Məhkəmə qərarları › İş №2-1(102)-1794/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1794/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1794/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə tərəfindən satılmış torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın da Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə İdarəsinə (üçüncü şəxs Balakən rayonu Gərəkli Bələdiyyəsi) “0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-95/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən rayonu, Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin d əyərini 132311 nömrəli, xx.xx.2005-ci il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. İddiaçı Gərəkli Bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, 0.10 ha torpaq sahəsinə dair müvafiq sənədlərin tərtib edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir

2. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı ilə Gərəkli Bələdiyyəsinin üzərinə Bələdiyyənin 18 avqust 2005-ci il tarixli 29 saylı qərarının icrası öhdəliyi qoyulmuşdur.

3. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmişdir.

4. Cavabdeh 14 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Balakən rayonu Gərəkli Bələdiyyəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi təmin edildikdən sonra, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək 0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balakən rayonu, Gərəkli Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən ona bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 132311 nömrəli, 22 avqust 2005ci il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmişdir. Cav abdeh müraciətin təmin olunmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən qeydiyyatdan imtina üçün hər hansı çatışmazlıq olmamışdır və həmin Qanunun 14-cü maddəsində göstərilən sənədlərin həqiqiliyinə şübhə hallı cavabdeh orqan tərəfindən müəyyən edilməmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının ərizəsinin icrası zamanı məlum olmuşdur ki, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı ilə Balakən rayonu Gərəkli Bələdiyyəsinin üzərinə bələdiyyənin 18 avqust 2005-ci il tarixli, 29 saylı qərarının icra edilərək 0,10 ha torpaq sahəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Lakin daşınmaz əmlak üzərində h üquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilməmişdir (Balakən rayonu Gərəkli Bələdiyyəsi ilə iddiaçı arasında müvafiq notariat kontorunda təsdiq olunaraq bağlanılmış alğı-satqı müqaviləsi). Qeyd olunanları nəzərə alaraq həmin torpaq sahələrinin qeydiyyata alınması mümkün olmamış və bu barədə xx.xx.2020-ci il tarixli, **********37 nömrəli məktubla ərizəçiyə imtina bildirişi ünvanlanmışdır.

8. Şəki İnzibati Məhkəməsinin 4 mart 2021-ci il tarixli, 2-1(116)-358/2021 nömrəli qərardadı ilə Balakən rayonu Gərəkli Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-358/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı ilə (hakim İ.H.Cabbarov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 139.1, 152.1ci maddələrinə, Torpaq Məcəlləsinin 4, 9, 10, 18, 48, 86-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 11.1, 23.1, 23.2-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2- ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 17, 19.1 -ci maddələrinə əsasən iddiaçının tələbi əsassızdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-359/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakiml ər E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və V.İ.Məlikov) apellyasiya şikayəti təmin olunmamış, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)-358/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2388/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər Z.M.Quliyev /sədrlik edən/, R.S.Nəbiyev və S.Ə.Kərimov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasi ya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin satılmasının qanuna uyğun olub-olmaması ilə əlaqədar müxtəlif əlaqəli inzibati orqanların fərqli rəyləri mövcuddur. İş üzrə düzgün, obyektiv və qanuni məhkəmə qərarının qəbul edilməsi üçün sözügedən məsələ tam və hərtərəfli araşdırılmalıdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-103/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərarı ilə (hakimlər M.A.Əsədli /sədrlik edən və məruzəçi/, Ə.T.Məcidov və A.Vəkil2) Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanı lmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir və bu torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi qanunla qadağan edilir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsində ikinci icraat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1730/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /sədrlik edən/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2022-ci il ta rixli ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərarını əlaqəli inzibati orqanların iş materiallarında olan fərqli rəylərinə əsaslanaraq çıxarmış, Ali Məhkəmənin qərarında qeyd etdiyi halları araşdırmamış, iddiaçıya torpağın verilməsinə dair Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci İl tarixli 29 saylı qərarının, həmin tarixli 39 saylı Sərəncamın və kassa mədaxil orderinin Gərəkli Bələdiyyəsindən məhkəməyə təqdim etməsini tələb etməklə kifayətlənmişdir. Halbuki, həmin sənədlər əvvəldən iş materiallarında mövcud olmuşdur. e. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-95/2023 nömrəli, 18 aprel 2023-ci il tarixli qərarı ilə (hakimlər G.İ.Cavadova /sədrlik edən və məruzəçi/, A.M.Eyvazova və İ.H.Şükürov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il qərarı ləğv edilmiş, iş üzrə yeni qərar edilmiş, iddia təmin edilərək Balakən rayonu Gərəkli Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 29 saylı qərarı əsasında ayrılmış 0,10 ha torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına planölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə həvalə edilmişdir.

23. Apel lyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman qüvvədə olan maddi hüquq normalarına əsasən bələdiyyə torpaqlarının vətəndaşların mülkiyyətinə verilməsi ilə bağlı notarial qaydada müqavilənin bağlanması tələbi mövcud olmamış, torpaq sahəsi hüququn yarandığı zaman qüvvədə olan normaların tələblərinə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş rəydə sözügedən torpaq sahəsinin kompleks yerquruluşu layihələrinə əsasən bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi olduğu qeyd olunsa da, bu hal Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin mütəxəssisinin rəyi, habelə Məhkəmə tərəfindən keçirilmiş yerli baxışın nəticələri ilə (ərazidə ictimai t ikilinin mövcud olmaması, mübahisəli torpaq sahəsi ilə həmsərhəd xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və inşa edilmiş fərdi yaşayış evinin mövcudluğu) təkzib olunur. Mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin kateqoriyası, cavabdeh inzibati orqanın nümayəndəsinin bildirdiyinə görə 1996-cı ildən ictimai tiklilər üçün nəzərdə tutulmuş torpaq sahəsi kimi müəyyən edilsə də, həmin tarixdən 27 il keçməsinə baxmayaraq həmin torpaq sahəsi üzərində hər hansı tikili tikilməyib, belə bir tikili hazırda da mövcud deyil və gələcəkdə tikilməsi ilə bağlı istər torpağın hazırki mülkiyyətçisi Balakən rayon Gərəkli Bələdiyyəsində, istərsə də Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində hər hansı layihə-plan yoxdur. Mübahisələndirilən torpaq sahəsi üzərində gələcəkdə ic timai tikili inşa edilə bilməsi ehtimalına əsaslanaraq iddia tələbinin rədd edilməsi də iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulması ilə nəticələnə bilər.

24. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 144.1 və 394-cü maddələrinə istinad edərək bildirmişdir ki, məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçı həmin torpaq sahəsinə dair müvafiq notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi təqdim etməmişdir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Re spublikasının Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.

27. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı tərəfindən iddia olunan 0.10 ha torpaq sahəsi elektron məlumat bazasına əsasən yaşayış məntəqələr i torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsidir. Sözügedən ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əsasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina, anbar, tikili və qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmçinin Şəki ərazi şöbəsi üzrə daimi komissiya tərəfindən sözügedən 0,10 ha torpaq sahəsinin hətta bələdiyyənin adına sənədləşməsindən də (ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu üçün) imtina rəyi verilmişdir. Bu barədə Gərəkli bələdiyyəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli 08 nömrəli məktubunda qeyd edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin məcburi) tələbində də göstərilmişdir ki, iddiaçının arzusunda olan sözügedən 0.10 ha torpaq sahəsinin qeyd olunmuş hüquqi rejiminə görə heç bir halda xüsusi mülkiyyətə verilə bilməz. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əml ak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində h üquqların dövlət qeydiyyatı üçün əsasdır.

30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri: Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;... Maddə

56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi nin ümumi əsasları...

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları ya lnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə

65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi

1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sə rhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması ndan və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır 31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunu: Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin tor paqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların is tifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələ diyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunv ericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir.

32. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: İİ. Bələdiyyə torpaqları nın ayrılması qaydası

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerqurul uşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin pl anlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-) İV. Torpaqayırma sənədlərinin hazır lanması və rəsmiləşdirilməsi

19. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

20. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. (-).

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin nor mativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

33. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5- ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

34. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisə li hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Bununla belə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. Kassasiya şikayətinin ilkin dəlili torpağın alqı-satqısına dair müqavilənin notarial qaydada təsdiqlənməməsindən ibarətdir. Bununla bağlı məhkəmə k ollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisəli münasibətlər (bələdiyyə qərarının qəbul edildiyi vaxt) yarandığı zaman qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 5-ci bəndinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir.

41. Həmin bəndə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə edilən və 11 iyul 2014-cü il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə həyata keçirilir.

42. Mübahisəli münasibətlərin yarandığı tarixin 2005-ci ilin avqust ayı olduğu nəzərə alındıqda görünür ki, bələdiyyə orqanı tərəfindən “Torpaqların alqı-satqısı Qaydaları”nın tələblərinə riayət edilmiş, torpaq sahəsi iddiaçının mülkiyyətinə həmin Qaydalarda nəzərdə tutulan bələdiyyə qərarı əsasında verilmiş və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilməklə rəsmiləşdirilmişdir.

43. Beləliklə, torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman qüvvədə olan maddi hüquq normalarına əsasən bələdiyyə torpaqlarının vətəndaşların mülkiyyətinə verilməsi ilə bağlı notarial q aydada müqavilənin bağlanması tələbi mövcud olmamış, torpaq sahəsi hüququn yarandığı zaman qüvvədə olan normaların tələblərinə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmır.

44. Cavabdeh orqanın digər dəlili olan mübahisələndirilən torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsinin olması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həmin faktın mövcudluğu işdəki sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, apelyasiya məhkəməsi tərəfindən aparılmış hərtərəfli araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş rəydə sözügedən torpaq sahəsinin kompleks yerquruluşu layihələrinə əsasən bələdiyyə mülkiyyətinə aid ictimai tikilil ər üçün nəzərdə tutulan torpaq sahəsi olduğu qeyd olunsa da, bu hal Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin mütəxəssisinin rəyi, habelə Məhkəmə tərəfindən keçirilmiş yerli baxışın nəticələri ilə (ərazidə ictimai tikilinin mövcud olmaması, mübahisəli torpaq sahəsi ilə həmsərhəd xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və inşa edilmiş fərdi yaşayış evinin mövcudluğu) təkzib olunur.

45. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin kateqoriyası, cavabdeh inzibati orqanın nümayəndəsinin bildirdiyinə görə 1996-cı ildən ictimai tiklilər üçün nəzərdə tutulmuş torpaq sahəsi kimi müəyyən edilsə də, həmin tarixdən 27 il keçməsinə baxmayaraq həmin torpaq sahəsi üzərində hər hansı tikili tikilməyib, belə bir tikili haz ırda da mövcud deyil və gələcəkdə tikilməsi ilə bağlı istər torpağın hazırki mülkiyyətçisi Balakən rayon Gərəkli Bələdiyyəsində, istərsə də Balakən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində hər hansı layihə-plan yoxdur. Mübahisələndirilən torpaq sahəsi üzərində gələcəkdə ictimai tikili inşa edilə bilməsi ehtimalına əsaslanaraq iddia tələbinin rədd edilməsi də iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulması ilə nəticələnə bilər.

46. Beləliklə, cavabdehin bildirdiyinin əksinə olaraq iş materialları ilə torpaq sahəsinin kateqoriya ilə bağlı uyğunluq tələbi pozulmaqla iddiaçıya ayrıldığı müəyyən olunmur. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya verilməsi öhdəliyinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı (Şəki İnzibatiİqt isadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı) da mövcuddur.

47. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-95/2023 nömrəli, 18 apr el 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar