Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1791/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnəqarşı iş üzrə QƏRAR Açar sözlər: (yaşa görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)925/2 020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon Şöbəsinə qarşı ona əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaç ı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı pensiyaya çıxması ilə bağlı cavabdehə rəsmi müraciət edərək, qanunvericiliyə əsasən onun sığorta iş stajına və yaşına görə ona əmək pensiyasını təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiə Nazirliyi yanında Cavabdeh xx.xx.2019cu il tarixli, **********5 nömrəli məktubu ilə ona qanunsuz və əsassız olaraq imtina edərək bildirmişdir ki, ona əmək pensiyasını təyin edilməsi yalnız əmək kitabçasına uyğun olaraq təyin edilməlidir. Əmək kitabçasının olmadığı təqdirdə ona əmək pensiyasını təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə rəsmi müraciət edərək, ИТ-İ ******* nömrəli xx.xx.1977-ci il tarixində doldurulmuş əmək kitabçasının əvvəllər çıxarılmış kserosurətini təqdim etmişdir. Bundan əlavə olaraq, o, müraciətinə qoşma sənəd kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxx” X1 Xətlər Elmi-İstehsalat müəssisəsinin xx.xx.2013-cü il tarixli, aaa nömrəli rus dilində yazılmış arayışın kserosurətini təqdim etmişdir. Həmin arayışda qeyd olunur ki, o, xx.xx.1977-ci il tarixindən etibarən həmin müəssisədə işləmiş və qeyd olunmuşdur ki, həmin müəssisənin adı bir neçə dəfə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə dəyişdirilmişdir və onunla bağlı əmək kitabçasında da qeydlər olunmuşdur. Bundan əlavə həmin müəssisənin ona verilmiş əmək haqqları ilə bağlı xx.xx.2014-cü il tarixli, 01 nömrəli arayışı da var və onu da sübut kimi təqdim etmişdir. O, yaşayış yerini tez-tez dəyişməsinə görə, iş yerləri i lə bağlı çoxsaylı sənədlərini, o cümlədən də əmək kitabçasını da itirmişdir. Lakin onun iş stajını təsdiq edən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxx” X1 Xətlər Elmiİstehsalat müəssisəsinin xx.xx.2013-cü il tarixli, aaa nömrəli rus dilində yazılmış arayışı vardır. Həmin arayışdan görünür ki, o, xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək həmin müəssisədə işləmişdir. Bundan başqa, xx.xx.1992-ci ildən - xx.xx.2005-ci ilədək müəyyən yerlərdə işləməsini təsdiq edən MT-1 ******* nömrəli əmək kitabçasının kserosurəti vardır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxx” X1 Xətlər Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilmiş xx.xx.2019-c u il tarixli, 74 saylı arayışa əsasən onun xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək mühəndis vəzifəsində işləməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 63 yaşı tam olduğu xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4360/2019 nömrəli (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxx” X1 Xətlər Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 74 saylı arayışa əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən - xx.xx.1992-ci il tarixədək mühəndis vəzifəsində işləməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 63 yaşı tam olduğu xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-925/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdi rilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarının əsaslandığı sözügedən arayışın surətinə əsasən, arayış xx.xx.2019-cu il tarixdə rus dilində tərtib edilmişdir. Konstitusiya əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir, bütün rəsmi sənədlər Azərbaycan dilində tərtib edilməlidir. Həmin arayışın yuxarı sol və imza hissələrində əksini tapmış möhürlər isə Azərbaycan dilindədir. Mübahisə üzrə qəbul edilmiş qərarın əsasını təşkil edən müvafiq arayışın tərtib etmə tarixinin xx.xx.2019-cu il olması nəzərə alınmaqla məzmununun rus dilində, möhürlərin isə Azərbaycan dilində olması ziddiyyətli və şübhəlidir. Həmçin in, iş materiallarına əsasən Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarının əsaslandığı iddiaçının iş stajını təsdiq edən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” X1 Xətlər Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli aaa nömrəli