Məhkəmə qərarları › İş №2-1(102)-1796/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1796/2019

14.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1796/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1796/19 Bakı şəhəri 14 avqust 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinin müdiri XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-283/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 1970-ci il tarixdən 30 iyun 1975-ci il tarixədək ali məktəbdə təhsil aldığı dövrün pensiyasına hesablanması üçün ümumi iş stajına əlavə edilməsi və pensiyaya çıxdığı gündən aylıq pensiya məbləğinə əlavə olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, ona 12 yanvar 2016-cı il tarixdə əmək pensiyası təyin edilmiş, lakin 1970-1975-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda əyani oxuduğu illərin əmək stajına daxil olunmasını tələb etsə də, pensiyanın hesablanması zamanı həmin illər nəzərə alınmamışdır. Bununla bağlı cavabehə müraciət etmiş, cavabdeh isə hazırda qüvvədə olan əmək pensiyaları qanunvericiliyinə əsaslanmaqla 28 mart 2018-ci il tarixli məktubla imtina etmişdir. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə onun təhsil aldığı müddət iş stajına daxil edilməli və pensiyanın hesablanması zamanı nəzərə alınmalı idi. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazıl ı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2-1(81)3895/2018 saylı qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, pensiya hüququ onun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, iddiaçının təhsil aldığı müddətin əmək stajına daxil edilməsi məsələsi onun təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericiliklə tənzimlənməlidir. Yəni, təhsil alınan müddətin şəxsin sığorta stajına daxil edilməsi onun pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericilik ali təhsil müddətinin iş stajına daxil olunmasını müəyyən etdiyindən cavabdehin imt inası əsassız olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-283/19 saylı qərarı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və bildirmişdir ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik sığortaolunanın sığorta stajını əhatə etdiyi dövrün onun ümumi iş stajı ilə müəyyən edildiyini, habelə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin iş stajına daxil olmasını təsbit etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirlməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1, 3.1.1, 3.6, bəndlərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 21.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndir ən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən, məcburi qaydada dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh hesab edir ki, apellyasiya məhkəməsi mübahisəli məsələyə birtərəfli yanaşmaqla işi tam və obyektiv araşdırmadan və hüquq normalarını düzgün tətbiq etm əyərək əsassız qərar qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirlməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1 bəndinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Ali təhsil haqqında Ç769088 saylı diplomdan görünür ki, iddiaçı 1970-1975-ci illər ərzində (5 il) D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsitutunda təhsil almış və iqtisadi məlumatların mexaniki üsull a işlənməsinin təşkili ixtisasına yiyələnmişdir. İddiaçı 1970-1975-ci illərdə ali məktbədə təhsil aldığı dövrün pensiyasına hesablanması üçün ümumi iş stajına əlavə edilməsi və pensiyaya çıxdığı gündən aylıq pensiya məbləğinə əlavə olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 mart 2018-ci il tarixli, 09/745 saylı məktubda iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21ci maddəsində əyani təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının əyani təhsil aldığı müddət həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə sığorta stajına daxil edilməlidir. Cavabdehin mövqeyinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir və apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə yanaşı aşağıdakıların bildirilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş (1) və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) (2) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin (3) məcmusudur. Maddənin tələblərindən göründüyü kimi, sosial sığorta stajına aşağıda kılar daxil edilmişdir: iş dövrü (1);digər fəaliyyət dövrü (2); müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər (3). İş dövrü və digər fəliyyət dövrlərinə hansı müddətlərin daxil edilməsi həmin Qanunun 21-ci maddəsində əks olunmuşdur. Maddə “Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri” kimi adlandırılmış və onun 21.1-ci maddəsində hansı iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsi göstərilmişdir. Həmin maddənin 21.2.1 – 21.2.11-ci hissələrində isə iş və digər fəaliyyət dövründən başqa hansı müddətlərin də sığorta stajına daxil edilməsi sadalanmışdır. Beləliklə, Qanunda sosial sığorta stajının müəyyən edilməsi üçün iş dövrünə və digər fəaliyyət dövrlərinə hansı halların aid edilməsi Qanunun 21.1-ci maddəsində göstərilmiş, “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər” anlayışına daxil edilən müddətlər 21.2-ci maddədə sadalanmışdır. Misal üçün, 21.2.5-ci maddədə müəyyən edilmişdir ki, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət sığortaolunanın sığorta stajına daxil edilir. Lakin aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin maddədə sadalanmış hallar “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin” siyahısını tam müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pen siyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, 01 yanvar 2006-c ı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə 01 yanvar 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Bu halda apellyasiya məhkəməsi düzgün olaraq qanunveriliyin zamana görə qüvvəsi ilə bağlı qayda lara əsasən, hüquq münasibətlərin yarandığı zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinin tətbiq edilməsi nəticəsinə gəlmişdir. İddiaçının təhsil aldığı müddət 1970-1975-cü illəri əhatə etdiyi üçün, həmin dövrdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” 14 iyul 1956-cı il tarixli SSRİ Qanununda müxtəlif staj illəri ilə bağlı pensiyanın təyin edilməsi qaydaları nəzərdə tutulmuşdur. Bu qanun qüvvəli normativ akt əsasında SSRİ Nazirlər Soveti tərəfindən 04 avqust 1956-cı il tarixli “Dövlət pensiyaların təyin edilməsi və ödənilməsi qaydaları haqqında Əsasnamə” qəbul edilmişdir. Həmin Əsasnamənin Vİİ bölməsi stajın hesablanması qaydalarını tənzimləmiş və 109-cu bəndin “i” yarımbəndində müəyyən edilmişdir ki, ali, orta ixtisas (...) təhsil müəssisələrində təhsil müddəti ümumi iş stajına da xil edilir. Habelə, Azərbaycan Respublikasının qəbul etdiyi 23 sentyabr 1992-ci il tarixli“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən edilmişdir: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Qanunvericiliyin zamana görə qüvvədə olmuş müddəalarının tələblərindən göründüyü kimi, ümumi iş stajı anlayışına həmçinin ali, orta ixtisas məktəblərində təhsil alınmış müddət daxil edilir. Sadalanlar nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, bu halda ümumi iş stajınının müəyyən edilməsi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən aparılmalı olduğundan, aşağı instansiya məhkəmələri düzgün olaraq iddiaçının həmin müddətdən əvvəl təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil edilməsi barədə tələbini təmin etmişdirlər. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon Şöbəsinin müdiri XXX tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 yanvar 2019-cu il tarixli, 2-1(103)-283/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar