Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1794/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddia çı ( xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Cavabdehnə qarşı (üçüncü şəxs X7) “torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-380/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 23 avqust 1991-ci il tarixli, 176 nömrəli qərarı ilə Xırdalan qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X2 ayrılmış və o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir.
2. Həmin qərara əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ qeydiyyata alınmış və yaşayış evinin həyətyanı torpaq sahəsinin 610,2 kv.metr (0.06102 ha) olması həmin fərdi yaşayış evinə dair 1999-cu ilin sentyabr ayında tərtib edilmiş inventar nömrəsi 705 (308-1/1463), qeyd nömrəsi 14719 olan texniki pasportunda qeyd olunmuşdur.
3. X7 fərdi yaşayış evini 20 sentyabr 1999-cu il tarixdə X3 alqı-satqı müqaviləsi əsasında satmış, daha sonra isə X9 həmin fərdi yaşayış evini xx.xx.2021-ci il tarixdə İddiaçı alqı-satqı müqaviləsi ilə satmışdır.
4. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli **********16-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
5. İddia çı ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
6. Cavabdeh 14 iyun 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Q.Aslanov küçəsi ünvanında 88 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Abşeron rayon XDS İK-nın 176 nömrəli, 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyinin aşkar edildi göstərilmiş və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 10 yanvar 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən verilmiş 4 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və əvvəlki ünvanı ünvan 4an şəhəri Q.Aslanov küçəsi, ev 88 ünvanda yerləşən fərdi yaşayış evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqi sənədin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən X1 adına verilmiş 4 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhk əməsinin 28 fevral 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
10. İddiaçı iddia ərizəsində işin faktiki hallarını və hüquq normalarını sadalayaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, ünvan 6 ünvanında 88 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. Belə ki, sözügedən qərar əsasında X1 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Ona görə də müraciətin təmin edilməsi mümkün deyildir.
12. Sumqayıt İnzibat i Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-1(118)-775/2022 nömrəli qərarı (hakim: X8) ilə iddia təmin edilmiş, X1 adına verilmiş 4 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi yeganə arqument Abşeron rayon XDS İK-nin 28 avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında X1 adına verilmiş 4 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışın qüvvədə olmasıdır. İddiaçı öz mülkiyyətində olan 88 nömrəli fərdi yaşayış evinin altında və ətrafında olan 0.10012 ha torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əs asən əvəzsiz olaraq öz mülkiyyətinə rəsmiləşdirməsi hüququ var. Lakin cavabdeh təşkilat “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin tələblərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olmasına baxmayaraq X1 adına həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə almışdır. Beləliklə, cavabdehin əməlləri qanunsuz olmuşdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçının, cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə və cavabdeh inzibati orqanın texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun yerquruluşu üzrə texniki X4 iştirakı ilə mübahisəli torpaq sahəsinə 13 iyun 2022-ci il tarixdə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsini tələb etdiyi torpaq sahəsi ona məxsus fərdi yaşayış evinə aid torpaq sahəsi olmaqla onun koordinatları üçüncü şəxs X1 adına verilmiş 4 may 2010-cu il tarixli, **********99 reyestr nömrəli çıxarışda əks olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Belə ki, mütəxəssis tərəfindən müvafiq torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerində müəyyən edildikdən və müvafiq koordinatlar GPS aparatına daxil edilərək ölçmə işl əri aparılarkən qeyd edilən torpaq sahələrinin nə faktiki yerləşməsi ilə, nə də sənəd üzrə koordinatlara əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir.
16. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.061 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 23 iyun 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-380/202 2 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X5 və X12) ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.061 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Be lə ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, həmin fərdi yaşayış evinə dair 1999cu ildə tərtib edilmiş və təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Yerində müayinə zamanı həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinin pozulmasına yol verərək nəzərə almamışdır ki, mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan qərar artıq bir dəfə qeydiyyata alınmış, X2 Abşeron rayon XDS İK-nin 28-avqust 1991-ci il tarixli, 176 saylı qərarı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və **********99 reyestr nömrəli, 4 may 2010-cu il tarixli çıxarış verilmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 176 nömrəli qərarı əsasında Ərazi İdarəsi tərəfindən 0,06 ha torpaq sahəsinə X1 mülkiyyət hüququ artıq xx.xx.2010-cu il tarixində dövlət qeydiyyatına alınmış, Ə.Xalıqova müvafiq çıxarış verilmişdir. Belə olan halda, h əmin sənəd iddiaçının 0.06 ha torpaq sahəsinə hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edilə bilməz. 22. 1999-cu ildə tərtib edilmiş texnik pasport X1 adına tərtib edilmişdir. Texniki pasportunda həyatyanı torpaq sahəsinin ölçüsü göstərilmiş, yerində müayinə zamanı həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının hüququnun xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən sonra əmələ gəlməsini nəzərə alsaq, 1999-cu ildə X1 adına tərtib edilmiş texniki pasportda istinad etməklə iddiaçının hüququnu dövlət qeydiyyatına almaq qanuna uyğun deyildir.
23. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 139-cu və 146-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8.0.8, 9-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanın 2.4.cü maddəsinə əsaslanmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulma dan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquq larının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakıla r əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə
9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. d axil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanun la müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikas ının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonala rında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkila tlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) 29. “Torpaq islahatı haqqında” qanun Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyy ətinə verilir.
30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
31. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b)Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Mə hkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ ni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair 1999-cu ildə tərtib edilmiş və təsdiq edilmiş, surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edil miş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir.
40. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının, cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə və cavabdeh inzibati orqanın texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun yerquruluşu üzrə texniki X4 iştirakı ilə mübahisəli torpaq sahəsinə 13 iyun 2022-ci il tarixdə yerli baxış keçirilmişdir.
41. Yerində müayinə zamanı həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 14 iyun 2022-ci il tarixli, **********07 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında olan və **********16-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsinin 0,0617 ha olduğu, **********16-10301 reyestr nömrəli çıxarışın texniki pasportunda 0,0575 ha qeyd olunduğu, **********16-10301 reyestr nömrəli çıxarışın qeydiyyata alınması üçün əsas olmuş 14719 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinin texniki pasportunda isə 0,06102 ha olduğu müəyyən edilmiş və Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 176 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən X1 mülkiyyətində olmuş (hal-hazırda **********17- 05301 reyestr nömrəli çıxarışa əsasən X6 mülki yyətində olan çoxmərtəbəli yaşayış binasının yerləşdiyi 0,0941 ha torpaq sahəsinin 0,06 ha hissəsi) torpaq sahəsi ilə nə faktiki yerləşməsi ilə, nə də sənəd üzrə koordinatlara əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir. 43. 18 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi haqqında kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Torpaq islahatları haqqında” qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. ünvan 1 ünvanında olan fərdi yaşayış evi alqı-satqı müqaviləsi ilə iddiaçının mülkiyy əti hüququ yaranmışdır. Həmin fərdi yaşayış evinə dair 1999-cu ildə tərtib edilmiş yaşayış evinin texniki pasportundan müəyyən edilmişdir ki, həmin həyətyanı torpaq sahəsi X1 qanuni istifadəsində olmuşdur. Həmin fərdi yaşayış evinin alqı-satqı müqaviləsi ilə mülkiyyət hüququnun bir başqa şəxsə - iddiaçıya keçərkən alqı-satqı müqaviləsində həyətyanı sahə göstərilməsə də fərdi yaşayış evi ilə birlikdə həyətyanı torpaq sahəsi də mülkiyyətçinin qanuni istifadəsinə keçmişdir. Belə olan halda, İddiaçı iddiası hazırkı qərarın 26,27 və 28-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olduğu üçün əsaslıdır.
44. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddia olsa da, bu iddia növündə də öhdəliyin i cra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı qərarın 29.a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.
45. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə olmalıdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin etmişdir.
46. Yuxarıda göstərilənlərə əsas ən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1(105)-380/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.