Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-179/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respu blikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “ünvan 1 ünvanında yerləşməklə Ağdaş Şəhər XDS İK-in 29.08.1980-ci il tarixli 16 nömrəli qərarına əsasən anası Abdurahmanova (sonradan ər soyadı ilə Kərimova) Kamilə Məcnun qızının mülkiyyət hüququ tanınmış 1 otaqlı yaşayış evinin yerləşdiyi 1026 kv.m. həyətyanı torpaq sahəsinin 11.11.1980-ci ildə ona bağışlanmasından və qeydiyyat tarixi 17.12.2014-cü il olan reyestr çıxarışına əsasən 0,06 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmasından sonra Ağdaş Şəhər XDS İK-in 29.08.1980-ci il tarixli 16 nömrəli qərarına əsasən dövlət torpaq kadastrı kitabında 12.11.2013-cü ildə 745 nömrə ilə qeydə alınmış A-471153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənib verilmiş qalan 426 kv.m torpaq sahəsinin mülkiyyəti kimi adına qeydə alınaraq reyestr çıxarışı verilməklə rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-531/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 21 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Ağdaş Şəhər XDS İK-in 29.08.1980-ci il tarixli 16 nömrəli qərarına əsasən, ünvan 3 ünvanda 1026 kv.m torpaq sahəsində 1953-cü ildə tikilmiş bir otaqlı 15,8 kv.m yaşayış sahəli, 8 kv.m açıq balkonlu, divarları çiy saman kərpic, üst ör tüyü havar torpaqlı bir yaşayış evi mülkü üzərində mülkün həqiqi sahibi X1 mülkiyyət hüququ təsdiq edilmişdir. X6 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanda 600 kv.m ölçüdə torpaq sahəsində yerləşən, 1953-cü ildə tikilmiş, samanlı çiy kərpiclə hörülmüş, üst örtüyü torpaqla örtülmüş, faydalı yaşayış sahəsi 15,8 kv.m, qeyri-yaşayış sahəsi 8 kv.m olan bir otaqdan ibarət olan evini 11.11.1980-ci il tarixli bağışlama müqaviləsi ilə oğlu iddiaçı bağışlamışdır. Ağdaş Şəhər XDS İK-in 15.03.1990-cı il tarixli 04 nömrəli qərarı ilə X3 şəhərin S.Vurğun küçəsi 37 nömrəli ünvanda əri ilə birlikdə tikdirdiyi bir otaqlı yaşayış evinin 426 kv.m torpaq sahəsi ilə birlikdə qanuni hesab edilməklə onun adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və X əritəçəkmə Komitəsi tərəfindən həmin 426 kv.m torpaq sahəsi ilə bağlı iddiaçının adına A-471153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş və 12.11.2013-cü ildə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. ünvanünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17.12.2014-cü ildə qeydiyyata alınmış və ona bu barədə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsinə qarşı “iddiaçının adına işlənmiş və dövlət torpaq kadastrı kitabında 12.11.2013-cü ildə 745 nömrəsi ilə uçota alınmış A471153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və ünvanünvanı nda yerləşən 426 kv.m həyətyanı torpaq sahəsinə öz adına “Torpaq sahəsinin planı və ölçüsü” verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin qanuni qüvvəyə minmiş 24.06.2014-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. 15.10.2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 4 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. İddiaçı cavabdehə müraciət edərək ünvanünvanında yerləşən 426 kv.m. torpaq sahəsinə adına reyestrdən çıxarış verilməsini xahiş etmiş, lakin sonuncunun 28.02.2019cu il tarixli məktubu ilə bundan imtina edilmiş və bildirilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 24.06.2014-cü il tarixli qərarı ilə iddiaçının adına olan 12.11.2013-cü il tarixli 745 qeydiyyat nömrəli, A471153 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş və ünvanünvanında yerləşən 426 kv.m. həyətyanı torpaq sahəsinə X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi İdarənin üzərinə qoyulmuşdur. Bundan əlavə, X7 ilə onun arasında torpaq mübahisəsi vardır. Bununla razılaşmayan iddiaçı hazırkı iddia ərizəsi ilə ünvan 5 ünvanında (keçmiş S.Vurğun 37) yerləşməklə Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 29.08.1980-ci il tarixli 16 saylı iclas qərarına əsasən anası Xqızının mülkiyyət hüququ tanınmış 1 otaqlı yaşayış evinin yerləşdiyi 1026 kv.metr həyətyanı torpaq sahəsinin 11.11.1980-ci ildə ona bağışlanılmasından və qeydiyyat tarixi 17.12. 2014-cü il olan reyestr çıxarışına əsasən 0,06 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmasından sonra Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 29.08.1980-ci il tarixli 16 saylı iclas qərarına əsasən dövlət torpaq kadastrı kitabında 12.11.2013-cü ildə 745 nömrə ilə qeydə alınmış (A N:471153) plan və ölçüsü işlənib verilmiş qalan 426.00 kv.m torpaq sahəsinin mülkiyyəti kimi onun adına qeydə almaqla reyestr çıxarışı verməklə rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli (hakim Vidadi Qasımov, 2-1(84)-694/2019 saylı) qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi 426 kv.m h əyətyanı torpaq sahəsi ilə bağlı onun adına A-471153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək 12.11.2013-cü ildə dövlət torpaq kadastrı kitabında uçota alınsa da, həmin torpaq sahəsinin Ağdaş şəhər XDS İK-in 15.03.1990-cı il tarixli 04 nömrəli qərarı ilə X3 istifadəsinə verildiyi müəyyən olunduğuna görə Şəki İnzibatiİqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 24.06.2014-cü il tarixli qərarı ilə iddiaçının adına olan A-471153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ləğv edilmiş və həmin sənəddə göstərilən 426 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X3 adına “Torpaq sahəsinin planı və ölçüsü2 sənədinin verilməsi qərara alınmışdır. Başqa sözlə, qeyd olunan 426 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yoxdur. Olmayan hüquq isə qeydiyyata alına bilməz və cavabdeh idd iaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 sentyabr 2019-cu il tarixli (hakimlər X9-məruzəçi, X10 və X8, 2-1(107)-531/2019 saylı) qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 30.10.2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 sentyabr 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermiş, qərarın ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Ağdaş Şəhər XDS İK-in 15.03.1990-cı il tarixli 04 nömrəli qərarı olmamış, X2 sənədlər əsasında əmlak hüquqları əldə etmişdir. Belə ki, Ağdaş Şəhər XDS İK-in 15.03.1990-cı il t arixli 04 nömrəli qərarı Ağdaş rayon Dövlət Arxivinə və Göyçay rayon Dövlət arxivinə təhvil verilməmiş, X4 bələdiyyə tərəfindən heç bir torpaq sahəsi ayrılmamışdır. Şikayətin hüquqi əsası kimi Torpaq Məcəlləsinin 66-cı maddəsinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prose ssual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı cavabdehə müraciət edərək 12.11.2013-cü il tarixli 745 qeydiyyat nömrəli, A471153 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə ə saslanaraq ünvanünvanında yerləşən 426 kv.m torpaq sahəsinə reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, 12.11.2013-cü il tarixli 745 qeydiyyat nömrəli, A471153 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” əsasında iddiaçının istifadəsində 426 kv.m torpaq sahəsi olmuşdur. X16-İqtisadi Məhkəməsinin 24.06.2014-cü il tarixli qərarı ilə həmin plan və ölçü ləğv edilmiş və ünvanünvanında yerləşən 426 kv.m həyətyanı torpaq sahəsinə S.N.Kərimovanın adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İşdə olan sənədlərdən görünür ki, ünvan 7 ünvanda iddiaçının anasının istifadəsində 1026 kv.m torpaq sahəsi olmuş, 11 noyabr 1980-ci il tarixli bağışlama müqaviləsi ilə 1026 kv.m torpaq sahəsinin 600 kv.m hissəsini anası iddiaçıya bağışlamış, “Torpaq sahəsinin planı və ölçüsü” əsasında 600 kv.m torpaq sahəsi iddiaçının adına qeydə alınmışdır. 1026 kv.m torpaq sahəsindən qalan 426 kv.m hissə isə S.N.Kərimovanın adına sənədləşdirilmişdir. Sonradan iddiaçının adına 426 kv.m torpaq sahəsinə A-471153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilsə də, həmin sənəd qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. Qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Ağdaş XDS İK-nin 15 mart 1990-cı il tarixli qərarı ilə 426 kv.m torpaq sahəsi iddiaçının qardaşının (S.N.Kərimovanın ərinin) istifadəsinə verilmişdir. Məhkəmə araşdırması zamanı 426 kv.m torpaq sahəsinə iddiaçının istifadə və sah iblik hüququ əldə etməsi sübuta yetməmişdir. İddiaçının istinad etdiyi A471153 blank nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlə t reyestrində aparılır (2.2-ci maddə). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmışdır. 426 kv.m torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün həmin əsasların hər hansı biri mövcud olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-531/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-179/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-179/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver