Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1797/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi, torpaq sahəsinin sxematik planın işlənib hazırlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Şəki Şəhər Bələdiyyəsi və X4) qarşı “torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəsinin sxematik planın işlənib hazırlanması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(107)-171/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə iddiaçının atası X3 şəhərin 6-cı kvartalından 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. X5 14 noyabr 2008-ci ildə tarixdə vəfat etmişdir. 3. 23 iyun 1993-cü il tarixli, 306850 nömrəli “doğum haqqında şəhadətnamə”yə görə X5 iddiaçının atasıdır.
4. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. 5. 12 saylı Şəki Ərazi İdarəsi 26 iyul 2022-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, müraciətə Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 saylı sərəncamından arxiv çıxarışının surəti əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci bəndində göstərilən torpaq sahəsinin planı və ölçüsü və ya torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmədiyindən müraciətin icrası mümkün olmamışdır.
6. Bundan sonra iddiaçı Cavabdehnə müraciət edərək, Şəki Şəhər İH Başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə mərhum atası X3 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinin yerinin müəyyənləşdirilərək, həmin torpaq sahəsi ilə bağlı sxematik planın işlənib hazırlanmasına köməklik edilməsini xahiş etmişdir.
7. Cavabdeh 19 may 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, fərdi yaşayış evinin tikinti üçün vətəndaşların istifadəsinə həyətyanı torpaq sahələri ayrılarkən vətəndaşlara bir qayda olaraq torpaq sahəsinin ayrılmasına dair müvafiq təsdiqedici sənədə (icra hakimiyyəti başçısının sərəncamı) torpaq sahəsinin yerləşdiyi ərazinin baş memar tərəfindən təsdiq edilmiş sxematik planı da əlavə olunur. X2 istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı iddiaçı tərəfindən təqdim edilmədiyindən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin şəhər icra hakimiyyətinin mütəxəssisləri tərəfindən aydınlaşdırılması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 9 avqust 2022-ci il tarixdə cavabdehə qarşı Ş əki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə mərhum atası X3 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi və həmin torpaq sahəsinə sxematik planın işlənib hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh başçısının 15 iyun 1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə mərhum atasına torpaq sahəsi ayrılan zaman qüvvədə olmuş (1971-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş) Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə atasına şəhərin 6-cı kvartalından ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılan zaman həmin dövrün qanunvericiliyinə uyğ un olaraq ayrılan torpaq sahəsinin hüdudları müəyyən edilməli, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılmalı və şəhərin baş memarı tərəfindən sxematik plan təsdiqlənməli idi. Buna baxmayaraq, atasına ayrılan torpaq sahəsi ilə bağlı sxematik plan işlənməmiş və atasına təqdim edilməmişdir. Belə olduğu təqdirdə iddiaçının atası torpaq sahəsini dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə vicdanlı şəkildə əldə etmişdir. Həmin torpaq sahəsi ilə bağlı sxematik planın işlənməməsi isə dövlət qurumlarının səhvidir və inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsiplərini pozur. Eyni zamanda həmin torpaq sahəsi ilə bağlı Cavabdeh başçısının qərarı qüvvədədir.
10. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, etirazda qeyd edilmişdir ki, iddiaçının göstərdiyi torpaq sahəsinin müəyyən edilməsi üçün ona torpaq sahəsi ilə bağlı sxematik planın təqdim edilməsi, eləcə də atasının qohumları vasitəsi ilə həmin ərazinin müəyyən edilməsi təklif edilmişdir. Buna baxmayaraq, iddiaçı məlum olmayan səbəblərə görə heç bir təklifi qəbul etməmişdir. Həmçinin ona atasının sağ ikən həmin torpaq sahəsinin digər şəxsə satması və ya uzun müddət təyinatı üzrə istifadə etmədiyindən həmin torpaq sahəsinin ondan geri alınma ehtimalı da izah edilmişdir. Eyni zamanda Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 1/328 nömrəli sərəncamından sonra torpaq sahəsinin ətrafı çəpərlənərək mühafizə edilməmişdir. Respublikada torpaq islahatı aparılaraq qalan torpaqlar Şəki Bələdiyyəsinin mülkiyyətinə verilmişd ir. Həmçinin 28 il sonra həmin torpaq sahəsinin müəyyənləşdirilməsi qeyri-mümkündür. Bu baxımdan hazırda şəhərin 6-cı kvartalında həyətyanı torpaq sahəsi mövcud deyil.
11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1818/2022 nömrəli qərarı ilə (hakim: F.H.Hacızadə) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanuni istifadəsində torpaq sahəsi olmadığından və faktiki olaraq torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmadığından müvafiq sxematik planın, plan-ölçünün hazırlanması tələbi təmin oluna bilməz. Belə ki, iddiaçının mərhum atası X3 Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsinin yerləşdiyi ərazinin, koo rdinatların müəyyən edilməsi məqsədi ilə sxematik plan tərtib olunmamışdır. Həmçinin İddiaçının və torpaq sahəsinin ayrılmış mərhum atasının faktiki istifadəsində torpaq sahəsi olmamışdır.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(107)-171/2023 nömrəli qərarı (hakimlər: V.Məlikov /sədrlik edən və məruzəçi/, G.Cavadova və R.Rəfiyev) ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)1818/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi i lə bağlı sxematik planın hazırlanması cavabdeh inzibati orqanın öhdəliyidir. Belə ki, iddiaçının mərhum atası X3 Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Lakin, torpaq sahəsinin yerləşdiyi ərazinin, koordinatlarının müəyyən edilməsi məqsədi ilə sxematik plan tərtib olunmamışdır. Həmin sərəncam hal-hazırda da qüvvədədir. Bu baxımdan iddiaçının mərhum atasına səhərin 6-cı kvartalından ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılan zaman həmin dövrün qanunvericiliyinə uyğun olaraq ayrılan torpaq sahəsinin hüdudları müəyyən edilməli, həmin sahə digər sahədən mərzlə və ya sərhəd nişanları ilə ayrılmalı və şəhərin baş memarı tərəfindən sxematik plan təsdiqlənməli idi. Lakin belə bir sxematik plan həmin vaxt hazırlanmamış və iddiaçı tərəfə verilməmişdir. Belə olduğu təqdirdə isə həmin planın hazırlanmamasına görə iddiaçı məsuliyyət daşıya bilməz. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 13 dekabr 2007-ci il tarixli, § 40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 29 yanvar 2015-ci il tarixli, § 49 Qərarlar).
16. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamı ilə İddiaçı ölmüş atası X3 şəhərin 6-cı kvartalından ayrılmış 600 kv.m torpaq sahəsinin yerinin müəyyənl əşdirilməsi və həmin torpaq sahəsinin sxematik planın işlənib hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi həmin maddədə nəzərdə tutulmuş “vətəndaşların qanuni istifadəsindəki” ifadəsinə əhəmiyyət verməmişdir. Faktiki olaraq, iddiaçının və torpaq sahəsi ayrılmış atasının istifadəsində torpaq sahəsi olmamışdır. Həmçinin apellyasiya instansiya məhkəməsi işdə olan Şəki Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 800 nömrəli məktubunda qeyd edilən xüsusatlar, yəni Şəki şəhərinin daxilində yerləşən və eyni zamanda şəhərin 6-cı kvartalında yerləşən dövlət fondunda saxlanılan, xüsusi mülkiyyətə verilən torpaqlar çıxıldıqdan sonra qalan boş sahələri 1 mart 2000-ci il tarixli “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol”la Şəki Bələdiyyəsinə təhvil verildiyini, şəhərin 6- cı kvartalında yerləşən bələdiyyə torpaqları müraciət edən vətəndaşların mülkiyyətinə qüvvədə olan qanunvericilin tələblərinə uyğun olaraq verildiyini, hazırda da şəhərin 6-cı kvartalında Şəki Bələdiyyəsinin mülkiyyətində olan boş torpaq sahəsinin olmadığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(107)-171/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq depu tatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Torpaq verilməsinə dair vətəndaşların ərizələrinə bir ay müddətindən gec olmayaraq baxılır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tə rəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxsl ərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkiş afının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 21-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
26. Belə ki, Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli sərəncamı ilə iddiaçının atası X3 şəhərin 6-cı kvartalından 600 kv. metr torpaq sahəsi ayrı lımışdır. Lakin torpaq sahəsinə dair yer quruluşu sənədləri hazırlanmamış, torpaq sahəsi naturada müəyyən edilərək Əhməd Sadıqova təhvil verilməmiş, sonuncu torpağa faktiki olaraq sahiblənməmişdir. Əhməd Sadıqov 14 noyabr 2008-ci ildə tarixdə vəfat etmişdir. İddiaçı atasına verilmiş torpaq sahəsinin yerinin müəyyənləşdirilərək, həmin torpaq sahəsi ilə bağlı sxematik planın verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
27. Cavabdeh qeyd olunan torpaq sahəsinin haradan verilməsini müəyyən etməyin mümkün olmadığını, şəhərin 6-cı kvartalında ümumiyyətlə boş yer qalmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
28. Apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən sadəcə iddia olunan torpaq sahəsinə dair Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nöm rəli sərəncamına istinad etmiş, eləcə də, torpaq sahəsinin sxematik planın hazırlanmamasına və iddiaçıya təqdim edilməməsinə görə iddiaçının məsuliyyət daşımadığını vurğulamışdır.
29. Apelyasiya instansiyası məhkəməsinin bu yanaşması, torpaq sahəsinin yerinin müəyyən etməyin mümkün olmaması, şəhərin 6-cı kvartalında boş torpaq sahəsinin olmadığı, bununla da iddiaçının tələbinin icrasının mümkün olmadığı barədə cavabdehin dəlillərinin əhəmiyyətsiz olması anlamına gəlir.
30. İşin hallarının tam, hərtərəfli və obyektiv araşdırması vəzifəsi məhkəmədən bu dəlillərin ətraflı araşdırılması və qiymətləndrilməsinin tələb edirdi.
31. Çünki əvvəla “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsinə görə faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır.
32. Bundan başqa, mübahisəli torpaq sahəsinin verildiyi xx.xx.1994-cü il tarixdə qüvvədə olmuş Torpaq Məcəlləsinin “torpaq sahəsinin verilməsi” adlanan 23-cü maddəsində deyilirdi ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir.
33. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə m inir.
34. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qüvvəyə minməsi üçün həmin dövrdə qüvvədə olmuş qanunla müəyyən edilmiş rəsmiləşmə başa çatmamışdır. İnzibati orqan bu rəsmiləşdirməni başa çatdırmalı idi. Lakin eyni zamanda torpaq almaq marağında olan subyektin də bu rəsmiləşdirməni başa çatdırmağı tələb edib, torpaqdan istifadə etməyə başlamasını həmin dövrdə qüvvədə olmuş qanunvericilik tələb edirdi. İşin xüsusi halı ondan ibarətdir ki, Əhməd Sadıqov və onun vəfat etməsindən sonra iddiaçı, ötən uzun müddət – 28 il ərzində bu rəsmiləşməni tamamlamaq, yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməsi üçün səy göstərməmiş, torpağa faktik olaraq sahiblənməmişdir. Qeyd olunan səbəblərdən inzibati aktın icrası mümkünsüz hala gəlmişdir.
35. Apelyasiya instan siyası məhkəməsi iddia tələbi təmin olunduğu halda cavabdehin üzərinə qoyulan öhdəliyin icra olunmasının mümkünsüzlüyü barədə icraat zamanı qaldırılmış məsələyə qiymət verməmiş, mövqeyini əsaslandırmamışdır.
36. Nəticədə apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməklə icra edilmək keyfiyyətinə malik olmayan yekun qərar qəbul etmişdir.
37. Kassasiya şikayətinin təkrarlanan dəlillərində qeyd edilir ki, Şəki şəhərinin daxilində yerləşən və eyni zamanda şəhərin 6-cı kvartalında yerləşən Dövlət fondunda saxlanılan, xüsusi mülkiyyətə verilən torpaqlar çıxıldıqdan sonra qalan boş sahələri 1 mart 2000-ci il tarixli “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında protokol”la Şəki Bələdiyyəsinə təhvil verilmiş, şəhərin 6-cı kvartalında yerləşən bələdiyyə torpaqları müraciət edən vətəndaş ların mülkiyyətinə qüvvədə olan qanunvericilin tələblərinə uyğun olaraq verilmiş, hazırda da şəhərin 6-cı kvartalında Şəki Bələdiyyəsinin mülkiyyətində olan boş torpaq sahəsi mövcud deyil.
38. Cavabdehin kassasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanuni əsaslarla verilmiş torpaq sahələrinin müəyyən edilməsi və həmin torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərin verilməsi torpaq islahatları zamanı da həyata keçirilmişdir. Lakin iddiaçı tərəf torpaq islahatları çərçivəsində də mübahisəli torpağa dair sənədləşməni tələb etməmişdir.
39. İddiaçının sxematik planın işlənib hazırlanmasını tələb etdiyi torpaq sahəsinin naturada yerləşməsi, digər şəxslərin hüququna toxunub-toxunmaması ətraflı şəkildə araşdırılmamışdır. Halbuki, iddiaç ının özü də izahatında bildirmişdir ki, mübahisəli yer otelə aiddir. Bu halda həmin ərazi dəqiqləşdirilməli və həmin torpaq sahəsinin sahibi işə cəlb olunmalı idi.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və əldə edilən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməyə borclu olduğu halda, bunu etməmişdir.
41. İşə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – iddiaçının mərhum atasına torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin naturada ayrılıb-ayrılmaması, həmin torpaq sahəsinə dair sxematik planın təsdiq edilibedilməməsi, ümumiyyətlə, iddiaçının tələb etdiyi torpaq sahəsinin onun faktiki istifadəsində olub-olmaması, torpaq sahəsinin naturada yerinin müəyyənləşdirilməsi, mərhum X1 həmin torpaq sahəsi ilə bağlı hər hansı hərəkətlər edib-etməməsi və iddia tələbinin əsasını təşkil edən Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli 1/328 nömrəli sərəncamının hüquqi qüvvədə olub-olmaması müəyyən edilməli, eləcə də, iddiaçının mərhum X2 vərəsəsi olması ilə bağlı zəruri sənədlər əldə edilərək iş materiallarına əlavə edilməlidir.
42. Yalnız bu halların araşdırılması və əldə edilən mötəbər sübutlara müvafiq olaraq iş üzrə müəyyən edilən bütün ziddiyyətlərin arada n qaldırılmasından sonra iddia tələbinə hüquqi qiymət verilməlidir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 19-21-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
44. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 2-1(107)-171/2023 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
45. İşə təkrar baxan məhkəmə işin hallarını Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla təkrarən araşdırmalıdır.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
47. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 21(107)-171/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.