Məhkəmə qərarları › İş №2-1(102)-1796/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1796/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1796/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) 12 iyul 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(107)-261/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Zaqatala rayonu Qımır kəndində yerləşən 0.3395 hektar kənd təsərrüfatı təyinatlı torpaq (əkin) sahəsi X9 olmaqla tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 136 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınm ışdır.

2. İddiaçı cavabdehə müraciət edərək, X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsini və həmin torpaq sahəsinin (0.3395 hektar) iddiaçının mərhum atasının adına sənədləşdirilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********63 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında hazırlanmış hüquqmüəyyənedici məlumatların ləğv edilməsi və ya dəyişdirilməsi, habelə həmin məlumatlar əsasında dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyata dair dövlət reyestrindən çıxarışın və müvafiq plan-ölçü sənədinin iddiaçının ərizəsinə əsasən ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 2 avqust 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən iddiaçının anası və atası ilə birlikdə cəmi 6 nəfər ailə üzvünün paylı mülkiyyətinə hər birinə 0,34 ha olmaqla, 2,4 ha torpaq sahəsi verilmişdir. İddiaçının mərhum atası və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin əvvəlki plan və ölçü sənədləri onlardan 2012-ci il tarixdə Çobankol bələdiyyəsi tərəfindən yığılmış, sənədlərlə iddiaçı və ailə üzvlərinə məxsus olan 0,3395 ha torpaq sahəsinə dair digər şəxs- X2 adına to rpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Digər tərəfdən, Zaqatala rayon Dövlət Arxivinin 120 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, X13 Qımır kənd YAİK-nın qərarına əsasən çöl sahəsindən cəmi 0,28 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi paylanılan vaxtdan etibarən iddiaçının və Əfqan Yusifovun torpaq sahələri arasında Asudə İsmayılovanın torpaq sahəsi vardır. Ona görə də iddiaçı hesab edir ki, cavabdeh tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, Zaqatala rayonu Qımır kəndində yerləşən 0,3395 ha torpaq sahəsi mərhum atası X4 adına rəsmiləşdirilməlidir.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, mübahisəli Zaqatala rayonu, Qımır kəndində yerləşən 3395 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair başqa şəxs X2 ləğv edilmiş DTXK tərəfindən AN 521425 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Ancaq torpaq islahatı ilə bağlı elektron DWJ və DBF məlumatlarında isə həmin torpaq sahəsi Zaqatala rayonu, Qımır kənd sakini X9 (210 nömrə ilə) adına göstərilmişdir. Buna görə də X9 qəyyumu X10 iddia ərizəsi əsasında Zaqatala rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)-706/2018 nömrəli qətnaməsi ilə sözügedən 3395 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair başqa şəxs X2 adına hazırlanmış AN 521425 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilmişdir. Daha sonra X9 qəyyumu X10 müraciəti ilə Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-ci il tarixli, 110 saylı qərarı və həmin qərara əsasən hazırlanmış elektron DWJ və DBF mə lumatları əsasında X1 torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı hazırkı iddia ərizəsində qeyd olunan məsələ ilə bağlı müvafiq məhkəməyə daha əvvəl müraciət etmişdir. Lakin məhkəmələrin xx.xx.2018-ci il tarixli, 21(84)-1466/2018 nömrəli, xx.xx.2019-cu il tarixli, 2-1(84)-673/2019 nömrəli və xx.xx.2021ci il tarixli, 2-1(116)-947/2021 nömrəli müvafiq qərardadları ilə onun iddiası mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya hüquqi yardım barədə məktub ünvanlanaraq bildirilmişdir ki, İPM-nin 13-cü maddəsinə əsasən, iddiaçının hazırkı iddia üzrə subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılması zərurəti yarandığından, mərhum atası X4 vərəsəsi olmasını təsdiq edən sənədlər (vərəsəlik haqqında şəhadətnamə və s.) məhkəməyə təqdim edilməlidir. Həmçinin bildirilmişdir ki, onun “cavabdeh tərəfindən X9 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə mərhum ataları X11 adına verilmiş A seriyalı 511334 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-673/2019 nömrəli qərardadı ilə mümkün sayılmamış və qərardadda göstərilmişdir ki, o, hazırkı tələblə müraciət etməzdən əvvəl atasından miras qalmış əmlakı qəbul etməli, bunun üçün ilk növbədə sənədlərdə olan uyğunsuzluğu aradan qaldırmalı (plan-ölçü sənəd lərində atasının soyadı və adı Həsənxanov Oktay olduğu halda, iddiaçının doğum haqqında şəhadətnaməsində Ramazanov Oktay qeyd olunmuşdur), bundan sonra qeyd olunan tələblə məhkəməyə müraciət etməlidir.

8. İddiaçı hüquqi yardım barəd məktubu aldıqdan sonra “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə sənədlər (Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-1353/2019 nömrəli qətnaməsi, 451958 nömrəli doğum haqqında şəhadətnamə, ******* nömrəli doğum haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) təqdim etmişdir. Təqdim olunmuş sənədlərdən Zaqatala rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(033)-1353/2019 nömrəli qətnaməsi ilə xx.xx.1975- ci ildə anadan olmuş İddiaçı məxsus 451958 nömrəli doğum haqqında şəhadətnamənin ata qrafasında yazılmış X14 ilə 351395 nömrəli ölüm haqqında şəhadətnamədə yazılmış X4 eyni şəxs olması faktı müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən müəyyən olunmuşdur ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X4 vərəsələri arvadı X3, oğlu İddiaçı, qızı X8, qızı X15 və qızı X5r və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Miras əmlak 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X7 verilmiş **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Qımır kəndində yerləşən ümumi sahəsi 0,8756 ha olan torpaq sahəsinin 1/6 hissəsindən ibarətdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx. 2023-cü il tarixdə iddiaçıya yenidən hüquqi yardım barədə məktub ünvanlanaraq izah edilmişdir ki, hazırkı iddianı qaldırmaq üçün onun subyektiv hüquqa malik olması müəyyən edilməmişdir. İddiaçıya məhkəmənin yardım məktubunda qeyd olunanlara münasibət bildirməsi təklif olunmuşdur.

10. İddiaçı hüquqi yardım barədə məktubu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün onun subyektiv hüququ vardır. Belə ki, X2 vərəsələri də etiraf edir ki, sözügedən torpaq sahəsi iddiaçının atası X6 olmuşdur. İddiaçı məktubunda həmin şəxslərin məhkəməyə çağırılaraq dindirilməsini və işə cəlb olunmasını xahiş etmişdir. Həmçinin, qeyd etmişdir ki, yuxarıda qeyd oluna n Zaqatala rayon Məhkəməsinin qətnaməsi onun şikayəti əsasında ləğv edilmişdir. Bundan başqa bildirmişdir ki, qeyd olunan torpaq sahəsini atasına məxsus olduğu üçün o istifadə edirdi. Lakin, Zaqatala rayon Məhkəməsinin qətnaməsi və onun əsasında verilmiş çıxarışla iddiaçı həmin torpaq sahəsindən çıxarılmışdır. Hal-hazırda qətnamənin ləğv olunmasına baxmayaraq, cavabdeh verdiyi çıxarışı ləğv etmir.

11. Şəki İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-1(116)-243/2023 nömrəli qərardadı ilə (hakim F.S.İsmayılzadə) ilə iddia mümkün sayılmamışdır.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə iddiaçının, nə də mərhum atası X4 mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Digər tərəfdən iddiaçının X2 vərəsələrinin adından çıxış edərək torpaq sahəsinin atasına məxsus olmasını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ona subyektiv hüquq tanımır. Belə ki, qanunverici hər-hansı şəxs tərəfindən hüquqi əsaslar olmadan digər şəxslərin adına verilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsinə imkan tanımamaqla, bu kimi hüquqlardan sui-istifadə ehtimalının qarşısını almışdır.

13. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(107)-261/2023 nömrəli qərardadı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(116)-243/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı İPM-nin 12-ci maddəsinin tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün ə həmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməs i Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qəra rdadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmad ığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdı rmaları yetərli hesab olunur.

26. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından RX seriyalı ******* nömrəli çıxarışın ləğvinə dair iddianın mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia tələbi üzrə subyektiv hüquqa malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının subyektiv hüquqa malik olması şərti də yerinə yetirilməlidir.

30. H əmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün ol masıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam h üquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

33. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, müb ahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının hüquqi marağının Zaqatala rayonu Qımır kəndində yerləşən 0.3395 hektar kənd təsərrüfatı təyinatlı torpağa dair X9 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğvinə yönəlməsinə baxmayaraq, nə iddiaçının, nə də mərhum atası X4 mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olması iş materialları ilə öz təsdiqini tapmamışdır.

34. Həmçinin, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının X2 vərəsələrinin adından çıxış edərək, torpaq sahəsinin atasına məxsus olmasını iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi onun subyektiv hüququnun mövcud olmasına dəlal ət etmir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının subyektiv hüququnun mövcud olmaması qeyd edilən torpaq sahəsinə dair X9 adına tərtib edilmiş çıxarışın ləğv olunmasını cavabdehdən tələb etmək imkanını istisna edir. Odur ki, mübahisəyə dair iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(107)-261/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar