Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1798/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: işin hallarının obyektiv araşdırılmaması; aparılan inzibati icraatın qanuniliyinə qiymət verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2 və ca vabdehin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1842/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 24.11.1950-ci ildə anadan olmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya 24.01.2016-cı il tarixdən 57 yaşd an güzəştli şərtlərlə pensiya təyin edilmiş və təyin edilmiş pensiya üzrə ödənişlər 01.06.2020-ci ilə qədər həyata keçirilmiş, sonradan pensiya üzrə ödənişlər dayandırılmışdır.
3. İddiaçı qeyd edilən halın aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh 04 avqust 2020-ci il tarixli, **********9 saylı məktubla bildirmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olduğundan 24.11.2016 - 01.06.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 8459,41 manat artıq pul vəsaiti ödənilmişdir. Bununla əlaqədar olaraq əmək pensiyası dayandırılmış və artıq ödənilmiş vəsaitin büdcəyə bərpa edilməsi tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, onun 01.06.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilən zaman əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun müddəaları tətbiq edilmişdir. Həmin qanununun 68-ci maddəsinə əsasən isə pensiya almaq hüququ verən iş stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti güzəştli şərtlə ikiqat daxil edilir. Beləliklə, həmin maddədə qeyd olunan güzəştlər iddiaçının həm ümumi iş stajına, həm də güzəştli iş stajına şamil edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(112)-1576/2021 saylı qərarı ilə (ha kim: E.Ə.Əliyev) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin yalnız əmək pensiyası hüququ verən sığorta stajına (əmək fəaliyyəti dövrlərinin ümumi müddətinə) güzəştli şərtlərlə daxil edildiyindən, iddiaçının güzəştli iş stajının təqvim üzrə 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkət edilmədiyinə görə iddia tələbi əsassızdır və təmin edilməməlidir.
8. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qər ar qəbul olunmasını xahiş etmişdir. b)apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 21(103)-1842/2021 saylı qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: M.N.Tağızadə və X.A.Cəmilova) Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2-1(112)-1576/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
12. Kassasiya şikayətində iddiaçı qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin normaya əsasən, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Göründüyü kimi, sözügedən maddədə iş müddətinin yalnız ikiqat ölçüdə ümumi staja daxil edilməli olması qeyd edilməmişdir. Bu səbəbdən iddiaçının pensiyasının dayandırılması qanunsuz və əsassız olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. İddia çının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 16.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qa yda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnz ibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə hə min icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti ve rən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazır kı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
22. Hazırkı iş üzrə iddiaçının tələbi dayandırılmış pensiyanın bərpa edilməsi və dayandırılan dövr üzrə ödənilməmiş pensiyanın verilməsidir.
23. İşin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra isə pensiya ödənişi dayandırılmışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə məhkəmə araşdırmasının istiqam ətini ilk növbədə iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar, əmək pensiyasının təyini əsaslarını öyrənilməsi təşkil etməlidir. Belə ki, iş materiallarında iddiaçının pensiya işi olmadığından iddiaçıya ümumiyyətlə nə vaxtsa pensiya təyin edilib-edilməməsi, pensiyanın hansı əsaslarla, nə vaxt və hansı hüquq normalarının tələblərinə əsasən təyin edilməsi müəyyən edilmir. Bu halları araşdırmadan isə tərəflərin dəlillərinə qiymət verilməsi (pensiyanın dayandırılmasının qanuniliyi ilə bağlı) həm mümkün deyil, həm də işin obyektiv araşdırılması prinsipini pozur.
25. Bundan əlavə, tərəflərin dəlillərindən və cavabdehin 04.08.2020-ci il tarixli (iş v.5) məktubunun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş pensiya dayandırılmışdır və buna səbəb kimi, aparılan araşdırma zamanı idd iaçının güzəştli şərtlərlə pensiya hüququnun olmadığının müəyyən edilməsi göstərilmişdir.
26. Lakin iş materiallarına pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın başlanması (iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması) barədə qəbul edilmiş qərar, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən etməyə imkan verən sənədlər əlavə edilməmişdir. Həmçinin, aparılan inzibati icraatın nəticəsində inzibati aktın qəbul edilib-edilməməsi (konkret olaraq pensiyanın dayandırılm ası barədə qərarın qəbul edilməsi) məhkəmə tərəfindən araşdırılmamışdır.
27. Qeyd edilən halların araşdırılmaması isə cavabdehin iddiaçı barəsində apardığı inzibati icraatın və onun nəticəsinin qanuniliyinə qiymət verilməsini mümkünsüz edir. Həmçinin, apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən aparılan araşdırmanın (pensiya təyinin qanuniliyinin yoxlanılmasının) diskresion səlahiyyətlər çərçivəsində, yaxud qanundan irəli gələn hallarla əlaqəli həyata keçirilməsi məsələsini araşdırmamış, bu zaman isə diskresion səlahiyyət həddinin aşılıb-aşılmamasına və ya qanunla nəzərdə tutulan əsasların mövcudluğuna qiymət verməmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödəni şinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. 29. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başl anılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırıl ması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.
30. Bundan əlavə, əgər məhkəmə araşdırması zamanı iddiaçının pensiyasının dayandırılması barədə müvafiq inzibati aktın qəbul edilməsi öz təsdiqini taparsa, məhkəmə iddiaçıya düzgün iddia qaldırmaq istiqamətində yardım etməlidir.
31. Belə ki, işin hallarından görünür ki, məhkəmələr iddiaçının tələbini ona təyin edilmiş və dayandırılmış əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul etməklə baxmışlar.
32. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, təkrar apellyasiya baxışının gedişində iddiaçı barəsində pensiyanın dayandırılması barədə qərar qəbul edildiyi müəyyən olunarsa, iddi açı həmin qərarın ləğvinə dair iddia qaldırmalıdır. Başqa sözlə, qaldırılacaq iddia inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, yəni iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması barədə qərarın ləğvinə dair olmalıdır. İddiaçı həmçinin, bu zaman dayandırma nəticəsində alınmamış pensiya məbləğinin ödənilməsinə dair əlavə qərar qəbul edilməsini də tələb edə bilər.
33. Qeyd edilənlər İPM-in aşağıdakı normalarından irəli gəlir: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də q aldırıla bilər. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
34. Cavabdehə qarşı qaldırılacaq mübahisələndirmə haqqında iddianın ərazi aidiyyəti isə hazırkı iş üzrə İPM-in 8.1.2-ci maddəsinə əsasən həll edilməlidir. Həmin normada təsbit edilmişdir ki, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Başqa sözlə, iddiaçıya ediləcək yardımdan sonra onun tərəfindən cavabdehə qarşı təyin edilmiş pensiyanın dayandırılması barədə qərarın ləğvinə dair iddia qaldırılarsa, işin ərazi aidiyyəti məsələsi də müvafiq olaraq həll edilməlidir.
35. Bundan əlavə, iddia tələbinin dəqiqləşdirilməsi barədə yardım edilməsi zamanı apellyasiya məhkəməsi tərəfindən həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmalıdır.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməməklə qəbul olunduğundan ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
37. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin hazırkı qərarında əks olunmuş hüquqi mövqeni nəzərə almaqla işə baxmalıdır.
38. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1842/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.