Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-179/2019 16.01.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-179/19 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov İddiaçı və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2-1(82)352/2016 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Suraxanı rayonu, Hövsan bələdiyyəsinin xxxx 2007-ci il tarixli, 172 nömrəli qərarına və həmin bələdiyyə ilə İddiaçı arasında bağlanmış “Torpaq sahəsinin alqı-satqı müqaviləsi”nə əsasən iddiaçının mülkiyyətinə verilmiş 400 kv.m torpaq sahəsinin 287 kv.m hissəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(103)-652/2017 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli qərarı Suraxanı rayonu Hövsan bələdiyyəsinin xxxx 2007-ci il tarixli, 172 nömrəli qərarına və həmin bələdiyyə ilə İddiaçı arasında bağlanmış “Torpaq sahəsinin alqı-satqı müqaviləsi”nə əsasən iddiaçının mülkiyyətinə verilmiş 400 kv.m torpaq sahəsinin 287 kv.m hissəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli, 2-1(102)-1693/2017 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-163/2018 saylı qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xxxx 2016-cı il tarixli qərarı qismən - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bələdiyyəsinin xxxx 2007-ci il tarixli 172 nömrəli qərarına və həmin bələdiyyə ilə İddiaçı arasında bağlanmış qeyd olunan tarixli “Torpaq sahəsinin alqı-satqı müqaviləsi”nə əsasən iddiaçının mülkiyyətinə verilmiş 400 kv.m torpaq sahəsinin 287 kv.m hissəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin olunan həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından İddiaçı və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı İddiaç ı xxxx 2018-ci il tarixdə təqdim edilmiş, xxxx 2018-ci il tarixdə həmin qərardan kassasiya şikayəti vermə müddəti bitsə də, iddiaçıtərəfindən verilmiş kassasiya şikayəti yalnız xxxx 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə ərizə verilməmiş, bununla da qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət iddiaçıtərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmi şdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla əlaqədar İddiaçı və vəkili Vəkil xxxx 2019-cu il ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə dəvət edilsələr də, sonuncular hər hansı səbəb bildirmədən iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya insta nsiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-179/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-179/2019
16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver