Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1794/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair B akı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxx 2020-ci il tarixli, 21(103)-779/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 1290 a nömrəli, xx xxx 1995-ci il tarixli sərəncamı ilə nnn fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehə h əvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1290 a nömrəli, xx xxx 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsidə fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi tərəfindən mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyatyanı sahə kimi istifadə edilir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-3883/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddianın təmin edilməsi, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tar ixli, 1290a saylı sərəncamı ilə ayrılmış nnn yerləşən 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsiqərara alınmışdır. Həmin nəticəyə gələn birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 55, 65-ci maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsaslanaraq belə hesab etmişdir ki, cavabdehin imtinası qanuni deyildir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instans iya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-779/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin tikintisi üçün ay rılmış torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin nəticəyə gələrkən apelyasiya instansiyası məhkəməsi «Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında» Qanunun 8.0.1, 10.2-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 13.2, 17-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 14.2, 82-ci maddələrinə istinad etmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının xx xxx 1995-ci il tarixli 1290a nömrəli sərəncamı ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi tərəfindən mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsind ən faktiki olaraq təyinatı üzrə həyətyanı sahə kimi istifadə edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasın da hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Apelyasiya instansiyası məhkəməsi guya torpaq sahəsinin ayrılması barədə sərəncamın və sərəncama əlavə edilmiş sənədlərin Səbail Rayon icra Hakimiyyətinin arxivində mövcud olmamasına istinad etmişdir. Halbuki Səbail Rayon İcra Hakimiyyəti son beş ilə qədər fəaliyyətini əks etdirən sənədləri aidiyyəti arxivə təhvil verir. Arxivə təhvil verilməsinə zərurət olmayan sənədləri isə aktlaşdırılaraq məhv edilir. Eləcədə məhkəmə sözügedən sərəncamın Bakı Dövlət Arxivinə təhvil verilməsi barədə arxiv arayışının işə əlavə edilməsinə diqqət belə yetirməmişdir. Arxivdə olan sərəncamın eyni zamanda İcra hakimiyyətinin arxivində mövcud olmaması kimi aydın fakta isə məhkəmə münasibət belə bildirməmişdir. Məhkəmə aşkar faktla bağlı heç bir tədbir görməmişdir. Aidiyyəti təşkilatlarla bu ziddiyyətə aydınlıq gətirməmişdir. Cizginin RİH-nin təsərrüfat şöbəsi rəhbərliyi tərəfindən təsdiq edilməsini görməzdən gəlmişdir. Həmçinin cizginin naturada torpaq sahəsi ilə uyğunsuzluq təşkil etməsini ekspert və ya mütəxəssisi rəyi olmadan cavabdehin mülahizələrin əsasən reallıq kimi əsası olmadan qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-779/2020 nömrəli in zibati iş üzrə xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmaya raq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlillər formal və deklarativ xarakterli mülahizələrə əsaslandığından təmin edilə bilməz. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxx 1995-ci il tarixli, 1290a saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 600 kvadrat metr torpaq sahəsi ayrılmış və həmin sərəncama əsasən Badamdar qəsəbə nümayəndəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı nnn ünvanında yerləşən torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx xxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin sərhədləri şərtidir, mərzçəkmə və hasarlanma işləri tam aparılmamışdır, həmçinin təqdim edilmiş yerləşmə cizgisində ölçülər göstərilməmişdir və faktiki vəziyyət ilə uyğunsuzluq təşkil edir. Məhkəmə kollegiyası hesab edir k i, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən düzgün olaraq «Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında» Qanunun 8, 10-cu maddələrini tətbiq etmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «xxxx» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxx 2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri h aqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil». Bu baxımdan apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq tə qdim olunmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq vurğulamışdır ki, iddiaçının belə bir əsas kimi istinad və təqdim etdiyi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxx 1995-ci il tarixli 1290a nömrəli sərəncamı isə sözügedən kateqoriyaya aid hüquqi akt deyil. Çünki həmin sənəddə mübahisəli torpaq sahəsinin iddiaçıya özgəninkiləşdirildiyi yaxud onun icarəsinə və ya istifadəsinə verildiyi qeyd olunmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təq dim edilmiş yerləşmə cizgisi sərəncam veriləndən 6 il sonra səlahiyyəti olmayan qəsəbə nümayəndəsi tərəfindən tərtib edilməklə, sözügedən torpaq sahəsinin sərhədləri şərtidir, mərzçəkmə və hasarlanma işləri tam aparılmamışdır. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində ölçülər göstərilməmiş və faktiki vəziyyət ilə uyğunsuzluq təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İ nzibati Prosessual Məcəllənin 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri), müvafiq torpaq sahəsinə dair «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd inzibati orqana təqdim olunmadığından cavabdeh orqanın imtinası əsaslı olmuşd ur. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində yazır ki, «həmin torpaq sahəsi tərəfimdən mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsindən faktiki olaraq təyinatı üzrə həyətyanı sahə kimi istifadə edilir». Halbuki Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxx 1995-ci il tarixli, 1290a saylı Sərəncamında sözügedən torpaq sahəsinin fərdi ev tikmək üçün ayrılması müəyyən edilir (Sərəncamın 1-ci bəndi), tikinti işlərinin başa çatdırılması müddəti Sərəncam qəbul olunduğu gündən 2 (iki) il hesab edilməsi nəzərdə tutulur (Sərəncamın 3-cü bəndi) və qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihədən ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilmə si bəyan edilir (Sərəncamın 4-cü bəndi). Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-779/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1794/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1794/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver