Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1793/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.10.2020 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İn zibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)258/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1953-cü ildə Ermənistan Respublikasında doğulmuşdur və Bakı şəhərində yaşayır.
2. İddiaçıya məxsus hərbi biletində və əmək kitabçasında əksini tapmış məlumatlara əsasən o, 1972-1974-cü illərdə keçmiş Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1978-ci il tarixdən başlamış xx.xx.1978-xx.xx.1981, xx.xx.1982-xx.xx.1983, xx.xx.1985-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989xx.xx.1991, xx.xx.1991-xx.xx.1997, xx.xx.1997-xx.xx.1997-ci illərdə müxtəlif müəssisələrdə işləmişdir.
3. İddiaçı xx.xx.2016-cı ildə ərizə ilə cavabde hə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işləməsinə dair əmək kitabçasında olan qeydlərdə düzəliş edildiyinə görə həmin dövrün sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 12 il sığorta stajı yaranmadığına görə onun ərizə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 2018-ci il 21 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nə iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxx 1983-cü ildən xx xxxxx 1988-ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində çalışdığı iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra DSMF-nin Sabunçu rayon şöbəsi) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi dövrün cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməməsi qanunsuz və əsassızdır. Çünki həmin d övrlər onun əmək kitabçasında əksini tapmışdır. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2716/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, İddiaçı xx xxxxxx 1983-cü ildən xx xxxxx 1988-ci ilə qədər keçmiş Ermənistan SSR-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdeh DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilmişdir.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Yuxarı instansiyası məhkəmələrindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-2886/2018 nömrəli, xx.xx.201 8-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya pensiya təyin olunması üşün zəruri olan 12 il sosial sığorta stajının olmasl əmək kitabçası ilə təsdiq olunur. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-854/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, R.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. M əhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 12 il sığorta stajı (və o stajdan irəli gələn pensiya hüququ), hətta cavabdehin mübahisələndirdiyi (əmək kitabçasında düzəlişə məruz qalan) 1983-1988-ci illərdəki iş dövrü nəzərə alınmadan digər müddətlər hesabına yarandığı halda belə, əgər iddiaçı məhz 1983-1988-ci illərin sosial sığorta stajına daxil edilməsini iddia edirsə, məhkəmə mübahisələndirilən həmin illərə dair qənaətini əsaslandırmalıdır. Cavabdeh imtina məktubunda yalnız iddiaçının 1983-1988-ci illərdə işlədiyi dövrlərə aşkar münasibət bildirmişdir. Bu halda məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırki iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququ na təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir.
11. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1(103)-1314/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə (hakimlər V.Məmmədov, İ.Xəlilov, İ.Əhmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2716/2018 nömrəli xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “xx xxxxxx 1983-cü ildən” sözləri “xx xxxxxx 1985-ci ildən” sözləri ilə, “ona yaşa görə” sözləri “ona yaşa görə xx xxxxxx 2016-cı il tarixdən” sözləri ilə əvəz edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-1(102)-2712/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov, K.Bədəlov, S.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin əvvəlki qərarında verilmiş göstərişlərə əməl etməmiş, iddiaçıdan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə almadan birinci instansiya məhkəməsinin qərarını dəyişdirərək xx xxxxxx 1983-cü ildən sözünü xx xxxxxx 1985-ci ildən sözləri ilə əvəz etmişdir.
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-258/2020 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və V.Baxışova) DSMF-nin Bakı şəhəri Sabunçu rayon şöbəsinin apelyasiya şikayəti qi smən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2716/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmiş, İddiaçı xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi DSMFnin Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan da kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apelyasiya Məhkəməsi yalnız iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmiş, Ali Məhkəmənin qərarında qeyd olunan digər göstərişlərə əməl etməmişdir. Belə ki, məhkəmə öz qərarında iddiaçının xx.xx.2016-cı il tarixdə 63 yaşı tamam olmaqla 12 il iş stajına malik olduğunu qeyd etsə də, iddiaçının 12 il stajına malik olmasını əsaslandıra bilməmiş, düzgün olmayaraq xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanmış, İPM-nin 96.11-ci maddəsinə əsasən Ali Məhkəmənin göstərişi məcburi olmasına baxmayaraq, iddiaçıya məxsus əmək kitabçasında 1983-88-ci illərə dair edilmiş düzəlişə heç bir qiymət verməmiş, həmin illəri iddiaçının sosial sığorta stajına daxil etmişdir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı və onun vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
2. Sosial sığorta stajı-əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınlar ın azı 12 il sığorta stajı olduqda (bu qanun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (2017-ci il iyulun 1dək olan redaksiya). Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibka rlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... Maddə 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanun a uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.... 3.2. 2006-cı i l yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 22.. Şikayətin əsas dəlili ondan ibarətdir ki, məhkəmə iddiaçının 12 il stajına malik olmasını əsaslandıra bilməmiş, düzgün olmayaraq xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqına” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsaslanmışdır.
23. Kollegiya şikayətin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, Ali Məhkəmənin əvvəlki qərarlarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilməsi təklif edilməmiş, iddiaçı, ərizəsində xx xxxxxx 1983-cü ildən xx xxxxx 1988-ci ilə qədər keçmiş Ermənistan SSRİ-nin Kalinin rayon yol tikinti idarəsində 2-ci dərəcəli ekskavatorçu peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, apelyasiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasında düzəlişin edildiyini iş üzrə müvafiq ekspertiza vasitəsilə dəqiq müəyyən etmədən birinci instansiya məhkəməsinin qərarını dəyişdirərək, xx xxxxxx 1983-cü ildən sözlərini xx xxxxxx 1985-ci il ildən sözləri ilə əvəz etmiş, bu nəticəyə isə hansı sübutların və araşdırmaların əsasında gəldiyini qərarında əsaslandırmamışdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir.
25. Təkrar baxış zamanı apelyasiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin dəqiql əşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir və apelyasiya məhkəməsinin cəldiyi nəticə həmin ərizəyə uyğundur.
26. Çünki “Əmək pensiyaları haqqında” qanunun 2017-ci ilin iyulun 1-dək qüvvədə olmuş 7-ci müddəsinin dispozisiya şərtlərinə əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 63 yaşına çatması və 12 il sığorta stajının olması kifayət edirdi.
27. Apelyasiya məhkəməsinin qərarı ilə pensiya təyin olunmuş xx.xx.2016-cı il tarixi onun 63 yaşı tamam olduğu vaxtdır.
28. Həmçinin iddiaçının cavabdehə müraciət etmə tarixi də xx.xx.2016-cı il tarixidir (səh. 27-28) və bu tarixdən pensiya təyin olunması “Əmək pensiyaları haqqında” qanunun 32.1-1-ci maddəsinin tələbinə uyğundur.
29. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə takrar baxılarkən iddiaçının əmək kitabçasında xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək olan qeydlərdə düzəlişin araşdırılması üçün ekspertiza təyin olunması barədə Ali Məhkəmənin göstərişinin icra olunmadığı barədə dəlillə bağlı məhkəmə kollegiyası bildirir ki, əvvəla kassasiya instansiyasının göstərişlərindən bəhs edən MPM-nin 420-ci maddəsindən fərqli olaraq, İPM-nin 96.11-ci müddəsində “göstərişdən” deyil, “qərarla bağlı hüquqi mövqedən” bəhs olunur.
30. Bundan başqa, əmək kitabçasında göstərilən xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək stajı qəbul etməməsi barədə cavabdehin qənaəti, imtina məktubunda “düzəliş olduğundan və iş stajının düzgünlüyünün yoxlanması mümkün olmadığından” kimi ifadə olunmuşdur.
31. Lakin inzibati orqanın bu dəlili, yarımçıq araşdırmaya əsaslanır. İnzibati orqanın bu imt inası, “İnzibati icraat haqqında” Qanunun qanunçuluq, hüququn tətbiqindən imtinanın qadağan edilməsi kimi prinsiplərinə ziddir.
32. Bundan başqa, inzibati orqan sözügedən qaralamanı düzəliş və ya təhrif kimi qəbul edib, iş üçün əhəmiyyətli məsələ kimi irəli sürməklə bu əsasla iddiaçıya pensiya təyin etməkdən imtina edənədək, inzibati icraatın yuxarıda qeyd olunan prinsipləri baxımından və Qanunun İV fəslində nəzərdə tutulmuş qaydalara əsasən özü ekspertiza təyin etməli idi.
33. Belə ki, inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu suall arın dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar. İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur. Ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir (“İnzibati icraat haqqında” qanunun 41.1-41.4-cü maddələri).
34. İnzibati məhkəmə icraatında məhkəmə üçün İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının araşdırılması prinsipi, inzibati orqanı əvəz edib bütün funksiyaları yerinə yetirmək kimi başa düşülməməlidir. Doğrudur ki, İPM-nin 58.6-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Bu normada inzibati orqanın həyata keçirdiyi (başqa sözlə mövcud olan) və ya yarımçıq sübutetmədən söhbət gedir. Lakin baxılan işdə cavabdeh tərəfindən ümumiyyətlə hər hansı sübutetmə aparılmamışdır və 58.6-cı maddəsi işin bu vəziyyətinə şamil olunmur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1983-xx.xx.1988-ci illərə aid əmək fəaliyyəti qəbul olunmasa belə, əmək kitabçasında olan və cavabdeh tərəfindən mübahisələndirilməyən qalan əmək fəaliyyəti dövrü, ona yaşa görə pensiya təyin olunması üçün yetərlidir. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu 1972-1974-cü illər (2 il), müxtəlif mü əssilərdə işlədiyi xx.xx.1978-xx.xx.1981 (3 il 8 ay 12 gün), xx.xx.1982-xx.xx.1983 (9 ay 1 gün), xx.xx.1988-xx.xx.1989 (1 il 5 ay 15 gün), xx.xx.1989-xx.xx.1991 (1 il 3 ay 5 gün), xx.xx.1991-xx.xx.1997-ci illərə (6 il 5 ay 8 gün) aid sosial sığorta stajı toplam 14 il 7 aydan çoxdur.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-258/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.