Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1792/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müddətsiz təyin olunması, əlillik dərəcəsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyin dərəcəsi və növünün dəyişdirilməsi və xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsini İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(107)-172/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən xx.xx.2009-cu və xx.xx.2014-cü il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
2. Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
3. Cavabdeh tər əfindən xx.xx.2015-ci il tarixli göndərişə əsasən iddiaçıya bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli göndərişə əsasən iddiaçıya beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli göndərişə əsasən iddiaçıya beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
6. İddiaçı ona təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyin dəyişdirilərək müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh müraciəti təminindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar müddətsiz əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2009-cü ildən xx.xx.2021-ci ilədək 12 il 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlillik dərəcəsi olduğundan ona ikinci dərəcə müddətsiz əlillik təyin edilməli idi.
9. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunaraq bildirilmişdir ki, iddiaçıya xx.xx.2009-cu il və xx.xx.2014-cü il tarixli göndərişlər əsasında 1 il müddətinə ikinci dərəcə əlillik təyin edildikdən sonra xx.xx.2015-ci il tarixli göndəriş əsasında iddiaçıya 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edildiyindən və bu səbəblə də fasiləsizlik prinsipi pozulduğundan iddiaçıya müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi mümkün olmamışdır.
10. Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(116)-258/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia təmin edilməmişdir.
11. Məhkəmə bildirmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək ikinci dərəcəli əlillik təyin olunsa da, ona xx.xx.2015-ci il tarixdə müayinə olunaraq ümumi xəstəlik səbəbi ilə üçüncü dərəcə əlillik təyin olunduğundan iddiaçının on il müddətinə fasiləsiz olaraq ikinci dərəcə əlil olması halı öz təsdiqini tapmamışdır.
12. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmi şdir. Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyinatının dəyişdirilməsini və xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(107)-172/2023 nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2-1(116)-258/2023 nömrəli qərarı ləğv edilmiş və iddiaçının xx.xx.2022-ci il tarixd ən ümumi xəstəliklə əlaqədar təyin edilmiş 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi qərara alınmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçıya ilk dəfə əlillik xx.xx.2009-cu il tarixdə təyin edilmiş, sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilərək 5 il müddətinə uzadılmış, xx.xx.2022-ci il tarixdən isə iddiaçıya ümumi xəstəlik səbəbilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının 10 ildən artıq fasiləsiz olaraq 2-ci dərəcə əlil olması nəzərə alınaraq ona müddətsiz olaraq 2- ci dərəcə əlillik təyin edilməli ikən iddiaçıya sonuncu dəfə verilən Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq ona xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsini və ona xx.xx.2021-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsini tələb etsə də, iddiaçıya 2-ci dərəcə əlillik xx.xx.2016-cı il tarixdən təyin edilərək 5 il müddətinə uzadıldığından və sonuncu dəfə xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlillik təyin edildiyindən, iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar 3-cü dərəcə əlillik təyinatı d əyişdirilməli və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməlidir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, diaqnoz iddiaçıya ikinci dərəcəli əlillik təyin etməyə əsas vermədiyi üçün cavabdeh tərəfindən qəbul edilən qərar tamamilə qanunidir.
19. Cavabdeh bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi yalnız birinci instansiya məhkəməsinin yanlış qərar qəbul etdiyini qeyd edərək bununla bağlı heç bir izahedici qeyd, yəni fasiləsizlik məsələsinə izah verməmiş və hansı əsasla iddiaçıya 10 ildən artıq əlillik müddətini müəyyən etməsi aydın olmamışdır.
20. Cavabdeh əlavə olaraq bildirmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq heç bir qanuni əsas olmadan cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar vermişdir. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir.Etiraza əsasən iddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2-1(107)172/2023 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyala rının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir.Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial eksperti za müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. (...) 23. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0,İ13-İ13.2,İ20- İ25,İ30İ31.9,İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3 ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4 ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5 ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri imumü) qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20- K22.1,K25-K29.9,K31.0-K31.9,K50-K55.9,K58-K60.5, K62- K63.9,K65.8, K71K77.0,K85-K86.9); 2.2.6 ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11.9,N13-N13.9,N14N14.4,N18- N18.9); 2.2.7 endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00,E07-E07.9,E10,E12,E15-E16.1,E22.0E22.1,E23.0- E23.2,E23. 7,E24-24.9,E25.8,E26.9,E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8 etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9); 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14,G20,G23- G23.9,G25-G26,G35-G37.8,G45-G46.8,G95-G95.9); 2.2.10 hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9,H47H47.5,H52-H53.9); 2.2.11 epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutma larla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12 hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13 İİV-infeksiyasının İİİ və İV (SÇİQ) mərhələləri - (B20-B24); 2.2.14 lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00C97); 2.2.15 xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (şeb) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
24. İnzibati Prosessual Məcəllə. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ə rizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmədiyindən qəbul etdiyi qərar ləğv edilməlidir.
28. İşin hallarından görünür ki, ilk dəfə iddiaçıya 2009-cu i ldə 1 il müddətinə ikinci dərəcə əlillik, daha sonra isə 2014-cü ildən başlayaraq 1 il müddətinə 2-ci dərəcə, 2015-ci ilin aprel ayında 1 il müddətinə 3-cü dərəcə, 2015-ci ilin noyabr ayında 1 il müddətinə 2-ci dərəcə, 2016-cı ildə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. 2010cu ildən 2014-cü ilədək iddiaçıya əlillik təyin edilməsi barədə işdə hər hansı sübut mövcud olmamışdır.
29. İşdə olan əlilliyin təyin edilməsi barədə qərarlardan görünür ki, iddiaçının fasiləsiz olaraq 2-ci dərəcə əlilliyi 2015-ci ilin noyabr ayından 2021-ci ilin noyabr ayına qədər mövcud olmuşdur. Bu müddət 10 ildən azdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması m eyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
31. İşdə olan sübutlara əsasən iddiaçıya əvvəllər təyin edilmiş 2-ci dərəcə əlilliyin müddəti fasiləsiz olaraq 10 ildən azdır (2015-2021). Apelyasiya məhkəməsi iddiaçıya 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsi barədə konkret sübutlara istinad etməmiş, hansı dövr üzrə azı 10 il fasiləsiz 2-ci dərəcə əlilliyi müəyyən edilmiş şəxs olmasını qərarında göstərməmiş, bu hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. Odur ki, iddiaçıya təyin edilməli əlilliyin müddətsiz olması barədə apelyasiya məhkəməsinin qərarı ləğv e dilməli, iddiaçının 2-ci dərəcə əlilliyinin fasiləsiz olaraq azı 10 il olması məhkəmə tərəfindən yoxlanılmalıdır.
32. Cavabdeh inzibati orqan iddiaçıya 3-cü dərəcə əlillik təyin etmişdir. Apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıya təyin edilən əlillik 2-ci dərəcə olmalıdır.
33. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya 2-ci dərəcə əlillik təyin edilməsi barədə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, İPM-in 57-ci maddəsinin tələbinə əməl etməmişdir.
34. İşdə olan sənədlərdən görünür ki, 2021-ci ilin noyabr ayında iddiaçının əlillik müddəti bitdikdən sonra barəsində təqdim edilən 14 aprel 2022-ci il tarixli göndərişə baxan cavabdeh 18 aprel 2022-ci il tarixdə əlillik təyin etməkdən imtina etmiş, imtinanın səbəbi kimi iddiaçının əvvəlki əlilliyinin fərqli diaqnoz əsasında təyin edildiyi qeyd edilmiş, iddiaçı cavabdehin 18 aprel 2022-ci il tarixli imtina qərarı ilə bağlı mübahisə açmamışdır.
35. Bundan sonra iddiaçı barəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən 14 may 2022-ci il tarixli yeni göndəriş təqdim edilmişdir.
36. Cavabdeh həmin göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə (İİ mərhələ bədxassəli şişlər (C00-C97) istinad edərək 5 il müddətinə 3-cü dərəcə əlillik təyin etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən məhkəmə 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı canlı müayinə olunma qla məhkəmə ekspertizası təyin etmiş, iddiaçı canlı müayinə olunmaqdan imtina etdiyindən ekspertiza keçirilməmişdir.
38. Cavabdeh iddiaçıya 3-cü dərəcə əlillik təyin edərkən ona təqdim edilən göndərişdə qeyd edilən diaqnoz əsasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə istinad etmişdir.
39. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında həmçinin Əsasnamənin 2.3.1-2.3.9-cu bəndlərinə istinad etmişdir. Həmin bəndlərdə 3-cü dərəcə əlilliyin təyin edilməsi üçün hallar sadalanmışdır.
40. Apelyasiya məhkəməsi iddiaçı barəsində təqdim edilən göndərişdə sadalanan xəstəliyin 2-ci dərəcə əlilliyin təyin edilməsi üşün əss olması barədə gəldiyi nəticəni qəbul etdiyi qərarında əsaslandırmamaqla yanaşı, cavabdehin dəlillərinə də mün asibət bildirməmişdir.
41. Bəhs olunanlara əsasən kasasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
42. İddiaçı tələbində həmçinin əlilliyin 17 noyabr 2021-ci ildən təyin edilməsini xahiş etmiş, apelyasiya məhkəməsi iddianı təmin edərkən əlilliyin təyin edilməsini 19 may 2022-ci ildən hesablamış, iddiaçı bu hissədə apelyasiya şikayəti vermədiyindən və əlilliyin təyin edilmə tarixi kasasiya icraatının predmeti olmadığından, əlilliyin təyin edilmə tarixi ilə bağlı mübahisəyə kasasiya qaydasında baxılmır.
43. Məhkəmə kollegiyası şərh ol unanları rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-172/2023 nömrəli 5 aprel 2023-cü il tarixli qərarı ümumi xəstəliklə əlaqədar təyin edilmiş 3-cü dərəcə əlillik təyinatının dəyişdirilməsi və xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz 2-ci dərəcə əlillik təyin edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti iddianın rədd edilməsi hissəsində təmin edilməsin. Qərar qətidir.