Məhkəmə qərarları › İş №2-1(102)-1795/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1795/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1795/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın qərarının iddiaçıya nə vaxt təqdim olunmasını müəyyən etmək üçün qərarın ləğv edilərək işin birinci instansiya məhkəməsinə göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliy i ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(106)-1036/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********754548 nömrəli Qərarına əsasən Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinin tələblərinə uyğun olaraq İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əm əl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2015-ci il tarixli **********825189 nömrəli akt tərtib edilməklə rəsmiləşdirilmişdir.

2. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən akt əsaslı hesab edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********897380 nömrəli Qərar qəbul edilmişdir.

3. İddiaçı tərəfindən sözügedən qərarın mübahisələndirilməsi ilə bağlı yuxarı inzibati orqana inzibati şikayətlə müraciət edilmiş və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, **********186600 nömrəli “İnzibati şikayətin baxılmamış saxlanılması” haqqında Qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat 4 İddiaçı MMC-nin nümayəndəsi cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2015-ci il tarixli **********897380 №-li qərarın, habelə iddia tələbinin həcmini artıraraq cavabdehin xx.xx.2018-ci il tarixli **********186600 sayı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı xx.xx.2015-ci il tarixli **********897380 №-li qərardan şikayət verilməsi müddətinin bərpa olunmasını xahiş etmişdir.

5. İddiaçı müddətin bərpa olu nması haqqında xahişini onunla əsaslandırmışdır ki, ki, mübahisələndirilən qərar onlara təqdim olunmamışdır. Vergi orqanı tərəfindən qərarın elektron qaydada göndərilməsi bildirilsə də, hər hansı bir sənədin elektron göndərilməsi üçün ilk növbədə sənədin elektron olmalı olduğu, sənədin elektron olması üçün isə sənədin elektron imza ilə təsdiq edilməsinin tələb olunduğu nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən göndərilən sənədlər elektron sənəd hesab edillmir. Çünki heç bir sənəd elektron imza ilə təsdiq edilmir. Elektron qutuya gəldikdə isə vergi orqanı istənilən formada elektron qutuya müdaxilə edə bilir. Çünki bütün informasiya və sistemə giriş birbaşa vergi orqanları tərəfindən həyata keçirilir. Başqa sözlə vergi orqanı istəsə hər hansı bir sənədi 3 və ya 4 ay, il sonra elektron qut uya göndərə bilər və elə şəkildə göstərə bilər ki, onu 3 və ya 4 ay, il əvvəl göndərib və həmin vaxt da oxunub. Hər hansı bir sənədin oxunması onun təqdim edilməsi demək deyildir.

6. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-187/2020 saylı qərardadı ilə (hakim Nəriman Abıyev) iddiaçının müddətin bərpa olunması barədə vəsatəti təmin edilməmiş, digər qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı sözügedən qərarları almadığını iddia etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş qəbzin surətindən və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, ilkin qərar xx.xx.2015-ci il tarixdə sifarişli poçt vasitəsilə göndərilmiş, xx.xx.2015-ci il tarixdə həmin ünvana təqdim olunmuş, xx.xx.2015-ci il tarixdə isə elektron qaydada iddiaçıya göndərilmiş və xx.xx.2015-ci il tarixdə sonuncu tərəfindən oxunmuşdur.

8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1036/2020 nömrəli qərardadı ilə (hakimlər S.Seyidova (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi 2-1(112)-187/20 saylı, xx.xx.2020-ci il tarixli qərardad ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardad ın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar xx.xx.2015-ci il tarixdə sifarişli poçt vasitəsi ilə iddiaçının hüquqi ünvanına, eyni zamanda xx.xx.2015-ci il tarixli **********087100 nömrəli məktubla elektron qutusuna göndərilmiş və sənəd xx.xx.2015-ci il tarixdə saat 20:08:20-də onun tərəfindən oxunmuşdur. Göründüyü kimi iddiaçı iddia vermək ücün prosessual müddəti 4 il 2 ay ötürmüşdür. Həmçinin iddiaçı tərəfindən qeyd olunan qərardan xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinə inzibati şikayət verilmişdir. Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********186600 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti baxılmamış saxlanılmışdır. xx.xx.2018-ci il tarixli qərar iddiaçıya xx.xx.2018-ci il tarixdə **********869000 nömrəli məktubla göndərilmiş və vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur. Göründüyü kimi iddiaçının xx.xx.2015-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixdə mübahisələndirməsi həmin qərarın vergi ödəyicisinə çatdırıldığını və hazırki iş üzrə İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş prosessual müddətləri ötürdüyünü təsdiq edir. Həmçinin iddiaçı qeyd edir ki, vergi orqanı tərəfindən göndərilmiş poçt qəbzinin içində qərar və tələbnamə olmaya da bilərdi. G öründüyü kimi iddiaçı itirilmiş müddəti bərpa etməyə çalışarkən güman və şübhələrə əsaslanmışdır. Bundan əlavə, iddiaçı əgər qərar və tələbnamənin poçt qəbzinin içində olmadığını iddia edirsə, bu artıq poçt şirkəti ilə iddiaçı arasında yaranan mübahisə olacaqdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İn zibati Prosessual Məcəlləsi Maddə 32.1 Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkd ən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

70. Vergi ödəyiciləri ilə yazışma 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır (xx xxxxxx 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunla edilən dəyişikliyədək qüvvədə olan redaksiyada) KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə k ollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Belə ki, hazırda həll edilməli olan məsələ, işin mahiyyəti ilə bağlı olmayıb, vergi orqanının qərarını mübahisələndirmə iddiası verilərkən iddiaçının iddia müddətlərinə riayət edib etməməsinin araşdırılmasıdır.

18. Çünki İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tə rəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

20. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

21. İddianın mümkünlük şərtlərində n biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur. İddiaçının vermiş olduğu tələb üzrə iddia müddəti İPMnin 38-ci müddəsi ilə inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində müəyyən olunmuşdur.

22. Göründüyü kimi iddiaçının verdiyi tələb üzrə iddia müddəti 30 gündür və bu müddətin başlanğıcı (axımı) inzibati aktın ona təqdim olunduğu vaxtdan başlanır. Ona görə də iddia müddətinə əməl olunması araşdırılarkən, ilk növbədə iddia müddətinin axımının başlanmasına səbəb olan hüquqi faktın – inzibati aktı təqdimetmənin nə vaxt baş verməsi müəyyən olunmalıdır.

23. İş materialları bu hüquqi faktı etibarlı şəkildə müəyyən etməyə imkan vermir.

24. Məhz buna gərə də apelyasiya məhkəməs i göstərmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2015-ci il tarixli, **********897380 nömrəli qərarın sifarişli poçt vasitəsilə göndərilməsi və iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qəbzə imza edilməklə qəbul edilməsinə istinad edilsə də, qəbzə imza edən şəxsin şəxsiyyəti, İddiaçı MMC-nin nümayəndəsi və səlahiyyətli şəxsi olub olmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İş materiallarına əlavə edilmiş sifarişli poçt qəbzinə əsasən Bakı Vergilər Departamenti tərəfindən İddiaçı MMC-yə göndərilən “Məsuliyyət qərarı və tələbnamə”nin imza edilərək qəbul edildiyi görünsə də, kim tərəfindən qəbul edilməsi, qəbul edən şəxsin adı və soyadının müəyyən edilməsi mümkün deyildir.

25. Bu halların müəyyən edilməsi əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb edir. Azərbaycan Respublikası İPM-nin 87.7.1-ci maddəsi işin bu vəziyyətində apelyasiya məhkəməsinə birinci instansiya məhkəməsinin qərarının ləğv edərək işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vermişdir.

26. Göründüyü kimi apelyasiya məhkəməsinin qarardadı işin hallarına və tətbiq olunmalı olan hüquq normalarının tələblərinə uyğundur.

27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1036/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar