Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1790/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qaçqın statusunun verilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkiliştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İq tisadi Kollegiyasının 2-1(103)-599/2019 saylı iş üzrə 19 fevral 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16 iyul 2018-ci il tarixli, İQ-74/4 saylı qərarına əsasən Əfqanıstan Respublikası vətəndaşı İddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərar aşağıdakı qaydada əsaslandırılmışdır: “Ərizəçi Əfqanıstanın Qəzni vilayətinin Qərabağ rayonunun Qulyaqul kəndində anadan olduğunu, milliyyətcə həzarə olduğunu, müharibə səbəbindən məktəbə getmədiyini, yazmağı və oxumağı məsciddə öyrəndiyini, maddi vəziyyətləri çətin olduğu üçün 12 yaşından etibarən işləmə yə başladığını, əvvəllər fəhləliklə, sonra isə filiz (dəmir) əritmə işi ilə məşğul olduğunu qeyd etmişdir. O, 2015-ci ilin iyun ayında Qırğızıstana işləmək məqsədilə getdiyini, 2017-ci ilin aprel ayına qədər orada "Frunze Stal" adlı şirkətdə işlədiyini söyləmişdir. Ərizəçi Əfqanıstanda ümumi vəziyyətin yaxşı olmadığını, ölkədə qeyri-stabil vəziyyətin hökm sürdüyünü, əhalinin təhlükəsizliyinə təminatın olmadığını, bu səbəbdən də Əfqanıstanı tərk etmək qərarına gəldiklərini, Azərbaycanın Pakistandakı Səfirliyindən viza almaqla Əfqanıstanı tərk etdiklərini, 06 mart 2018-ci il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycana gəldiklərini bildirmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və söylədiyi məlumatlar süb uta yetirilmişdir. Belə ki, ərizəçi adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi müsahibə zamanı nə özünün, nə də ailə üzvlərində hər hansı birinin təqib və ya təzyiqə məruz qalmadıqlarını, yerli hakimiyyət orqanları və ya taliblər tərəfindən təhdid edilmədiklərini etiraf etmişdir. Ərizəçinin və arvadının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra ərizəçinin işi Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı dəlilləri Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş, əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir.” Qərarla razılaşmayan iddiaçı inzibati şikayətlə müraciət edərək qərara yenidən baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 sentyabr 2018-ci il tarixli, 242 saylı qərarı ilə şikayət əsassız olduğuna görə təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin sözügedən qərarlarını ləğv edərək ona qaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyluması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4593/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarı (hakim – A.A.Abdullayeva) ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-599/2019 saylı, 19 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4593/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, həmçinin maddi və prosessual normalarının pozulması yolu ilə çıxarıldığından ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassator barəsində əsaslandırılmış təqibin mövcud olmamasını hesab edərək səhv nəticəyə gəlmişdir. Çünki kassatorun verdiyi müsahibə ilə müəyyən olunur ki, o, vətəndaşı olduğu ölkədə etnik mənsubiyyətinə görə Taliban terror təşkilatının döyüşçüləri tərəfindən işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalacağından qorxduğu üçün vətəndaşı olduğu ölkəyə qayıtmaq istəmir. Özünün həyat və sağlamlığına real təh lükə olduğu üçün o, vətəndaşı olduğu ölkəni tərk edərək Azərbaycan Respublikasına gəlməyə məcbur qalıb. Qeyd olunan hal nüfuzlu beynəlxalq təşkilatların heabatları (Mənşə ölkə haqqında Məlumat) ilə təsdiq olunsa da, işə baxan apellyasiya instansiya məhkəməsi bunu nəzərə almamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddə sinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alı ndığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin q anunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olu nmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdiyi izahatdan məlum olmuşdur ki, o, Əfqanıstanın Qəzni vilayətinin Qərabağ rayonunun Qulyaqul kəndində anadan olduğunu, milliyyətcə həzarə olduğunu, müharibə səbəbindən məktəbə getmədiyini, yazmağı və oxumağı məsciddə öyrəndiyini, maddi vəziyyətləri çətin olduğu üçün 12 yaşından etibarən işləməyə başladığını, əvvəllər fəhləliklə, sonra isə filiz (dəmir) əritmə işi ilə məşğul olduğunu qeyd etmişdir. O, 2015-ci ilin iyun ayında Qırğızıstana işləmək məqsədilə getdiyini, 2017-ci ilin aprel ayına qədər orada "Frunze Stal" adlı şirkətdə işlədiyini söyləmişdir. Ərizəçi Əfqanıstanda ümumi vəziyyətin yaxşı olmadığını, ölkədə qeyri-stabil vəziyyətin hökm sürdüyünü, əhalinin təhlükəsizliyinə təminatın olmadığını, bu səbəbdən də Əfqanıstanı tərk etmək qərarına gəldiklərini, Azərbaycanın Pakistandakı Səfirliyindən viza almaqla Əfqanıstanı tərk etdiklərini, 06 mart 2018-ci il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycana gəldiklərini bildirmişdir. Ərizəçi müsahibə zamanı nə özünün, nə də ailə üzvlərində hər hansı birinin təqib və ya təzyiqə məruz qalmadıqlarını, yerli hakimiyyət orqanları və ya taliblər tərəfindən təhdid edilmədiklərini etiraf etmişdir. Kollegiya qeyd edir ki, Əfqanıstanda ümumi vəziyyətin yaxşı olmadığı, ölkədə qeyri-stabil və ziyyətin hökm sürdüyü, əhalinin təhlükəsizliyinə təminatın olmadığı ilə bağlı iddiaçının bildirdikləri özü-özlüyündə qanunvericiliyə əsasən qaçqın statusunun əldə edilməsinə əsas vermir. İddiaçının bildirdiyi etnik mənsubiyyətinə görə “Taliban” terror təşkilatının döyüşçüləri tərəfindən işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalacağından qorxduğu üçün vətəndaşı olduğu ölkəyə qayıtmaq istəmədiyi ilə bağlı dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, hər şeydən əvvəl bu dəlil konkret hallara söykənməyən ümumi bir narahatçılıqla bağlıdır. Belə ümumi narahatçılıq isə özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. İddiaçı onun barəsində sözügedən haldan irəli gələn əsaslı təqib qorxusunun mövcudluğunu dəstəkləyən hər hansı inandırıcı və m ötəbər sübut da təqdim etməmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, hazırkı vəziyyətdə Əfqanıstanın bütün ərazisində “Taliban” terror təşkilatının təsir və təhlükə yaratmaq imkanları yoxdur. İddiaçı hətta bu təhlükə onun yaşadığı yerdə realdırsa belə, Əfqanıstanın digər bölgələrində sözügedən təhlükədən azad şəkildə yaşamaq imkanına malikdir. Bundan başqa, iddiaçı vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmamışdır. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsa slı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddiaçının barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Kollegiya hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Bu mənada, kassasiya şikayətində göstərilən qaçqın anlayışının maddi hüquqi şərtlərinin iddiaçıya münasibətdə düzgün tətbiq edilmədiyi ilə bağlı bildirilənlər əsaslı deyildir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-599/2019 saylı iş üzrə 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1790/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1790/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver