Məhkəmə qərarları › İş №2-1(102)-1790/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1790/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1790/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan X3rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(105)-254/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Torpağa mülkiyyət hüququna dair JN 2403 saylı kod X saylı dövlət aktına əsasən, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 30 dekabr tarixli, 12 nömrəli qərarı ilə 1.74 ha torpaq sahəsi X4 və ailə üzvlərinə ayrılmışdır.

2. Tərəflər 2012-ci il 12 iyun tarixdə arasında bağlanmış və Xaçmaz rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, - satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi İdarəsi tərəfindən 2012ci il 15 may tarixdə verilmiş 5/688 saylı arayışa əsasən, ünvan 1i ünvanında yerləşən 1,74 ha torpaq sahəsində 0,73 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. - satılan torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 1997-ci il 3 mart tarixində verilmiş, JN-2403 qeydiyyat nömrəli X kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən satıcıya məxsusdur. - Müqavilə bağlananadək satılan torpaq ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - Satıcı torpağı 5256 AZN satdı, alıcı isə həmin qiymətə aldı. - Tərəflər daşınmaz əmlakın qiyməti ilə əlaqədar hesablaşma qaydası: Alıcı torpaq sahəsinin bu müqavilənin 4-cü bəndinə nəzərdə tutulan qiymətini nağd qaydada satıcıya tam ö dədi. Satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi.

3. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən X2 ünvanladığı 2017ci il 29 dekabr tarixli cavab məktubuna əsasən, 0.73 ha torpaq sahəsinə görə 5256 manat məbləğində kompensasiya iddiaçının adına köçürülmüşdür. Həmin ərazi üzrə torpaq sahəsinin qiyməti Xaçmaz rayon İcra Hakimiyyəti başçısının 2010-cu il 25 oktyabr tarixli, 289 saylı sərəncamına əsasən yaradılmış komissiya tərəfindən müəyyən olunaraq təsdiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2018-ci il 1 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən alğı-satqı predmeti olmuş 0,73 ha torpaq sahəsinə görə k ompensasiya qismində 210.000 manat, əldən çıxmış gəlirə görə 50.000 manat, bərpa xərclərinə və narahatçılığa görə 40.000 manat olmaqla cəmi 300.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 1.74 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin 0.73 ha hissəsi cavabdehin təklifi ilə alğı-satqı qaydasında özgəninkiləşdirilmişdir. Həmin vaxt cavabdeh orqanın rəhbərliyi təklif etmişdir ki, satılan torpağın bir sotu 70 manatdan satılsın, bunun əvəzində körpünün tikintisi başa çatandan sonra həmin torpaqdan istifadəyə yenidən icazə veriləcəkdir. Bu şərtlə iddiaçı razılaşaraq torpağın bir sotunun 70 manatdan satılmasına razı lıq vermişdir. Lakin artıq bir neçə il keçməsinə baxmayaraq körpünün tikintisi başa çatdırılmamışdır. Bundan başqa yerdə qalan 1.01 ha torpaq sahəsindən istifadə də mümkünsüz olmuşdur. Belə ki, iddiaçı həmin əraziyə çıxarış ala bilmədiyindən həmin torpaqdan da istifadə edə bilməmişdir. Halbuki, iddiaçı həmin torpaqda uzun illər yonca əkmiş, fayda götürmüşdür. Bununla bağlı iddiaçıya külli miqdarda ziyan dəymişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Avtomobil Yolları Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində vətəndaş Ofelya Seyfəddinovaya məxsus 1.74 ha torpaq sahəsinin 0.73 ha hissəsi yolun tikintisi a ltına düşmüş və bununla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alğı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidmətinin tövsiyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, ümumilikdə 5256 manat dəyərində müəyyən edilmiş və tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə hər iki tərəfin könüllü iradəsinə əsasən bağlanmış, müqavilədə başqa qeyd-şərt nəzərdə tutulmamışdır. Hesablanmış məbləğ 2012-ci il 12 iyun tarixdə iddiaçının adına köçürülmüşdür. Yerdə qalan 1.01 ha torpaq sahəsinə cavabdeh orqanın heç bir iddiası yoxdur və iddiaçının həmin torpaq sahəsindən heç bir məhdud iyyət mövcud deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 1 iyun tarixli, 2-1(81)2615/2020 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 4 noyabr tarixli, 2-1(118)-15/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı özünə məxsus 1.74 ha torpaq sahəsinin 0.73 ha hissəsini notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən 2012-ci ilin iyun ayının 12-də cavabdeh orqana satmış və həmin torpağın əvəzi qismində hesablanan 5256 manat məbləğində kompensasiya iddiaçının bank hesabına ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğin düzgün hesabl anmadığını və aşağı qiymətə sonradan yenidən həmin torpaqdan istifadə etmək şərti ilə razılaşdığını bildirərək ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında könüllü surətdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə hər hansı qeyd şərt nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının qalan torpaq sahəsindən istifadə edə bilməməsi ilə bağlı dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının qalan 1.01 ha torpaq sahəsindən istifadə edə bilməməsi, o cümlədən həmin sahəyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instan siyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(105)-254/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 4 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 0,73 ha olan hissəsinə alğı-satqı barəsində könüllü şəkildə müqavilənin bağlandığı və həmin müqavilə əsasında iddiaçıya 5256 manat kompensasiya ödənilmişdir. İddiaçının mülkiyyətində 1,01 ha torpaq sahəsinə olan hissədə isə hər iki instansiya məhkəməsi iddiaçının heç bir hüququnun pozulmadığı qənaətinə gəlmişdir. Alğı-satqı predmeti olmuş 0,73 ha torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikinti işləri eyni zamanda 1,01 ha torpaq sahəsindən istifadə imkanların qeyr-mümkün hala gətirmişdir. Hər iki instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Nəticədə işin hallarına faktiki olaraq düzgün hüquqi qiymət verilməmiş və qanunsuz qərar qəbul edilmişdir. Alğı-satqı müqaviləsi bağlanarkən mülkiyyətçinin təməl insan haqlarında biri olan mülkiyyət hüq uqu pozulmuş, ədalətli kompensasiya almaq imkanı əsassız yerə imkansız olmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublika sı Qanununun 30.1-ci maddəsinə əsasən, alan orqan bu Qanunun 7.3.17.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alğı-satqı) yolu ilə əldə edə bilər. Həmin Qanunun 30.2-ci maddəsinə görə, bu fəsildə müəyyən olunan danışıq yolu ilə könüllü alğı-satqının təşəbbüskarı alıcı qismində alan orqan və ya satıcı qismində bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslər ola bilər. Həmin Qanunun 35-ci maddəsinin müddəalarına görə, torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. Torpağın satın alınması təklifi qəbul edilərkən onun hər bir şərtinin qəbul olunduğu aydın ifadə edilməlidir. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alğısatqı müqaviləsi ilə rəsmiləşdirilir.

21. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına görə, 2012-ci il 12 iyun tarixdə Xaçmaz rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqına dair müqaviləyə əsasən, Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi İdarəsi tərəfindən 2012-ci il 15 may tarixdə verilmiş 5/688 saylı arayışa əsasən, ünvan 1i ünvanında yerləşən 1,74 ha torpa q sahəsində 0,73 ha torpaq sahəsini alıcının mülkiyyətinə verir. Satılan torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 1997-ci il 3 mart tarixdə verilmiş, JN-2403 qeydiyyat nömrəli X kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən satıcıya məxsusdur. Satıcı torpağı 5256 manata satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı torpaq sahəsinin bu müqavilənin 4-cü bəndinə nəzərdə tutulan qiymətini nağd qaydada satıcıya tam ödədi. Satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi.

22. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi ona məxsus olmuş torpaq sahəsinə görə ödənilmiş 5256 manat məbləğində pulun real kompensasiya qiymətinə uyğun gəlmədiyinə istinad etsə də, tərəflər arasında razılaşma imzalanmış, həmin razılaşm ada torpağın satış qiyməti müəyyən edilmiş, tərəflər arasında notariat qaydada müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı ona məxsus torpaq sahəsindən cavabdehin xeyrinə imtina etmiş, cavabdeh şərtləşdirilmiş məbləği nağd qaydada ödəmiş, iddiaçı da həmin məbləği qəbul etmişdir. Müqavilədə satılan torpaq sahəsi ilə bağlı iddia tələbində göstərilən hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır.

23. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi qüvvədədir.

24. Satışdan sonra yerdə qalan 1.01 ha torpaq sahəsinə gəldikdə, cavabdeh təsdiq edir ki, qalan sahəyə onun heç bir iddiası və müdaxiləsi olmamışdır, iddiaçının həmin torpaq sahəsindən istifadəsinə heç bir məhdudiyyət mövcud deyildir. Cavabdehin bu dəlilini təkzib edən, qalan torpaq sahəsindən istifadə olunmamasının məhz cavab dehin hərəkəti və ya hərəkətsizliyi ilə səbəb əlaqəsini təsdiq edən sübut işdə yoxdur. Əksinə, işdə olan mütəxəssis rəyinə görə, 1.01 ha torpaq sahəsinə heç bir müdaxilə olmamış, sözügedən torpaq sahəsinə rəy olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bildirilmişdir ki, həmin torpaq sahəsi 1-ci keyfiyyət qrupuna aid olmaqla bütövlükdə əkinə yararlı torpaq sahəsidir. Hal-hazırda həmin torpaq sahəsi (1.01 ha) istifadə üçün yararlıdır.

25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyun tarixli, 2-1(105)-254/2021 nömrəli qərarı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar