Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1791/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “iddiaçının icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən, ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə İddiaçı adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2-1(105)207/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 20 fevral 2002-ci il tarixli, 1307 saylı dövlət əmlakının ( qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən, ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsini istehsal məqsədi ilə “AER” firmasının müddətli istifadəsinə vermişdir. 2. 20 iyun 2006-cı il tarixli, 2545/1307 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kvadrat metr olan qeyri-yaşayış sahəsini istehsal məqsədi ilə «AER» firmasının müddətli istifadəsinə vermişdir.
3. İddiaçı ilk dəfə 05 oktyabr 200 9-cu il tarixli, 109 nömrəli məktubla cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən, ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmişdir.
4. İddiaçı daha sonra da eyni məzmunlu məktublarla cavabdehə müraciət etmiş, iddiaçının sonuncu müraciətinə cavabdeh 08 may 2018- ci il tarixli **********97 saylı məktubla imtina cavabı verərək bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən, icarəyə götürülmüş qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə»yə uyğun olaraq satın alınması üçün 100 % dəyəri ilə iddiaçıya təklif olunmuşdur. Lakin mövcud qanunvericiliklə müəyyən edilmiş m üddət ərzində iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin bağlanması təmin edilməmiş və həmin qeyri-yaşayış sahəsinin hərrac vasitəsilə satılması barədə 23 fevral 2018-ci il tarixində qərar qəbul edilmişdir. Keçirilən hərracda iddiaçı iştirak etmək hüququndan istifadə etməmiş, həmçinin göstərilən obyektin hərracı, alıcı olmaması səbəbindən baş tutmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kv.metr olan qeyriyaşayış sahəsinin onun həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasə n müəyyən edilmiş qiymətlə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən, ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsi 1994-cü ildən 1998-ci ilə kimi “Çinar” kiçik müəssisəsinin, 1998-ci ildən etibarən hazırkı vaxta kimi isə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin icarəsindədir. Hər iki hüquqi şəxsin təsisçiləri eyni şəxslərdir. Həmin qeyri-yaşayış sahəsi 1998-ci ilə kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olmuş və həmin tarixə kimi icarə müqavilələri birliklə bağlanmışdır. 1998-ci ildən etibarən isə icarə müqavilələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmışdır. 1994-cü ildən hazırkı vaxta kimi iddiaçı icarə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri yerinə yetirmiş, icarə haqları hər hansı bir gecikdirməyə yol verilmədən tam miqdarda ödənilmişdir. Hal-hazırda iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinə borcu yoxdur. 2009-cu il tarixdən dəfələrlə cavabdehə müraciət edərək əmlakı özəlləşdirmək istədiklərini bildirsələr də, cavabdehin özbaşınalığı, vəzifələrinə səhlənkar yanaşması nəticəsində müraciətləri təmin olunmamışdır. Hazırda isə əmlakın özəlləşdirilməsi üçün bazar qiymətindən qat-qat yuxarı məbləğdə pul tələb edilir. İddiaçı 23 aprel 2018-ci il tarixli ərizə ilə cavabdehə təkrar müraciət edərək, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” A zərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsalların 2016-cı il tarixədək olan redaksiyasına uyğun olaraq uzun müddət icarəsində olan Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsinin onun tərəfindən özəlləşdirilməsi barədə qərar ın qəbul olunmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir.
7. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş, etirazın dəlillərini imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli, 2-1(85)-2181/2018 nömrəli qərarı ilə (sədrlik edən: Z.R.Pirverdiyev) iddianın təmin edilməsi, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən, ümumi sahəsi 366.5 kvadrat metr olan qeyri-yaşayış sahəsinin iddiaçının həmin obyektə özəlləşdirmə hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qiymətlə İddiaçı adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə qeyd etmiş dir ki, iddiaçı 05.10.2009-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etdikdə cavabdeh hərəkətsizlik edərək inzibati icraat başlamamış, heç bir inzibati akt qəbul etməmiş və yaxud inzibati aktın qəbulundan imtina etməmişdir. Hazırda isə iddiaçının müraciətini tənzimləyən normativ hüquqi aktlarda dəyişiklik olmuş və bu da iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Odur ki, iddiaçının mübahisəli obyektin özəlləşdirilməsi ilə bağlı müraciətlərinin təmin olunmasından cavabdeh tərəfindən hazırkı qanunvericiliyə istinad edilməklə imtina edilməsi iddiaçının hüququnun pozuntusu deməkdir və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə ziddir. Bundan əlavə, cavabdeh mübahisəli obyektin satın alınması üçün 100% dəyəri ilə iddiaçıya təklif olunmasını bildirsə də, b ununla bağlı sübutu məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə qərarından cavabdeh apelyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2-1(105)-05/2020 nömrəli (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: F.Ə.Məmmədov və M.Ə.Rzayev) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Ali Məhkəmənin İnzibati Kollegiyasının 09 de kabr 2020-ci il tarixli, 21(102)2257/2020 saylı qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2020-ci il tarixli, 2-1(105)-05/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarında yazılmışdır ki, «Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kv. metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı inz ibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur». Halbuki, «məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla» söz ibarələri qeyri-müəyyən və qeyri-konkret olmaqla yanaşı, ümumiyyətlə açıqlanmamışdır, yəni məhkəmənin hüquqi mövqeyinin nədən ibarət olması bəlli deyildir ki, bu da, İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələblərinə ziddir. Digər tərəfdən, iş materiallarında apelyasiya instansiyası məhkəməsinin özünün də qərarında müəyyən etdiyi iddiaçının cavabdehə 05 oktyabr 2009-cu il tarixli, 109 saylı yazılı müraciəti vardır ki, həmin müraciətdə iddiaçı Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 saylı Fərmanı ilə təsdiq edilmiş «İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında» Əsasnaməyə uyğun olaraq onun istifadə etdiyi Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə köməklik göstərilməsini cavabdehdən xahiş edir. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən yazılı müraciətinin nəticəsi ilə (cavab verilibverilməməsi, verilibsə, nə cavab verilib) ümumiyyətlə maraqlanmamış və heç bir araşdırma aparmamışdır ki, bununla da İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin tələbləri pozulmuşdur. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, 15ci məhəllə, 46/9 ünvanında yerləşən, ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş - “özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 378 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə qədər olan redaksiyasında müəyyən edilmiş qiymətlə İddiaçı MMC-nin adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2020-ci il tarixli, 2-1(105)-207/2020 nömrəli (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: G.F.Tağızadə və L.M.Məmmədova) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhk əməsinin 06 sentyabr 2018-ci il tarixli, 2-1(85)- 2181/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən, ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”a Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 378 nömrəli qərarı əsasında əlavə edilmiş 7-ci hissənin müddəaları tətbiq edilmədən müəyyən edilmiş qiymətə əsasən İddiaçı MMC-nin adına özəlləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsi özəlləşdirilməsi qadağan edilən və yaxud məhdudiyyət qoyulan əmlak deyildir. Belə olan halda isə, cavabdeh inzibati orqan iddiaçının qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı müraciətinə, müraciət edilən vaxt qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən baxmaq və özəlləşdirilmə barədə qərar qəbul etmək vəzifəsi daşımışdır. İddiaçının 2009-cu ildən başlayaraq bir neçə dəfə müraciətləri olmuş, həmin dövrdən 05.10.2016-cı il tarixədək isə müəssisə tərəfindən icarəsində olan dövlət obyektlərinin ilkin qiymətinə tətbiq edilən əmsallara əsasən özəlləşməsi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının, icarəsində olan qeyri-yaşayış sahəsini özəlləşdirmək hüququ 2009-2011-ci illərdə qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı ilkin müraciətlər etdiyi andan yaranmış, inzibati orqan isə iddiaçının müra ciətinə onun hüququ yaranan zaman qüvvədə olan maddi hüquq normalarını rəhbər tutmaqla baxmaq və müvafiq qərar qəbul etmək öhdəliyi daşımışdır.
19. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
20. Apellyasiya instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Belə ki, iddiaçının 05.10.2009-cu il tarixli müraciəti hazırkı iddianın predmeti olan qeyri-yaşayış sahəsinin deyil, ünvan 2 ünvanında yerləşən digər bir qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı olmuşdur. Həmin müraciət cavabdeh tərəfindən 15.10.2009-cu il tarixli məktubla cav ablandırılmış, lakin həmin sənədlərin arxivdə saxlanılması mümkün olmadığından məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İddiaçının 01.02.2011-ci il tarixli müraciəti isə 18.02.2011-ci il tarixdə cavablandırılmış və bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsində inventarlaşma işlərinin aparılması və texniki pasportun hazırlanması üçün DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə göstəriş verilmişdir. Beləliklə, iddiaçının 2009-cu il tarixli müraciəti hazırkı iddianın predmeti olan qeyri-yaşayış sahəsi ilə bağlı olmamış, digər müraciəti isə cavablandırılmışdır. Nəzərə alınmalıdır ki, “İcarə haqqında” Qanunun 10-cu maddəsinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə tə sdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2-ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəsi yox, hüququdur. Beləliklə, 05.10.2016-cı il tarixədək ƏMDX iddiaçının müraciəti əsasında özəlləşdirməni həyata keçirməyə borclu olmadığından, məhkəmənin həmin tarixədək özəlləşdirməni həyata keçirməməklə bağlı Xidmətin hərəkətsizliyinin qanunsuz sayması və bu səbəbdən özəlləşdirmənin hazırda qüvvədə olan qanunvericiliyə uyğun deyil, həmin tarixədək qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilməli olmasına dair mövqeyi qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. 16 noyabr 2021- ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tə rəfindən qəbul edilir. 25. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
10. İcarəçi icarəyə götürdüyü əmlakı mülkiyyətçinin razılığı ilə dövlətsizləşdirmə və özləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulan qaydada tamamilə və ya qismən satın ala bilər. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın: - 1.3-cü bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, onların, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir. - 4.1- ci bəndinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: icarəyə verilmiş dövlət əmlakının satışı; - 4.6.1-ci bəndinə əsasən, İİ Dövlət Proqramı təsdiq edilənədək icarə müqaviləsinə müvafiq olaraq satınalma hüququ ilə icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydaları İİ Dövlət Proqramı və digər normativ hüquqi aktlarla müəyyən edilir. İcarəyə verilmiş dövlət əmlakının satışı tərəflər arasında bağlanmış icarə müqavilələrinin şərtlərindən (satınalma hüququndan, icarə müddətindən və s.) asılı olaraq müxtəlif üsullarla həyata keçirilir. - 4.6.5-ci bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: - icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; - icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir.
26. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyət i orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”: Bənd
1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir. Bənd 4.2. Qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi ) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir...Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. Bənd 4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. Bənd 4.2.2. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamad ıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. Bənd
7. Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.
27. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndinə əsasən özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələri əsasında icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair belə amillər nəzərə alınmaqla, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 (otuz) gün ərzində əmlakın dəyərini ödəyir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflə rdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göst ərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
32. Belə ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi Sumqayıt şəhəri, 15-ci məhəllə, 46/9 ünvanında yerləşən ümumi sahəsi 366.5 kv.metr olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş - “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 378 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə qədər olan redaksiyasında müəyyən edilmiş qiymətlə İddiaçı MMC-nin adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Başqa sözlə, onun hazırkı iddianı qaldırmaqda hüquqi marağı, icarəsində olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”a Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 378 nömrəli qərarı əsasında əlavə edilmiş 7-ci hissənin müddəaları tətbiq edilmədən müə yyən edilmiş qiymətə əsasən həyata keçirilməsidir.
33. İddiaçı tələbini belə əsaslandırır ki, o, özəlləşdirmə ilə bağlı qanunvericilikdə müvafiq dəyişiklik olunanadək cavabdehə müraciət etmiş, cavabdeh isə onun əmlakının özəlləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul etməmiş, qanunvericilikdəki dəyişiklikdən sonra özəlləşdirmənin həyata keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.
34. Hazırkı iş üzrə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 oktyabr tarixli 378 nömrəli Qərarı qəbul edilənədək cavabdehə özəlləşdirmə ilə bağlı müraciət etməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına (iddiaçının 2009-cu il tarixli müraciəti cavabdeh tərəfindən mübahisələndirilsə də, 2011-ci ildə özəlləşdirmə ilə bağlı müraciətini cavabdeh etiraf edir) aiddir.
35. Tərəfl ərin hazırkı iş üzrə mübahisələndirdiyi məsələ iddiaçının icarəsində olan əmlakın özəlləşdirilməsi və bu zaman, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”a Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 378 nömrəli qərarı əsasında əlavə edilmiş 7-ci hissənin müddəaları tətbiq edilmədən müəyyən edilmiş qiymətə əsasən özəlləşdirmənin həyata keçirilməsidir.
36. İşə baxan apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyinə görə, iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsini özəlləşdirmək hüququ 2009-2011-ci illərdə qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı ilkin müraciətlər etdiyi andan yaranmış, inzibati orqan isə iddiaçının müraciətinə onun hüququ yaranan zaman qüvvədə olan maddi hüquq normalarını rəhbər tutmaqla baxmaq və müvafiq qərar qəbul etmək öhdəliyi daşımışdır.
37. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
38. Hazırkı iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin 06.10.2017-ci il tarixli 226 nömrəli sərəncamı ilə iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi qərara alınmış və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair bağlanılmış icarə müqaviləsi ləğv edilmişdir. Həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir və halhazırda da qüvvədədir. Bu qərar, cavabdehin özəlləşdirmə barədə niyyətini müəyyən edən inzibati aktdır.
39. İddiaçı cavabdehə 2009-cu il tarixdən özəlləşdirmə ilə bağlı müraciət etd iyini, lakin müvafiq qərar qəbul etmədiyini bildirsə də, cavabdehin hərəkətsizliyi ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməmiş, cavabdehin hərəkətsizliyini hazırkı iddianı qaldıranadək məhkəmə qaydasında mübahisələndirməmişdir. Əksinə, cavabdeh tərəfindən özəlləşdirmə ilə bağlı inzibati akt qəbul edildikdən sonra iddiaçı hazırkı iddia ilə cavabdehin üzərinə onun ilkin müraciətinin edildiyi tarixdə qüvvədə olan qanunvericilik normalarının tələblərinə müvafiq olaraq özəlləşdirmənin həyata keçirilməsi ilə bağlı öhdəlik qoyulmasını tələb edir.
40. Halbuki, cavabdeh özəlləşdirmə ilə bağlı 06.10.2017-ci il tarixində sərəncam qəbul etmişdir və həmin sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən Əmsallar”a Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 378 nömrəli qərarı əsasında əlavə edilmiş 7-ci hissənin müddəalarının tətbiqini şərtləndirir. Belə ki, bu qərarın 26-cı bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.
41. Bundan əlavə, iddiaçının özəlləşdirmə barədə cavabdehə müraciəti mütləq olaraq həmin müraciət əsasında cavabdehin özəlləşdirmə ilə bağlı qərar qəbul etməsini şərtləndirmir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir. Qanunvericiliyin qeyd edilən normasına əsasən, dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmək Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəsi yox, hüququdur. Dövlət əmlakının nə vaxt özəlləşdirilməsi barədə qərar qəbul etmək Komitənin diskresion səlahiyyətidir və bu, alıcının (icarəçinin) tələbi ilə şərtləndirilməmişdir. Başqa sözlə, Əmlak Məsələləri Dövlət Komitəsi icarəçinin müraciəti əsasında qeyri- yaşayış sahəsini özəlləşdirmək vəzifəsi daşımamışdır.
42. Qeyd olunmalıdır ki, özəlləşdirmə hüququ qanunvericilikdə cavabdehin diskresion səlahiyyəti kimi təsbit edilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzif əli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətindən özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə, hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də şərh edilə bilməz. Belə yanaşma, hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da, məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hər əkətlərinə qiymət verilməsini ehtiva edir.
43. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı ilkin müraciətindən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinədək olan müddətdə cavabdehin diskresion səlahiyyətlərindən düzgün istifadə etmədiyini hesab edirdisə, bu halda müvafiq iddia ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməli idi. İndiki halda isə, cavabdehin mübahisələndirilən əmlakın özəlləşdirilməsi ilə bağlı 06.10.2017-ci il tarixli sərəncamı qüvvədə ola-ola iddiaçının hazırkı tələbinin təmin edilməsi mümkünsüzdür.
44. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.
45. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməməklə q əbul olunduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilməlidir.
46. Qeyd olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2-1(105)-207/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qətidir.