Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1793/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-in cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətinə cəlbetmə haqqında qərarın ləğvi; işin araşdırılma tələbinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nürəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 27 fevral 2024-cü il tarixli, 2-1(103)-695/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC tərəfindən təqdim edilən dəqiqləşdirilmiş “Mənfəət vergisi bəyannaməsi”nin məlumatlarına əsasən 2020-ci il ərzində vergi ödəyicisinin 607.410,94 manat gəliri, 429.895,71 manat xərci olmuşdur.
2. Cavabdeh tərəfindən 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********906400 nömrəli qərarı ilə iddiaçıya 26.627,29 manat əlavə vergi məbləği hesablanmışdır.
3. Qeyd olunan qərardan iddiaçı inzibati şikayət vermi ş və Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********021800 nömrəli qərar qəbul edilmişdir.
4. DVX-nin qərarından iddiaçı narazı qaldığı üçün AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş 10 iyun 2022ci il tarixli 41 nömrəli qərarla iddiaçının şikayəti təmin edilməmiş, “İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2022-ci il tarixli **********021800 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********906400 saylı 04 mart 20 22-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 04 mart 2023-cü il tarixli qərarla ona əsassız olaraq mənfəət vergi bəyannaməsi üzrə vergi hesablanmışdır. İddiaçı əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olmuş, digər fəaliyyətlər turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri” və turoperatorların fəaliyyətindən” ibarət olduğu müəyyən edilmişdir. Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmalar müəyyən edilmişdir. İddiaçının fəaliyyət sferası da daxil olmaqla əldə edilən mənfəətin 75 faizi üzrə güzəştin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh cəmiyyətin bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsini əsas gətirərək iddiaçının zərərçəkən kateqoriyasına aid olmadığına istinad edərək 75 faiz güzəştin tətbiqini əsassız hesab etmiş, əlavə mənfəət vergisi hesablamışdır. Cavabdehin etirazları:
6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 7 vergi ödəyicisinə elektron qaimə faktuların təqdim edildiyi müəyyən edilmiş, həmin elektron qaimə faktuların əksər hissəsinin büdcə təşkilatlarına və ya dövlət büdcəsindən maliyyələşən digər dövlər orqanlarına təqdim edildiyi və iddiaçının 93 faiz gəlirlərinin dövlət sifarişləri əsasında formalaşdığı müəyyən edilmişdir. Həmin qurumların isə xüsusi karantin dövründə fəaliyyətinə icazə verildiyini nəzərə alaraq Vergi Məcəlləsinin XVİİİ fəslinin müddəalarının Cəmiyyətə şam il olunmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(112)-3691/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmiş, cavabdehin Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********906400 saylı 04 mart 2022-ci il tarixli qərarı ləğv edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, fəaliyyəti tam məhdudlaşdırılan sahələrlə bağlı aşkar müddəalar nəzərdə tutulduğu halda, qismən məhdudlaşdırılan sahələr barədə açıq şəkildə hər hansı müddəa təsbit olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmasını qadağan edən müddəa mövcuddur. X3 Xidməti və İnnovasiya və X1 təqdim etdiyi sənədlərin təhlilindən isə müəyyən edilir ki, iddiaçının işçilərinin 50 faizindən çoxunun işə cəlb edilməsi mümkün olmamışdır ki, həmin hal iddiaçının fəaliyyətinə pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edildiyi aşkar göstərir. İddiaçının büdcə təşkilatlarına münasibətdə sahibkarlıq fəaliyyətini həyata keçirərək gəlir əldə etməsi də pandemiya nəticəsində mənfi təsirə məruz qalmaya münasibətdə vəziyyəti dəyişməməklə, iddiaçının sahibkarlıq fəaliyyətinin keyfiyyət və kəmiyyəti ilə bağlı olan haldır. Həmin dövrdə iddiaçının qanunvericiliklə qadağan edilməyən sahibkar kimi bacarığı hesabına gəlirini maksimum, itkilərini minimum hala düşürməs i vergi qanunvericiliyi, eləcə də dövlətin ona güzəşt tətbiq etməli olması baxımından digər şəxslərin həmin iddiaçıdan üstün olması hesab edilməməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(103)-695/2024 nömrəli qərarı ilə (hakimlər R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, öz mövqeyini əsaslandırmaq üçün Verg i Məcəlləsinin 222.1, 222.2, 222.3, 222.4, 222.5, 224.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020ci il tarixli, 1950 nömrəli Sərəncamına, “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli Qərarına, və Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 10 aprel 2020-ci il tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”ə istinad etmişdir
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 6.1-ci bəndinə hazırkı işin hallarına hər hansı aidiyyəti olmamış və məhkəmənin həmin nor maya istinad etməsi maddi normanın yanlış tətbiqinə gətirib çıxarmışdır. Normanın dispozisiyasında göstərilən bəndlərdən konkret olaraq hansının iddiaçının fəaliyyətini əhatə etdiyini məhkəmə öz qərarında göstərməli olduğu halda göstərməmişdir. İddiaçının əsas fəaliyyət növü “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi”ndən, əlavə fəaliyyət növləri “mərkəzi ofislərin fəaliyyəti”, “turoperatorların fəaliyyəti”, “turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” növlərin ibarət olmuş və yuxarıda sadalanan fəaliyyət növlərindən hər hansı birini əhatə etməmişdir. Apellyasiya məhkəməsi maddi normanın tətbiqində səhvə yol vermişdir.
14. Apellyasiyanın istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 19 iyun tarixli 208 n ömrəli Qərarın bəndlərdəki iş və ya xidmət sahələri isə aşağıdakılardan ibarət olmuşdur: 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar; 6.2. kimyəvi təmizləmə; 6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.4. avtomobillərin təmiri; 6.5. avtomobil yuyulma məntəqələri; 6.6. heyvan sığınacaqları; 9.2. tərcümə xidmətləri.
15. X3 Xidmətinin məhkəməyə təqdim etdiyi mə lumatdan aydın olur ki, pandemiya ərzində müəssisənin ümumilikdə 11 işçisi olmuş, onlardan 9-u ilə pandemiya dövründə aktiv əmək müqaviləsi olmuşdur. Belə ki, X5 ilə əməkmüqaviləsi xx.xx.2021-ci il tarixdə, Şadiyeva Elnarə ilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Yəni, pandemiya dövründə həmin şəxslərlə əmək müqaviləsi olmamışdır. Məhkəmə qeyd olunan məlumatları təhlil edərkən ümumi işçi sayını əmək müqavilələrinin tarixini nəzərə almadan hesablamışdır. Qeyd olunan hal iddiaçının fəaliyyətinə mənfəət vergisi üzrə güzəştin tətbiq edilibedilməməsi baxımından pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edilmədiyini aşkar göstərir.
16. İddiaçının apardığı əməliyyatları təhlil etmək məqsədi ilə təqdim etdiyi elektron qaimə fakturalara əsasən 2020-ci il ərzində ümumilikdə 402 sa yda e-qaimə fakturadan 72 sayda olan hissəsi “Turizm ilə əlaqədar inzibati xidmətlər” qrupuna aid edilmiş, onların 47 sayda olan hissəsi isə “restoranlarda nahar və şam yeməklərinin”, o cümlədən “ziyafətlərin təşkili” xidmət kateqoriyası ilə təqdim edilmişdir. Lakin, 2020-cı ildə “Koronavirus” (COVİD19) pandemiyası səbəbi ilə Azərbaycanda və dünyada məhdudiyyətlər qoyulmuş, xüsusi sanitar, iş və hərəkət rejimi tətbiq edilmişdir, göstərilən xidmətlərin “turizm” qrupuna aid olmadığı qənaətinə gəlmək mümkündür. Həmin fəaliyyət növü üzrə əməliyyat aparmadığı halda vergi ödəyicisi e-qaimə fakturaları bu qrup adı ilə təqdim etməklə əsassız olaraq müvafiq güzəşti əldə etmək məqsədi daşımışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2-1(103)-695/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Vergi Məcəlləsi XVİİİ fəsil. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi Maddə
222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orq anının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). 222.6. Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminin (bundan sonra – müvəqqəti vergi rejimi) tətbiq edildiyi vergi ödəyicilərinin hüquq və vəzifələri bu fəsildə başqa hal nəzərdə tutulmamışdırsa, bu Məcəllə ilə müəyyən edilən ümumi qaydada həyata keçirilir. 222.7. Koronavirus pandemiyasının yayılması ilə bağlı iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılmış barəsində səyyar vergi yoxlaması davam etdirilən vergi ödəyicilərində 2020-ci il martın 1-dən yoxlamanın həyata keçirilmədiyi müddətlər bu Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərə daxil edilmir.... M addə
224. Azadolmalar və güzəştlər 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. 224.2. Bu Məcəllənin 222.5.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərə nəzərdə tutulmuş vergi güzəşti həmin fəaliyyəti h əyata keçirən şəxslərə malların daşınmasını və ya çatdırılmasını sifariş etmiş satıcılara münasibətdə və (və ya) satıcıların daşınma və ya çatdırılma nəticəsində əldə edilən gəlirlərinə tətbiq edilmir.... 224.6. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır. 224.7. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1dən 2021-ci il yanvarın 1-dək dayandırılır. Dayandırılmış müddət bu Məcəllənin 59.2-ci maddə sində faizlərin hesablanması üçün müəyyən edilmiş 1 illik müddətə daxil edilmir.... 224.9. Müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır. 224.10. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu maddə ilə müəyyən edilən güzəştlər tətbiq edilərkən, cari il üzrə ödənilmiş vergilər, o cümlədən növbəti dövrlər üzrə ödənilən vergilər yenidən hesablanır və artıq ödənilmiş məbləğlər növbəti dövrlərin ödəmələrinə aid edilir. 224.11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət bu Məcəllənin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir.
19. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məh kəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları: 1) Potocka və digərləri Polşaya qarşı, § 57 2) H. Belçikaya qarşı, § 53 3) Suominen Finlandiyaya qarşı, § 36 4) X2rşı, § 29; § 30 5) Hiro Balani İspaniyaya qarşı, § 27; § 28 6) Helle Finlandiyaya qarşı, § 60 KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxl anılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
24. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir.
25. Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, koronavirus pandemiyasının yayılmas ı nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar.
26. Odur ki, işin tərəflər arasında mübahisələndirilən halı iddiaçının fəaliyyət sahəsinin koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olub-olmamasıdır.
27. Apellyasiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən mövqeyini onunla əsaslandırmışdır ki, fəaliyyəti tam məhdudlaşdırılan sahələrlə bağlı aşkar müddəalar nəzərdə tut ulduğu halda, qismən məhdudlaşdırılan sahələr barədə açıq şəkildə hər hansı müddəa təsbit olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmasını qadağan edən müddəa mövcuddur. X3 Xidməti və İnnovasiya və X1 təqdim etdiyi sənədlərin təhlilindən isə müəyyən edilir ki, iddiaçının işçilərinin 50 faizindən çoxunun işə cəlb edilməsi mümkün olmamışdır ki, həmin hal iddiaçının fəaliyyətinə pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edildiyi aşkar göstərir.
28. Halbuki cavabdehin apellyasiya və kassasiya şikayətlərinin əsas dəlilləri ondan ibarətdir ki, iddia çı xx.xx.2019-cu il tarixdən ƏDV-nin məqsədləri üçün dövlət qeydiyyatına alındığı və əsas fəaliyyət növünün “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” əlavə fəaliyyət növləri “mərkəzi ofislərin fəaliyyəti”, “turoperatorların fəaliyyəti”, “turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” olduğu müəyyən edilmiş, bundan əlavə 2020-ci il uçot-baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların 564 759,17 manat (ƏDV-siz) olan hissəsi büdcə təşkilatlarına və ya dövlət büdcəsindən maliyyələşən digər dövlət orqanlarına, yəni Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə(VÖEN: **********), Azərbaycan Respublikası Din Polis Akademiyasına (VÖEN:**********) və Azərbaycan Milli Antidopinq X4 Şəxsə(VÖ EN: **********) təqdim edildiyi və Cəmiyyətin 93,0%-i gəlirlərinin dövlət sifarişləri üzrə formalaşdığı məlum olmuşdur. İddiaçının qeyd edilən fəaliyyət növlərinin Nazirlər Kabinetinin” 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 6.1-ci bəndinə sadalanan fəaliyyət növlərindən hər hansı birini əhatə etmir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının əsas və əlavə fəaliyyət növləri üzrə dolğun araşdırılma aparılmayıb, cavabdeh tərəfindən eyni dəlillər apellyasiya şikayətində də qeyd edilsə də, lakin apellyasiya dəlillərinə qiymət verməyib və bununla da İPM-in 87.8-ci maddənin tələblərini pozmuşdur.
30. Belə ki, həmin maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin qərarında hər bir halda apellyasiya şikayətinin dəlillərinə münas ibət bildirilməlidir.
31. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə aşağıdakı kimi olmuşdur: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müd dəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X2rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60).
32. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi tərəfindən 2020ci il üzrə təqdim edilmiş rüblük “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannaməsi”ndə müvafiq olaraq 2-ci rüb 7 nəfər işçi, 3-cü rüb 6 nəfər işçi və 4-cü rüb üzrə 5 nəfər işçisi olmasını bəyan etmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X3 Xidməti və İnnovasiya və X1 təqdim etdiyi sənədlərin təhlilindən isə müəyyən edilir ki, pandemiya dövründə ümumilikdə 5 nəfər işçinin fəaliyyətinə icazə verilmişdir. X3 Xidmətinin məhkəməyə təqdim etdiyi məlumatdan aydın olur ki, pandemiya ərzində müəssisənin ümumilikdə 11 işçisi olmuş, onlardan 9-u ilə pandemiya dövründə aktiv əmək müqavilə si olmuşdur. Belə ki, X5 ilə əməkmüqaviləsi xx.xx.2021-ci il tarixdə, Şadiyeva Elnarə ilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Yəni, pandemiya dövründə həmin şəxslərlə əmək müqaviləsi olmamışdır.
33. Apellyasiya məhkəməsi isə bunu araşdırmamış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli qərarın 6.1-ci bəndinə istinad edərək iddiaçının işçilərinin 50 faizindən çoxunun işə cəlb edilməsi mümkün olmamasını görə onun fəaliyyətinə pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi qeyd etmişdir.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndə rilməlidir.
35. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 21(103)-695/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.