Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1792/2020 06.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-633/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci ildə doğulmuş, 1980-ci ildən 1982-ci ilə qədər hərbi xidmətdə olmuş, 1982-ci ildən 1985-ci ilə qədər Bakı Neft Texnikumunda təhsil almışdır və xx.xx.1985-ci ildən hazırkı vaxta qədər isə əmək fəaliyyəti ilə məşğul olur.
2. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubla iddiaçının xx.xx.2006-cı il tarixinə dək ümumi iş stajının 25 ildən az olmasını əsas gətirərək onun müraciətini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsini belə əsaslandırmışdır ki, 2006-cı il tarixinədək onun 25 ildən artıq ümumi və 16 il zərərli iş sahəsində güzəştli iş stajı olmuşdur. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4607/2019 nömrəli qərarına əsasən (hakim-T.Ə.Əsədova) iddianın rədd edilməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət və təhsil aldığı dövr də daxil olmaqla 24 il 10 ay 3 gün ümumi iş stajı mövcuddur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən isə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün 25 il ümumi iş stajı tələb edildiyindən iddia əsassızdır.
7. İddiaçı qərardan apelyasiya şikayəti verərək 1 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4607/2019 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-633/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4607/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın təmin edilərək iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilm əsi və təyin edilmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda təsbit olunmuşdur. İddiaçının təhsil aldığı dövr də nəzərə alındıqda onun 25 ildən çox ümumi əmək stajı və 12 il 6 aydan çox əmək şəraiti zərərli işlərdə işləməsi təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır.
10. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində almışdır.
11. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)633/2020 nömrəli qərarının ləğv e dilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə işə apelyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı 6 ay peşə təhsili aldığını təsdiqləyən attestatı təqdim etmiş, apelyasiya instansiyası məhkəməsi də buna əsaslanaraq cavabdehin imtinasının əsassız olması qənaətinə gəlmişdir.
13. Lakin həmin attestat cavabdeh İdarəyə təqdim edilmədiyindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı inzibati orqana müraciət edərkən stajını təsdiq edən bütün sənədləri əlavə etməli idi. Lakin cavabdeh orqan iddiaçının peşə təhsili barədə məlumatlı olmamış və əsaslı ola raq iddiaçıya pensiya təyin olunmasından imtina etmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almamış, qanunsuz və əsassız qərar qəbul etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsas ən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına mal ik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırınc ıiş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbay can Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda Хll “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (********) 2) “Neft-qaz və qaz kondensatının hasilatı” bəndinin, (********), a) fəhlələr (2 130200а) “neft və qaz hasilatı üzrə operatorlar” yarımbəndinin (2130200а— 15824) vəzifələrinə aiddir. Həmçinin neft və qazçıxarma üzrə usta köməkçisi və usta vəzifəsi “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (********) 2) “Neft-qaz və qaz kondensatının hasilatı” bəndinin, (********), b) rəhbərlər və mütəxəssislər (2130200b) “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar” yarımbəndinin (2130200b—23187) vəzifələrinə aiddir. 3 saylı neft və qazçıxarma sexinin rəis müavini vəzif əsi“Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (********) 2) “Neft-qaz və qaz kondensatının hasilatı” bəndinin, (********), b) rəhbərlər və mütəxəssislər (2130200b) “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” yarımbəndinin (2130200b—24125) vəzifələrinə aiddir. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələr i ona izah etməyə borcludur.
24. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
25. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Hazırkı qərarın 18-21-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
32. İşin apelyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil aldığı dövr də daxil olmaqla 25 ildən ar tıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur.
33. Bundan başqa, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda öz əksini tapmışdır ki, bu hal da işə apelyasiya instansiyası məhkəməsində baxarkən müəyyən olunmuşdur.
34. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı göstərilən tələblə inzibati orqana müraciət edərkən təhsil almasını təsdiq edən attestatı təqdim etməmişdir. Belə olan halda da inzibati orqan haqlı olaraq iddiaçıya pensiya təyin edilməsindən imtin a etmişdir.
35. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 23-25-ci bəndlərində göstərilən normalardan göründüyü kimi, cavabdeh orqan iddiaçıya yardım etməyə, eləcə də təqdim olunmuş sübutlar yetərli olmadıqda öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
36. Odur ki, cavabdeh orqan iddiaçının sözügedən attestatı təqdim etmədiyini əsas gətirdiyi halda belə qanunun göstərilən tələbləri baxımından iddiaçıdan təhsil almasını təsdiq edən sənədi təqdim etməsini tələb edə və ya öz təşəbbüsü ilə həmin sənədi əldə edə bilərdi.
37. Beləliklə, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun müvafiq tələblərini pozmuş, əsassız və qanunsuz olaraq iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Apelyasiya instansiyası məhkəməsi də haqlı ola raq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.
38. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişd ir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-633/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.