Məhkəmə qərarları › İş №2-1(102)-1797/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1797/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1797/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X13 X1rşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması 07.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin yanında Dövlət X13 X10 İdarəsinə(bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-420/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.2011-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir.

2. Hərbi biletin surəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhə d Xidmətinin 1122 ş/h saylı xx.xx.2011-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.

3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının adına təminat xərcliyi 979, 50 manat göstərilməklə xx.xx.2011-ci il tarixli məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqi əsasında Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli 11/2635 №-li qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2011-ci il tarixdən 695,44 manat (979x71%=695,44) məbləğində ömürl ük pensiya təyin edilmişdir (pensiya işinin materialları). Sonradan iddiaçının xidmət keçdiyi vəzifə üzrə xx.xx.2018-ci il tarixədək iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının artırılması ilə əlaqədar təminat xərcliyinin artım məbləğinin hesablanması aparılmış və iddiaçının pensiyası aşağıdakı qaydada hesablanmışdır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (7x2) təminat xərcliyinin 14 faizi; - natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi;

4. Beləliklə, iddiaçının xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1132,50 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (1226,00 manat) arasındakı fərq məbləğinin (93,50 manat) 65,34 faizi – 61,09 manat pensiyasının (804,08 manat) üzərinə əlavə olunmaqla 865,17 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.

5. Hazırda iddiaçı müvafiq təminat xərcliyinin artımdan sonrakı təminat xərcliyi 3 faizi miqdarında əlavə olunmaqla təminat xərcliyinin xidmət müddətinə görə 72,34 faiz hesabı ilə hesablanıb ona ödənilməsini istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı ona pensiyanın düzgün hesablanması ilə əsaslandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında ” Qanunun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən, eləcə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən onun pensiya artımından sonrakı təminat xərcliyinin xidmət müddətinə görə 72,34 faiz hesabı ilə hesablanıb ona ödənilməsi haqqında cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinə əlavə olaraq 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ilədək iş stajı aylarının sa yına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artımdan sonrakı təminat xərcliyi 3 faizi miqdarında əlavə olunmaqla təminat xərcliyinin xidmət müddətinə görə 72,34 faiz hesabı ilə hesablanıb ona ödənilməsi haqqında cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdən həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin ilk illərini, yəni xx.xx.1992-ci il tarixədək X11, xx.xx.1993-cü il tarixdən xx.xx.2011-ci il tarixədək AzərbaycanOrdusunda, yəni Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1122 ş/h saylı xx.xx.2011-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqq ında” Əsasnaməsinin 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. Bununla əlaqədar ona əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixədək sonuncu vəzifəsinə uyğun olaraq ona təminat xərcliyinin (1132,50 manat) 27 il 08 ay 01 gün xidmət müddətinə görə 71 faiz, yəni 804,08 manat məbləğində pensiya hesablanaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən sonuncu vəzifəsinə uyğun olaraq vəzifə maaşı 585 manat artırılması ilə əlaqədar, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faiz miqdarında əlavə - 179,75 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 204,75 manat, sərhəd qoşunlar ında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 58,50 manat, ərzaq payı əvəzinə kompensasiya – 64 manat olmaqla cəmi 1226,00 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçuların əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə 3 faiz) miqdarında əlavə olunmaqla hesablanır. Cavabdeh hesab edir ki, həmin maddəyə uyğun olaraq onun pensiyası aşağıdakı qaydada hesablanıb ödənilməlidir. Belə ki, 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin 7 ilin hər ili üçün 2 faiz tətbiq edilməklə təminat xərcliyinin 7.2=14 faizi; natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi; Cavabdeh həmçinin hesab etmişdir ki, onun əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinə tətbiq olunan cəmi faiz dərəcəsi 65,34 faiz olmalıdır. Cavabdeh qeyd olunanları nəzərə alaraq xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1132,50 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (1226,00 manat) arasındakı fərq məbləğinin (93,50 manat) 65,34 faizi – 61,09 manat, pensiyasının (804,08 manat) üzərinə əlavə olunmaqla 865,17 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq onun pensiyasına artımdan sonrakı təminat xərcliyi düzgün hesablanmamışdır. Belə ki, təminat xərcliyinin fərq məbləğinin 93,50 manatın, 65,34 faizi (61,09 manat) yox, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə, yəni hərbi xidmətin ili tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmalı idi. Yəni, onun 27 ildən sonrakı xidmət müddətinin 8 ay 01 günü mütənasib olaraq təminat xərcliyinin 71+1,34=72,34 faiz h esabı ilə hesablanmalıdır. Onun pensiyasının sonrakı artımlarının yenidən hesablanması ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmişdir. Ancaq həmin idarə xx.xx.2019-cu il tarixli məktubla ona imtina cavabı vermişdir.

10. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, DSMF-nin müvafiq şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərardan da göründüyü kimi, iddiaçıya həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 20 ildən yuxarı xidmətinin hər ili üçün 3 % məbləğində əlavə müəyyən edildiyindən onun pensiyası təminat xərcliyinin 71 faizi məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının artırılması ilə əlaqədar təminat xərcliyinin artım məbləğinin hesablanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydaya” əsasən düzgün hesablanmışdır. Bununla əlaqədar iddiaçının pensiyası aşağıdakı qaydada hesablanmışdır. 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq etməklə (7x2) təminat xərcliyinin 14 faizi; natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi; İddiaçının xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1132,50 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (1226,00 manat) arasındakı fərq məbləğinin (93,50 manat) 65,34 faizi – 61,09 manat pensiyasının (804,08 manat) üzərinə əlavə olunmaqla 865,17 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X12, 2-1(81)-3681/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Dövlət Sərhəd Xidməti tərəfindən daxil olmuş məlumat vərəqəsinə əsasən iddiaçıya pensiya düzgün olaraq təyin olunmuş və hazırda ödənilməkdədir. İddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə iddiaçıya təyin edilmiş pensiyanın qanunauyğunlu ğu məhkəmə araşdırması ilə sübut edildiyindən iddia tələbi təmin edilə bilməz. Cavabdehin imtinası qanuni olmuşdur.

13. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X5 və X9, 2-1(103)-420/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.

15. İddiaçı xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

16. İddiaçının kasasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsini n mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X15 təqdim edilir.

21. Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə e dilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət X15 təqdim edilir. 22. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.14-cü maddəsinin x xxxx 2017-ci ilə qədərki redaksiyasına görə bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına ə lavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla... 23. “Əmək pensiyaları haqqında” Qanunun x xxxx 2017-ci ildən qüvvəyə minmiş 20.14-cü maddəsində isə qeyd edilir ki, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı (Müdafiə Nazirliyi) sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla...

24. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Xoniakina Gürcüstana qarşı qərarı nömrə. 17767/08, xx xxxx 2012.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddə tində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasi ya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçının əsas dəlili ondan ibarətdir ki, qanunda edilən dəyişikliyə qədər o, pensiyaya çıxmış və ona güzəştli şərtlə pensiya təyin edilmişdir. Qanunda edilən dəyişiklik qanun qüvvəyə minəndən sonra pensiyaya çıxmış şəxslərə tətbiq edilə bilər.

31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. İddiaçı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olmuşdur.

33. İddiaçının barəsində tərtib edilmiş məlumat vərəqindən müəyyən olunur ki, iddiaçının xidmət müddəti təqvim ili 23 il 06 ay 14 gün, güzəştli xidmət ili 04 il 01 ay 17 gün, cəmi xidmət ili 27 il 08 ay 01 gün təşkil edir.

34. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 i yun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edildikdə təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir.

35. İddiaçıya həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 20 ildən yuxarı xid mətinin hər ili üçün 3 % məbləğində əlavə müəyyən edildiyindən onun pensiyası təminat xərcliyinin 71 faizi məbləğində müəyyənləşdirilmişdir. 36. xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018ci il tarixli 3766 saylı Sərəncamına əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının artırılması ilə əlaqədar təminat xərcliyinin artım məbləğinin hesablanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydasına əsasən hesablanmışdır.

37. İddiaçının xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1132,50 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (1226,00 manat) arasındakı fərq məbləğinin (93,50 manat) 65,34 faizi – 61,09 manat pensiyasının (804,08 manat) üzərinə əlavə olunmaqla 865,17 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir.

38. Xoniakina Gürcüstana qarşı məhkəmə işindəki ərizəçi X4 Tiflis şəhərində yaşayan gürcü əsilli bir vətəndaşdır. Xanım Xoniakina 2000-ci ildə 74 yaşında Gürcüstanın Ali Məhkəməsinin hakim vəzifəsindən pensiyaya çıxmış və ona tətbiq olunan Gürcüstan qanunvericiliyinə əsasən axırıncı iş yerində aldığı vəzifə maaşına bərabər olan 1,073 larisi (GEL) məbləğində əmək pensiyası verilmişdir. O dövrdə qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olaraq pensiyaya çıxan Ali Məhkəmənin hakimi axırıncı iş yerində aldığı vəzifə maaşına bərabər olan və Ali Məhkəmə hakimlərinin vəzifə maaşlarının dəyişməsi ilə tənzimlənən ömürlük pensiya almaq hüququ ilə təm in olunurdu.

39. Sonradan, Gürcüstanın qanunverici orqanı bu “tənzimləmə mexanizm”ini xx xxxx 2001-ci il tarixli düzəlişlə müvafiq qanundan çıxarmışdır. Ərizəçi 2004-cü ilin sentyabrında Gürcüstan Ali Məhkəməsinə şikayət edərək müvafiq qanun düzəlişlərinin onunla münasibətdə tətbiq olunmasının qanuniliyinə etiraz etmişdir. 2006-cı ilin fevral ayında Gürcüstan Ali Məhkəməsinin İnzibati Kollegiyası ərizəçinin şikayətini tam təmin etmişdir.

40. İşə baxan hakimlərin əksəriyyəti, tətbiq olunan qanun düzəlişinin geriyə qüvvəsinin olduğuna dair heç bir iradənin olmadığını və belə bir aydın iradə olmadıqda, müvafiq qanuna edilən yeni düzəlişlərin ərizəçinin işinə ex post fakto tətbiq edilməsini əsassız qiymətləndirmişdir. Əlavə olaraq, işə baxan hakimlərin əksəriyyəti müəyyən etdilər ki, iddiaya b axarkən məhkəmələr əsas hadisə sonradan fərqli hüquq normalarla tənzimlənsə belə əsas hadisənin baş verildiyi vaxt qüvvədə olan qanunvericiliyi tətbiq etməlidir. Qərarın əksinə çıxarılması hüquqi müəyyənlik və sabitlik prinsiplərinə xələl gətirə bilər. Bu hüquqi normanı ərizəçinin işinə tətbiq edərək, Məhkəmə əsas hadisənin (yəni hakimin pensiyaya çıxmasını) 2000-ci ildə baş verdiyini qərara alıb; beləliklə, Məhkəmə, başqa hal nəzərdə tutulmayıbsa, yeni düzəliş edilmiş (2001-ci il tarixli düzəlişləri ilə) qanunvericiliyinin yerinə, o dövrdə qüvvədə olan qanunvericiliyi tətbiq etməli idi. Gürcüstan Ali Məhkəməsi İnzibati Kollegiyasının hakimlərindən biri xüsusi rəy təqdim edərək əmək pensiyasının azalma və artırılma ehtimalı bərabər olduğundan “tənzimləmə mexanizm”in aradan qaldırılmasını n ərizəçiyə mənfi təsir göstərmədiyini bildirmişdir.

41. Müvafiq qanunvericilik aktına x xxxxxx 2006-cı ildən qüvvəyə minən və bu dəfə geri qüvvəyə malik xx xxxxxx 2005-ci il tarixində dəyişikliklər qəbul edilmişdir. Dəyişikliyə əsasən, əmək pensiyası alan Ali Məhkəmənin hakiminə dövlətdən sabit 1,200 GEL məbləğində əmək pensiyası təyin olunmuşdur. xx xxx 2006-cı ildə Xoniakina zərərin ödənilməsi tələbi ilə məhkəməyə yenidən şikayət edərək yeni dəyişikliklərin onun işində tətbiq olunmasına etirazını bildirmişdir. xx xxxxxxx 2007-ci ildə Ali Məhkəmənin İnzibati Kollegiyası verilən kassasiya şikayətini mümkün sayılması (qəbul etməsi) üçün heç bir əsasların olmadığından rədd etmişdir.

42. Avropa Məhkəməsi sonda qərara gəldi ki, ərizəçinin pensiya yaşına çatdığı andan etibarən əmək pensiyasını almaqda mülkiyyət marağı mövcuddur və beləliklə, bu hüquq 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşür. Bundan əlavə, “tənzimləmə mexanizm”ini aradan qaldıran sonrakı 2006-cı il tarixli düzəlişlərin retrospektiv (geriyə qüvvəsi) tətbiqi ərizəçinin mülkiyyətindən dinc istifadəsinə dövlət tərəfindən müdaxiləsi kimi qiymətləndirilmişdir.

43. Avropa Məhkəməsi 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün yerinə yetirilməli olan üç əsas şərti araşdırarkən ərizəçinin işinə dövlət tərəfindən belə müdaxilənin əsasının 2005-ci il tarixli düzəlişlərində dəqiq və aydın şəkildə qeyd olunmaqla qanuni olduğunu müəyyən etmişdir; beləliklə işin icraatı və məhkəmə prosesi açıq-aşkar əsassız olmamışdır. Məhkəmə ictimai maraq tələbinin əsaslarını nəzərdən keçirərkən üzv dövlətlər tərəfindən sosial və iqtisadi dövlət siyasətlərini müəyyən etdikdə geniş sərbəstliyə malik olmasına qərar vermişdir. Məhkəmə 2005-ci il tarixli düzəlişlərinin məqsədinin dövlət büdcəsinin uzunmüddətli dayanıqlığını təmin etməsinə dair dövlətin təqdimatlarını qəbul etmişdir; bu səbəbdən dövlət xərclərinin optimalaşdırılmasına ehtiyac yaranmışdır. Nəticədə, Avropa Məhkəməsi qərara gəlmişdir ki, ərizəçinin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında mövcud məhkəmə işində ədalətli balans yaranmışdır.

44. Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad edərək hesab edir ki, qanunvericilikdə olan dəyişiklik x xxxx 2017-ci ildə qüvvəyə mindiyindən, iddiaçıya münasibətdə də onun pensiyası həmin vaxtdan başlayaraq yeni qanunvericiliyə uyğun hesablandığ ından, yeni qanunvericiliyin ona şamil edilməli olmaması barədə şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

45. Odur ki, kasasiya şikayəti əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 17 mart tarixli 21(103)-420/20 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar