Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1798/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəbinin peşə xəstəliyi olduğunun qeyd edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1945-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-S osial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ömürlük ikinci dərəcəli əlilliyin səbəbinin peşə xəstəliyi olduğunun qeyd edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 2-1(103)-1631/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. DSMF-nin Xüsusi şərtlərlə təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 11 yanvar 2020-ci il tarixli, **********6 nömrəli məktuba əsasən, iddiaçı 11 dekabr 1998-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. 2. 25 sentyabr 2019-cu il tarixdən iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir.
3. Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0266003AAKDW nömrəli Göndərişin surətinə əsasən, xx.xx.1945-ci il tarixdə doğulmuş iddiaçı peşə xəstəliyi əsası ilə əlillik təyin edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. 4. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” ilə bağlı elektron sənədin surətinə əsasən, iddiaçıya peşə xəstəliyi ilə bağlı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sənəddə imtinanın səbəbi qismində, Göndərişin “Peşə xəstəliyi” səbəbi ilə gəlməsinə baxmayaraq, həmin şəxsin adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmadığı qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci inst ansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 25 sentyabr 2019-cu il tarixdə təyin edilmiş ümumi səbəbdən ömürlük ikinci dərəcəli əlilliyin səbəbinin peşə xəstəliyi olduğunun müəyyən olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1986-cı il tarixli, 91 saylı əmrlə Yardımlı rayon Mərkəzi Xəstəxanasına 1.0 ştat vahidi üzrə rentgenoloq vəzifəsinə təyin olunmuş və xx.xx.2012-ci ilə kimi həmin vəzifədə işləmişdir. Əmək Məcəlləsinə edilmiş əlavə və dəyişikliyə əsasən, büdcədən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilmiş, bununla əlaqədar olaraq işdə olan ehtiyac və kadr çatışmazlı ğı nəzərə alınaraq Yardımlı rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tərəfindən xx.xx.2012-ci il tarixdən 55 saylı əmrin 2-ci paraqrafına əsasən onunla rentgenoloq kimi bağlanmış əmək müqaviləsi xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü tarixə kimi uzadılmışdır. xx.xx.2013-cü il tarixli, 15 saylı əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Ona 11 dekabr 1998-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti tərəfindən ona xx.xx.2019-cu il tarixdə ümumi xəstəlik üzrə 2-ci dərəcəli əlillik təyin olunmuşdur. O, insan orqanizminə zərərli olan rentgenoloq vəzifəsində işlədiyi üçün xəstəliyə tutulmuşdur. Onu düzgün yönləndirməmişlər və on a ümumi xəstəlik səbəbindən əlillik qrupu verilməklə pensiyaya çıxmışdır. Halbuki bütün klinik diaqnozlarda əsas xəstəliyin mənşəyinin peşə xəstəliyi ilə bağlı olduğu, ağırlaşdırıcı dərəcədə əziyyət çəkdiyi qeyd edilmişdir. Klinik diaqnoz: Ağırlaşmış katarakta (H26.2), görmə sinirinin hissəvi antrofiyası, makulodistrofiya, postradiasion toksiki ensefalopatiya (G93.4). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V. Axundov adına ETTPİ-nin peşə xəstəlikləri Klinikasının xx.xx.2020-ci il tarixli xəstəlik tarixçəsindən çıxarışa əsasən, onun əsas xəstəliyinin peşə mənşəli olması barədə rəy verilmiş, Yardımlı RMX-na 4 nömrəli əlavə tibbi sənəd və 388/Y saylı bildiriş göndərilmiş və dispanser müşahidəsində saxlanılması tövsiyə olunmuşdur. Yardımlı rayon X2 Məsləhət Komissiyası Tibbi Sosial Eksper t Komissiyasına onun peşə xəstəliyi ilə əlaqədar göndəriş ünvanlanmış, lakin cavabdeh tərəfindən imtina verilmişdir. İmtinanın səbəbi kimi onun adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması əsas götürülmüşdür.
7. İddiaçı iş üzrə cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası”-nın əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və Bakı İnzibati Məhkəməsinin 2 aprel 2021-ci il tarixli, 2-1(112)-2650/2021 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiy ası” əsl cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” ilə əvəz edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 tərəfindən təqdim olunmuş T 175/2021 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, vətəndaş B. S. Şabiyev V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri klinikasında 17.03xx.xx.2020-ci il tarixlərdə “ağırlaşmış katarakta H26.2; görmə sinirinin hissəvi atrofiyası, makulodistrofiya, radiasion toksiki ensefalopatiya G93.8, Yanaşı: İ25 ürəyin işemik xəstəliyi, aterosklerotik kardioskleroz, sinus taxikardiyası, E28.1 andr ogenlərin artıqlığı, cinsiyyət orqanlarında hiperaktivlik, tez-tez narahat olma, C67.9. sidik kisəsinin dəqiqləşdirilməmiş yeni törəməsi, papilloma (cərrahi əməliyyatdan sonrakı vəziyyət, 2dd009-cu il), Z01.1. hər iki qulaqda neyrosensor tip orta dərəcəli zəif eşitmə, L85.3; F31.1. bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Yardımlı rayon Mərkəzi Xəstəxanası tərəfindən B.S.Şabıyevin adına doldurulmuş xx.xx.2020-ci il tarixli, 0266003AAKDW saylı göndərişlə göndərilmiş 88 saylı arayışda göstərilən diaqnoz və onun ağırlaşmaları şəxsin V.Axundov adına ETTPİ-nin Peşə xəstəlikləri klinikasında müayinə və müalicədə olarkən etdiyi şikayətləri, aparılmış laborator funksional diaqnostik müayinələrin nəticələri əsasında qoyulm uş və həmin xəstəliklərin peşə mənşəli olması müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərə əsasən onda olan həmin xəstəliklər xx.xx.2009-cu il tarixdən başlamışdır və peşə xəstəliyi olduğundan rentgenoloq vəzifəsində işlədiyi dövrdə şəraitlə bağlı yarana bilməsi də inkar olunmur.
10. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-2650/2021 nömrəli qərarı ilə (hakim A.P.Oruczadə) iddia təmin edilərək, xx.xx.1945-ci il təvəllüdlü iddiaçının əlilliyinin səbəbinin “ümumi xəstəlik”-dən “peşə xəstəliyi”nə dəyişdirilərək qeyd edilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, iş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, iddiaçının əlil olmasına səbəb olan xəstəlik peşə mənşəli olmuş və həmin xəstəlik onda rentgenoloq vəzifəsində işlədiyi dövrdə xx.xx.2009-cu il tarixdən başlamışdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 2-1(103)-1631/2022 nömrəli qərarı ilə (hakimlər H.Ü.Həmidov - sədrlik edən və məruzəçi, E.E.Nağıyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2-1(112)-2650/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mö vqeyi ilə razılaşmışdır. Məhkəmə iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmaması ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan V.Y.Axundov adına X1 İnstitutunun direktoru professor Adil Allahverdiyev tərəfindən verilmiş Rəydən müəyyən edilir ki, xəstə İddiaçı yenidən xx.xx.2020-ci ildə Peşə xəstəlikləri klinikasına müraciət etmiş, təqdim edilən sənədlər və bu sahədəki müvafiq qanunvericiliyə istinadən rəy verilmiş və məlumatların reyestrə elektron qaydada daxil edilməsi məqsədilə 29 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya şöbəsinə ünvanlanmışdır. Göründüyü kimi, iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmamasının onun təqsiri üzündən baş verdiyi müəyyən edilmədiyindən cavabdehin imtinası formal xarakter daşımışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd olunur ki, iddiaçının ömürlük ikinci dərəcə əlilliyin səbəbinin peşə xəstəliyi kimi olduğunun təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 2-1(103)-1631/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:... 1.5.1.3. peşə xəstəliyi;... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlil lik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müə yyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə q əbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
19. İnzibati Prosessual Məcəllə Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. formal
21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya mə hkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiym ətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı işin hallarına görə, iddiaçıya xx.xx.2019-cu il tarixdə “ümumi xəstəlik” səbəbi ilə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin səbəbinin “peşə xəstəliyi”nə dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmadığına istinadən iddiaçının tələbinin təmin edilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlilliyi onun xəstəliyi ilə bağlı obyektiv göstəricilər əsasında müəyyən olunmalı və qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin imtinasında istinad etdiyi səbəb iddiaçının xəstəliyinə bağlı obyektiv göstərici kimi qiymətləndirilə, onun əlilliyinin peşə xəstəliyi ilə bağlı olduğunu və bunun üzərindən əlilliyin səbəbinin dəyişdirilməsini istisna edən əsas kimi nəzərdən keçirilə bilməz. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndində şəxsin əlilliyinin müəyyən edilməsinin səbəbləri təsbit edilmişdir və həmin səbəblər sırasında cavabdeh tərəfindən istinad olunan səbəb nəzərdə tutulmamışdır.
29. Həmçinin nəzərə almaq lazımdır ki, əlilliyin müəyyən edilməsi zamanı inzibati orqan qiymətləndirmə azadlığına malik olsa da, məhkəmə qiymətləndirmənin obyektiv göstəricilər əsasında həyata keçirilib-keçirilmədiyini və şəxsin əlilliyinin yuxarıda istinad olunan normada təsbit olunmuş səbəblərdən birinə əsasən müəyyən edilib-edilmədiyini tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir.
30. Bu baxımdan apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Beləliklə, sadəcə olaraq iddiaçının adının Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrində mövcud olmadığına istinadən iddiaçının əlilliyinin səbəbinin dəyişdirilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bil məz.
32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2022-ci il tarixli, 21(103)-1631/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.