Məhkəmə qərarları › İş №2-1(102)-1797/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1797/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1797/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ-torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması; torpaq sahəsinə hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi; hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məru zəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, ibarət tərkibdə, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi”; İddiaçılar İddiaçı2 və İddiaçı1 həmin cavabdehə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” ilə bağlı olan tələblərinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2024-cü il tarixli, 2-1(103)21/2024 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı3 aid sən ədlər:

1. Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/75 saylı qərarına və həmin qərara əlavə edilmiş xx.xx.1991-ci il tarixli 26 nömrəli protokoluna əsasən Bilgəh Bağlar sahəsində 32 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1722 B nömrəli bağ sahəsi Əhmədov Teymur Qafar oğluna (iddiaçının mərhum atası) ayrılmışdır.

2. Həmin bağ sahəsinə dair Əhmədov Teymur Qafar oğlunun adına 11 mart 1991ci il tarixli, Б/С nömrəli order verilmişdir.

3. Bakı şəhər X8 icraiyyə komitəsi X6 və istismarı birliyinin xx.xx.1991-ci il tarixli 216 nömrəli məktubuna əsasən, Bakı şəhər Sovetinin 18/924 nömrəli, xx.xx.1986-cı il və 6/333 nömrəli, xx.xx.1988-ci il tarixli qərarına əsasən X6 və istismarı birliyi icarədara ona verilən sahədə ev və hasar tikməyə icazə verilmişdir.

4. Əhmədov Teymur Qafar oğlu xx.xx.1994-cü ildə vəfat etmişdir. İddiaçı mərhum Əhmədov Teymur Qafarov oğlunun övladı olmaqla onun vərəsəsidir.

5. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1722B saylı bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

6. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********50 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, həmin əmlaka dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4937/2021 nömrəli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. İddiaçı2 aid sənədlər:

7. Azərbaycan Sovet Sosialist Respublikası Rayon, Şəhər X3 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən ver ilmiş Qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətinə əsasən X4 (iddiaçının mərhum atası) verilən qeydiyyat şəhadətnaməsi üzrə Bakı şəhəri, Bilgəh qəsəbəsi, “Daça” küçəsində yerləşən 1722E nömrəli bağ sahəsi üzərində şəxsi mülkiyyət hüququ 30/2694 saylı qeydiyyat nömrəsi ilə xx.xx.1991-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır.

8. AZ-İ № 089506 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X1 övladı olmaqla onun vərəsəsidir.

9. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən mülklərə dair vətəndaşlara verilmiş qeydiyyat vəsiqələri arxivdə saxlanılmır.

10. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Bilgəh qəsəbəsi, 1722E saylı bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması i lə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

11. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********35 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş fərdi yaşayış evinin qeydiyyat vəsiqəsi barədə idarənin arxivində heç bir məlumat aşkar edilməmişdir. Həmçinin, bu ərazi ilə bağlı digər fiziki şəxslər tərəfindən dəfələrlə müraciətlər olunmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)1146/2020 nömrəli məhkəmə işi üzrə bildiriş daxil olmuşdur.

12. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, 1722E nömrəli bağ evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçı1 aid sənədlər:

13. Bakı şəhər X8 İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəzdində 0,12 ha torp aq sahəsi olan 1722 V nömrəli bağ sahəsi Hüseynov Ağamehdi Məmmədəli oğluna (iddiaçının mərhum atası) ayrılmışdır.

14. Hüseynov Ağamehdi Məmmədəli oğluna Bakı şəhər X8 İcraiyyə Komitəsinin X6 və İstismarı Birliyi X10 32 №-li Kooperativi tərəfindən verilmiş Б/С nömrəli order verilmişdir.

15. Hüseynov Ağamehdi Məmmədəli oğlu xx.xx.1992-ci ildə vəfat etmişdir.

16. İddiaçı ərizə ilə müraciət edərək, mərhum atası Hüseynov Ağamehdi Məmmədəli oğlunun vəfatı ilə əlaqədar 0,12 ha torpaq sahəsi olan 1722 V nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir.

17. Bakı şəhər X8 İcraiyyə Komitəsinin 12 fevral 1993-cü il tarixli ПР 65/БТИ nömrəli qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1722 V nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır və ona 11 nö mrəli order verilmişdir.

18. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1722V saylı bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

19. Cavabdehin xx.xx.2017-ci il tarixli, **********56 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən İddiaçı1 adına olan orderin arxiv nüsxəsində möhür aşkar edilməmişdir. Bundan başqa, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “1722b” saylı bağın ərazisinə düşür. Həmçinin, sözügedən bağ sahəsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5215/2017 nömrəli məhkəmə işi üzrə bildiriş daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun qərar daxil olmamışdır.

20. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********06 nömrəli və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-1754/17 nömrəli məktublarına əsasən İddiaçının adına olan Bakı şəhər İK-nın xx.xx.1993-cü il tarixli, ПР 65/БТИ qərarı arxivdə aşkar edilməmişdir. İşin digər halları:

21. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli mütəxəssis rəylərinə, eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 23495 nömrəli, xx.xx.2019-cu il tarixli, 19224 nömrəli ekspert rəylərinə əsasən ölçülmüş ərazinin faktiki sahəsi 0.1490 hektardır, mişar daşı ilə hasarlanıb, həyətdə tikintisi başa çatmamış yarımçıq tikili mövcuddur. İddiaçı1 iddia etdiyi və naturada göstərdiyi Bilgəh bağ massivindəki 1722V nömrə li torpaq sahəsi 1722B nömrəli bağ sahəsinin yerinə uyğundur. 22. “Müstəqil Məhkəmə Ekspertizası”nın xx.xx.2020-ci il tarixli, 289 nömrəli rəyinə əsasən İddiaçı2 məxsus bağ sahəsinə verilən xx.xx.1991-ci il tarixli, 30/2694 registr nömrəli qeydiyyat vəsiqəsi tədqiq olunan, İddiaçı2 faktiki istifadə etdiyi bağ sahəsi və orada olan bağ evinə aiddir. Rəyə həmçinin ərazinin və bağ evinin fotoşəkilləri əlavə edilmiş, fotoşəkillərə əsasən bağ evi yarımçıq tikili olmaqla dam hissəsi quraşdırılmamışdır.

23. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********05 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1722V nömrəli bağ sahəsi mövcuddur. İddiaçı1 iddia etdiyi və naturada göstərdiyi 1722V nömrəli bağ sahəs i 1722B nömrəli bağ sahəsinin yerinə uyğun gəlir.

24. Cavabdeh xx.xx.2021-ci il tarixli etirazında göstərmişdir ki, İddiaçı1 iddia etdiyi 1722V nömrəli bağ sahəsi 1722B nömrəli bağın ərazisinə uyğundur. Lakin 1722V nömrəli bağın sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisi iddia olunan ərazinin qərb sərhədində yerləşir və həmin sahədə İdarəyə məlum olmayan şəxslər tərəfindən bağ evi və hovuz inşa edilmiş, lakin torpaq sahəsi və tikililər dövlət qeydiyyatına alınmamışdır. Müvafiq sxematik xəritə məhkəməyə təqdim edilmişdir.

25. Cavabdehin xx.xx.2021-ci il tarixli **********72 nömrəli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1722V nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır.

26. Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin xx.xx.2021-ci il tarixli, 076-10266 nömrəli və Sabunçu Rayon İcra Hakimiyyətinin Bilgəh qəsəbəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli, 2/65 nömrəli məktublarına əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1722V nömrəli bağ evinin sahibi barədə məlumat əldə etmək mümkün olmamışdır.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1670 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş xx.xx.1991-ci il tarixli, 30/2694 nömrəli qeydiyyat vəsiqəsinin üzərində olan möhür əksi şırnaqlı printerdə çap edilmişdir. Təqdim edilmiş xx.xx.1991-ci il tarixli, 30/2694 nömrəli qeydiyyat vəsiqəsinin üzərində azərbaycan dilində “Азəрбаjҹан ССР Бакы шəhəри …….. советинин иҹраиjjə ko митəси …… инвентарлашдырма буросу” məzmunlu, rus dillərində isə “Азəрб ССР.... Бакйн …. Совета народных депутатов” məzmunlu mətnlər (nöqtələr oxunulmayan sözləri bildirir) vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) iddia tələbləri bir icraatda birləşdirilənə qədər həmin tələblər üzrə aparılmış məhkəmə icraatları İddiaçı3 tələbi üzrə məhkəmə icraatı:

28. İddiaçı3 cavabdehə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il B/S nömrəli orderlə Əhmədov Teymur Qafar oğluna verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha bağ sahəsinin mərhum Əhmədov Teymur Qafar oğluna məxsus olmasına da ir arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Bakı İnzibati Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2-1(112)-1433/2022 nömrəli qərarı (hakim M.Hacıbəyova) ilə iddia təmin edilmiş, Bakı şəhər XDS İK-nin 01 mart 1991ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il Б/С nömrəli order əsasında Bakı şəhəri Bilgəh massivində yerləşən 1722B nömrəli 0,12 ha bağ sahəsinin mərhum Əhmədov Teymur Qafar oğluna məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

30. Üçüncü şəxslər (İddiaçı2 və İddiaçı1) həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilm əsi xahiş etmişlər.

31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)-2502/2022 nömrəli qərardadı (hakimlər: X.Cəmilova /sədrlik edən və məruzəçi/, M.Tağızadə və İ.Kərimli) hazırki iş üzrə icraat İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 21(112)-21/2022 saylı və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722E saylı bağ evinə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2021 saylı inzibati işlərinə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır.

32. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-601/2023 nömrəli qərarı (hakimlər: N.Rəsulbəyova /məruzəçi/, K.Bədəlov və İ.Hüseynov) ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)-2502/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı2 tələbi ü zrə məhkəmə icraatı:

34. İddiaçı2 cavabdehə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 nömrəli qərarı (hakim M.Hacıbəyova) ilə iddia rədd edilmişdir.

36. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-670/2022 nömrəli qərarı (hakimlər: A.Hüseyn /sədrlik edən və məruzəçi/, S.Bəktaş i və A.Hüseynov) ilə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 21(112)-1250/2021 saylı qərarı ləğv edilmiş, İddiaçı2 adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722E nömrəli bağ evinə Azərbaycan SSR X3 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

38. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-563/2023 nömrəli qərarı (hakimlər: R.Nəbizadə /məruzəçi/, S.Kərimov və Z.Quliyev) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 7 oktyabr 2022-ci tarixli, 2- 1(103)-670/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

40. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan qeydiyyat vəsiqəsinin surətində olan möhürün hansı orqana məxsus olması, adı möhürdə qeyd edilən orqanın həqiqətən qeydiyyat vəsiqəsi vermək səlahiyyəti və qeydiyyat vəsiqəsini verməsi, qeydiyyat orqanının (onun hüquqi varisinin) mövcudluğu məhkəmə tərəfindən yoxlanılmamış, həmin orqanlara, o cümlədən dövlət arxivinə sorğular edilməmişdir. İddiaçı1 tələbi üzrə məhkəmə icraatı:

41. İddiaçı1 cavabdehə qarşı xx.xx.2017-ci il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, Bakı ş əhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722V nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 42. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 mart 2018-ci il tarixli, 2-1(82)387/2018 nömrəli qərarı (hakim Z.Tağıyev) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahədən ibarət olan 1722V nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

43. Əhmədov Teymur Qafar oğlu xx.xx.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1 mart 2018-ci il tarixli, 2-1(82)-387/2018 nömrəli qərarın ləğv edilməsi və onun üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. 44. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2-1(82)387/2018 nömrəli qərardadı (hakim Z.Tağıyev) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 1 mart 2018-ci il tarixli, 2-1(82)-387/2018 nömrəli qərarı ləğv edilmiş, Əhmədov Teymur Qafar oğlu iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

45. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 nömrəli qərarı (hakim A.Oruczadə) ilə iddia təmin edilmiş, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0, 12 ha torpaq sahəsi olan 1722V nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

46. Qərardan narazı qalan üçüncü şəxs İddiaçı3 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 1146/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

47. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

48. İddiaçı2 xx.xx. 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə vəsatət təqdim edərək, məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

49. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-245/2021 nömrəli qərardadı (hakimlər: V.Ağayev /sədrlik edən və məruzəçi/, A.Nuriyeva və A.Hüseyn) ilə ərizəçi İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilmiş, İddiaçı2 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, üçüncü şəxs İddiaçı3 və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlər qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1146/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

50. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-21/2022 nömrəli qərarı (hakim M.Hacıbəyova) ilə iddia rədd edilmişdir.

51. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

52. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)-200/2023 nömrəli və 7 avqust 2023-cü il tarixli, 2-1(103)-2417/2023 nömrəli qərardadları ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimlərinin icraatında olan hər üç inzibati iş 2-1(103)-188/2023 (2-1(103)-21/2024) nömrə altında birləşdirilmişdir.

53. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.Tağızadə /sədrlik edən və məruzəçi/, K.Əkbərov və P.Hüseynov) 4 mart 2024-cü il tarixli, 2-1(103)21/2024 nömrəli qərarı ilə: - iddiaçılar İddi açı1 və İddiaçı2 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-21/2022 nömrəli və xx.xx.2021-ci il tarixli 2-1(112)-1250/2021 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. - üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1433/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarındakı hüquqi mövqeyi ilə razılaşmış və göstərmişdir ki, Bilgəh bağ massivində yerləşən 32 nömrəli kooperativin 1722V saylı bağın torpaq sahəsinin ilkin torpaqayırma sənədləri (yerləşmə planı), torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair müvafiq müqaviləsi olmadığından iş mat eriallarına əlavə edilmiş sxematik xəritədən çıxarışa, mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilir ki, İddiaçı1 iddia etdiyi torpaq sahəsi 1722V saylı bağ sahəsi deyil. Eyni zamanda, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722 V saylı bağ sahəsinin ona ayrılmasına dair istinad etdiyi sənədin, yəni İcraiyyə Komitəsinin X6 və istismarı birliyi X10 32 nömrəli kooperativin 11 nömrəli orderinin əslini təqdim edə bilməmişdir. Bundan başqa, sözügedən order və onun verilməsi üçün əsas olmuş Bakı şəhər XDS icraiyyə komitəsinin 12 fevral 1993-cü il tarixli, ПР65/БТИ nömrəli qərarı dövlət arxivində mövcud deyil.

55. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102 )-563/2023 nömrəli qərarında göstərdiyi göstərişləri nəzərə alaraq, İddiaçı2 xx.xx.1991 tarixli, 30/2694 nömrəli qeydiyyat vəsiqəsinin əslini təqdim etməsini tələb etmiş, həmin sənədin əsli təqdim edildikdən sonra isə xx.xx.2023-cü il tarixli məhkəmə kollegiyasının iclasında Kollegiya tərəfindən sözü gedən qeydiyyat vəsiqəsinə baxış keçirilərək qeydiyyat vəsiqəsinin üzərində olan möhürün hansı orqana məxsus olmasının müəyyənləşdirilməsinə zərurət olduğu qənaətinə gəlinərək iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/1670 nömrəli ekspert rəyi alınmışdır.

56. İddiaçı2 tərəfindən hüquq müəyyənedici sənəd olaraq mübahisəli bağ evinə dair 30/2694 nömrəli, xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsi t əqdim olunsa da, həmin sənədin arxiv əsası olmadığından, mötəbərliyi toplanmış sənədlərlə təsdiq olunmur. Belə ki, sözügedən qeydiyyat vəsiqəsinin alınmasına əsas olmuş ilkin hüquq müəyyənedici sənədlər (müqavilə, qərar, order və s.) aşkar olunmamış, bu sənədlərin mövcud olması barədə məlumat verilməmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, qeydiyyat vəsiqəsində bağ evi kimi göstərilmiş daşınmaz əmlak həqiqətdə yarımçıq tikilidir.

57. Apellyasiya instansiyası məhkəməsi İddiaçı3 iddiası ilə bağlı qeyd etmişdir ki, mübahisəli ərazinin iddiaçının atasına ayrılmasına dair hər hansı şübhə doğuran hal olmadığından, eyni zamanda torpağın (bağ sahəsinin) ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddia tələbi təmin edilməlidir.

58. İddiaçı1 həmin qərardan kassasiya şikayəti verərək, qəra rın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

59. İddiaçı2 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçı1 kassasiya şikayətinin dəlilləri

60. İddiaçı1 qeyd edir ki, iddianın rədd olunması üçün məhkəmənin gətirdiyi əsaslardan biri – torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı müqavilənin bağlanmaması onun vəzifələrinə daxil deyil. Belə ki, bağ sahəsi kimi istifadə olunması üçün torpaq sahəsi ayıran səlahiyyətli dövlət orqanı bu vəzifəni müvafiq bağ təsərrüfatı kooperativinə həvalə edir. Odur ki, müqavilənin bağlanmamasını iddianın rədd olunma əsası kimi qeyd edən məhkəmənin mövqeyi ilə razılaşmaq mümkün deyil.

61. Daşınmaz əmlak üzərində h üquqların əmələ gəlməsinə əsas verən sənəd yalnız müvafiq müqavilə deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlaka dair verilmiş sərəncam və orderlər də mülkiyyət hüququnun tanınmasına əsas verən sənədlər sırasındadır. Mübahisəli bağa dair müqavilə bağlanmaması bütün hallarda cavabdeh inzibati orqanının borcu idi və müqavilənin bağlanmaması daşınmaz əmlaka dair hüquqların əldə edilməsinə maneə deyildir, çünki bağ sahəsinə dair müvafiq order mövcuddur və orderin olması hüquqların həyata keçməsinə imkan verir. Adıçəkilən sənədə möhürün vurulması, digər məsələlərdə olduğu kimi, cavabdeh inzibati orqanın borcu olmuşdur.

62. Bağ evinin birinci mərtəbəsi hündürlüyündə olan tikilini mərhum atası tərəfindən sağlığında tikilməsi ona məlumdur. B ununla belə, İddiaçı3 məhkəmənin diqqətində çatdırmışdır ki, mübahisəli bağ sahəsində olan yarımçıq tikili (uzun illər əvvəl inşa edilmiş birinci mərtəbə) onun atasına məxsus olmuşdur. İş materiallarında olan tikinti-smeta sənədlərindəki bağ evinin plan-cizgisi ilə faktiki mövcud olan bağ evinin köhnə tikilisinin (birinci mərtəbənin) uyğun olub-olmasını nəinki məhkəmə öz təşəbbüsü ilə yoxlamamış, həm də bu barədə şifahi vəsatəti təmin etməmiş və bununla da İPM-nin 58.3-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Məhkəmə obyektiv nəticəyə gəlmək üçün işdə olan smeta sənədlərindəki evin plan-cizgisi ilə faktiki mövcud olan evin birinci mərtəbəsini müqayisə etmək məqsədilə mütəxəssis dəvət etməli, zərurət yarandığı təqdirdə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasını təyin etməli idi.

63. Cavabdeh inzibati orqandan mübahisəli bağ sahəsi ilə yanaşı olan bağın (bacısı G.Hüseynovaya ayrılmış və sonradan onun tərəfindən satılmış) əvvəlki sahibləri barədə məlumatı tələb etməli və qeyd etdiyi məzmunda dəlillərinin nə dərəcədə doğru olmamasını yəqin etməklə iddia tələbinə qiymət verməli idi.

64. İddiasının təmin edilməsi üçün iş materiallarında olan sübutlar aşağıdakılardan ibarətdir: - Bakı şəhər XDS-in İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 №-li “bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması haqqında” qərarından (25 №-li xx.xx.1991-ci il tarixli protokol, sıra nömrəsi 2.4.137.) görünür ki, mərhum atası Hüseynov Ağamehdi Məhəmməd oğluna 32 №-li bağ kooperativində bağ sahəsi ayrılmışdır. Eyni zamanda adıçəkilən qərarla (sıra nömrə si 2.4.138.) bacım X2 eyni yerdə bağ sahəsi ayrılmışdır. Yəni bacısı G.Hüseynovaya və mərhum atası A.Hüseynova bağ sahələri bir sərəncamla ayrılmışdır və təbii olaraq həmin bağ sahələri sözügedən ərazidə faktiki olaraq yanaşı yerləşmişlər. Yerində baxış zamanı məhkəməyə ifadə verən şahid X13 diqqətə çatdırmışdır ki, illər əvvəl bacısı G.Hüseynova tərəfindən ona satılmış bağ sahəsi mübahisəli bağ sahəsi ilə yanaşı olmuşdur. Daha sonra həmin bağ başqa şəxsə satılmışdır. Qeyd etdiyi bu fakt mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da, məhkəmə bunu nəzərə almamışdır, həmin fakt üzrə heç bir araşdırma aparmamış və bu səbəbdən qəbul etdiyi qərara adıçəkilən şahidin ifadəsini daxil etməmişdir. - Bakı şəhər İK-nin X6 və İstismarı Birliyi X10 32 №-li Kooperativi tə rəfindən verilmiş Б/С nömrəli orderin cavabdeh tərəfindən təsdiq edilmiş və həmin orderə əsasən 0,12 ha torpaq sahəsi olan 1722 “v” №-li bağ sahəsi məhrum atası Hüseynov Ağamehdi Məmmədəli oğluna ayrılmışdır. Atası xx.xx.1992-ci ildə vəfat etdikdən sonra X10 32 №-li BTK-ya müraciət edib 1722 “v” №-li bağ sahəsinin adına keçirilməsini xahiş etmişdir. Bacıları T.Hüseynova və G.Hüseynova onunla eyni vaxtda, yəni xx.xx.1993-cü il tarixdə X10 32 №-li BTK-ya notatiat qaydasında təsdiq edilmiş ərizələr ünvanlayaraq atalarının vəfatı ilə əlaqədar 1722 “v” №-li bağ sahəsinin onun adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər. Onların adıçəkilən kooperativə ünvanladıqları ərizə xx.xx.1993cü il tarixdə rəsmi qaydada qeydə alınmışdır.

65. Bundan başqa, qeyd olunmalıdır ki, inzibati mübahisəyə dair işin materiallarında cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş sxematik xəritənin hansı meyarlar və göstəricilər əsasında tərtib olunması aydın deyil. b) İddiaçı2 kassasiya şikayətinin dəlilləri

66. İddiaçı2 qeyd edir ki, cavabdeh orqan müraciətini ədalətli və qanuni şəkildə araşdırıb qanunla qorunan hüququnu təmin etmək əvəzinə, iddiaçı tərəfindən təqdim etdiyi mülkiyyət sənədinə heç bir əhəmiyyət verməyərək kobud şəkildə hüquqlarını pozaraq şablon xarakterli imtina məktubu vermişdir. İddiaçının mülkiyyətində olan əmlaka dair dövlət reyestrində saxlanılmalı olan məlumatı cavabdeh orqana təhvil vermək və yaxud həmin məlumatları arxivdə qoruyub saxlamaq vətəndaşın (mülkiyyətçinin) işi və vəzifə borcu deyil. Bu, o vaxtki ərazi idarələrinin öz daxili proseduru olmuşdur. Buna görə də, o vaxtki ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən əmlaka dair məlumatların arxivə təhvil verilməməsi və yaxud naməlum şəkildə itirilməsi vətəndaşın (mülkiyyətçinin) təqsiri deyil və bu iddiaçının vəzifəsi olmadığı üçün o məsuliyyət daşımır.

67. Cavabdeh tərəfindən məhkəmə iclası ərzində xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli qeydiyyat vəsiqəsinin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin qeydiyyat vəsiqəsi ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.

68. Cavabdeh səlahiyyətli orqan tərəfindən məhkəmə iclaslarında göstərilən ərazi ilə bağlı bir çox şəxslərin müraciətləri olduğunu bildirsə də, bununla əlaqədar sübutları, eləcə də bizə ayrılmış bağa digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəmə yə təqdim edə bilməmişdir.

69. Bu iş üzrə möhürün hansı orqana məxsus olmasının müəyyən olunması üçün ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin tələblərini pozaraq, işin faktiki hallarım tam formada araşdırmamışdır.

70. Eyni zamanda İddiaçı2 kassasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda olan şəxslərin ərizələrinin nəzərə alınmasını da xahiş etmişdir. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

71. İddiaçı3 kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 72. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” A zərbaycan Respublikasının Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının ə mələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyya tı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılm adıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

73. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yen idən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məh kəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

74. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

75. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

78. Bununla belə kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı1 iddia tələbi üzrə:

79. İddiaçı1 kassasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, o, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərd ə tutulan müvafiq hüquq müəyyənedici sənədlərə malik olduğu halda, məhkəmələr onun tələbini formal əsaslara istinad etməklə təmin etməmişlər. Belə ki, torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı müqavilənin bağlanmaması, habelə onun adına verilmiş orderə möhürün vurulmaması onun məsuliyyət sferasına aid deyil və bu hərəkətlərin edilməsi cavabdeh inzibati orqanın borcu olmuşdur.

80. Kassator onu da qeyd etmişdir ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla (Bakı şəhər XDS-in İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 1/16 №-li qərarı ilə) ilkin olaraq mərhum atası Hüseynov Ağamehdi Məhəmməd oğluna ayrılmış və onun adına Bakı şəhər İK-nin X6 və İstismarı Birliyi X10 32 №-li Kooperativi tərəfindən Б/С nömrəli order verilmişdir. Həmin order cavabdeh tərəfindən təsdiq edilmişdir. A tası xx.xx.1992-ci ildə vəfat etdikdən sonra onun müraciəti əsasında həmin bağ sahəsi Bakı şəhər X8 İcraiyyə Komitəsinin 12 fevral 1993-cü il tarixli ПР 65/БТИ nömrəli qərarı ilə ona ayrılmışdır və ona 11 nömrəli order verilmişdir.

81. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hal-hazırda mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasının əsası kimi bağ sahəsinin mərhum atasına deyil, məhz ona ayrılmasına dair Bakı şəhər X8 İcraiyyə Komitəsinin 12 fevral 1993-cü il tarixli ПР 65/БТИ nömrəli qərarına və X6 və istismarı birliyi X10 32 nömrəli kooperativin 11 nömrəli orderinə istinad etsə də, həmin qərar və order dövlət arxivində müəyyən olunmamışdır. Cavabdehin arxiv məlumatlarında olan orderin nüsxəsində isə müvafiq möhür aşkar edilməmişdir.

82. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, bağların sxematik xəritəsində İddiaçı1 mübahisələndirdiyi 1722V nömrəli bağ sahəsi qeyd edilsə də, həmin bağ sahəsi hal-hazırda mübahisə predmeti olan ərazinin qərb qonşuluğunda yerləşir. İddiaçı1 hazırda iddia etdiyi bağ sahəsi isə sxematik xəritəyə uyğun olaraq 1722B nömrəli bağ sahəsinə uyğun gəlir və həmin bağa dair digər İddiaçı3 iddiası mövcuddur. İddiaçı2 iddia tələbi üzrə:

83. İddiaçı2 kassasiya şikayətinin başlıca dəlilləri ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan əmlaka dair dövlət reyestrində saxlanılmalı olan məlumatı cavabdeh orqana təhvil vermək və yaxud həmin məlumatları arxivdə qoruyub saxlamaq, eləcə də, o vaxt ki ərazi idarəsinin vəzifəli şəxsləri tərəfindən əmlaka dair məlumatların arxivə təhvil verilməməsi və yaxud naməlum şəkildə itirilməsi vətəndaşın (mülkiyyətçinin) işi və vəzifə borcu deyil. Eləcə də, xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli qeydiyyat vəsiqəsinin həqiqətə uyğun olmadığı sübuta yetirilməmiş, həmin qeydiyyat vəsiqəsi ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.

