Məhkəmə qərarları › İş №2-1(102)-1798/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1798/2019

15.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1798/2019 15.05.2019 ALİ MƏHKƏMƏ “XXX” MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “XXX” MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı “XXX” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinə “torpaq sahəsinin plan və ölçüsü”nün və dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2-1(103)-835/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “XXX” MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan Ünvan “X” DRES-nin cənubunda yerləşən 0,785 ha torpaq sahəsinə “XXX” MMC-nin adına “torpaq s ahəsinin plan və ölçüsü”nün və dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)209/2018 saylı, 15 fevral 2018-ci il tarixli qərarı ilə iddiaçı “XXX” MMC-nin iddiası təmin edilərək Ünvan “X” DRES-nin cənubunda yerləşən 0,785 ha torpaq sahəsinə “XXX” MMC-nin adına “torpaq sahəsinin plan və ölçüsü”nün və dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəs inə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1272/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)209/2018 saylı, 15 fevral 2018-ci il tarixli qərarı “dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi” hissəsində dəyişdirilmiş, Ünvan “X” DRES-nin cənubunda yerləşən 0,785 ha torpaq sahəsinə “XXX” MMC-nin adına dövlət reyestrindən daimi istifadə hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1888/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1272/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar 30 oktyabr 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 20 dekabr 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh 24 dekabr 2018-ci il tarixdə məhkəməyə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)209/2018 saylı, 15 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektu ra Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət vermişdir. Cavabdeh vəsatətini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə verilmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-209/2018 saylı, 16.01.2019-cu il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi (cavabdeh) şikayət verərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1 (82)-209/2018 saylı, 16.01.2019-cu il tarixli qərardadının ləğv edilməsi və vəsatətin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2-1(103)-835/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)209/2018 saylı, 16.01.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2-1(103)-835/2019 nömrəli qərardadından ərizəçi (cavabdeh) kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlillər i Kassasiya şikayətinin dəlillərinə görə, yeni açılmış hallarla bağlı ərizə təmin edilməli və buna müvafiq olaraq vəsatət təmin edilməlidir. Kassator İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrinə, Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 9, 11.1ci maddələrinə istinad edərək əsasən Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2-1(103)-835/2019 nömrəli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “XXX”MMC-nin nümayəndəsi Nümayəndə vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışd ır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2-1(103)835/2019 nömrəli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019cu il tarixli 2-1(103)-835/2019 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icr aatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi məhkəmə tərəfindən təmin edilmədiyindən, məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi İPM-nin 105-ci maddəsinin tələblərinə uyğun deyildir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəh bər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2-1(103)-835/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar