Məhkəmə qərarları › İş №2-1(102)-1789/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1789/2024

24.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1789/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Talıbov Bayram Həsən oğluna məxsus Culfa rayonunun cənub hissəsindəki yoxlama buraxılış məntəqəsinin ətrafında yerləşən anbar-mağazanın inşası üçün çəkilmiş 108583.87 (yüz sə kkiz min beş yüz səksən üç manat 87 qəpik) manat (infilyasiya nəzərə alınmaqla) məbləğin, anbar mağazanın yerləşdiyi 8 sot torpaq sahəsi (sotu 3200 manat) üçün 25.600 manat məbləğin və 50.000 manat dəymiş zərərin İddiaçı ödənilməsi öhdəliyi” tələbinə dair inzibati iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-33/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Talıbov Bayram Həsən oğluna məxsus Culfa rayonunun cənub hissəsindəki yoxlama buraxılış məntəqəsinin ətrafında yerləşən anbar-mağazanın inşası üçün çəkilmiş 108583.87 m anat (infilyasiya nəzərə alınmaqla) məbləğin, anbar mağazanın yerləşdiyi 8 sot torpaq sahəsi (sotu 3200 manat) üçün 25.600 manat məbləğin və 50.000 manat dəymiş zərərin İddiaçı ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası Talıbov Bayram Həsən oğlunun mülkiyyətində olan torpaq sahələri heç bir kompensasiya ödənilmədən onların əlindən alınmış, X11 Məntəqəsinin həyəti olaraq istifadəyə verilmişdir. Bu hal ilə əlaqədar olaraq çoxsaylı şikayətlər edilsə də, bu şikayətlərin heç biri təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 21(122)-71/2024 nömrəli qərardadı ilə (hakim X5) İddiaçı cavabd eh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Talıbov Bayram Həsən oğluna məxsus Culfa rayonunun cənub hissəsindəki yoxlama-buraxılış məntəqəsinin ətrafında yerləşən anbar-mağazanın inşası üçün çəkilmiş 108583.87 (yüz səkkiz min beş yüz səksən üç manat 87 qəpik) manat (infilyasiya nəzərə alınmaqla) məbləğin, anbar mağazanın yerləşdiyi 8 sot torpaq sahəsi (sotu 3200 manat) üçün 25.600 manat məbləğin və 50.000 manat dəymiş zərərin İddiaçı ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan anbarmağaza cavabdeh tərəfindən sökülməmişdir. Bu hal iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi video yazıdan aşkar görünür ki, bununla da iddia iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Başqa sözlə şəxsə dəyən zərərin ödənilməsinə münasibətdə Culfa Rayon İcra Hakimiyyəti cavabdeh qismində çıxış edə bilməz. İş materiallarından həmçinin müəyyən olunur ki, İddiaçı əsas hüquqi marağı çəkilən xərclərin və dəymiş zərərin əvəzi olmaqla, ümumilikdə 184183.87 manat məbləğdə pulun ona ödənilməsi tələbi ilə bağlı olmuş, lakin iddia ərizəsi tərtib edilərkən iddiaçının mərhum Talıbov Bayram Həsən oğlunun yeganə vərəsəsi olmaması diqqətə alınmamışdır.

5. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-33/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər X2 (məruzəçi), X6 və X1 ) apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2-1(122)-33/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddia predmeti olan əmlak Talıbov Bayram Həsən oğlunun miras kütləsinə daxil olmamaqla yanaşı İddiaçı müvafiq iddia üzrə iddiaçı qismində subyektiv hüququnu istisna edir. İddiaçının subyektiv hüququnun olmaması isə iddianın mümkün sayılmaması əsaslarından biri hesab edilir. Həmçinin hazırkı iddia növü öhdəliyin icrası haqqında iddia növüdür və bu cür iddia tələblərində isə pretenziya qaydalarına riayət olunması vacib amillərdən bir idir. Lakin inzibati işin materiallarına əlavə olunmuş Culfa Rayon İcra Hakimiyyətinin 17 may 2023-cü il tarixli cavab məktubundan aydın olur ki, müvafiq müraciət cavabdeh inzibati orqana İddiaçı Abbas oğlu adlı şəxs tərəfindən ünvanlanmışdır. İddiaçı Abbas oğlunun İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada səlahiyyətli nümayəndəsi olması, həmçinin İddiaçı şəxsən cavabdeh inzibati orqana pretenziya qaydasında müraciət etməsi inzibati işin materialları ilə müəyyən olunmur.

8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayətində Konstitusiyanın 60 -cı maddəsinə, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı sayıla bilməz.

