Məhkəmə qərarları › İş №2-1(102)-1794/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1794/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1794/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “məhkəmə qərarının icra edilməsi” ərizəsinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1 (103)-1482/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 49 saylı binanın yanında yerləşən dəmir qarajın sökülməsi ilə bağlı 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiyanın, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərcin İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınin 2-1(103)-2182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınin 2- 1(103)-2182/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli 21(112)-156/2022 nömrəli qərarı qanuni qüvvəyə minmiş və məhkəmənin 08 iyun 2023-cü il tarixli məktubu ilə icra olunması üçün cavabdehə göndərilmiş, icra tədbirlərin nəticəsi barədə xx.xx.2023-cü il tarixədək məhkəməyə məlumat verilməsi tələb olunmuşdur.

5. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)156/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icra olunaraq görülmüş icra tədbirlərin nəticəsi barədə xx.xx.2023-cü il tarixədək məhkəməyə məlumat verilməsi tələb olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə İPM-in 120-ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarının icrasını təmin etmək üçün göstəriş verilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)156/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icra olunaraq görülmüş icra tədbirlərin nəticəsi barədə xx.xx.2023-cü il tarixədək məhkəməyə məlumat verilməsi tələb olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə İPM-in 120-ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi bildirilmişdir.

8. Daha sonra, məhkəmə tərəfindən iddiaçının məhkəmənin qərarını icrasının təmin edilməsi barədə ərizəsinə baxılması üçün xx.xx.2023-ci il tarixinə məhkəmə iclası təyin edilmiş, məhkəmənin qərarının icrasının təmin olunması üçün təyin təyin edilmiş müddət ərzində qərarı icra etməmiş cavabdeh bununla bağlı təyin olunmuş məhkəmə iclasına da gəlməmişd ir.

9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-156/2022 nömrəli qərardadı ilə (hakim: E.Ə.Əliyev) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti 2000 (iki min) manat miqdarında cərimə edilərək həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli 2-1(112)-156/2022 nömrəli qərarının icra edilməsi üçün cavabdehə müddət təyin edilməsinə və cərimə olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qeyd edilən qərarın icrasını hal-hazıradək təmin etməmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər K.H.Əkbərov (sədrlik edən), M.N.Tağızadə və İ.S.Şirinov) 14 mart 2024-cü il tarixli, 2-1(103)-1482/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslana raq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-156/2022 nömrəli qərarının icra olunması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin vəsaiti olmadığından vəsaitin ayrılması məsələsinə baxılması barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Maliyyə Nazirliyi tərəfindən müraciət təmin edilməyərək bildirilmişdir ki, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalarla yanaşı, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir və məhkəmə qərarlarının icrası cavabdeh qurumun malik olduğu digər mənbələr (büdcədənkənar vəsait) hesabına təmin oluna bilər. Göründüyü kimi Binəqədi Rayon İcra Hakimiyyətinin daxili imkanları olmadığından məhkəmə qərarın ı icra etmək mümkün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət ə saslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (mü vəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. K ASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlill ər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Ape llyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icra olunması və görülmüş icra tədbirlərin nəticəsi barədə xx.xx.2023-cü tarixədək məhkəməyə məlumat verilməsi tələb olunmuş və əks təqdirdə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edilməməsinə görə İPM-in 120-ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir.

26. Lakin buna baxmayaraq cavabdeh məhkəmənin xəbərdarlıq məktubuna, heç bir münasibət bildirməmiş və məhkəmə qərarı ilə tutulmuş məbləğ ödənilməmişdir.

27. Konkret halda, iddiaçının qeyd olunan ərizəs indən də göründüyü kimi, məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan və icraya yönəldildikdən sonra, ona faktiki olaraq 26.000 (iyirmi altı min) manat məbləğində kompensasiya, həmçinin həmin qarajın qiymətləndirilməsi ilə bağlı çəkilmiş 400 manat xərc ödənilməmişdir.

28. Bundan başqa cavabdeh özü də təsdiq edir ki, daxili imkanları olmadığından məhkəmə qərarını icra etmək mümkün olmamışdır.

29. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icra olunmadığı işin mübahisələndirilməyən hallarını təşkil edir.

30. Məhkəmə kollegiyası bununla bağlı aşağı instansiya məhkəmələrinin məhkəmə qərarının faktiki olaraq icra olunmaması ilə bağlı mövqeyini əsaslı hesab edir.

31. Belə ki, məhkəmə qərarı aidiyyəti şə xslər, o cümlədən cavabdeh tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhk əmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.

32. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinin müddəalarına görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, mə hkəmə aktlarının icrasının təminatı qismində həmçinin Cinayət Məcəlləsində 306-cı maddə nəzərdə tutulmuşdur. Həmin norma ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının qərəzli olaraq icra edilməməsinə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.

35. Həmçinin qeyd edilməlidir ki, İPM-in 120.1-ci maddəsi inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələr in) icrasını təmin etmək məqsədlərinə xidmət edir. Bu mənada nəzərə almaq lazımdır ki, məhkəmə qərarının aid olduğu iddianın növü həmin normanın qeyd olunan məqsədləri və məhkəmə qərarının icrasının təmin edilməsini zəmanət altına alan yuxarıda istinad olunan norma və prinsiplər baxımından hər hansı əhəmiyyət daşımır. Digər tərəfdən, həm də nəzərə alınmalıdır ki, inzibati proses hüququ doktrinasında öhdəliyin icrası haqqında iddia növü ümumi anlayışdır və həm məcburetmə haqqında, həm də öhdəliyin icrası haqqında iddiaları özündə birləşdirən öhdəliyin icrası haqqında ümumi iddia kimi qəbul olunur. Başqa sözlə, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddialar öhdəliyin icrası haqqında ümumi iddia növünə aiddir.

36. Məhkəmə kollegiyası vurğulayır ki, inzibati məhkəmə icraa tı çərçivəsində cavabdehə münasibətdə öhdəlik nəzərdə tutan məhkəmə aktı - məhkəmə qərardadı və ya qərarı İPM-in 120-ci maddəsinin təsir dairəsinə aid edilməlidir. Bundan fərqli yanaşma və həmin maddənin bu yanaşmadan fərqli təfsiri qeyd olunan məzmunlu məhkəmə qərarının və ya qərardadının icrasının cavabdehin iradəsindən asılı vəziyyətə salınması kimi qiymətləndirilməlidir. 37. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 21(103)-1482/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar