Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1795/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın ləğv edilməsi və 2022-ci il 1 aprel tarixindən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanl ı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın ləğv edilməsi və 2 nəfərdən ibarət ailə üzvünün olması nəzərə alınaraq 2022-ci il 1 aprel tarixindən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-1(107)-206/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı 2022-ci il 22 aprel tarixli ərizəsində özünün ailəsini təmsil edən şəxs kimi qeydə alınmasını və Əmək və təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi məqs ədilə ailəsinin 18 yaşına çatmamış üzvü X3 barədə məlumatın nəzərə alınmasını xahiş etmiş, Nazirlik tərəfindən hər birinə aid gəlirlər, xərclər, əmlaklar barədə, eləcə də digər zəruri məlumatların aidiyyəti dövlət orqanlarından və təşkilatlardan əldə edilməsinə, aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən onların hər birinə dair sorğu olunan gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasına etiraz edilmədiyini bildirmişdir.
2. Mingəçevir İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2022-ci il 19 aprel tarixli, 520 nömrəli arayışının surətindən müəyyən edilir ki, Mingəçevir şəhəri, H.Z.Tağıyev küçəsi, ev 24-də yaşayan, 1992-ci il 2 sentyabr təvəllüdlü İddiaçı ail ə tərkibi – 2018-ci il 18 avqust təvəllüdlü X1 ibarətdir. 3. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 2022-ci il 20 aprel tarixli, **********94801 nömrəli bildirişdən görünür ki, ailə tərkibinin, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina edilmişdir. 4. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 2022-ci il 16 may tarixli, **********94802 nömrəli bildirişdən görünür ki, ailə tərkibinin düzgün göstərilməməsi, ümumi istifadəli sayğacın aşkar edilməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina edilmişdir. 5. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 2022-ci il 13 iyun tarixli, **********94803 nömrəli və 2022-ci il 8 iyul tarixli, **********94804 nömrəli bildirişlərdən görünür ki, ailə tərkibinin düzgün göstərilməməsi səbəbi ilə sosial yardımın təyin olunmasından imtina edilmişdir. 6. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 2022-ci il 30 avqust tarixli, **********95001 nömrəli bildirişdən görünür ki, əvvəlki müayinə aktında qeyd edilən məlumatlarla uyğunsuzluğun aşkarlanması səbəbi ilə sosial yardımın təyin olunmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin ünvanlı sosial yardımın təyinatından imtina edilməsi haqqında qanunsuz qərarının ləğv edilməsi və “Ünvanlı d övlət sosial yardımı haqqında” Qanunun 3, 4, 5, 6, 7 və 8-ci maddələrinə əsasən “Ərizə bəyannamə” ilə müraciət etdiyi 2021-ci il 1 aprel tarixindən hər ay üçün 190 manat olmaqla ünvanlı dövlət sosial yardımın təyin olunaraq, 2 nəfərdən ibarət aztəminatlı ailəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın ləğv edilməsi və 2 nəfərdən ibarət ailə üzvünün olması nəzərə alınaraq, 2022-ci il 1 aprel tarixindən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, i ddiaçının orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağıdır.Ona görə də iddiaçı 2 nəfərdən ibarət ailə tərkibinin olmasını bildirərək ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının ailə tərkibinin düzgün göstərilməməsinə istinadən müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
10. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarının 1.3, 3.7, 5-ci bəndlərinə istinad edilmişdir.
11. Cavabdeh orqan iddia tələbinə qarşı 2022-ci il 5 oktyabr tarixli etiraz təqdim etmiş və bildirmişdir ki, yuxarıda istinad olunan qərarın 3-6-cı bəndlərində göstərilən hallar aşkarlandığına görə sosial yar dımın verilməsindən imtina edilmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə-bəyannamə ilə müraciət etmiş, VEMTAS tərəfindən ona ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməmiş, lakin Qanunun tələblərinə müvafiq olaraq maddi - məişət şəraitinin yoxlanılması zərurəti yaranmış və yoxlama zamanı bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, İddiaçı 2017-ci il 28 avqust tarixində rəsmi nikaha daxil olmuş, 2021-ci il 15 fevral tarixində isə nikaha xitam verilmiş və birgə nikahdan anadan olmuş 2018-ci il 18 avqust təvəllüdlü X2 İddiaçı yanında qalması müəyyən edilmişdir. İddiaçı ərizə bəyannamədə ailə tərkibi kimi 2 nəfər (özü və qızı) qeyd etdiyi halda, maddi - məişət şəraiti yoxlanılan zaman ailə tərkibinin 4 nəfərdən (özü, qızı, atası və anası) ibarət olması aşkar edilmişdir. Həmçinin ailənin (4 nəfərin) eyni sayğaclardan, mətbəxdən və sanitar qovşaqdan istifadə etdiyi müəyyən edilmişdir. Ailə tərkibi düzgün göstərilmədiyindən bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir və iddia tələbi təmin edilməməlidir.
13. Şəki İnzibati Məhkəməsinin 2022-ci il 20 dekabr tarixli, 2-1(116)-1431/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 2022-ci il 22 aprel tarixli müraciətdən imtinası ləğv olunaraq iddiaçıya 2 nəfərdən ibarət ailə üzvünün olması nəzərə alınmaqla 2022-ci il 1 aprel tarixindən ünvanlı sosial yardımın təyin olunması və hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Musayev).
14. Məhkəmə işin hallarına istinad edərək qeyd etmişdir ki, iddiaçının ailəsi 2 nəfərdən ib arətdir, onlardan biri azyaşlıdır. Cavabdeh orqanın iddiaya qarşı əsas dəlili iddiaçının ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh orqan maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının ailə tərkibinin 4 nəfərdən ibarət olmasının aşkar edilməsini bildirir və qeyd edir ki, ailə tərkibinin düzgün göstərilməməsi iddiaçının gəlirlərinin də düzgün göstərilməməsinə səbəb olmuşdur.
15. Lakin, məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab etmişdir. Belə ki, işdə olan Mingəçevir İH başçısının 2 nömrəli Sahə Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2022-ci il 19 aprel tarixli, 520 nömrəli arayışı ilə iddiaçının ailə tərkibinin 2 nəfərdən ibarət olması sübuta yetirilmişdir. Sözügedən arayış Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 3 mart ta rixli, 2-1(107)-80/2022 nömrəli qərarı əsasında verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 3 mart tarixli, 2-1(107)-80/2022 nömrəli qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır:
16. Mingəçevir şəhər MKT İstehsalat Birliyinin 2021-ci il 26 avqust tarixli arayışı və 2022-ci il 1 mart tarixli aktı ilə müəyyən edilir ki, həqiqətən də İddiaçı ailə tərkibi 2018-ci il təvəllüdlü qızından ibarətdir, o, ata-anası ilə birgə təsərrüfatla məşğul olmur və öz tələbatlarını özü qarşılayır. 17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun ailəyə qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər kimir anlayış vermişdir. Odur ki, ünvanlı dö vlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Belə ki, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmış olmaları müəyyən olunmalıdır. Digər tərəfdən isə, ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı elektron müraciətin edilməsi zamanı şəxslərdən eyni ünvanda yaşadıqları həm öz ailə üzvləri, həm də digər ailə(lər) barədə məlumat vermələri tələb olunur. Beləliklə, həm mövcud qanunvericilik, həm də ünvanlı dövlət sosial yardım almaq üçün müraciətləri qəbul etmək üçün dövlət tərəfindən yaradılmış sistemin özü prinsip etibarilə bir ünvanda bir neçə ayrı ailə(lər)nin yaşamasının mümkünlüyünü qəbul edir. Məhz buna görə də, müraciəti qəbul edən elektron siste m şəxsdən öz ailəsi ilə bağlı məlumatlarla yanaşı, varsa eyni ünvanda yaşayan digər ailə(lər) barədə məlumat verilməsini də tələb edir.
18. Ailə Məcəlləsinin 56.2-ci maddəsinə əsasən uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
19. Qeyd olunan maddənin tələbindən görünür ki, iddiaçı ilə eyni ünvanda yaşayan valideynləri iddiaçı və onun övladını saxlamağa və maddi cəhətdən təmin etməyə borclu deyillər.
20. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdehin imtinası yalnız birgə yaşama halının mövcudluğuna əsaslanmış, 4 nəfər birgə yaşayan şəxsin ümumi birgə təsərrüfat aparıbaparmadığı ümumiyyətlə araşdırılmamış və müəyyən edilməmişdir.
21. Belə ki, cavabdeh bu zaman sübut kimi baxış aktına əsaslanmışdır. Lakin, baxış zamanı yalnız iddiaçının atası, anası və azyaşlı övladının həmin ünvanda yaşadıqları müəyyən edilmişdir. Hansı ki, iddiaçı özü də bu halı təsdiq edir. Lakin, bu heç də cavabdeh inzibati orqana iddiaçının və valideynlərinin ümumi ev təsərrüfatına malik olmaları qənaətinə gəlməyə əsas vermir. Yəni, iddiaçının valideynləri ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olub-olmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh inzibati orqan iddiaçının valideynləri ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
22. İstinad olunan qərardan göründüyü kimi, iddiaçının ailə tərkibinin 2 nəfərdən ibarət olmasına artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Cavabdeh orqanın hazırkı iş üzrə etirazının dəlilləri də əvvəlki icraatda Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyini n irəli sürdüyü dəlillərlə eynidir. Odur ki, iddiaçının ailə tərkibinin və gəlirlərinin düzgün göstərilməməsi ilə bağlı cavabdeh orqanın imtinası əsassız olduğundan, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
23. Eyni zamanda cavabdeh orqan iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirlərinin olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin özünün təqdim etdiyi gəlirlərdən başqa əlavə gəlirlərinin olması müəyyən edilməmişdir.
24. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır.
25. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin müraciətin təmin olunmasından imtinası ləğv edilərək iddiaçıya ailə üzvü ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
26. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
27. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 aprel tarixli, 2-1(107)206/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: R.Rəfiyev/sədrlik edən, G.Cavadova və V.Məlikov).
28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, onun istinad etd iyi qanunvericilik normalarına istinad etmiş və bildirmişdir ki, cavabdehin iddiaçıya və azyaşlı övladına ünvanlı sosial yardımın ayrılmasından imtinası qanuni və əsaslı olmamışdır.
29. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikay əti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 35. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onla rdan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə ü zvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. 36.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabil iyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-so sial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Mad də
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başq a üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvaf iq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, kassaiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırm aları yetərli hesab olunur.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 2022-ci il 1 aprel tarixindən ünvanlı sosial yardımın təyin olunması üçün qanunvericiliklə tələb olunan əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə d ə razılaşır.
43. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi üçün bu qərarın 35-36-cı bəndlərində istinad olunan normaların tətbiqi şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə tam təsdiq olunur.
44. Nəticə etibarı ilə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 5 aprel ta rixli, 2-1(107)206/2023 nömrəli dəyişdirilmədən saxlanılır. Qərar qətidir.