Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1793/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarı ilə marağına toxunan şəxsin üçüncü şəxs kimi işə cəlb edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Na zirliyinin Dövlət Sosial X1 rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizə ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(105)-426/2022 nömrəli qərardadından Dövlət Sosial Müdafiə Fondunun verdiyi kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 17 may 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının tə yin olunması və həmin vaxtı qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 3 iyul 2017-ci il tarixli, 2-1(85)2656/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı 17 may 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtı qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri nəzərə alınmaqla hesablanıb birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
3. Qərardan cavabdeh tərəfindən şikayət verilməmiş, qərar 18 avqust 2017-ci il tarixdə qanuni qüvvəyə mindiyinə görə icraya yönəldilmişdir.
4. Qeyd edilən məhkəmə qərarı cavabdeh tərəfind ən icra edilməmişdir. Cavabdeh 4 sentyabr 2018-ci il tarixli, **********0 nömrəli məktubunda göstərmişdir ki, iddiaçının 3 il 11 gün iş stajı sosial sığorta stajına daxil edilməklə cəmi 20 il 5 ay sosial sığorta vardır, ona görə də, iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır.
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 3 iyul 2017-ci il tarixli, 2-1(85)2656/2017 nömrəli qərarı əsasında verilmiş 7 sentyabr 2018-ci il tarixli, 2-1(85)-2656/2017 nömrəli icra vərəqəsi Qobustan rayon icra və probasiya şöbəsinə göndərilmişdir.
6. Qobustan rayon icra və probasiya şöbəsinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 7 sentyabr 2018-ci il tarixli, 2-1(85)-2656/2017 nömrəli icra sənədi üzrə icraat başlasa da, məhkəmə qərarı icra edilməmişdi r. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu 12 oktyabr 2020-ci il tarixdə vəsatət ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X1 rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 3 iyul 2017-ci il tarixli, 2-1(85)-2656/2017 nömrəli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Vəsatət onunla əsas landırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 3 iyul 2017-ci il tarixli, 2-1(85)-2656/2017 nömrəli qərarı Dövlət Sosial Müdafiə X2 Şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edilmiş, qərar qəbul edilərkən Fond maraqlarına toxunulan şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməmişdir. Pul öhdəliyi ilə bağlı olan bu qərarın icrası Fond tərəfindən həyata keçirildiyindən Fondun tərəf olaraq mövqeyi nəzərə alınmalı, qeyd olunan qərar ləğv edilməli və işə mahiyyəti üzrə baxılması təzələnməlidir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(85)-2656/2017 nömrəli qərardadı (hakim V.E.Əzizova) ilə vəsatət təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh Dövlət Sosi al Müdafiə Fondunun yerli şöbəsi olan Qobustan rayon şöbəsi olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş və məhkəmə araşdırması zamanı Dövlət Sosial Müdafiə Fondunun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinə hər hansı zərurət yaranmamışdır. Ödənişin aparılması artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsinin nəticəsidir və ödənişi aparan şəxsin iş üzrə tərəf və ya üçüncü şəxs qismində cəlb edilməsinə ehtiyac yoxdur. Fond pozuntunun nə vaxtdan ona bəlli olması məsələsinə ümumiyyətlə aydınlıq gətirməmişdir. Halbuki, istinad olunan məhkəmə araşdırması əvvəldən Fonda bəlli olmuşdur və iki ildən artıq müddət keçdikdən sonra Fondun qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi üçün müraciət etməsi hüquqi müəyyənlik prinsipinə ziddir.
11. Dövlət Sosial Müdafiə Fondu həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(105)-426/2022 nömrəli qərardadı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(85)-2656/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Dövlət Sosial Müdafiə Fondu həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Dövlət Sosial Müdafiə Fondu hesab edir ki, məhkəmə icraatına cəlb olunmadığından hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulur. Öz səlahiyyətləri daxilində və qanun çərçivəsində ödənişlərin həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fondunun maraqlarını pozmur. Yalnız qanunsuz və əsassız ödənişlər Fondun maraqlarını və qanunvericiliyinin tələblərini pozur. İşin hallarına əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2656/2017 nömrəli iş üzrə 3 iyul 2017-ci il tarixli qərarı Dövlət Sosial Müdafiə Fondunun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edilmiş, adıçəkilən qərar qəbul edilərkən Fond maraqlarına toxunan şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməmişdi r. Pul öhdəliyi ilə bağlı olan bu qərarın icrası Fond tərəfindən həyata keçirildiyindən qeyd olunan qərar ləğv edilməli və işə mahiyyəti üzrə baxılması təzələnməlidir. Fondun tərəf olaraq mövqeyi iş üzrə nəzərə alınmalıdır.
