Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1797/2021 26.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması; Ali Məhkəmə göstərişlərinin icra edilməsinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 21(103)-274/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin 26.10.1997-ci il tarixli, 36 nömrəli Sərəncamına əsasən, Abşeron rayonu, Zəfəran sovxozunun ərazisində olan 0,17 ha torpaq sahəsi fərdi ev tikintisi üçün X2 ayrılmışdır.
2. X3 23.06.2004-cü il tarixli müqaviləyə əsasən Ünvan1, 1750.0 metr2 torpaq sahəsində yerləşən yaşayış sahəsi 25.8 metr2 olan 27 saylı evi iddiaçıya satmışdır. Həmin yaşayış evi Abşeron rayon X1, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma kadastrı İdarəsi tərəfindən iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir.
3. İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
4. Cavabdeh **********90 saylı, 22.12.2017-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişlə iddiaçının müraciətini təmin etməmişdir. Bildirişdə qeyd olunur ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, əlavə olaraq 164.0 metr2 torpaq sahəsi istifadə edilməkdədir və torpaq sahəsində (sərhədlər tam hasarlanmamışdır) mövcud olan əlavə tikililər təqdim edilmiş texniki pasportda öz əksini tapmamışdır. Yaşayış evinin torpaq sahəsinə da ir (elektron kadastr məlumatına əsasən, həmin torpaq sahəsi “Qağayı” sanatoriyasının ərazisidir) "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunan hər hansı sənəd təqdim edilməmişdir. Bildirişdə həmçinin, qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxılacağı qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 1750.0 metr2 torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23.06.2004-cü il tarixdə X3 ilə bağlanmış alğı-satqı müqaviləsinə əsasən Ünvan1, 1750 metr2 torpaq sahəsində yerləşən yaşayış sahəsi 25.8 metr2 olan 27 saylı evi almış və öz adına dövlət qeydiyyatından keçirmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 26.10.1997-ci il tarixli 36 saylı sərəncamı ilə X2 fərdi yaşayış evi tikmək üçün a yrılmış və bu barədə, fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin müvafiq texniki pasportu verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.05.2013-cü il tarixli 2in(82)-1061/2013 saylı qərarı əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, dövlət torpaq kadastrı kitabında 01.11.2013-cü il tarixdə 36279 nömrə ilə uçota alınmışdır. İddiaçı mülkiyyətində olan həmin əmlakdan maneəsiz olaraq istifadə edir və həmin əmlaka dair heç bir iddia olmamışdır. İddiaçı mülkiyyətində olan evin həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdehin **********90 saylı, 22.12.2017-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən onun müraciəti təmin edilməmişd ir.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, 11.07.2019cu il tarixli qərarı ilə (hakim: Xalıq İmanov) iddia təmin edilmiş, Ünvan1 fərdi yaşayış evinin 1750 m.2 torpaq sahəsi (həyətyanı və tikinti altı) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən cavabdehin imtinası iddiaçı nın müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.11.2019-cu il tarixli, 2-1(103)-2647/2019 saylı qərarı ilə (sədrlik edən: Vüsalə Baxışova, hakimlər: Esmira Nağıyeva və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, 11.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından k assasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c. Kassasiya instansiya məhkəməsində birinci icraat
14. Ali Məhkəmənin İnzibati Kollegiyasının 15.09.2020-ci il tarixli 2-1(102)-703/2020 nömrəli qərarı ilə (sədrlik edən Kəmaləddin Bədəlov, hakimlər İsmayıl Xəlilov və İlqar Hüseynov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.12.2019-cu il tarixli, 2-1(103)-2647/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İcra Hakimiyyəti başçısının qəsəbə üzrə icra nümayəndəsinin 1997-ci ildə torpaq barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Həmin vaxt qanunvericiliyin tələbinə görə torpaq barədə sə rəncam vermək səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuşdur. Sabunçu XDS tərəfindən İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq ayrılması barədə səlahiyyət verilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 21(103)-274/2021 saylı qərarına əsasən (sədrlik edən Afaq Nuriyeva, hakimlər Cahangir Yusifov və Səadət Bəktaşi) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, 11.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün alğı-satqı müq aviləsi, evə dair çıxarış və texniki pasport, “torpaq sahəsinin planı və ölçüsü” sənədlərini əlavə etmişdir ki, həmin sənədlər də daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün kifayət hesab olunur.
18. Məhkəmə qərarı cavabdehə 06.07.2021-ci il tarixində təqdim edilmişdir.
19. Cavabdeh 03.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 2-1(103)-274/2021 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarəyə təqdim edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan başqa, əlavə 164.0 kv.m torpaq sahəsi zəbt edilmişdir və torpaq sahəsində mövcud olan əlavə tikililər təqdim edilmiş texniki pasportda öz əksini tapmamışdır. Həmçinin, yaşayış evinin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunan hər hansı bir sənəd təqdim edilməmişdir.
21. Bundan başqa, sözügedən torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən “Qağayı” sanatoriyasının ərazisidir. Həmçinin, müvafiq torpaq sahəsinin sərhədləri tam hasarlanmamışdır.
22. Əlavə araşdırma məqsədilə 14.06.2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə İddiaçı ayrılmış torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı ********** nömrəli sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, koordinatları təqdim edilmiş sözügedən 1750 kv.m torpaq sahəsinin 1596 kv.m hissəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31.08.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Bilgəh Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq s ahəsinin hüdudları daxilində yerləşir. Lakin bələdiyyə xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq olunmadığı üçün sözügedən 1750 kv.m torpaq sahəsi dövlət mülkiyyəti hesab olunur.
23. Şikayətdə daha sonra qeyd edilir ki, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmişdir. Kassator şikayətinin hüquqi əsası kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11.1, 12.1, 23-cü, Torpaq Məcəlləsinin 27.1, 27.2, 46.1, 46.2, 67, 68, 111.1-ci, Mülki Məcəllənin 155.1, 155.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etira z təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil1 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüqu qların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
28. Mübahisə obyekti olan torpaq sahəsi ayrılarkən (1997-ci il 26 oktyabr) qüvvədə olan Torpaq Məcəlləsinin 7-ci maddəsində deyilirdi ki, Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovet lərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetlərinin qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə və istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır
29. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
33. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
34. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
39. Belə ki, iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 15.09.2020-ci il tarixli 21(102)-703/2020 nömrəli qərarında qeyd edilmişdir ki, “İcra Hakimiyyəti başçısının qəsəbə üzrə icra nümayəndəsinin 1997-ci ildə torpaq barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Həmin vaxt qanunvericiliyin tələbinə görə torpaq barədə sərəncam vermək səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuşdur. Sabunçu XDS tərəfindən İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq ayrılması barədə səlahiyyət verilməsinə dair iş materiallarında heç bi r sübut yoxdur. Belə sübut olmadığı halda isə sözügedən sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri kimi qiymətləndirilə və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, istinad edilən Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları təsbit edilmişdir. 15.1.5-ci maddədə belə əsaslardan biri kimi, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması nəzərdə tutulmuşdur. İşə baxan məhkəmələr isə Sabunçu XDS tərəfindən İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq ayrılması barədə səlahiyyə t verilməsi, sonuncunun torpaq barədə sərəncam vermək səlahiyyətinin olub-olmamasına dair heç bir araşdırma aparmadan sözügedən sərəncamı iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8.0.5-ci maddəsində təsbit edilmiş əsaslardan biri kimi qəbul etmişlər. Bundan başqa, torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün ayrılsa da, sərəncamdan belə məlum olur ki, həmin torpaq sovxozun əkinə yarasız torpaq sahəsi olmuşdur. Belə olan halda, həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması barədə əsaslı şübhələr yaranır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin isə təyinatı səlahiyyətli orqan tərəfindən dəyişdirilmədən fərdi yaşayış evlərinin tikintisi üçün ayrılması qanunvericiliyin tələblərinə ziddi r. Buna baxmayaraq, mübahisə obyekti olan torpaq sahəsinin kateqoriyası da aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş, bu istiqamətdə araşdırma aparılmamışdır”.
40. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Sabunçu XDS tərəfindən İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq ayrılması barədə səlahiyyət verilməsi, sonuncunun torpaq barədə sərəncam vermək səlahiyyətinin olub- olmaması istiqamətində araşdırma aparmamış, Ali Məhkəmənin qeyd edilən göstərişlərini icra etməmişdir.
41. Hazırkı qərarın 33-cü bəndində göstərilən normaya əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburi olduğundan, həmin göstərişlərin icra edilməməsi apellyasiya instansiyası məhkəməsinin ləğv edilməs i üçün əsasdır.
42. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən istiqamətdə araşdırma aparmayaraq hazırkı qərarın 29-31-ci bəndlərində göstərilən prosessual normaların tələblərini də pozmuşdur. Belə ki, işin qeyd edilən halları mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən tərəflərin bildirməsindən asılı olmayaraq həmin halları araşdırmaq, zəruri sübutlar toplamaq məhkəmənin vəzifəsidir. Apellyasiya instansiyası məhkəməsi isə bu vəzifəsinə əməl etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir.
43. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.06.2021-ci il tarixli, 2-1(103)-274/2021 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
44. Apelly asiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan kassasiya şikayəti iddianın təmin olunmaması tələbinə dair hissədə təmin oluna bilməz.
45. İşə təkrar baxan məhkəmə Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq işin hallarını araşdırmalı, Sabunçu XDS tərəfindən İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinə torpaq ayrılması barədə səlahiyyət verib-vermədiyini, sonuncunun torpaq barədə sərəncam vermək səlahiyyətinin olub-olmadığını müəyyən etməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 04.06.2021-ci il tarixli, 21(103)-274/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.