Məhkəmə qərarları › İş №2-1(102)-1792/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1792/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1792/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin cavabdeh “xxxx” Firmasına qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1792/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin vəkili Vəkil iştirakı, A.Əsgərovun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı ş əhəri üzrə X1 İdarəsinin cavabdeh “xxxx” Firmasına qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-1(103)-190/2019 saylı qərarından cavabdeh “xxxx” Firması və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi cavabdeh “xxxx” Firmasına qarşı iddia ərizəsi ilə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xxxx 2016-cı il tarixə 3492,19 manat (əsas borc-2709,59 manat, penya-782,6 0 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə İdarəyə borcu yarandığını, İdarə tərəfindən cavabdehə borcun ödənilməsinə dair xxxx 2016-cı il tarixli bildiriş göndərildiyini, cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə hesablaşma hesablarına xxxx 2016-cı il tarixli 188/********** saylı sərəncam qoyulduğunu, cavabdehə xxxx 2017-ci il tarixli məktubda iddia qaldırılacağı barədə xəbərdarlıq ilə 1(bir) ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda, qanuna müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilərək, xxxx 2016-cı il tarixə 3492,19 manat (əsas borc-2709,59 manat, penya-782,60 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə İdarənin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(81)-4463/2017 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-190/2019 saylı qərarı ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh “xxxx” Firmasının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh “xxxx” Firması və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddianın mümkün sayılmam ası barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə iclaslarında Firmanın iştirakı təmin edilməmiş, məhkəmə baxışının yeri və vaxtı barədə məlumatlandırılmamış, qərarın surəti yalnız ötən həftə alınmış, iddiaçı tərəfindən firmaya 5 iş günü müddətində borcun ödənilməsinin tələb edilməsi barədə xxxx 2016-cı il tarixli bildiriş, habelə 1 ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda, məhkəməyə müraciət ediləcəyi barədə xxxx 2017-ci il tarixli xəbərdarlıq təqdim olunmamış, yəni, iddiaçı “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsind ə göstərilən tələbi yerinə yetirməmiş, həmin tələb isə iddianın verilməsi üçün icrası vacib olan tələbdir, bundan başqa, ərizəçinin sosial sığorta haqları üzrə borclarının yaranmasının yeganə səbəbi onun məhrum edildiyi daşınmaz əmlaka görə, 5 ildən artıq müddət heç bir kompensasiya almamasıdır, itirdiyi əmlakın dəyərindən qat-qat aşağı olsa da, 62,694 manat vəsait firmanın hesabına daxil olsa idi, onun heç bir borcu olmazdı. Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xxxx 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, ərizəçinin xeyrinə 62,694 manat tutulmasına dair icra vərəqəsi xxxx 2014-cü il tarixində şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmiş, icra sənədinin icrası könüllü icra müddə ti ərzində təmin edilmədiyindən, icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmiş, bütün bunlara baxmayaraq bu günədək borclu dövlət orqanı tərəfindən tələb təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin xxxx 2018-ci il tarixli məktubu da oxşar məzmundadır, bundan başqa verilmiş iddia hətta mümkün sayılsa idi belə, məhkəmə qərarını beş il icra etməyərək təsərrüfat subyektinin vəziyyətini bilərəkdən ağırlaşdıran Bakı şəhəri İcra Hakimiyyəti və həmin qərarın məcburi icra edilməsində acizlik nümayiş etdirən Səbail İcra və Probasiya şöbəsinin iş üzrə üçüncü şəxslər qismində cəlb edilməsi zəruri idi. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edə rək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)190/2019 saylı qərarı ləğv edilərək, iddia mümkünsüz sayılmalı, kassasiya şikayəti təmin edilm əlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 idarəsi tərəfindən “xxxx” Firmasına xxxx 2016-cı il tarixli bildiriş göndərilmiş, bildirişdə “xxxx” Firmasına 3492,19 manat borcunun olması bildirilərək, həmin borcun 5 iş günü müddətində ödənilməsinin təmin edilməsi tələb olunmuş, eyni zamanda iddiaçı, xxxx 2017-ci il tarixli məktubla İdarə tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə rəsmi xəbərdarlıq etmişdir. Apellyasiya Məhkəməsi iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, cavabdehin iddiaçıya məcburi dövlət sosial sığorta haqqları üzrə borcu yaranmış, şöbə tərəfindən həmin borcu ödəməsi barədə ona xəbərdar edilmiş, xxxx 2017-ci il tarixdə b orcunu ödəməyəcəyi halda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilsə də, cavabdeh həmin borcun ödənilməsini təmin etməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin xxxx 2019-cu ildən qüvvədə olan redaksiyasına əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. xxxx 2019-cu ildən məcburi dövlət sosial sığortası sahəsində idarəetmə üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Vergilər Naz irliyi tərəfindən həyata keçirilməyə başlanmışdır. Bundan başqa, bəhs edilən normaya əsasən ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödəniməsi üçün DSMF-nin yerli qurumlarının iddia qaldırmaq hüququ olmasına dair müddəa “Sosial sığorta haqqında” Qanundan çıxarılmışdır. Həmin Qanunun xxxx 2019-cu ildən qüvvəyə minmiş 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzr ə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yarar lıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər (90.1). Vergi ödəyicisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir (90.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xxxx 2011-ci il tarixli Qərarında göstərmişdir ki, «…Vergi ödəyicil əri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VMdə vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) ola n sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlə r nəzərdə tutulmuşdur. Belə ki, VM-in 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-in 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır.» Digər tərəfdən, VM-in 90.2-ci maddəsinə görə, Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra - MPM) müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 26.2.8-ci maddəsində də, «vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların v ə faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr»in inzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə aid olduğu göstərilmişdir. Beləliklə, ödəmə qabiliyyəti olmayan sığortaedənlərin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsinə dair iddialar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından mümkün iddialar sayılır, pul tələbinin ödənilməsi ilə ilə bağlı iddialar isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir. Bundan əlavə, AR Vergi Məcəlləsinin 23. 1.7-ci maddəsinə görə, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Adıçəkilən normadan göründüyü kimi, vergi orqanının VM-in 65-ci maddəsində təsbit olunan sərəncamı icra (ödəniş) sənədi olmaqla, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2, 2.0.11, 64 və 81-ci, “İcra haqqında” Qanunun 6.1.8-ci maddələri anlamında icrası məcburi olan, barəsində çıxarılmış şəxsin hüquqi vəziyyətində neqativ dəyişikliklər yaradan, onun hüquqlarını məhdudlaşdıran əlverişsiz (y ükləyici) inzibati aktdır, sərəncamın icrası banklar üçün də məcburi olduğu üçün vergi ödəyicilərinin hesablarından borcların dövlət büdcəsinə alınması üçün, əlavə olaraq hər hansı məhkəmə qərarına ehtiyac duyulmadan, kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. «İnzibati icraat haqqında» AR Qanununun 82-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir (82.1). İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur (82.2). Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır ( 82.3): borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması (82.3.1); pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi (82.3.2); inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi (82.3.3). Qeyd olunan normanın mübahisəyə tətbiqi göstərir ki, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununu öz fəaliyyətində rəhbər tutmalı olan inzibati orqan kimi iddiaçı da sözügedən qanunvericilik aktının tələblərin ə əməl etməklə, öz hüquq və vəzifələrinin həyata keçirilməsində ən səmərəli, qənaətli və effektiv imkanlardan istifadə etməlidir. Bu mənada, hazırkı iddia ilə tələb olunan borc məbləğinin tutulması barədə inzibati akt (qərar) qəbul edərək, iddiaçı onun icraya yönəldilməsini və icrasını təmin etməli idi. Həmçinin, “Sosial sığorta haqqında” AR Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməmə sinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. VM-in 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haq qı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Bu kontekstdə, VM-in: 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödə nilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. VM-in 23.1.15-1-ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkanı və qaydaları isə VM-in 89 və 90-cı maddələri ilə tənzimlənir. Qeyd edilənlərə əsasən, 1 yanvar 2019-cu ildən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada və vergi orqanları tərəfindən həyata keçirildiyindən, mübahisə edilən məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi Vergi Məcəlləsində ve rgilər üzrə müəyyən olunmuş qaydada vergi orqanı tərəfindən həyata keçirilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdır lar (8.6-cı bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən ma ddi və prosessual hüquq normaları pozulduğundan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-190/2019 saylı qərarı ləğv edilərək, iddia mümkünsüz sayılmalı, kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-190/2019 saylı qərarı ləğv edilsin. İddia mümkünsüz sayılsın. Kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar