Məhkəmə qərarları › İş №2-1(102)-1798/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1798/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1798/2020 31.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X12, Nəzmiyyə İmanxan qızı Nəsirova və X5 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (obyektə dair hüquqların dövlət qeydiyyatında yol verilmiş yalnışlığın aradan qaldırılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil1, üçüncü şəxs Turan Bağırovanın vəkili Aynur Abd ullayevanın iştirakı ilə, İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X12, Nəzmiyyə İmanxan qızı Nəsirova və X5 iştirakı ilə) qarşı obyektə dair hüquqların dövlət qeydiyyatında yol verilmiş yalnışlığın aradan qaldırılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-96/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X12, Nəzmiyyə İmanxan qızı Nəsirova və X5 iştirakı ilə) qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı xx xxxxx 2014-cü il tarixli qərarına əsasən nnn inşa edilmiş binada 4 kv.m. sahəsi olan obyektə dair hüquqların dövlət qeydiyyatında yol verilmiş yalnışlığın aradan qaldırılması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(82)-301/2019 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev ) qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışla üzərində mülkiyyət hüquqları X3 adına qeydiyyata alınmış 22.7 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.3, 14.2, 15.1, 34.1, 52, 58.1, 58.7, 62.3, 68.1, 68.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16.1, 16.2, 16.5-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 19.1, 24.1, 24.2-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, cavabdeh inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmayaraq, əsassız olaraq məhkəmə qərarını texniki cəhətdən düzgün icra etməmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxsapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-96/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Vüsalə Baxışova) qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin tam, üçüncü şəxs X7 apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-301/2019 nömrəli qərarının ləğv edilməsi, İddiaçı MMC-nin (hazırda İddiaçı MTK) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı çıxarışla üzərində mülkiyyət hüquqları X3 adına qeydiyyata alınmış 22.7 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yalnışlığın düzəldilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin mümkün sayılmaması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə istinad etməklə, belə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair te xniki sənəddə yol verilmiş yanlışlığın düzəldilməsini xahiş etsə də, iddiaçı onun hansı hüquqlarının və maraqlarının pozulduğunu iddiada əsaslandırmamış, ümumiyyətlə mübahisəli qeyri-yaşayış sahəsinə dair hər hansı hüququnun mövcud olduğunu sübut edə bilməmişdir. İş materiallarından göründüyü kimi ünvan 2 ünvanında yerləşən 22,7 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları X7 adına hüquqi qeydiyyata alınmışdır. Daşınmaz əmlaka dair iddiaçının tələb hüququ həmin hüququn dövlət reyestrində qeydə alınmasından sonra mümkündür. İddiaçı MMC-nin mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının olmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. İddiaçı üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında cavabdeh inzibati orqan tərəfindən qeydə alınmış qeyri-yaşayış sahəsinə dair texniki sənəddə yol verilmiş yanlışlığın düzəldilməsini xahiş etsə də, belə bir tələbin irəli sürülməsində onun subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən inşa olunan çoxmərtəbəli və çoxmənzilli binanın tərkibində olması iş materialları ilə müəyyən olunur. Həmçinin o da müəyyən olunur ki, iddiaçı həmin binanı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq razılıqlar almaqla və sənədləşdirmə işlərini aparmaqla inşa etmişdir. Binanın ayrı-ayrı sahələri özgəninkiləşdirilənədək məhz binanı inşa edən şəxsə – hazırkı halda İddiaçı MTK-nə məxsus olub. Başqa sözlə, iddi açının binanın sahələrinə dair istifadə və sahiblik hüququ danılmazdır. Bu isə ona həm özünün və həm də digər şəxslərin hüquq və mənafelərinin qorunması üçün məhkəməyə müraciət etməyə hüquq verir. Digər tərəfdən, iddiaçı iş üzrə üçüncü şəxs X7 qeyri-yaşayış sahəsinə dair tanınmış mülkiyyət hüququnu mübahisələndirmir. X9 məhkəmə qaydasında tanınmış 41,0 kvadrat metr sahəsinin əvəzinə cəmi 21,7 kvadrat metr sahəsi olan tamamilə yanlış obyektə dair hüquqların qeydiyyata alınması ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, mübahisəli sahə Turan Bağırovanın mülkiyyətinə keçməmişdən öncə ilkin olaraq digər üçüncü şəxs X6 əmlakı olaraq qeydiyyata alınmışdır. Bu qeydiyyat üçün əsas isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 2-1(82)-1229/2014 saylı qərarı olmuşdu r. Həmin qərarla nnn inşa edilmiş binada 41 kvadrat metr olan 1 nömrəli qeyri-yaşayış sahəsi üzərində X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi, obyektə dair hüquqların qeydiyyata alınması üçün ünvan və obyektin ölçüsündən (41,0 kvadrat metr) savayı başqa meyar müəyyən olunmamışdır. Cavabdeh isə sahəsi az qala yarı-yarıya fərqli olan ölçüdə (21,7 kvadrat metr) obyekt üzrə qeydiyyat aparmış və belə bir fərqi heç nə ilə izah edə bilməmişdir. Göründüyü kimi, aşkar şəkildə qeydiyyat zamanı yanlışlığa yol verilmiş və iddiaçının istifadəsində olmuş inzibati otağın ölçüsünə uyğun olmaqla qeydiyyat aparılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-96/2020 nömrəli qərardadının ləğv olunması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-96/2020 nömrəli qərardadının ləğv olunması barədə qərarın qəbul edilməsiniAl i Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs T.Bağırovanın vəkiliA.Abdullayeva kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və üçüncü şəxsin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərba ycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı iddiasının mümkün sayılmamasının yeganə səbəbi ondan ibarətdir ki, İddiaçı MMC-nin mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının olmasını təsdiq edən sənədin iş materiallarında mövcud olmaması, belə bir tə ləbin irəli sürülməsində onun subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sənədi təqdim etməməsidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddiaçının hazırkı iddia tələbinin irəli sürülməsində subyektiv hüququnun olmaması ilə razı deyildir. Belə ki, işin təkzibolunmaz faktı ondan ibarətdir ki, nnn, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsində yerləşən bina iddiaçı tərəfindən inşa edilmiş, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin ilkin alqı-satqısı məhz iddiaçı və X10 arasında həyata keçirilmişdir. Sonradan isə həmin qeyri-yaşayış sahəsi V.Ş.İsmayılov tərəfindən T.İ.Bağırovaya satılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi bunları nəzərə almamış və işin həmin hallarına hüquqi qiymət verməmişdir. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, Bakı Apel yasiya Məhkəməsinin iddiaçılar X6 və X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «mənzil-tikinti kooperativi binasında pay haqqı tam ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2014cü il tarixli qərarından məhkəmə tərəfindən işə cəlb olunmamış maraqlı şəxs İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən qəbul etdiyi 2-1(103)-2856/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə «İddiaçı « MMC-nin üçüncü şəxs qismində inzibati məhkə mə icraatına cəlb edilməsi barədə ərizəsi təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2014-cü il tarixli qərarından «İddiaçı « MMC tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamış və apelyasiya şikayətinin apelyasiya icraatına qəbulundan imtina edilmişdir. Daha sonra apelyasiya instansiyası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadında yazır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərardadı iş materiallarında yoxdur. Beləliklə, apelyasiya inst ansiyası məhkəməsi sözügedən işi tələb edib onu tam və hərtərəfli araşdırmaq əvəzinə, işdə olmayan məhkəmə aktına istinad etmişdir, yəni, həmin işin son nəticəsi bəlli deyildir. Bununla yanaşı, hazırkı işin İ cildinin 86-cı səhifəsindən göründüyü kimi, Nərimanov rayon məhkəməsi tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə qəbul edilmiş, 2(005)-33/2016 saylı qətnamə mövcuddur ki, həmin qətnamə ilə iddiaçı X4 cavabdehlər İddiaçı MMC-yə, X15 və digərlərinə, eləcə də üçüncü şəxs X1rşı mülkiyyət hüququnun bərpası və qeyriyaşayış sahəsinin boşaldılması barədə iddiası təmin edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin işin sonrakı gedişatı ilə və iş üzrə olan son nəticə ilə bağlı hər hansı hərəkət etməmiş, yəni, həmin işi tələb etməmiş, oradakı halları araşdırmamış və hazırkı iddia tələ bi baxımından onlara hər hansı hüquqi qiymət verməmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, məlum olduğu kimi, İddiaçı» MMC xx xxxxxxx 2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (maraqlı şəxslər X2 (xx xxxxxx 1958-ci il tarixdə Lerik rayonunun Gürdəsər kəndində anadan olmuş, Lerik rayonu, Camaşair kəndində qeydiyyatdadır), X14 (xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır) və X10 (xx xxxxxx 1977-ci il tarixdə Donetsk vilayətində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır)) qarşı iddia ərizəsi (iddia ərizəsi X16 tərəfindən imzalandığı göstərilmişdir) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1229/2014 saylı xx xxxxx 2014-cü il tarixli qərarına əsasən nnn inşa edilmiş binasında yerləşən mübahisəli qeyri-yaşayış sahəsinin 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2-1(82)-1229/2014 saylı qərarında göstərilən 41,0 kvadrat metr sahəsinin olmadığı, faktiki olaraq 21,7 kvadrat metr təşkil etdiyini eləcə də, tədqiq olunan qeyri-yaşayış sahəsinin texniki pasportunun təsnifat hissəsində göstərilən iş otağının sahəsi 15,9 kvadrat metr göstərildiyi, plan-sxemin üzərində isə həmin iş otağının sahəsinin isə 15,1 kvadrat metr kimi göstərildiyini nəzərə alaraq, mübahisəli obyektin icrasının texniki cəhətdən düzgün icra edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edi r ki, iddiaçının hazırkı iddiası xx xxxxx 2014-cü il tarixli məhkəmə aktına əsaslanır (o cümlədən qeyri-yaşayış sahəsinin ölçüləri ilə bağlı), digər tərəfdən birinci instansiya məhkəməsi də iş üzrə qərar qəbul edərkən mübahisəli obyektin icrasının texniki cəhətdən düzgün icra edilməməsini vurğulamışdır. Bu baxımdan, yuxarıda göstərilmiş 2 (iki) işin tələb edilərək öyrənilməsi, tam və hərtərəfli araşdırılması böyük əhəmiyyət kəsb edir. Belə ki, məlum olduğu kimi, «İcra haqqında» Qanunun müddəaları ilə icra icraatı zamanı aparılan hərəkətlərlə və yaxud hərəkətsizliklə əlaqədar şikayət edilməsinin fərqli qaydası müəyyən edilmişdir ki, belə olan halda, işə təkrar baxacaq apelyasiya instansiyası məhkəməsi bunların hamısını nəzərə alıb, İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini də diqqətə alaraq, qeyri-yaşayış sahəsinin ölçüləri ilə bağlı (ekspertiza rəyi də nəzərə alınmaqla) iddia tələbinin dəqiqləşdirilməsi baxımından da məsələyə yanaşmalı, bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul etməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21( 103)-96/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar