Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1792/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı işi üzrə QƏRARİ Açar sözlər: ( mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü; iddia verilməsi müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı “21 avqust 2020-ci il tarixli əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılması barədə əmrin verilməsi” tələbinə dair i nzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli 2-1(105)-420/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qulluğa qəbul edilmişdir. 2017-ci ildən həbsxananın rəis müavini vəzifəsində işləmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, 358 k saylı əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Həbsxana rəisinin müavini (tərbiyə işləri üzrə) vəzifəsindən çıxarılmağı barədə xx.xx.2020-ci il tarixli 10i nömrəli əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılmağı barədə əmrin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9376/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim A.Əhədova) iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
4. Bundan sonra, iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Həbsxana rəisinin müavini (tərbiyə işləri üzrə) vəzifəsindən çıxarılması barədə 21 avqust 2020-ci il tarixli əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılması barədə əmrin verilməsinə dair qərar qəbul olunm asını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09 noyabr 2007-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qulluğa qəbul edilmiş, 2017-ci ildən həbsxananın rəis müavini vəzifəsində işləmişdir. 29 iyun 2020-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək işdən azad olunmasını xahiş etmişdir. İşdən çıxdıqdan sonra səhhəti ilə bağlı müalicə olunmaq üçün Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasından qayıtdıqdan sonra ona məlum olmuşdur ki, o, öz ərizəsinə əsasən deyil, işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmışdır. Onun öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsinə dair müraciəti nəzərə alınmamış, o, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud və mütəmadi pozduğuna görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10cu, 31.1.8-ci və 40.1.11-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixindən ədliyyə orqanlarından xaric edilmişdir. Həmçinin, qulluq müddətində ona vəzifəsinə səhlənkar yanaşaraq kobud nöqsanlara yol verdiyinə görə xx.xx.2008-ci il tarixdə “töhmət”, xidməti fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə xx.xx.2011-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” olunmuşdur. Göstərilən əmri qanunsuz və əsassız hesab edir. Bildirir ki, səhhəti ilə bağlı işdən çıxma barədə xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək işdən öz xahişi ilə çıxarılmağını xahiş etmiş, işdən çıxma barədə ərizə ilə yanaşı xidməti vəsiqəsini də təqdim etmişdir. İşə bərpa ol unmaq fikrində deyil, lakin gələcək karyerası üçün öz təşəbbüsü ilə işdən çıxarılmağının əmrdə göstərilməsi vacibdir. Hesab edir ki, onun işəgötürənin təşəbbüsü ilə işdən çıxarılması tam əsassızdır. Belə ki, ərizənin nəticələri barədə cavabdeh ona heç bir məlumat verməmişdir. Habelə, onu işdən çıxarmaları barədə də məlumat verilməmişdir. Halbuki, cavabdeh ərizəni qəbul etmədiyini və onu işəgötürənin təşəbbüsü ilə işdən çıxarmalarını dərhal bildirməli idi. Həmin vaxt ona məlumat verilsəydi, hüquqlarının bərpa edilməsi istiqamətində müvafiq addımlar atardı. Digər tərəfdən, o, ərizə ilə cavabdehə müraciət etdikdən sonra xidməti vəsiqəsini təqdim edərək işə çıxmamışdır. Həmin tarixdən sonra, yəni xx.xx.2020-ci il tarixdə ona “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan olunm uşdur.
6. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddaçı həbsxananın rəis müavini vəzifəsində işləyərkən raportla müraciət edərək, xx.xx.2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsini xahiş etmiş və həmin tarixdən xidmətə çıxmamışdır. Lakin, onun öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsinə dair müraciəti “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud və mütəmadi pozduğuna görə nəzərə alınmamış və o, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu, 31.1.8-ci, 32.1-ci və 40.1.11-ci maddələrinə əsasən xx.xx.2020-ci il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir.
7. Bundan sonra iddiaçı hazırkı iddia ü zrə müddətin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.Quliyev) 2-1(118)-626/2022 nömrəli 4 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmr xx.xx.2020-ci il tarixli olduğu halda, iddiaçı hazırkı iddia ilə 2021-ci ilin avqust ayında məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) 2-1(105)420/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 4 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o, başqa əsasla işdən çıxarılsaydı gələcəkdə müəyyən karyera qura bilərdi. Onun heç bir günahı olmadığı halda, bütün gələcək karyerası məhv edilmişdir. Müddətlə bağlı məsələ həll edilərkən müddətin axımının başlandığı və müddətin axımının dayandığı vaxt müəyyənləşdirilməlidir. Qeyd edir ki, məhkəməyə müraciət edilən andan müddətin axımı dayandırılır. O, 05 avqust 2021-ci il tarixdə, əmrin surətini əldə etdikdən dərhal sonra məhkəməyə müraciət etmişdir. Həmin tarixdə müddətin axımı dayandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 35.İddianın mümklünlüyü 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olun ması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1 Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmi n edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxt ında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qald ırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəm əsinin araşdırmaları yetərli hesab olunur.
22. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Kadrlar İdarəsi tərəfindən verilən qəbzdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixində ona məxsus ******* nömrəli əmək kitabçasını təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir. Əmək kitabçasından müəyyən olunur ki, kitabçanın 2-5-ci səhifələrində iddiaçının xx.xx.2020-ci il tarixli əmrə əsasən, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud və mütəmadi pozduğuna görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu, 31.1.8-ci, 32.1-ci və 40.1.11-ci maddələrinə əsasən ədliyyə orqanlarından xaric edilməsi barədə xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır.
23. Göründüyü kimi, iddiaçı mübahisələndirilən əmrdən ən azından əmək kitabçasını təhvil aldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş, lakin məhkəməyə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixində müraciət etmişdir.
24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmiş, beləliklə də prosessual müddətlərlə bağlı qanunvericiliyin tələbini pozmaqla, iddia verilməsi müddətini üzrlü səbəb olmadan ötürmüşdür.
25. Avropa İnsan Hüquqları Məhkəməsi “Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında müddət məhdudiyyətlərinin əhəmiyyəti barədə qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar əd alət mühakiməsinin prinsipləri ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
27. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 18-ci bəndində qeyd olunan prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
28. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-420/2022 saylı 29 iyun 20 22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.