Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1791/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, X7, X5, X6 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə; iş üzrə icraatın təzələnməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddia çılar İddiaçı1, İddiaçı2, X7, X5, X6 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (Maraqlı şəxs) qarşı “1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-379/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar İddiaçı1, İddiaçı2, X7, X5, X6 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı cavabdeh Azə rbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, Quba rayonunun Qaraçay kəndində yerləşən ümumi sahəsi 1,95 ha olan torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
3. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci ins tansiya məhkəməsindəki icraat
4. Maraqlı şəxs 17 fevral 2022-ci il tarixdə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021ci il tarixli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
5. Maraqlı şəxs vəsatəti onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1 (118)-216/2021 nömrəli qərarı onun qanunla qorunan maraqlarına toxunur. Belə ki, qərarın qəbul edilməsinə əsas olmuş ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, lakin nəticədə onun torpaq sahəsinin bir hissəsi iddiaçıların torpaq sahəsi kimi göstərilmişdir. Halbuki daha əvvəl İddiaçı2 ona qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və həmin mübahisə ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0,727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Başqa sözlə, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Nəticədə, İddiaçı2 iddiası Quba Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Həmçinin iş üzrə iddiaçının apellyasiya və kassasiya şikayətləri də təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddia ərizəsində və cavabdehin iddiaya etirazında torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı aralarında mübahisə olduğu qeyd edilməsinə baxmayaraq məhkəmə onu işin baxılmasına cəlb etməmişdir. O, belə bir məhkəmə qərarının olması barədə yalnız son günlərdə məlumat almışdır. Hesab edir ki, onun cəlb edilmədiyi iş üzrə qəbul edilmiş qərarla qanuni mənafeləri pozulmuşdur.
6. İddiaçılar vəsatətə yazılı etiraz edərək bildirmişdirlər ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 və digərlərinin ümumi birgə mül kiyyətlərində olan Quba rayonu, Qaraçay kəndində yerləşən 0.727 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Quba rayonu İ Nügədi kəndində yerləşən 0.6486 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Bu səbəbdən daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən şikayətləri təmin edilməmiş və Quba rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Yalnız bundan sonra onlar əvvəlcə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, onlara məxsus Dövlət Aktı ilə mülkiyyətlərində olan 1.95 ha torpaq sahəsinin mərzlərlə müəyyən edilərək təhkim aktı ilə tanıdılması barədə tələblərinə baxılmadığından, iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Hesab edirlər ki, bu tələb heç bir halda Maraqlı şəxs hüquqla rına toxunmadığından üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatəti təmin edilə bilməz.
7. Bundan başqa, Quba rayon Məhkəməsində mübahisələndirilən torpaq sahəsi 0.727 hektardır ki, həmin torpaq sahəsi ilə bağlı ekspert rəyi və məhkəmə qərarına etiraz etmirlər. Sonradan Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə mübahisələndirilən 0.727 ha torpaq sahəsi onlara mərzlərlə ölçülərək təhkim aktı ilə verilmişdir. Bu da Quba rayon Məhkəməsinin qanuni qüvvəsinə almış qətnaməsinin, həmçinin ekspert rəyinin doğruluğunu bir daha təsdiq edir. Qeyd edirlər ki, həmin torpaq sahəsi ilə bağlı heç bir tələbləri qalmamışdır. Lakin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən birgə mülkiyyətlərində olan Quba rayon Məhkəməsində mübahisələndirilməyən və ekspert rəyinə aid olmayan 1.2189 ha torpaq sahəs i ilə bağlı naturada təhkim aktı tanıdılan zaman məlum oldu ki, Maraqlı şəxs və digər qonşu X2 tərəfindən mülkiyyətlərində olan həmin torpaq sahəsinin bir hissəsi zəbt olunub, Maraqlı şəxs zəbt etdiyi torpaq sahəsində meyvə ağacları əkməklə ondan istifadə edir. Bu səbəbdən, torpaq sahəsi ilə bağlı mərz nişanları qoyularkən həmin şəxsləri də dəvət etmiş və mübahisənin sülh yolu ilə həll edilməsini təklif etmişlər. Torpaq sahələrini zəbt edən bu şəxslər onların dəvətini qəbul etməmiş, lakin sonradan mərz nişanlarını sökərək yenidən onlara aid torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Bu səbəbdən, onlar Quba rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Polis Şöbəsinin tədqiqatçısı tərəfindən qəbul edilən qərarla Maraqlı şəxs və Bəhruz Əmiraslanov tərəfindən birgə mülkiyyətləri ndə olan 1.2189 ha torpaq sahəsinin bir hissəsinin 2000-ci ildən bəri zəbt edərək istifadə etmələri torpaq sahəsinə keçirilmiş baxış zamanı DƏDRX-in Xaçmaz Ərazi İdarəsinin Quba rayon şöbəsinin yer quruluşu üzrə texniki X1 GPS aparatı ilə ölçmə işləri aparılarkən öz təsdiqi tapmasına baxmayaraq cinayət işinin başlanılması rədd edilmişdir. Zəbtin hansı həcmdə müəyyən olunması və söküb çıxarılan mərz nişanlarının yerinə basdırılması barədə yenidən Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Quba rayon Məhkəməsi 28 yanvar 2022ci il tarixli, 2(027)-360/2022 nömrəli qərardadı ilə ekspertiza təyin etmiş və bu zaman iş üzrə cavabdehlər mülkiyyətində olan torpaq sahələri ilə bağlı sübutları, Dövlət Aktlarını və yaxud çıxarışları qəsdən təqdim etməmişlər. Hesab edir ki, Maraqlı şəxs yalnız bundan sonra, yəni onların birgə mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək meyvə ağacları əkməklə istifadə etməsi faktı ekspert rəyi ilə müəyyən ediləcəyi, sonradan basdırılmış mərz nişanlarının qəsdən sökülüb torpaq sahəsini zəbt etməsi faktı yenidən öz təsdiqini tapacağı səbəbindən maraqlarına toxunmağı barədə vəsatətlə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, Maraqlı şəxs mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsinin bir hissəsini zəbt etməklə 2000-ci ildən meyvə ağacları əkib qanunsuz gəlir əldə etməsinə baxmayaraq onların mülkiyyətində olan torpaq sahəsi tanıdılaraq basdırılmış mərz nişanları hasara alınmış məftilləri söküb çıxarmamaqla zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216 /2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) maraqlı şəxsin vəsatəti təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşkilat iddia tələbi üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahələrini dövlət qeydiyyatına almış və qeydə alınmış torpaq sahələrinin yerində təhkim aktı əsasında iddiaçılara tanıtmışdır. Hazırkı iddia tələbi üzrə özünü 3-cü şəxs qismində cəlb edilməsini tələb edən Maraqlı şəxs qarşı İddiaçı2 və digərləri tərəfindən Quba rayon Məhkəməsində qaldırılmış iddia tələbi Maraqlı şəxs zəbt olunmuş torpaq sahəsindən çıxarılması ilə əlaqədar olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Buna görə də Quba rayon Məhkəməsinin 2(057)-2232019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı2 və digərlərinin iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələrinin qərarları əsasında Quba rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan məhkəmə qətnamələri əsasında İddiaçı2 və digərlərinin adına verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı deyil. Hal-hazırda İddiaçı2 və digərlərinin adlarına verilmiş çıxarışlar qüvvədədir.
10. Bundan başqa o da nəzərə alınmalıdır ki, Quba rayon Məhkəməsində iddia tələbi araşdırılan zaman keçirilmiş ekspertiza rəyinə əsasən Maraqlı şəxs mülkiyyətində olan 0,6486 ha torpaq sahəsinin İddiaçı2 və digərlərinin mülkiyyətində olan 0,727 ha torpaq sahəsi ilə üst- üstə düşməməsi öz təsdiqini tapmışdır. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı2 və digərlərinin mülkiyyətində olan torpaq sahələrinə dair olan hüquqlar Maraqlı şəxs maraqlarına toxunmur. Ona görə də, Maraqlı şəxs iddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı 1.95 ha torpaq sahəsinin yerində naturada təhkim aktı ilə tanıdılması barədə iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilməsinə dair vəsatəti təmin edilə bilməz.
11. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun ola raq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarında göstərilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensi yanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.
13. X8 Məcəllənin 28.1-ci maddəsində, həm də Konstitusiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli Plenum Qərarında göstərilmiş 3-cü şəxs tərəfindən iddia tələbinə onun iştirakı ilə yenidən baxılması halları məhkəmələr tərəfindən iddia tələbinə baxılan ərəfədə həmin şəxsin mövcudluğu barədə hər hansı bir məlumatın mövcud olmaması və ya həmin şəxsin mövcud olması barədə məlumat olsaydı belə, onun 3-cü şəxs qismində məhkəmə tərəfindən cəlb edilm əsi məsələsinə baxılmaması zamanı mümkün ola bilərdi.
14. Maraqlı şəxs apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)379/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apel lyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan 1,2189 ha torpaq sahəsinin naturada tanıdılması hazırda qüvvədə olan xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışda qeyd edilən koordinatlar əsasında aparılmışdır. Maraqlı şəxsin bildirdiyi kimi, qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə hissəvi üst-üstə düşürsə, onda maraqlı şəxs müstəqil qaydada iddia qaldırmaqla 1,2189 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirə bilər. Qeyd edilən hal maraqlı şəxsin üçüncü şəxs qismində hazırkı icraata cəlb edilməsinə əsas vermir.
17. Maraqlı şəxs apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Maraqlı şəxs kassasiya şikayətində işin faktiki hallarına, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə, İnzibati Prosessual Məcəllənin 27.0.3, 28.1, 28.2, 29.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli Qərardadı və “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-379/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadını qanuni və əsaslı hesab etmiş, sözügedən qərardaddan verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və y a proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
27. İnzibati məhkəmə icraatının iştirakçıları 27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti ə sasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda m əhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə m üstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı 22. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli Qərardadı KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
26. Belə ki, “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci i l tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. 27. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli Qərardadında isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum unun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş maraqlı şəxsin mülkiyyətində olan 0,6486 ha torpaq sahəsi ilə iddiaçıların mülkiyyətində olan 0,727 ha torpaq sahəsinin üst-üstə düşməməsi faktını əsas götürərək qeyd etmişdir ki, Maraqlı şəxs Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021- ci il tarixli, 2-1 (118)-216/2021 nömrəli qərarı ilə iddiaçılara məxsus 1.2189 ha torpaq sahəsinin elektron baza məlumatlarında olan döngə nöqtələrinin koordinatlarının təhkim aktına əsasən naturada tanıdılması Maraqlı şəxs hüquq və qanuni maraqlarına toxunmur.
29. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan 1,2189 ha torpaq sahəsinin naturada tanıdılması hazırda qüvvədə olan xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışda qeyd edilən koordinatlar əsasında aparılmışdır. Maraqlı şəxsin bildirdiyi kimi, qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə hissəvi üst-üstə düşürsə, onda maraqlı şəxs müstəqil qaydada iddia qaldırmaqla 1,2189 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirə bilər. Qeyd edilən hal maraqlı şəxsin üçüncü şəxs qismində hazırkı icraata cəlb edilməsinə əsas vermir.
30. Maraqlı şəxsin əsas dəlili isə ondan ibarətdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(118)- 216/2021 nömrəli qərarı onun qanunla qorunan maraqlarına toxunur. Onun mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsi üst-üstə düşməsə də, Sumqayıt İnzibati Məhkəməsinin qərarına əsasən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsi naturada təhvil verilərək tanıdılarkən onun torpaq sahəsinin bir hissəsi iddiaçıların 1,2189 ha torpaq sahəsinə daxil edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin mülkiyyətində olan 0.6486 ha torpaq sahəsi ilə iddiaçıların birgə mülkiyyətində olan 0,727 ha torpaq sahəsinin üstüstə düşməməsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin naturada təhvil verilərək tanıdılması zamanı Maraqlı şəxs məhkəmə icraatı zamanı iştirakını birmənalı olaraq istisna etməməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Maraqlı şəxs zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilməsi zərurəti kifayət qədər ətraflı araşdırılmamışdır.
33. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə k ollegiyası QƏRARA ALDİ: Maraqlı şəxsin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-379/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.