Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1798/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış binalarının istismarına icazə verilməsi; inzibati orqan tərəfindən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla müraciətin cavablandırılması (inzibati icraat aparmaqla Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “yaşayış binalarının istismarına icazə verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(103)-474/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 646 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllədə mövcud tikililərin sökülərək yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir.
2. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı sərəncamı, 13074 saylı inşaat pasportu və xx.xx.2016-cı il tarixli, 18/04-04 saylı məktub əsasında Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə tikintisi nəzərdə tutulan Baş plan üzrə 1 saylı yaşayış binasının təqdim olunmuş işçi layihəsinə baxılaraq (bina 1: 1 girişli 16 mərtəbəli+LMŞ, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi-yeraltı avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM M.Mirzəyev) onun memarlıq hissəsi razılaşdırılmışdır.
3. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı sərəncamı, 13074 saylı inşaat pasportu və xx.xx.2016-cı il tarixli, 18/04-287 saylı məktub əsasında Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə tikintisi nəzərdə tutulan Baş plan üzrə 2 saylı yaşayış binasının təqdim olunmuş işçi layihəsinə baxılaraq (bina 2: 1 girişli 16 mərtəbəli+LMŞ, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi-yeraltı avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM V.Eyvazov) onun memarlıq hissəsi razılaşdırılmışdır.
4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı sərəncamı, 13074 saylı inşaat pasportu və işçi layihələrinin memarlıq hissəsi xx.xx.2016-cı il tarixli, 18/04-20 saylı və xx.xx.2018-ci il tarixli, 18/04-30 saylı məktublarla razılaşdırılmış Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə tikintisi nəzərdə tutulan Baş plan üzrə 1 və 2 saylı yaşayış binalarının yaşayış mərtəbələrinin daxili planlaşdırmasında edilmiş dəyişikliklərə, zirzəmi mərtəbələrinin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi ilə əvəz edilməsinə və əlavə mansarda (yaşayış) mərtəbələrinin tikintisinə dair təqdim olunmuş işçi layihəsinə baxılaraq (2 ədəd 1 girişli 16 mərtəbəli+ mansarda (yaşayış) +LMŞ, 1-ci və zirzəmi mərtəbələriqeyri yaşayış sahəsi; "xxxx" MMC-nin işi, LBM M.Mirzəyev və "xxxx" MMC-nin işi, LBM V.Eyvazov) onun memarlıq hissəsi razılaşdırılmışdır.
5. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliy i “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Nizami, Babək prospekti 2390 saylı məhəllədə İddiaçı MMC tərəfindən inşa olunmuş 16 mərtəbəli yaşayış binasının (blok1 və blok2) mansarda mərtəbəsinin texniki vəziyyəti haqqında texniki rəydə (xx.xx.2019-cu il tarixli) qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 saylı məhəllədə İddiaçı MMC tərəfindən inşa olunan binaların mansarda mərtəbəsinin texniki müayinəsi təqdim edilmiş eskiz layihəsi və konstruksiya cizgiləri əsasında aparılmışdır. Müayinə zamanı mansarda mərtəbəsinin yükdaşıyan konstruksiyalarında çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 saylı məhəllədə İddiaçı MMC-yə məxsus 16 mərtəbəli yaşayış binasının mansarda mərtəbəsi qeyd olunan iradlarla (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin rəyi təqdim edilməyib; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X2 Ekspertiza Baş İdarəsinin xx.xx.2016- cı il tarixli, 22764 nömrəli rəyində dam örtüyü “monolit dəmir-beton tava üzərində yumşaq materiallardan” qəbul edilmişdir, yerində isə mansarda mərtəbəsi inşa olunmuşdur; Təqdim olunmuş yeni mansarda mərtəbəsinin layihəsində parapet elementləri nəzərə alınmamışdır. Yerində inşa olunmuş parapet divarı və köhnə layihələrdə mansarda mərtəbəsi ilə bağlı uyğunsuzluq vardır; Mansarda mərtəbəsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi, Azərbaycan Respubli kası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, Azərbaycan Seysmoloqlar Assosiasiyasının hesabat rəyi, FHN X14 Xidmətinin rəyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu, müəllif nəzarət jurnalı təqdim olunmamışdır) inşa edilmişdir.
6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllədə inşa edilmiş 2 ədəd, 1 səviyyəli zirzəmili, 1 girişli, 16+mansarda mərtəbəli yaşayış binasının (Bina 1 və 2) “İstismara hazırlıq Aktı” tərtib edilmişdir.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllədə inşa edilmi ş 2 ədəd, 1 səviyyəli zirzəmili, 1 girişli, 16+mansarda (1-ci mərtəbəsi qeyriyaşayış sahəsi) mərtəbəli yaşayış binasının yanğın təhlükəsizliyinə cavab verməsi haqqında Akt tərtib edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllədə tikintisi başa çatmış "xxxx" MMC-yə məxsus yaşayış binalarının sanitariyagigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun hesab edilməsi barədə xx.xx.2020-ci il tarixli Arayış verilmişdir.
9. İddiaçı cavabdehə müraciət edərək Babək prospekti, 2390-cı məhəllədə tikintisi başa çatmış yaşayış binasına istismara icazə verilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Mema rlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllədə 2 ədəd 1 girişli 16 (+LMŞ) mərtəbəli yaşayış binaları işçi layihəsi razılaşdırılaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 451 saylı xx.xx.2018-ci il tarixli 61 saylı Sərəncamları ilə yaşayış binalarının tikintisinə icazə verilmişdir. "xxxx" MMC-nin müraciəti əsasında qeyd olunan yaşayış binalarının yeni tikinti layihəsinin memarlıq bölməsi (16+ mansarda (yaşayış)+L) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 18/04-166 saylı məktubu ilə razılaşdırılmışdır. Sifarişçi tərəfindən yeni layihəyə uyğun tikintiyə icazə alınmadığını nəzərə alaraq yaşayış binalarının istismarına icazə v erilməsi məqsədəuyğun deyil.
11. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, 2 ədəd 16 mərtəbəli 1 giriş yaşayış binasının tikintisinə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları ilə "xxxx" MMC-yə icazə verilmişdir. Sonradan, həmin binaların üzərində əlavə mansarda mərtəbəsinin tikintisinə dair hazırlanmış işçi layihəsinin memarlıq hissəsi Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il 18/04-166 nömrəli məktubu ilə razılaşdırılsa da, əlavə mansarda mərtəbəsi müvafiq icazə alınmadan inşa edilmişdir. Bu səbəbdən müraciətdə qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar X9, X5, X6, X8 və X10 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının (bina 1 və 2) istismarına icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçılar X9, X5, X6, X8, X10 və “Yusifoğlu MTK”-nın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar X9, X5, X7, X10 və X4 əsl iddiaçı "xxxx" MTK ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nin isə əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, əsl olmayan iddiaçılar əsl iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 646 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda mövcud tikililərin sökülməsi və yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında yaşayış binalarının layihələri hazırlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 451 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda baş plan üzrə 1 saylı yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 61 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda Baş Plan üzrə 2 saylı yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə icazə verilmişdir. 2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/46 nömrəli ayrıc aktı t ərtib edilmişdir. Həmin akta əsasən tikinti 1,3250 ha ərazini əhatə edir. Daha sonra 1 və 2 saylı yaşayış binalarında zirzəminin təyinatının qeyri-yaşayış obyektinə dəyişdirilməsi və mansarda tikintisi üçün layihədə dəyişiklik edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 04/16 saylı məktubuna əsasən həmin dəyişikliyə razılıq verilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq layihələndirmə işləri üzrə lisenziyası olan "xxxx" MMC tərəfindən yaşayış binasının işçi layihəsi hazırlanmışdır. Tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir. FHN-nin X13 Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən yaşayış binası yanğın təhlükəsizliyi tələblərinə cavab verməklə inşa edilmi şdir və yanğın texniki ləvazimatlarla təchiz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2020- ci il tarixli məktubuna əsasən yaşayış binaları sanitariya gigiyenik və epidemioloji tələblərə uyğun hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə FHN-nin Tikintidə X3 Agentliyi tərəfindən 003391 nömrəli istismara hazırlıq aktı tərtib edilmişdir. Həmçinin FHN-nin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən yaşayış binaları eskiz layihəsi və konstruktor cizgiləri əsasında inşa edilmişdir və hər hansı nöqsan aşkar edilməmişdir. Mənzillər su, qaz, elektrik və rabitə sistemləri ilə təmin edilmişdir. Binalarda mənzillər satılmışdır və həmin şəxslər artıq bina da məskunlaşmışdır. Lakin cavabdeh əsassız olaraq binanın istismara qəbuluna icazə verməkdən imtina edir. Hətta bina sakinləri özləri də müraciət etsələr də, cavabdeh bu müraciəti nəzərə almamışdır. Cavabdeh öz mövqeyini belə izah etmişdir ki, əlavə mansarda mərtəbəsi icazə alınmadan inşa edilmişdir. Halbuki həmin inşaat işləri yuxarıda göstərildiyi kimi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Ümumilikdə nəzərə alınmalıdır ki, tikinti işləri başa çatmışdır və sakinlər binalarda məskunlaşmışdır. Cavabdeh müvafiq tikinti işlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olubolmaması məsələsinə diqqət yetirmək əvəzinə, formal əsasla istismara icazə verməkdən imtina edir.
15. Cavabdehin iddia tələbinə yazılı etirazı onunla əsaslandırılmışdır k i, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanda inşa edilmiş 2 ədəd 16 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları və müvafiq tikintiyə icazə sənədləri ilə İddiaçınə icazə verilmiş, lakin sonradan, həmin binaların üzərində əlavə mansarda mərtəbəsinin tikintisinə dair hazırlanmış işçi layihəsinin memarlıq hissəsi Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2018-ci il tarixli 18/04-166 nömrəli məktubu ilə razılaşdırılsa da, əlavə mansarda mərtəbəsi müvafiq icazə alınmadan inşa edildiyindən, istismarına icazə verilməsi mümkün olmamışdır. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanında inşa edilmiş yaşayış binalarının istismarına icazə verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 66 nömrəli məktubuna və göstərilənlərlə bağlı sözügedən binaların sakinlərinin xx.xx.2021-ci il tarixli kollektiv müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmış və Baş İdarənin xx.xx.2021-ci il tarixli XO-02-03- 2021-04367 nömrəli məktubu ilə məlumat verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanda Baş plan üzrə 1 saylı binaya (əvvəlki 3 saylı) Məcəllənin tələblərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Eİİ11/22 (Tİ-40/21) nömrəli istismarına icazə verilmişdir. Ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, layihə sənədlərini hazırlayan şəxs (bundan sonra - layihəçi) həmin layihələri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli isti fadəsinin qiymətləndirilməsi (dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin smetaları üçün) üçün təkrar ekspertizaya təqdim edir. Ekspertizanın müsbət rəyi alındıqdan sonra, yeni tikintiyə icazə sənədi alınmalıdır. Baş plan üzrə 1 və 2 saylı digər yaşayış binalarında dəyişikliklərlə əlaqədar, həmçinin əlavə mansard (yaşayış) mərtəbələrinin tikintisinə dair hazırlanmış işçi layihəsinin memarlıq hissəsi Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən tikintiyə icazə sənədi alınmamış və tikintiyə icazə icraatı başa çatdırılmamışdır. Bu səbəbdən də sözügedən yaşayış binasının mansarda mərtəbəsinin tikintisi qanunsuz tikili hesab edilir. Azərbaycan Respu blikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın 1.1-ci bəndinə əsasən tikinti obyektlərinin istismarına icazə üçün sifarişçi tərəfindən eyni zamanda tikintiyə icazə sənədi təqdim edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbi rədd edilməlidir.
16. Bakı İnzibati Məhkəməsinin (hakim: H.A.Ağalarov) 19 iyul 2023-cü il tarixli, 21(112)-5047/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün təqdim edilməli olan ilk sənəd tikintiyə icazə sənədidir ki, hazırkı işdə mövcud deyildir. Həmçinin, tikinti layihəsinin razılaşdırılması da özlüyündə həmin layihənin tikintisinə icazə kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və K.H.Əkbərov) 16 fevral 2024-cü il tarixli, 21(103)-474/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tikintiyə əlavə edilmiş dəyişliklərin konstruktiv və dayanıqlılığa təsir etməməsi texniki rəy ilə təsdiqlənmiş, rəydə göstərilən iradlar əsasən aradan qaldırılmış və Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 75-ci maddəsində qeyd edilən tikintiyə dair normativ tələblərə riayət edilmişdir. Məhz tikintiyə icazə sənədinin də mahiyyəti ondan ibarətdir ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmasın. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəli binalarda tikinti iş ləri başa çatmışdır və sakinlər binalarda məskunlaşmışdır. Qeyd edilənlərə əsasən Kollegiyanın qənaəti ondan ibarətdir ki, sözügedən binalar qanunvericiliyin tələbləri yerinə yetirilməklə inşa edildiyindən və lazımı icazələr və razılıqlar alındığından, təkcə əlavə mansarda mərtəbəsi müvafiq icazə alınmadan tikildiyi üçün yaşayış binalarının istismarına icazə verilməməsi əsaslı hesab edilə bilməz.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsində qeyd edilir ki, tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini müvafiq icra hakimiyyəti orqanı (qurum) təmin edir. Göründüyü kim, tikili Şəhərsalma Və Tikinti Məcəlləsinin 75.5.1-ci maddəsində qeyd olunan şəhərsalma sənədlərinə uyğun olduğu halda, həmin tikili barəsində müvafiq uyğunluq rəyi verilir. Şəhərsalma sənədləri dedikdə məhkəmə tikilinin dayanıqlılığı və müvafiq təhlükəs izlik tələblərinə cavab verməsi şərtinin ödənilməsi ilə kifayətlənmişdir. Lakin şəhərsalma sənədləri dedikdə isə tikilinin yalnız dayanıqlılığı və təhlükəsizliyi ilə bağlı normativ tələblərə uyğun olması deyil, eyni zamanda ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu da nəzərdə tutulur. 23. “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli Qərarın 4.13-cü bəndində ərazi zonalarında yolverilən tikintinin miqyası müvafiq cədvəl üzrə müəyyən edilmişdir ki, orada çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üçün ərazini n tikinti sıxlığı əmsalı konkret olaraq müəyyən edilmişdir. “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydalan”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 nömrəli Qərarının 2.4.4-cü bəndində göstərilir ki, şəhərsalma əsaslandırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə, layihələndirilən ərazinin ölçülərindən asılı olaraq müəyyən olunan miqyasda, topoqrafik planda işlənil ir və tərkibində mərtəbəlilik göstərilməklə şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı göstərilir. “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarın 7-ci bəndinə əsasən divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsidir. Göründüyü kimi binada layihədən kənar əlavə mərtəbələrin tikilməsi ilə binanın tikinti sıxlığı əmsalı və binanın sərhədi ilə bina arasında müəyyən edilmiş ara məsafəsi də daralmış olur.
24. Göründüyü kimi, layihə işlənilərkən tikinti işlər i aparılması planlaşdırılan ərazinin tikinti sıxlığı əmsalı dəqiq müəyyən olunmalı və layihədə qeyd edilməlidir. Sonradan layihədə müəyyən dəyişikliklərin aparılması və əlavə mərtəbələrin tikintisi nəticəsində müvafiq olaraq ərazinin tikinti sıxlığı əmsalında və binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafədə (ara məsafəsi) faktiki olaraq ciddi fərqlər yaranmışdır ki, buda layihənin, şəhərsalma sənədlərinə, habelə bilavasitə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 6 nömrəli, 21 fevral 2014-cü il tarixli 51 nömrəli, 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Həmçinin, əlavə mansarda mərtəbəsinin inşası layihədə müəyyən edilmiş maşınların dayanacaq yerlərinin sayının azalmasına, əhalinin məskunlaşma sıxlığının artmasına, avtomobil yerlərinin azalmasına, habelə uşaqların və böyüklərin istirahəti üçün nəzərdə tutulan əyləşmək məqsədilə quraşdırılmış kürsülərdə sıxlığın yaranmasına gətirib çıxarır ki, buda orada yaşayan vətəndaşların hüquqlarının pozulması deməkdir. Eyni zamanda, sözügedən bina su, qaz, elektrik və.s rabitə sistemləri ilə təmin edilmişdir. Həmin binada əlavə mansarda mərtəbəsinin inşası ilə su, qaz,-elektrik və.s rabitə sistemlərinin (xətlərinin) qoşulması üçün tərtib edilmiş texniki şərtlərdə göstəriləndən artıq müvafiq qoşulma nöqtələrində müəyyən gərginliyin artması və əlavə yüklənmə yaranmasına gətirib çıxarır. Bununla da “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasını n Qanunlarının tələbləri faktiki olaraq pozulur.
25. Şəhərsalma Və Tikinti Məcəlləsinin 88.2-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 2.3-cü bəndinin tələblərindən aydın görünür ki, ekspertizadan keçirilmiş tikinti layihələrində konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə təkrar ekspertizadan keçirilməlidir. Göründüyü kimi, əlavə mansarda mərtəbəsinin inşa edilməsinin konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olması qənaətinə gəlmək mümkündür. Binada əlavə mərtəbənin tikintisindən sonra bina müvafiq olaraq dayanıqlığı və möhkəmliyi ilə bağlı təkrar ekspertizadan keçirilməmiş və həmin mansarda mərtəbəsinin ti kintisinə icazə alınmamışdır ki, bununla da aydın olur ki, tikintiyə icazə icraatı başa tam çatdırılmamış, bununla da ŞTM-nin 75-ci maddəsinin tələbləri pozulmuşdur. 26. “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanının 2.15-ci bəndində göstərilir ki, tikintinin hər bir növbəti mərhələsi üzrə yerinə yetirilmiş inşaat işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə və tikinti layihəsinə uyğunluğu barədə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs obyektdə işin gedişatını ləngitməmək məqsədi\-/ ilə hər bir mərhələ üzrə işlər başa çatan zaman dövlət nəzarətini həyata keçirməli və “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda müvafiq qeydlər aparmalıdır. Daha sonra Obyektdə növbəti mərhələ üzrə tikinti-quraşdırma işlərinin davam etdirilməsinə razılığın verilməsi məsələsi həll olunmalıdır. Buradan aydın olur ki, 16 mərtəbəli bina tikildiyi zaman necə ki, onun hər-hansı mərtəbəsi yekunlaşdıqdan sonra müvafiq yoxlama aparılıb növbəti mərtəbənin tikintisi üçün müsbət rəy verilməli idisə, eyni ilə 16-cı mərtəbədən üstdə tikilmiş əlavə mansarda mərtəbəsi ilə bağlı yoxlama aparılmalı və müsbət rəy verilməli idi. Beləliklə, 16 mərtəbəli binanın üzərində əlavə mansarda mərtəbəsinin inşası ilə bağlı ŞTM-nin 75-ci maddəsi üzrə tikintiyə icazə icraatı tam başa çatdırılmamış və nəticə də qanunvericiliyin tələbləri pozulmuşdur.
27. Məhkəmənin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezid entinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanının 1.2-ci bəndinin tətbiq edilməsi ilə bağlı fikrinə münasibətdə isə qeyd olunmalıdır ki, həmin Fərmanın 9-cu bəndində göstərilir ki, bu Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir. Məhz bu səbəbdən sözügedən binaya münasibətdə 529 nömrəli Fərman tətbiq edilə bilməzdi çünki, müvafiq olaraq Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən proseduralar icra olunmalı və yekunda istismara hazırlıq aktı Fövqəladə Hallar Nazirliyi tərəfindən Komitəyə təqdim edilməli idi ki, Komitə tərəfindən müvafiq olaraq istismara icazə sənədi verilsin. Lakin FHN tərəfindən Komitəyə belə bir akt təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edi lən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın 1-ci bəndinə əsasən, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilməli olan sənədlərin siyahısında tikintiyə icazə sənədi də göstərilmişdir. Lakin iddiaçı tərəfindən istismara hazırlıq aktın ilə təqdim edilən tikintiyə icazə sənədi 16 + mansarda mərtəbəsinin tikintisinə icazə deyil, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sadəcə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsi ilə bağlı sənəddir. Göründüyü kimi, qanunvericiliyin tələbi ilə 16 mərtəbəli binanın üzərində lazımi icazələr almadan əlavə mansarda mərtəbəsinin inşası özbaşına tikili he sab olunur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəki ldə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstə rilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət q ismən - apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
33. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 646 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllədə mövcud tikililərin sökülərək yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verilmiş, daha sonra Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli məktublarla Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 646 saylı sərəncamı, 13074 saylı inşaat paspo rtu və xx.xx.2016-cı il tarixli, 18/04-04 saylı məktub əsasında Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə tikintisi nəzərdə tutulan Baş plan üzrə 1 saylı yaşayış binasının təqdim olunmuş işçi layihəsinə baxılaraq (bina 1: 1 girişli 16 mərtəbəli+LMŞ, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi-yeraltı avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM M.Mirzəyev; bina 2: 1 girişli 16 mərtəbəli+LMŞ, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi-yeraltı avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM V.Eyvazov) onun memarlıq hissəsi razılaşdırılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə tikintisi nəzərdə tutulan Baş plan ü zrə 1 və 2 saylı yaşayış binalarının yaşayış mərtəbələrinin daxili planlaşdırmasında edilmiş dəyişikliklərə, zirzəmi mərtəbələrinin təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsi ilə əvəz edilməsinə və əlavə mansarda (yaşayış) mərtəbələrinin tikintisinə dair təqdim olunmuş işçi layihəsinə baxılaraq (2 ədəd 1 girişli 16 mərtəbəli+ mansarda (yaşayış) +LMŞ, 1-ci və zirzəmi mərtəbələri- qeyri yaşayış sahəsi; "xxxx" MMC-nin işi, LBM M.Mirzəyev və "xxxx" MMC-nin işi, LBM V.Eyvazov) onun memarlıq hissəsi razılaşdırılmışdır.
34. İddiaçının hüquqi marağı yaşayış binasına istismar aktının əldə edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsasını iki hal təşkil edir: Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mansarda mərtəbəsinin tikintisinə icazə verilməməsi və layihə dəyişikliyinin təkrar ekspertizası nın keçirilməməsi ilə bağlıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludur və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəf indən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
36. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi ş əxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdır.
37. Bundan əlavə, ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.
38. Məhkəmə kollegiyası hesa b edir ki, iddiaçının təqdim etdiyi sənədlər (tikintinin layihəsinin razılaşdırılmasına dair sənədlər, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Nizami, Babək prospekti 2390 saylı məhəllədə İddiaçı MMC tərəfindən inşa olunmuş 16 mərtəbəli yaşayış binasının (blok 1 və 2) mansarda mərtəbəsinin texniki vəziyyəti haqqında texniki rəy, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən verilmiş “İstismara hazırlıq Aktı”, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X13 Xidməti tərəfindən verilmiş yaşayış binasının yanğın təhlükəsizliyinə cavab verməsi haqqında Akt, Azər baycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş yaşayış binalarının sanitariya-gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun hesab edilməsi barədə Arayış), binanın tikintisinin başa çatması və orada faktiki yaşayışın olması nəzərə alınmaqla, cavabdeh tərəfindən imtinanı təşkil edən əsasların (istismara icazə sənədinin verilməsinə mane olan halların) hazırkı halda aradan qaldırılmasının mümkünlüyü (Bakı şəhər İcra Hakimiyyətinin rəyinin alınması, təkrar ekspertizanın hazırkı halda keçirilməsi), hazırkı halda yenidən tikintiyə icazə almağa ehtiyac yaranıb-yaranmaması, sonradan alınmış rəylərin tikinti və təhlükəsizliklə bağlı tələblərə əməl olunduğu nəticəsinə gəlməyə əsas verib-verməməsi məsələləri müzakirə edilib iddiaçının mür aciətinə yenidən inzibati icraat aparmaqla baxılması şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
39. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə görə, barəsində icazə tələb olunan tikinti, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Nəzərə almaq lazımdır ki, istinad olunan norma anlamında tikintiyə icazə, tikinti layihəsində əksini tapan tikinti niyyətinə verilir. Həmin layihənin səlahiyyətli qurum tərəfindən razılaşdırılması və ya təsdiq olunması həmin layihənin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təsbit edir. Bu mənada, tikintiyə icazənin məqsədi də məhz, təqdim olunmuş tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etməkdən ibarətdir. Hazırkı mübahisəyə bu kontekstdən yanaşdıqda və sözügedən tikinti obyektinin layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğunluğunun məhz, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırıldığını və təsdiq olunduğunu nəzərə aldıqda, həmin tikintiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən istinad olunan norma anlamında icazə verildiyi də qəbul edilə bilər.
40. Qeyd edilənlərə əsasən, məsələyə icraatla bağlı tələblərə riayət edilməklə və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati orqanda yenidən baxılması imkanı tükətilmədiyi üçün a pellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 21(103)-474/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin olunsun. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin “yaşayış binalarının istismarına icazə verilməsi” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Mema rlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.