arayışı da rus dilində tərtib edilmişdir. Bundan əlavə, iddiaçının xx.xx.1992-ci il tarixdən - xx.xx.2005-ci il tarixədək olan iş stajını MT-1 ******* nömrəli əmək kitabçasının kserosurəti təsdiq edir. Məlumdur ki, istənilən sübutun mötəbərliyi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hər hansı bir sənədin sübut qismində qiymətləndirilməsi üçün mötəbərliyinə əsas verən kriteriyalara cavab verməlidir. Hər hansı sənədin lazimi qaydada təstiq olunmamış surəti sübut qismində qiymətləndirilə bilməz. Beləliklə, həmin aray ışların və əmək kitabçasının kserosurətinin etibarlılığı şübhə altına düşür. Bununla bağlı olaraq iddiaçı cavabdehin müvafiq imtina məktubu əsaslıdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-925/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhk əməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi İrina Muxtarova (bacısı) məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bi r halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarının əsaslandığı sözügedən arayışın surətinə əsasən, arayış xx.xx.2019-cu il tarixdə rus dilində tərtib edilmişdir. Konstitusiya əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir, bütün rəsmi sənədlər Azərbaycan dilində tərtib edilməlidir. Həmin arayışın yuxarı sol və imza hissələrində əksini tapmış möhürlər isə Azərbaycan dilindədir. Mübahisə üzrə qəbul edilmiş qərarın əsasını təşkil edən müvafiq arayışın tərtib etmə tarixinin xx.xx.2019-cu il olması nəzərə alınmaqla məzmununun rus dilində, möhürlərin isə Azərbaycan dilində olması ziddiyyətli və şübhəlidir. Həmçinin, iş materiallarına əsasən Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarının əsaslandığı iddiaçının iş stajını təsdiq edən, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “xxxx” X1 Xətlər Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli aaa nömrəli arayışı da rus dilində tərtib edilmişdir. Bundan əlavə, iddiaçının xx.xx.1992-ci il tarixdən - xx.xx.2005-ci il tarixədək olan iş stajını MT-1 ******* nömrəli əmək kitabçasının kserosurəti təsdiq edir. Məlumdur ki, istənilən sübutun mötəbərliyi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hər hansı bir sənədin sübut qismində qiymətləndirilməsi üçün mötəbərliyinə əsas verən kriteriya lara cavab verməlidir. Hər hansı sənədin lazimi qaydada təstiq olunmamış surəti sübut qismində qiymətləndirilə bilməz. Beləliklə, həmin arayışların və əmək kitabçasının kserosurətinin etibarlılığı şübhə altına düşür. Bununla bağlı olaraq iddiaçı cavabdehin müvafiq imtina məktubu əsaslıdır. Bununla da həmin qərar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla tələb olunan əmək stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada sənədin (əmək kitabças ı) təqdim edilməməsi səbəbindən ona yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Daha sonra cavabdeh xx.xx.2019-cu il tarixli **********3 saylı məktubunda İddiaçı xx.xx.2019-cu il 74 saylı təqdim etdiyi arayışın iş stajına daxil edilməsi barədə qərar qəbul olunduğu halda iddiaçının xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ yaranacağını qeyd edilmişdir. Müdafiə Sənayesi Nazirliyi “xxxx” X1 Xətlər Elmi-İstehsalat Müəssisəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 74 saylı arayışına əsasən iddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə tələb olunan 12 ildən çox (14 il 07 ay 05 gün) sosial sığorta stajına malik olması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstəril ir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2011-ci ilin yanvar ayının 1-dən kişilərin yaş həddi 63 yaş olmuşdur. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının sosial sığorta stajı 14 il 07 ay 05 gündən çox təşkil edir. İddiaçının 63 yaşının xx.xx.2017-ci ildə tamam olduğunu və həmin vaxt qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, iddiaçının əmək fəaliyyətini təsdiq edən arayışın mövcud olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilən lərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,21(103)-925/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1791/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1791/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver