Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1791/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X1” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iş üzrə icraata xitam, mübahisənin artıq mövcud olmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı “X1” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qəra rın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə cavabdeh tərəfindən verilmiş vəsatətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********137424 nömrəli qərarın ləğv edilməsini və həmin qərar əsasında hesablanmış 2760203,61 manat əlavə vergi məbləği və 1380181,81 manat maliyyə sanksiyasının silinməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: E.Əliyev) 2-1(112)-292/2022 saylı, 05 iyul 2022-ci il qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin po zulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarının 1833735,94 manat ƏDV məbləği və 916896,97 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır.
3. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) 6 aprel 2023-cü il tarixli, 21(103)-531/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-292/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kassasiya şika yəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(103)-531/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Daha sonra, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********177463 saylı qərar qəbul edilmiş, həmin qərarla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2020-ci il tarixli **********137424 saylı qərara düzəliş edilmiş, həmin qərarla 2018-ci ilin mənfəət vergisi üzrə 1694.47 manat, 2019-cu ilin ƏDV üzrə 924773.20 manat əlavə vergi hesablanmış, o cümlədən hesablanmış vergilərə münasibətdə müvafiq olaraq 847.24 manat və 462386.60 manat, vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə isə 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. KASSASİYA İNSTANSİYASİNDA İCRAAT
7. İş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə daxil olduqdan sonra cavabdeh vəsatət təqdim edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2023cü il tarixli **********177463 saylı qərarla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli **********137424 saylı qərara iddia tələbinin təmin edilən hissəsində düzəliş edildiyini, 2-1(102)-1791/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilən hissəsində icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçının vəkili Vəkil2 həmin vəsatətlə bağlı məhkəməy ə təqdim etdiyi ərizədə göstərmişdir ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təy in edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası işin materiallarını və cavabdehin vəsatətini nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
11. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli **********137424 nömrəli qərarının ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 2760203,61 manat əlavə vergi məbləği və 1380181,81 manat maliyyə sanksiyasının silinməsinə yönəlmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137424 nömrəli Qərarının 1833735,94 manat ƏDV məbləği və 916896,97 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı aşağı instansiya məhkəmələrinin qərarları ilə razılaşaraq şikayət verməmiş, beləliklə də iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir.
13. Cavabdeh tərəfindən həmin qərardan kassasiya şikayəti verilsə də, daha sonra iddiaçının tələbinin təmin edilən hissədə icra edilməsi barədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********177463 saylı qərar qəbul edilmiş və iddiaçını n şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir (qərar və şəxsi hesab vərəqəsi vəsatətə əlavə olunmuşdur).
14. Beləliklə, mübahisə iddianın məhkəmələr tərəfindən təmin edilən hissəsində cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, iddiaçının tələbinin həmin hissədə təmin olunması barədə yeni inzibati akt qəbul edilmişdir.
15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İş üzrə icraata xitam verilsin.