84. Qeyd edilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən aparılan araşdırma nəticəsində İddiaçı2 adına olan xx.xx.1991-ci il tarixli 30/2694 registr nömrəli qeydiyyat vəsiqəsinin arxiv nüsxəsi mövcud olmadığı müəyyən edilmiş, eləcə də, İddiaçı2 mübahisələndirdiyi 1722E nömrəli bağ sahəsinin nə onun, nə də mərhum atası X1 adına qeydə alınmasının əsasları barədə hər hansı məlumat mövcud olmamışdır.

85. Məhkəmə kollegiyası onu da qeyd edir k i, İddiaçı2 mübahisələndirdiyi 1722E nömrəli bağ sahəsi aşağı instansiya məhkəmələrində araşdırma predmeti olan bağların sxematik xəritəsində də nəzərdə tutulmamışdır.

86. Bundan başqa, İddiaçı2 kassasiya instansiyası məhkəməsinə ərizə ilə müraciət edərək mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda olan şəxslərin ərizələrinin nəzərə alınmasını da xahiş etmişdir. Qeyd edilən ərizələrin müəllifləri mübahisələndirilən bağ sahəsinin iddiaçıya və onun mərhum atasına məxsus olduğunu və həmin bağ sahəsində dəfələrlə qonaq olduqlarını (hətta gecələdiklərini) bildirmişlər.

87. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılan hallarından birmənalı şəkildə müəyyən edilir ki, mübahisələndirilən bağ sahəsinin üzərində yarımçıq tikili mövcudd ur. Bu hal hətta İddiaçı2 sifarişi əsasında keçirilən və onun tərəfindən məhkəməyə təqdim edilən “Müstəqil Məhkəmə Ekspertizası”nın xx.xx.2020-ci il tarixli, 289 nömrəli rəyinə əlavə edilmiş fotoşəkillərlə də müəyyən edilir. İddiaçı3 iddia tələbi üzrə üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri üzrə:

88. Birləşdirilmiş məhkəmə icraatı üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 eyni zamanda digər İddiaçı3 iddiası üzrə həm də üçüncü şəxslərdir. Yuxarıda kassasiya şikayətlərinin dəlillərində qeyd edildiyi kimi İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda mübahisələndirilən ərazinin onlara məxsus (müvafiq olaraq 1722V və 1722E nömrəli) bağ sahəsi olmasına istinad etməklə İddiaçı3 “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il B/S nömrəli orderlə Əhmədov Teymur Qafar oğluna verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha bağ sahəsinin mərhum Əhmədov Teymur Qafar oğluna məxsus olmasına dair arayışın verilməsi” barədə iddiasının əsassız olmasını da qeyd edirlər.

89. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, istər İddiaçı1, istərsə də, İddiaçı2 fərqli olaraq İddiaçı3 istinad etdiyi hüquq müəyyənedici sənədlərin və digər halların mötəbərliyi iş materialları ilə təsdiq edilir.

90. Belə ki, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/75 saylı qərarına və həmin qərara əlavə edilmiş xx.xx.1991-ci il tarixli 26 nömrəli protokoluna əsasən Bilgəh Bağlar sahəsində 32 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1722 B nömrəli bağ s ahəsi Əhmədov Teymur Qafar oğluna (iddiaçının mərhum atası) ayrılmışdır. Həmin bağ sahəsinə dair Əhmədov Teymur Qafar oğlunun adına 11 mart 1991-ci il tarixli, Б/С nömrəli order verilmişdir.

91. Qeyd edilən sənədlərin arxivdə nüsxəsi mövcud olduğundan, eləcə də, bağ sahəsi ayrılan şəxslərin siyahısında (protokolda) iddiaçının mərhum atasının adı qeyd edildiyindən, habelə, iddia olunan 1722B nömrəli bağ sahəsinin sxematik xəritəyə uyğun olaraq həqiqətən də 1722B nömrəli bağ sahəsinə uyğun gəldiyi müəyyən edildiyindən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı3 iddiası əsaslıdır.

92. Beləliklə, kassatorların bildirdiklərinin əksinə olaraq iş materialları ilə 1722B nömrəli bağ (torpaq) sahəsinin İddiaçı3 mərhum atasına ayrıldığı müəyyən olunur.

93. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

94. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2024-cü il tarixli, 21(103)-21/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar