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı inzibati aktı səciyyələndirilən əl amətləri özündə ehtiva etmir və həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz.
30. Apelyasiya şikayətində olduğu kimi iddiaçı kassasiya şikayətində də 13 mart 2020-ci il tarixli, **********560100 saylı "Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi ilə bağlı məhkəmə mübahisələri davam etdiyi üçün və səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarda yoxlama ilə əhatə olunan vergi dövrünün əsas müddəti üçün məhkəmə mübahisəsinin olduğunu, audit yoxlaması, məhkəmə ekspertizalarının keçirildiyini, iddiaçı tərəfindən vergi qaunverciliyinin tələblərini pozmasının müəyyən olunmadığını, cavabdeh orqanın vəzifəli şəxsinin qanunsuz tələblərinin həyata keçirilməsinə maneə olduğundan vəzifəsindən şəxsi məqsədləri üçün is tifadə edərək səyyar vergi yoxlaması keçirilməsi barədə qanunsuz qərar qəbul etdiyini əsaslandırmışdır.
31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qanunsuz hesab edilməsini (ləğvini) tələb etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156549 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın 4-cü bəndində şikayət vermə müddəti və qaydasının göstərilməsi inzibati məhkəmə icraat zamanı mübahisələndirilən qərarın əlverişsiz inzibati akt olub-olmamasının yoxlanılmasına təsir edə bilməz. 32. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.
33. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı mə qsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır.
34. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar müstəqil inzibati akt kimi mübahisələndirilə bilinməsə də, bu, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdeh inzibati orqanın qəbul edəcəyi qərar inzibati məhkəmə icraatında mübahisələndiriləcəyi təqdirdə mə hkəmə tərəfindən həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.
35. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-161/2023 nömrəli, 24 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.