Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1797/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: fərdi yaşayış evinin altındakı torpaq sahəsinin mülkiyyətə verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ə razi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə onun adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-494/19 saylı, 21 fevral 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbu l etdi. təsviri hissə: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan 2 B nömrəli mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ 5 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlakın 23 fevral 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən, mənzilin yerləşdiyi bina 1 mərtəbəlidir və mənzil 1-ci mərtəbədə yerləşir. Tikinti altındakı torpaq sahəsinin sənəd üzrə və faktiki 0,01385 ha olduğu qeyd edilmişdir. İddiaçı cavabdeh orqana 2 may 2018-ci il tarixdə ərizə ilə müraciət edərək “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altındakı torpaq sahəsinin özəlləşdirilməsi və üzərindəki evlə birlikdə onun adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya 7 iyun 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, daxil olmuş sənədlər surətdir, bundan əlavə ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən torpaq sahəsinin mülkiyyətə verilməsi qanunvericiliyə uyğun deyildir. Cavabdeh bildirişdə imtinasının maddi hüquqi əsası kimi Mənzil Məcəlləsinin 35.1-ci, “Torpaq islahatı haqqında” Qanunun 9-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə istinad etmişdir. İddiaçı cava bdehə qarşı 25 sentyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1, mənzil 2 B ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyət inə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə zidd olduğundan iddia tələbi təmin edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-4205/18 saylı iş) 7 noyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 1, mənzil 2 B ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə vahid çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət e tibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmişdir. Halbuki işin hallarından da göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 29-da yerləşən fərdi yaşayış evi onun mülkiyyətində, torpaq sahəsi isə qanuni istifadəsindədir. 2 saylı Bakı İn zibati-İqtisadi Məhkəməsinin 7 noyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X4 və X6, 2-1(103)-494/19 saylı iş) 21 fevral 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 11 mart 2019-cu il tarixdə qərarın surətini almış, 5 aprel 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir, həmçinin şikayətdə qeyd olunan digər hallar qanu namüvafiq qaydada araşdırılmadığından sözügedən məhkəmə aktı ləğv olunmalıdır. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 140-cı, Mənzil Məcəlləsinin 13.2, 13.3, 35.1-ci, Torpaq Məcəlləsinin 55, 67, 111.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11, 12.1, 23-cü, “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddələrinə istinad olunmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun işti rakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 kv.m olan 2 B nömrəli mən zil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzilə dair 23.02.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportda torpaq sahəsinin sənəd üzrə və faktiki, habelə tikintialtı sahə üzrə 0,01385 ha olduğu qeyd edilmişdir. İddiaçı hesab edir ki, 0,01385 ha torpaq sahəsi ona məxsusdur, mülkiyyətində olan yaşayış evi 0,01385 ha torpaq sahəsində yerləşir və torpaq sahəsinə yaşayış evi ilə birlikdə mülkiyyət hüququ dövlət qeydinə alınıb vahid çıxarış verilməlidir. Cavabdeh imtinasını və iddiaya etirazını onunla əsaslandırmışdır ki, hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmamışdır. Cavabdeh həmçinin apellyasiya şikayətində bildirmişdir ki, texniki pasportda göstəril ən 0,01385 ha torpaq sahəsi təkcə iddiaçının mülkiyyətində olan mənzilin deyil, bütün binanın yerləşdiyi torpaq sahəsinin ölçüsüdür və sözügedən binada yerləşən digər fiziki şəxslərin mülkiyyətində olan mənzillərin də yerləşdiyi ümumi torpaq sahəsidir. Lakin məhkəmə digər mənzillərin mülkiyyətçilərinin hüquqlarını nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayətinə eyni evə (8 saylı ev) aid olan bir neçə çıxarışı və bir texniki pasportu əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sənədləri kifayət qədər ətraflı tədqiq etmişdir. Həm iddiaçıya aid, həm də apellyasiya şikayətinə əlavə edilən digər çıxarışlardan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanda bir neçə nəfərə məxsus yaşayış evi mövcuddur. Mülkiyyət hüququ qeydə alınması xahiş edilən 0,01385 ha torpaq sahəsinin 8 saylı bina da 2B saylı ünvanda yalnız iddiaçıya məxsus olması məhkəmə tərəfindən müəyyən edilmişdir. İşin 56-cı səhifəsində olan X1 məxsus texniki pasportda da torpaq sahəsinin sənəd üzrə və faktiki, habelə tikintialtı sahə üzrə 0,01385 ha olduğu qeyd edilmişdir. Lakin T.A.Çuqunovanın ünvanı ünvan 4a 2 saylı ünvan qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ünvanla T.A.Çuqunovanın mənzilinin yerləşdiyi torpaq sahəsinin ünvanı eyni ünvan olmamışdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz o laraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin tələbinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Məhkəmə kollegiyası istinad edilən normaya əsaslanan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin altında olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qanunda nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələr i, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İddiaçının yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alındığından, mülkiyyətindəki fərdi yaşayış evinin altında olan torpağın əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi qanunvericiliklə müəyyən olunduğundan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instans iyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-494/2019 saylı, 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1797/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1797/2019
25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver