Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1795/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanmasından imtina) 25.09.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının sığorta hissəsində yığılan və pensiya məbləğinin hesablanması zamanı nəzərə al ınmamış pensiya kapitalının, yəni 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanması və yığılan pensiya məbləği fərqinin hesablanaraq bir dəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2-1(103)-608/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin xx.xx.2015ci il tarixd ə qüvvədə olan redaksiyasına əsasən həmin tarixdən iddiaçıya ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 485,63 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən, xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Xidməti araşdırma zamanı xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı iddiaçının pensiya məbləğinin xx.xx.2006-cı il tarixədək sığorta stajı 10 il 2 ay 29 gün olduğu halda, 20 il 3 ay 21 gün sığorta stajına əsasən hesablandığı məlum olmuşdur. Nəticədə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə 3998,67 manat məbləğində artıqvermə müəyyən edilmiş və aylıq əmək pensiyasının məbləğindən 85,08 manat tutulmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi Fondun hesabına bərpa olunmaqdadır. “İnzibati icraat haqqında” Qanunun 72.1-ci və 73cü maddələrinə əsasən, müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda iddiaçının həmin qərardan inzibati və (və ya) məhkəmə qayda sında şikayət vermək hüququ vardır.
2. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2015-ci il tarixindən ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ilkin pensiya təyin edilən zaman sosial sığorta stajı hesablanarkən onun sığorta stajının başlanğıc tarixi xx.xx.1992ci il olduğu halda, səhvən xx.xx.1982-ci il kimi qeyd edilmiş və bunun əsasında 20 il 3 ay 21 gün sığorta stajı hesablanmışdır. İddiaçının Mərkəzi Filiala xx.xx.2022-ci il tarixli müraciətinə əsasən onun pensiya hüququna yenidən baxılmışdır. Bu zaman iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1999-cu il tarixindən xx. xx.2000-ci il tarixinədək 1 il 7 ay 8 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 8 il 7 ay 24 gün əmək fəaliyyəti dövrü olmaqla, cəmi 10 il 3 ay 2 gün ümumi iş stajına uyğun olaraq pensiyasının məbləği yenidən hesablanmışdır: (10 + (2 + 29: 30 gün): 12 ay) x 170 = 3204,29 manat kapital (2015-ci il tarixinə indeksləşdirilmiş məbləğ). Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.x x.2015-ci il tarixinədək qeydə alınmış pensiya kapitalı 11071,91 manat (2015-ci tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən 2015-ci il tarixində sığorta davamiyyəti ə msalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilirdi. Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda iddiaçıya münasibətdə xx.xx.2015-ci il tarixində 39 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 96 ay sığorta stajı tələb olunur ((39-15)x4=96). K-96/184=0,52x144=75,13 SH- (3204,29+11071,91):75,13=190,02 manat. Nəticədə xx.xx.2015-ci il tarixinə iddiaçının əmək pensiyasının əsas məbləği: BH-100 + SH190,02=290,02 manat hesablanmışdır. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilər ək: xx.xx.2016-cı ildə 100+197,62=297,62 manat; xx.xx.2016-cı ildə 110+197,62=307,62 manat; xx.xx.2017-ci ildə 110+222,12=332,12 manat; xx.xx.2018-ci ildə 351,05 manat; xx.xx.2019-cu ildə 361,58 manat; xx.xx.2020-ci ildə 421,60 manat; xx.xx.2021-ci ildə 469,66 manat; xx.xx.2022-ci ildə 485,63 manat; xx.xx.2023-cü ildə 576,13 manat hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya kapitalının sığorta hissəsində yığılan və pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmamış pensiya kapitalının, yəni 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsi nin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanması və yığılan pensiya məbləği fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və sonra səhhəti işləməyə imkan vermədiyi üçün işdən azad edilmişdir. Aldığı xəsarətlə əlaqədar 2016-cı ildə ona ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırda ikinci dərəcə əlil kimi əmək pensiyası alır. Ona pensiya təyin edilən zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə pensiya təyin edilərkən vətəndaşın pensiya kapitalının 50 faizi nəzərə a lınırdı. 2017ci ildə Qanuna dəyişiklik edildi və məbləğin miqdarı 90 faizə qədər artırıldı. Deməli, pensiya təyin edilən zaman istifadə edilməmiş pensiya kapitalının 50 faizi deyil, 90 faizi nəzərə alınaraq vətəndaşlara pensiya təyin edildi. Qanunda olan bu dəyişikliyə istinad edərək iddiaçı cavabdehə ərizə ilə müraciət etmiş və hesablanmamış pensiya kapitalının 80 faiz artırılaraq pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdehin onun ərizəsinə aidiyyəti olmayan cavab məktubunda pensiya məbləği barədə məlumat verilərək onun xahişinə heç bir münasibət bildirilməmişdir. Eyni zamanda, həmin məktubda onun pensiya məbləğinin azaldıldığı və pensiyasından müvafiq məbləğin tutulacağı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq e dilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndində deyilir ki, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 2017-ci il martın 10-da “Əmək pensiyaları haqqında” Qanunun 27ci maddəsinə axırıncı cümlə əlavə edildi və həmin cümlədə deyilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 iyul tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 2017-ci il iyulun 1-dən etibarən fərdi hesabın sığorta hissəsində toplanan məbləğin 50 faizi dəyişdirildi və hesablamada 50 faiz deyil, kapitalın 90 faizi nəzərə alınmaqla vətəndaşlara pensiya təyin edilməsi nəzərdə tutuldu. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndi o nun pensiya məbləğinin daha yüksək hesablanmasını təmin etdiyi üçün həmin qayda onun pensiya məbləğinin hesablanmasına tətbiq edilməli və onun pensiya məbləği yenidən hesablanaraq artırılmalı idi. Lakin cavabdeh onun ərizəsinə aidiyyəti olmayan cavab verməklə pensiya hüququnu pozmuşdur.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, araşdırma aparılan zaman xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı iddiaçının pensiya məbləğinin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 10 il 2 ay 29 gün olduğu halda, 20 il 3 ay 21 gün sığorta stajına əsasən hesablandığı müəyyən edilmişdir. Nəticədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə 3998,67 manat məbləğində artıqvermə müəyyən edilmiş və aylıq pensiya məbləğindən 8 5,08 manat tutulmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Fondun hesabına bərpa olunmaqdadır. İnzibati icraat materiallarına əlavə edilən cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarında əmək pensiyasının hazırkı məbləğinin 549,45 manat olduğu və əmək pensiyasının yenidən hesablanaraq xx.xx.2022 - xx.xx.2023-cü illər ərzində pensiya məbləğinin 485,63 manat müəyyən edildiyi, bununla yanaşı 3998,67 manat məbləğində artıqödəmə olduğu qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının sığorta hissəsi xx.xx.2022-ci il tarixdən 485,63 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan R espublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə müvafiq olaraq xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman onun sosial sığorta stajı 10 il 2 ay 29 gün olduğu halda, 20 il 3 ay 27 gün olmaqla staja daxil edilərək pensiya təyin edilmiş və nəticədə ona artıqvermə məbləği müəyyən edilmişdir. Belə olan halda iddiaçının iddia tələbi təmin edilməməlidir.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: Aysev Almazova) 07 iyul 2023-cü il tarixli, 2-1(112)-2110/2023 nömrəli qərarı ilə id dia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı faktiki olaraq 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən ikinci dərəcə əlilliyə görə əmək pensiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyin edilərək hesablanmış və iddiaçıya ödənilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli müraciətinə əsasən iddiaçının pensiya hüququna yenidən baxılmışdır. Bu zaman iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü olmaqla 10 il 3 ay 20 gün iş stajına uyğun olaraq pensiyasının məbləği yenidən hesablanmışdır: (10 + (3 + 20: 30 gün): 12 ay) x 170 = 1751,94 manat. Həmin məbləğin 2015-ci il tarixinə indeksləşdirilmiş məbləği 3250,4 manat, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 11070,63 manat (2015-ci tarixinə indeksləşdirilmiş məbləğ) təşkil edir. Məhkəmə hazırkı ye nidən hesablanma barədə iddia tələbi üzrə iddiaçının “qanuni gözləntisi” olduğunu müəyyən etmir. İddia tələbinin yaranmış fərqin birdəfəlik ödənilməsinə dair hissəsi pensiyanın yenidən hesablanmasından asılı olduğu üçün əsas tələb təmin edilmədiyindən həmin hissədə tələbin təmin edilməsi istisna olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
9. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi – mütəxəssisi T.Ə.İsmayılov pensiya işinin əsli üzrə izahat verərək qeyd etmişdir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən ikinci dərəcə əlilliyə gö rə əmək pensiyası o dövrdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyin edilmişdir. Pensiya təyini zamanı iddiaçının xx.xx.2006-cı ilədək 10 il 3 ay 20 gün iş stajı, xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək qeydə alınmış 11070,63 manat pensiya kapitalı nəzərə alınmışdır. İddiaçının istinad etdiyi hal xx.xx.2017-ci il tarixli dəyişikliyə əsasən qanunda nəzərdə tutulmuşdur. Hansı ki, iddiaçıya pensiya təyini zamanı qeyd edilən norma qüvvədə olmamışdır. Belə ki, Qanunda edilmiş sözügedən dəyişikliyə qədər məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiya kapitalının hesablanması aparılırdı. xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosi al sığorta haqlarının 90%-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. Qanunda edilmiş dəyişiklik xx.xx.2017-ci ildən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur.
10. Mütəxəssis həmçinin izahatında bildirmişdir ki, iddiaçının pensiya kapitalı haqqında məlumatda pensiya kapitalının məbləği bugünki günə olan məbləğdir. İddiaçı vaxtilə pensiyaya çıxarkən yığılmış kapitalından istifadə etmişdir. Hazırda pensiya kapitalının artıq göstərilməsinin səbəbi avtomatik olaraq bütün pensiya kapitallarının indeksləşdirilməsi nəticəsində yaranan məbləğdir. Hansı ki, bunu kompüter avtomatik müəyyən edir. Lakin iddiaçının hüququ yaranan tarixə pensiya kapitalını hesablamaq üçün indeksləşdirilmələr nəzərə alınmaqla geriyə hesablama aparılıb tapıla bilər. 1
1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 29 fevral 2024-cü il tarixli, 2-1(103)-608/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və yenidən baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin d əlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 12.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Maddə 13.1 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksi yada). Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin İ qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi (İ qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), İİ qrup əlillərə 100 faizi, İİİ qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir. Maddə 13.2 (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 184-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Maddə 13.3 (xx.xx.2017-ci il tarixədək qüvvə də olan redaksiyada). Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Maddə 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = BH+SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir; SH - əlil liyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Maddə 27.1 (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada). Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məh kəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlil lərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2015-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən fərdi hesabının sığorta hissəsində 2006-cı ildən 2015-ci ilədək yığılan pensiya kapitalının istifadə olunmamış hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələbləri nəzərə alınaraq 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanmasına və yaranmış pensiya məbləği fərqinin ona bir dəfəyə ödənilməsinə nail olmaqdan ibarətdir.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün ə sasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gə ldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 fevral 2024-cü il tarixli, 21(103)-608/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.