16. Kassator həmçinin qeyd etmişdir ki, müvafiq məhkəmə qərarında qeyd olunan sığorta stajının hesablanması zamanı məhkəmə tərəfindən düzgün təhqiqat aparılmamış, iddiaçının tələb olunan sığorta stajına malik olub-olmaması aydınlaşdırılmadan iddia təmin edilmişdir. Habelə, məhkəmə iş materiallarına əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmamasına, iddiaçının hərbi xidmətdə olduğu dövrlərlə əmək kitabçasında qeyd olunan iş illərinin üstüstə düşməsinə hüquqi qiymət verməmiş, həmin müddətləri n hər ikisini hesablayaraq əsassız qərar qəbul etmişdir. İddiaçının yaşa görə əmək pensiyası hüququ olmadığı halda, bu hüquq məhkəmə tərəfindən tanınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarı nın qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassa siya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə üçüncü şəxs qismində cəlb olunma ilə bağlı vəsatətin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasının zəruriliyi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
25. Kassasiya şikayətinin dəlillərinə əsasən Dövlət Sosial Müdafiə Fondu öz səlahiyyətləri daxilində və qanun çərçivəsində ödənişləri həyata keçirir. Yalnız qanunsuz və əsassız ödənişlər Fondun maraqlarını və qanunvericiliyinin tələblərini pozur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 3 iyul 2017-ci il tarixli, 2-1(85)-2656/2017 nömrəli qərarı Fondun maraqlarının pozulması ilə nəticələnmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təy inatı ilə bağlı mübahisələr üzrə qəbul edilən məhkəmə qərarları, həmin qərarlar əsasında ödənişləri həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun hüquqlarına toxunmur.
27. Belə ki, kassasiya şikayətində də göstərildiyi kimi öz səlahiyyətləri daxilində və qanun çərçivəsində ödənişlərin həyata keçirilməsi Fondun vəzifələrindəndir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası Fond tərəfindən birmənalı şəkildə təmin olunmalıdır.
28. Dövlət Sosial Müdafiə Fondunun ümumən pensiya ödənişlərini həyata keçirməsi, ona son nəticədə ödənilməli olacaq pensiya məbləğləri ilə bağlı məsələni həll edən bütün məhkəmə aktlarından şikayət vermək hüququ vermir.
29. Belə ki, məhkəmə aktları pensiya təyin edən inzibati orqanın (Fondun müvafiq qurumlarının) iştirakı ilə baxılan inzibati məhkəmə icraatının ye kununda qəbul edildiyindən və qanuni qüvvəyə mindiyindən həmin aktların icrası məcburidir. Digər tərəfdən, qanuni qüvvəyə minən məhkəmə qərarı mahiyyəti üzrə ləğv edilmədiyi müddətdə kassasiya şikayətində qeyd edildiyi kimi qanunsuz və əsassız hesab edilə bilməz, bu səbəblə də icra edilməsindən imtina oluna bilməz.
30. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
31. Kassasiya şikayətinin digər dəlili – iddiaçının tələb olunan sığorta stajına malik olub-olmamasının aydınlaşdırılmaması məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 3 iyul 2017ci il tarixdə qəbul etdiyi yekun məhkəmə qərarınd a qiymət verilmişdir.
32. Həmin qərardan Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsi olan Qobustan rayon şöbəsi tərəfindən şikayət verilmədiyindən qərar 18 avqust 2017-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadının 77-ci bəndində qeyd edilmişdir ki, icra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə d ə, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin mar aqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından Dövlət Sosial Müdafiə Fondunun kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət Sosial Müdafiə Fondunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(105)-426/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.