10. Belə ki, söküntüyə məruz qalmış əmlak iddiaçının atasının qanuni mülkiyyətində olmuşdur. Bu əmlak sökülərkən əmlakın mülkiyyətçisinə külli miqdarda maddi ziyan dəymişdir. Eyni zamanda əmlakın altında olan torpaq sahəsi də iddiaçının atasının mülkiyyətində olmaqda davam edir. İddiaçı atasının vərəsəsi olmaqla qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi kimi qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquql arın dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 1181. Notariusa bərabər tutulan şəxslər Vəsiyyətnamə təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulurlar: 1181.1. Xəstəxananın, hospitalın, digər müal icə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri—əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa; 1181.2. Axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi—əgər vəsiyyət edən belə ekspedisiyadadırsa; 1181.3. Dəniz və ya hava gəmisinin kapitanı—əgər vəsiyyət edən dəniz və ya hava gəmisindədirsə; 1181.4. Hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi)— əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, yaxud onun ailə üzvüdürsə; 1181.5. Azadlıqdan məhrumetmə yerinin rə isi—əgər vəsiyyət edən azadlıqdan məhrumetmə yerindədirsə. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1324. Vər əsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 13. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

17. Dövlət notariusu tərə findən aparılan notariat hərəkətləri Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:... 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; Maddə 18-1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər tərəfindən aparılan notariat hərəkətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquql arının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qəra rdadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab ve rməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəməl ər bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünl ük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olun muş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetə rli hesab olunur.

21. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, iddianın mümkün sayılmama əsasını düzgün müəyyən etməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia predmeti olan əmlak Talıbov Bayram Həsən oğlunun miras kütləsinə daxil olmamaqla yanaşı İddiaçı müvafiq iddia üzrə iddiaçı qismində subyektiv hüququnun mövcudluğunu istisna edir.

22. İş materiallarında olan Naxçıvan MR Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş 16 yanvar 2001-ci il tarixli şəhadətnamədən görünür ki, Culfa rayonunu cənub hissəsindəki yoxlama buraxılış məntəqəsinin ətrafında yerləşən anbar-mağaza Talıbov Bayram Həsən oğlunun xüsusi mülkiyyətindədir (cild 1, iş vər 10).

23. Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 139- 1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dövlət qeydiyyatı üçün əsasdır.

24. Qanunun tələbindən və yuxarıda şərh edilənlərdən görünür ki, 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş şəhadətnamələr hüquqmüəyyənedici sənəd olmaqla daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir.

25. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini mümkün h esab etməyərkən bildirmişdir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddia növüdür və bu cür iddia tələblərində isə pretenziya qaydalarına riayət olunması vacib amillərdən biridir.

26. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi ilə bu hissədə razılaşmayaraq bildirir ki, pretenziya anlayışı kommersiya mübahisələrinə aiddir və mübahisənin məhkəməyə qədər nizama salma qaydasını özündə ehtiva edir.

27. Bununla belə məhkəmə kollegiyası hazırkı iddia tələbi ilə əlaqədar olaraq bildirir ki, iddiaçının iddia tələbinin mümkün sayılmaması üçün yeganə əsas vərəsələrin dairəsi ilə bağlıdır.

28. İş materiallarında məhrum Talıbov Bayram Həsən oğlunun vərəsələrinin dairəsi barədə məlumatı özündə əks etdirən Culfa rayon İHB-nın Əlincə və Xoşkeşi kənd İƏD üzrə nümayəndəsi tərəfindən v erilmiş 20 aprel 2023-cü il tarixli arayış mövcuddur. Həmin arayışda Talıbov Bayram Həsən oğlunun vərəsələri qismində arvadı X3 və oğlu İddiaçı olduğu qeyd edilmişdir.

29. Lakin bu arayışla vərəsələrin dairəsi müəyyən edilə bilməz. Belə ki, vərəsələrin dairəsi yalnız notarius və ya notariusa bərabər tutulan şəxslər tərəfindən müəyyən edilə bilər ki, bunların sırasında qanunun tələbinə əsasən inzibati ərazi dairəsi üzrə nümayəndə daxil deyildir (əsas Mülki Məcəllənin 1181-ci maddəsi və Notariat haqqında Qanunun 18-1ci maddəsi)

30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən vərəsəlik işinin açılması, onun atasının vərəsəsi olması, əmlakın miras əmlak kimi çıxış etməsi hallarına dair heç bir sübut təqdim etməmişdir. Bu baxımından iddiaçının bu əsasla qeyd edilən iddia t ələbini irəli sürməkdə subyektiv hüququnun olması halının müəyyən edilməsi mümkün olmamışdır.

31. Mülki Məcəllənin 1321.3-cü maddəsini rəhbər tutan məhkəmə kollegiyası bildirir ki, hazırki iş üzrə iddiaçı mərhum atasının vərəsəsi olmasına dair vərəsəlik şəhadətnaməsi təqdim etmədiyindən onun bu iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ, yəni subyektiv hüququ mövcud deyildir.

32. Eyni zamanda məhkəmə kollegiyası subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiə si hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

33. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqların ın müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi).

34. İnz ibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin.

35. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqa mətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

36. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnu n yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı)

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mər hələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).

38. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd)

39. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz.

41. Beləliklə, mübahisə olunan qarardadın əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslarla düzgün olduğundan Azərbaycan Respublikası İPM-in 96.7-ci maddəsinə əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(108)-33/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar