Məhkəmə qərarları › İş №2-1(102)-179/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-179/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-179/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( ötən dövr üçün pensiyanın ödənilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hərbi qulluqçu kimi almalı olduğu pensiyanın alın ıb ona verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.06.2021-ci il tarixli, 2-1(103)-175/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. İddiaçıya 10.08.1995-ci ildən İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsindən sonra ona 01.06.2018-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. İddiaçı 13.06.2019-cu il tarixli ərizə ilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona 1993-cü ildən 2018-ci ilə qədər olan dövr ərzində hərbi qulluqçu kim i almalı olduğu əlilliyə görə pensiyanın təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya 1993-cü ildən 2018-ci il tarixə kimi olan dövr ərzində pensiya təyin edilməsindən imtina olunmuş və iddiaçıya 13.06.2019-cu il tarixli **********9 saylı məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.11-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən, keçmiş müddət üçün hesablanmış 8124,67 manat məbləğində fərq 1 oktyabr 2018-ci il tarixdən etibarən hissə-hissə onun pensiyasın ın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 1993-cü il tarixdən 01 iyun 2015-ci il tarixə qədər hərbi qulluqçu kimi almalı olduğu pensiyanın hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1993-cü ildə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 24 iyul 1993-cü ildə döyüş zamanı ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının rəyi ilə xəsarətin hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edilmişdir. Lakin, ona hər bi qulluqçu kimi pensiya verilməmişdir. Dəfələrlə müraciət etdikdən sonra, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 13.07.2018-ci il tarixli, MN-10114 nömrəli məlumat vərəqəsinə əsasən 01.06.2018-ci il tarixdən ona hərbi qulluqçu kimi İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Hesab edir ki, onun konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, 1993-cü ildən 2018-ci ilə qədər hərbi qulluqçu kimi almalı olduğu əlilliyə görə pensiya cavabdehin günahı ucbatından ona verilməmişdir. Rəsmi olaraq cavabdehə müraciət etmişdir. Cavabdeh ona bildirmişdir ki, ən çoxu müraciətdən əvvəlki 3 il üçün hesablanmış pensiya məbləği ona ödənilir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunvericiliyin tələblərinə ziddir və döyüşlərdə aldığı əlilliklə əlaqədar bütün müavinətlər 1993-cü ildən bu günə qədər ona ödənilməlidir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(81)3375\2019 saylı qərarı (hakim T.Əzizova) ilə iddia tələbi rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 11.05.2018-ci il tarixli qərarından və həmin nazirliyin məlumat vərəqindən göründüyü kimi, Müdafiə Nazirliyi iddiaçının sabiq hərbi qulluqçu statusunu faktiki olaraq sonradan, 2018-ci il tarixdən tanıyaraq hərbi qulluqçu kimi təminat xərcliyi barədə cavabdeh quruma məlumat vərəqi göndərmişdir. Bundan sonra, cavabdeh qanuna müvafiq olaraq üzərinə düşən öhdəliyi yerinə yetirmiş və iddiaçıya pensiya son üç il nəzərə alınmaqla, yəni 01.06.2015-ci il tarixdən hesablanmışdır və qan unvericilyin tələblərinə uyğun olaraq ödənilir.

9. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Yuxarı instansiya məhkəmələrində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2-1(103)-341/2020 saylı (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Afaq Nuriyeva) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2-1(81)-3375/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəb ul olunmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2-1(102)-1171/2020 saylı (hakimlər İspəndiyar Şəfiyev - sədrlik edən və məruzəçi, Zakir Quliyev və Rahib Nəbizadə ) qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2-1(103)341/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Apelyasiya Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(103)-175/2021 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vaqif Mursaqulov ) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 03.10.2019-cu il tarixli, 2-1 (81)-3375/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.5 Təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olara q ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” 1.Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü ma ddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunverici liyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2. ”Əmək pensiyaları haqqınd a” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.

3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciəti əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.

4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.

20. İnzibati Prosessual Məcəllə: Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir

22. Apelyasiya instansiyası məhkəməsinin qəra rı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqey inə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Hazırkı mübahisə hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə iddiaçıya 2018ci ildə təyin edilmiş əmək pensiyasının ödənilməsi müddəti ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı onun pensiyasının hüququnun yarandığı 01 iyun 1993-cü il tarixdən hesablanaraq ödənilməsinə yönəlmişdir.

26. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu Qərarın 18-ci bəndində istinad olunan normaya əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

27. Bu Qərarın 19-cu bəndində istinad olunan və Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti v ə təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na görə, həmin qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciəti əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.

28. İş üzrə materiallardan görünür ki, iddiaçının adına məlumat vərəqi Müdafiə Nazirliyi tərəfindən 28.02.2018-ci il tarixdə tərtib edilərək cavabdehə göndərilmişdir. Cavabdeh tərəf indən həmin məlumat vərəqi əsasında 17.03.2018-ci il tarixli, 18/869 №-li qərarla İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə müvafiq olaraq 2-ci qrup əlilliyə görə 01.06.2018-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. Sonradan iddiaçının əlilliyinin səbəbi dəyişdirilmiş və əlilliyin Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olduğu göstərilməklə 30.05.2018-ci il tarixdən ona ikinci qrup əlillik təyin edilmişdir.

29. Bundan sonra Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına 13.06.2018-ci il tarixli yeni məlumat vərəqi tərtib edilmiş və cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiyası həmin məlumat vərəqi əsasında yenidən hesablanaraq 01.06.2018-ci il tarixdən pensiyanın məbləği 435,20 manat müəyyən edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçının da aid olduğu hərbi qulluqçulara əmək pensiyası müvafiq qurum tərəfindən təqdim olunmuş məlumat vərəqi əsasında təyin olunur və hesablanır. Başqa sözlə, cavabdeh belə hallarda təqdim olunmuş məlumat vərəqinə bağlıdır. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun əmək pensiyasının və əmək pensiyas ına əlavənin ödənilməsi qaydalarını müəyyən edən 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

31. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 01.07.2017-ci il tarixədək pensiyanın səhv hesablanması barədə iddiaçı tərəfindən cavabdehə müraciət edilməmişdir. Bu baxımdan cavabdeh tərəfindən iddiaçıya pensiya qeyd olunan normalara uyğun olaraq müraciət edilən (məlumat vərəqi təqdim edilən) tarixdən əvvəlki ən çoxu üç il üçün, yəni 01.06.2015-ci il tarixdən hesablanmış və keçmiş müddət üçün hesablanmış 8124,67 manat məbləğində fərq 1 oktyabr 2018-ci il tarixdən etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür.

32. Beləliklə, iş üzrə materiallardan görünür ki, iddiaçı onun müraciətindən sonra Müdafiə Nazirliyi tərəfindən verilmiş yeni məlumat vərəqəsinə əsasən arzuladığı əmək pensiyasını alır. Belə ki, təminat xərcliyi barədə cavabdehə təqdim olunmuş məlumat vərəqinə əsasən iddiaçıya yuxarıda qeyd olunan normalara əsasən müraciət tarixindən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla pensiya təyin edilmişdir. Bu baxımdan cavabdehin imtinası yuxarıda qeyd olunan normalar baxımından qanunvericilyin tələblərinə uyğun olmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Kassasiya şikayətinin təmin olunması üçün məhkəmə tərəfindən əsaslar müəyyən edilməmişdir.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Re spublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-175/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. 22.06.2021-ci il tarixli,

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar