Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-179/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (iddianın geri götürülməsi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1952-ci il təvəllüdlü, FİN ow25gd3 ) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli 2-1(103)-593/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. Ona 09 iyun 2004-cü il tarixdən prokurorluq işçisi kimi əmək pensiyası təyin edilmişdir. 2. 01 iyul 2017-ci il tarixdən isə iddiaçıya sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən prokurorluq işçisi kimi aldığı 1.790,51 manat pensiya dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instans iya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə, iddia tələbinin “İddiaçı işlədiyi hakim vəzifəsinə görə təyin olunmuş 3.540,70 manat məbləğində pensiyaya prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi təyin olunmuş 1.791,90 manat məbləğində pensiyanın xx.xx.2017-ci il tarixdən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi F ilialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: H.Ağalarov) e-2-1(112)-6010/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı həm prokurorluq işçisi kimi, həm də hakim kimi pensiya hüququna malik olsa da, qanunvericilkdə eyni vaxtda iki pensiya almaq hüququ barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. İddiaçının prokurorluq işçisi kimi pensiyasının bir hissəsinin müəyyən dövr hakim kimi təyin olunan pensiyaya birləşdirilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hətta məhkəmə araşdırması ilə bu hal öz təsdiqini tapdığı halda belə, haz ırkı iddia üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Bu mənada, məhkəmə qeyd edilən məsələ ilə bağlı əlavə araşdırma aparılmasına zərurət görməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еtmişdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbinin təmin edilməməsində cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
6. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Hüseynov sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) 21 sentyabr 2022-ci il tarixli, 2-1(103)593/2022 nömrəli qərarı na əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-6010/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir.
10. İşə kassasiya qaydasında baxılanadək iddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edib, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin işə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 11.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5 İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin işə baxılmadan geri qaytarılması barədə ərizə aşağıdakı səbəblərə görə təmin olunmalıdır.
13. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir.
14. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təm in edir. 15.Bununla yanaşı iddiaçıya izah edilir ki, iddiadan imtinadan fərqli olaraq iddianın geri götürülməsi şəxsin eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
16. Yuxarıda göstərilənlərə və İPM-in 55.5, 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Qərardad qətidir.