Məhkəmə qərarları › İş №2-1(102)-1793/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1793/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1793/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hal olaraq icraatın təzələnməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbayca n Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli 2-1(107)-9/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəs i üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə ona 0,06 ha torpaq sahəsi verilməsini və bununla bağlı JN-3950A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmasını bildirərək, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli məktubla bildirmişdir ki, elektron xəritə bazasında (DWG) JN-3950A nömrəli torpaq sahəsi Mingəçevir şəhərinin başqa yerində, yəni 20 Yanvar küç əsi, 166 saylı binanın qarşısında öz əksini tapmış, elektron adlı siyahıda İddiaçı adı qeyd edilməmiş, Mingəçevir şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyat kitabında İddiaçı adına JN-3950A nömrəli torpaq şəhadətnaməsinin olması barədə məlumatlar qeyd olunmamış, İddiaçı adına verilmiş JN3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ikinci nüsxəsi cavabdehin arxivində mövcud deyildir. İddiaçının iddia etdiyi Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, 6 nömrəli binanın qarşısında yerləşən torpaq sahəsi isə ümumi istifadədə olan torpaqlara aiddir. Bundan başqa JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 166 saylı binanın qarşısında 0,06 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir, elektron adlı siyahıda X2 adına JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmuşdur, X2 adına JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ikinci nüsxəsi cavabdehin arxivində mövcuddur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini JN3950A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsinin mülkiyyətində olması ilə əsaslandırmış, cavabdeh orqan iddia tələbinə etirazını müraciətin təmin edilməsindən imtina edilməsi ilə məktubunda qeyd edilmiş, eyni məzmunlu dəlillərlə əsaslandırmışdır.

3. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)1560/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

4. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2-1(107)137/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir.

5. Mingəçevir şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokolundan və Mingəçevir şəhəri üzrə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabı”nın son səhifəsinin surətindən görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini icraatında olan ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq cavabdehin istifadəs ində olan Mingəçevir şəhəri üzrə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabına” və “dövlət torpaq kadastr planlarının qeydiyyatı kitabına” Mingəçevir şəhər prokurorluğunun inzibati binasında baxış keçirmiş, iç səhifəsində “şəhadətnamələrin qeydiyyatı kitabında” 3352 qeydiyyat nömrəsi ilə İddiaçı adına verilməsi kimi göstərilmiş JN-3950A seriya nömrəli şəhadətnamənin həqiqətən də həmin nömrə ilə kitabdan qeydiyyatdan keçib-keçmədiyini müəyyən etməkdən ötrü sıra nömrəsinə uyğun olaraq kitabın səhifələrinə baxış keçirilərkən məlum olmuşdur ki, kitabın sonuncu nömrəsi 2855-lə bitir və ümumiyyətlə JN-3950A nömrəsi ilə iddiaçının adına hər hansı şəhadətnamə verilməmişdir.

6. Mingəçevir şəhər Prokurorluğunun xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol undan görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini icraatında olan ********* №-li cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq cavabdehin inzibati binasında, həmin idarənin istifadəsində olan “Elektron xəritə bazasına” (DWJ) və “Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına” (DBF) baxış keçirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən çap variantı İddiaçı adına olan JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatları İddiaçı deyil, X4 adlı şəxsin adına işlənmiş və həmin şəhadətnamənin baza məlumatlarına əsasən Alay Quliyevin torpaq sahəsi Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşir. Baxış zamanı müəyyən edildi ki, başqa nömrə ilə İddiaçı adına ümumiyyətlə elektron xəritə bazasında hər hansı bir şəhadətnamənin işlənməsinə dair baza məlumatları mövcud deyil və onun adı torpaq sahəsi ayrılmış şəxslərin elektron adlı siyahısında mövcud deyil. İddiaçı adına torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin baza məlumatları olmasa da, alt sənəd kimi qəbul olunmuş, JN-3950A şəhadətnamənin çap variantına əsasən onun ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli, **********86 reyestr nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. Alay Quliyevin adına olan JN-3950A nömrəli şəhadətnamənin baza məlumatlarında olan torpaq sahəsinin İddiaçı çıxarış verilən torpaq sahəsinin arasında hava yolu ilə 583 metr məsafənin olduğu müəyyən edilmişdir.

7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci vərəqindəki möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 3-cü vərəqindəki möhür əksi elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli və X5 adına JN-2819A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin 2-ci vərəqində olan “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri öz aralarında eynil ik təşkil edir. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsini 1-ci vərəqindəki “3352” əlyazma rəqəmlərindən birinci “3” rəqəminin yerində məzmuna aid olmayan əlavə cizgilər müşahidə olunur. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 2-ci vərəqindəki “Dövlət Yerquruluşu Layihə İnstitutu F.Cəfərov” yazılarının üzərində olan möhür əksinin yayılmış şəkildə əks olunması möhürün vurulması zamanı klişenin sürüşməsi nəticəsində əmələ gəlməsi ehtimal olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. Cavabdeh 13 iyul 2021-ci il tarixdə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnziba ti-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul edilməsini xahiş etmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1560/2018 nömrəli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, iş üzrə məhkəmə icraatı təzələnmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, ilkin qərarın əsasını təşkil edən, mühüm sənəd olmuş iddiaçının adına tərtib edilmiş JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin özünün mötəbərliyi sual altındadır və şəhadətnamənin saxta olması ehtimalı yaranır. Buna görə də, məhkəmə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.20 21-ci il tarixli, 5/310 nömrəli ekspert rəyini başa çatmış məhkəmə icraatından sonra meydana çıxan, lakin bitmiş mübahisənin predmetinə aid olan faktiki halları müəyyən edən sübut kimi qiymətləndirmiş və hesab etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)1560/2018 nömrəli inzibati işi üzrə icraat təzələnməli, iddiaçının adına tərtib edilmiş JN3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iş üzrə digər sübutlarla, o cümlədən hazırkı işə əlavə edilmiş ekspert rəyi ilə birlikdə araşdırılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir.

11. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2-1(116)-1691/2021 nömrəli qərardadı ilə iş üzrə X1 üçüncü şəxs qismində icraata cəlb edilmişdir.

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 mart 2022-ci il tari xli, 21(116)-509/2022 nömrəli qərarına əsasən iddia tələbi rədd edilmiş, bu qərarın Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərarını əvəz etdiyi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən 0,06 ha torpaq sahəsinə dair JN-3950A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin saxta olması, şəhadətnamənin elektron baza xəritəsində, qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə müvafiq şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmaması, “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” iddiaçının adının olmaması və həmin torpaq sahəsin in ümumi istifadədə olan torpaqlara aid olması iş materialları ilə müəyyən edilir. Digər tərəfdən iddiaçının adına saxtalaşdırılaraq tərtib edilmiş şəhadətnamədə qeyd olunan torpaq sahəsi (Mingəçevir şəhəri, M.F.Axundov küçəsi 6 nömrəli binanın qarşısı) ümumi istifadədə olan torpaq sahələrinə aid olmaqla ümumiyyətlə xüsusi mülkiyyətə verilə bilməzdi. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərkən iddiaçının adına olan JN-3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iş üzrə mötəbər dəlil olaraq qəbul edilmiş və onun əsaslılığına dair heç bir şübhə olmamışdır. Odur ki, həmin sənədə istinad olunmaqla iddiaçının 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavab deh orqanın üzərinə qoyulmuşdur. Hazırda isə iş materialları ilə müəyyən olunur ki, ilkin qərarın əsasını təşkil edən, iddiaçının adına tərtib edilmiş JN3950A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin özü saxta yolla tərtib edilmişdir. Odur ki, iddiaçının adına tərtib edilmiş JN-3950A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. Beləliklə, iddia olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olduğundan, iddiaçının adı torpaq sahəsi ayrılmış şəxslərin adlı siyahısında olmadığından və həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən hər hansı mötəbər sübut mövcud olmadığından cavabde h inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır. Buna görə də iddia rədd edilməlidir.

14. İddiaçı Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)1560/2018 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni açılmış hallara dair ərizənin icraata qəbul edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(107)-130/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzi bati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1560/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni açılmış hallara dair ərizənin icraata qəbul edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1423/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(107)130/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. İddiaçı Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(116)-509/2022 nömrəli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təl əbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(107)-9/2023 nömrəli qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Vəzirxan Məlikov və Günay Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(116)-509/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəf indən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.... Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədi yi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.... Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın ı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə te xniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

26. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamə 3.Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir....

5. Torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. 27.. “İnzibati icraat haqqında” Qanun: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənə dlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

28. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr a qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq aşağıdakıları qeyd edir.

32. Məhkəmə kollegiyası ilk önc ə vurğulayır ki, mübahisə üzrə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı qanuni qüvvəyə minib icra ediləndən sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(116)-1560/2018 nömrəli qərardadı ilə iş üzrə məhkəmə icraatı təzələnmiş, apelyasiya məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı, kasasiya məhkəməsinin qərarı ilə apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

33. Hazırkı halda icraat təzələnərək birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, apelyasiya məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır.

34. İddiaçının iddiasının əsası kimi istinad etdiyi JN-3950A kod ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görün ür ki, müvafiq şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qeydiyyat aparılmışdır.

35. Həmçinin eyni kod və nömrə ilə, yəni JN-3950A kod ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, müvafiq şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsinin X2 mülkiyyətinə verilməsi barədə qeydiyyat aparılmışdır.

36. Cavabdeh onların arxiv məlumatlarında iddiaçının adına şəhadətnamə olmadığını, A.M.Quliyevin adına istinad edilən şəhadətnamə olduğunu bildirmişdir.

37. İddiaçının adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Mingəçevir Şəhər İcra Hakimiyyətini n 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamına istinad edilmişdir.

38. Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamında qeyd edilmişdir ki, İH Aparatının Memarlıq və Tikinti şöbəsinə tapşırılsın ki, şəhər ərazisində həyətyanı sahələrin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin DT və XK-nin mütəxəssisləri ilə birlikdə araşdırılmasını təmin etsin, qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun sənədləşdirilməsi, məqsədəuyğun olmayan torpaq sahələrinin isə dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması barədə təkliflər versin, DT və XK-dən xahiş olunsun ki, qanuni istifadədə olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsinin təmin etsin.

39. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 0,06 ha torpaq sahəsindən istifadənin qanuniliyini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. İddiaçının mübahisə açdığı torpaq sahəsinin Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamına əsasən onun adına dövlət reyestrində qeydə alınması üçün sərəncamın tələb etdiyi kimi, sərəncama qədər torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etməmişdir.

40. Həmçinin iddiaçının istinad etdiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə bağlı qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin araşdırması zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən 0.06 ha torpaq sahəsinə dair JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin həqiqətə uyğun olmaması, şəhadətnamənin elektron baza xəritəsində, qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə müvafiq şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmaması, “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” iddiaçının adının olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olması iş materialları ilə müəyyən edilmişdir. İddiaçının adına tərtib edilmiş JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyi ilə sübut olunur. Rəylə müəyyən edilir ki, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyə tə verilməsinə dair” şəhadətnamənin 3-cü vərəqindəki möhür əksi elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir.

41. Eyni zamanda qeyd olunmalıdır ki, X2 adına tərtib edilmiş, JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan torpaq sahəsi isə Mingəçevir şəhəri 20 yanvar küçəsi 166 saylı binanın qarşısında yerləşir, elektron adlı siyahıda Alay Quliyevin adına JN-3950A nömrəli şəhadətnamənin olması barədə məlumat mövcuddur, həmçinin, şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivindədir. Digər tərəfdən iddiaçının adına saxtalaşdırılaraq tərtib edilmiş şəhadətnamədə qeyd olunan torpaq sahəsi (Mingəçevir şəhəri, M.F.Axundov küçəsi 6 nömrəli binanın qarşısı) ümumi istifadədə olan torpaq sahələrinə aid olmaqla ümumiyyətlə xüsusi mülkiyyətə v erilə bilməzdi.

42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı 18 may 2021-ci il tarixdə Mingçevir şəhər Prokurorluğunda dindirilərkən adına olan JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni görmədiyini bildirmişdir.

43. İddiaçının adına tərtib edilmiş JN-3950A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə iş üzrə mötəbər sübut sayılmadığından və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd olmadığından hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulan halların hər hansı biri mövcud olmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

44. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı lmalıdır.

45. Məhkəmə kollegiyası şərh olunanları rəhbər tutaraq QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 fevral 2023-cü il tarixli 21(107)-9/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar