Məhkəmə qərarları › İş №2-1(102)-1795/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1795/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1795/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki paspo rtun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-383/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-692/2022 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti v erərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-383/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli 2-1(105)-383/2022 saylı qərarı Xaçmaz rayon Vəkil Bürosuna 04 iyul 2022-ci il tarixdə təqdim olunmuşdur və həmin tarixdə order tərtib edilmişdir. Lakin həm in qərardaddan kassasiya şikayəti 27 iyul 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları 10 oktyabr 2022-ci il tarixədək məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.

7. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

8. Vəsatətdə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli 2-1(105 )-383/2022 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün ona dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi ilə bağlı ərizəsinə baxılmış, 29 iyun 2022-ci il tarixli 2-1(105)-383/2022 nömrəli qərardadla ona dövlət büdcəsi hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilmiş, həmin qərardad ona 11 iyul 2022-ci il tarixdə təqdim edilmiş, 19 iyul 2022-ci il tarixdə kassasiya şikayəti tərtib edilərək, orderlə birlikdə ona təqdim edilmiş, elektron poçt vasitəsilə 27 iyul 2022-ci il tarixdə göndərilmişdir. “Elektron məhkəmə” informasiya sistemi haqqında Qanunun yeni olması səbəbindən, onun bu Qanun haqqında məlumatının az olması ilə əlaqədar şikayət vermə müddətini üzrlü səbəbdən buraxmışdır. Bu səbəbdən də o, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 20 22-ci il tarixli 21(105)-383/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddəti üzrlü hesab etməklə, işə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hall arda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instan siyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

10. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

11. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli dövlət hesabına vəkillə təmin barədə qərardadı Xaçmaz rayon Vəkil Bürosuna 4 iyul 2022-ci il tarixdə təqdim olunmuşdur (iş vər.111). Lakin həmin qərardaddan kassasiya şikayəti 27 iyul 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün İPMin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məh kəməsinə təqdim olmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür.

13. İddiaçı vəsatətində təsdiq edir ki, prosessual müddət onun tərəfindən ötürülmüşdür, lakin “Elektron məhkəmə” informasiya sistemi haqqında Qanunun yeni olması səbəbindən, onun bu Qanun haqqında məlumatının az olması ilə əlaqədar şikayət vermə müddətini üzrlü səbəbdən buraxdığını qeyd edir.

14. Məhkəmə kollegiyası ərizənin həmin dəlilini müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir. Belə ki, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəmə tərəfindən vəkillə təmin olunmuş, özünün də təsdiq etdiyi kimi, kassasiya şikayəti 19 iyul 2022-ci il tarixdə tərtib edilərək orderlə birlikdə ona təqdim olunmuşdur. Orderin 4 iyul 2022-ci il tarixdə verildiyi nəzərə alındıqda, 10 günlük prosessual müddət, artıq 19 iyul 2022-ci il tarixdə ötürülmüşdür.

15. Qərardaddan vaxtında şikayət verilməsi imkanını mümkünsüz edən və iddiaçının (onun vəkilinin) iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətin ötürülməsi hətta vəkilin (nümayəndənin) hərəkətsizliyi ilə bağlı olduqda belə, bu, tapşırıq verən üçün hüquqi nəticələr yaratdığından, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair vəsatət təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-383/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar