Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1799/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı3, X1 və İddiaçı4 Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq 03.11.2021 Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Bakı şəhəri Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “iddiaçılara kompensasiya ödənilməsi” tə ləbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-796/2021 saylı, 23 iyun 2021-ci il tarixli qərardadından iddiaçıların verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı2 ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.645 AZN ödəniş edilmişdir.
2. İddiaçı3 ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.645 AZN ödəniş edilmişdir
3. İddiaçı2 oğlu ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notari at Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.645 AZN ödəniş edilmişdir.
4. İddiaçı4 Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, dalan 1, 3B saylı evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.500 AZN ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar 25 iyun 2020-ci il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdehdən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ödənilmiş əmlaka görə kompensasiya məbləğinin 20% miqdarında hesablanmalı olan Dövlət Ehtiyacları üçün Satın alınmaya məruz qalmış əmlaklara ödənilməyən vəsaitlər üzrə və çətinliyə görə 10% miqdarında vəsaitin iddiaçıların xeyrinə - İddiaçı1 xeyrinə 39.107,0 manat və 19.553,5 manat cəmi 58.660,5 manat; İddiaçı2 xeyrinə 6.529,0 manat və 3264,5 manat cəmi 9793,5 manat; İddiaçı3 xeyrinə 6529,0 manat 3254,5 manat cəmi 9793,5 manat; İddiaçı4 xeyrinə 6500,0 manat və 3250,0 manat cəmi 9750,0 manat məbləğində vəsaitin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, artıq özgəninkiləşdirilmiş əmlaklarına görə yenidən həmin əmlakların alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüquqları olmadığı üçün hazırki iddia mümkün say ılmamalıdır.
7. Məhkəmənin 2-1(112)-5277/2020 saylı 02.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-5277/2020 saylı iş) 3 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığına görə iddia mümkün sayılmamalıdır.
10. İddiaçılar həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X10, 2-1(103)-796/2021 saylı iş) 23 iyun 2021-ci il tarixli qərardadla iddiaçıların apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 3 noyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
12. İddiaçılar 3 avqust 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. Kompensasiyaya məruz qalmış əmlakın dəyərindən əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20 faiz əlavə kompensasiya ödənil məsi nəzərdə tutulmuşdur.
14. Lakin cavabdeh tərəfindən iddia ərizəsinə əlavə edilmiş Notariat Ofislərində təsdiq edilmiş alqı-satqı müqavilələrindən göründüyü kimi, yalnız əmlakın dəyəri ödənilmişdir.
15. Bundan əlavə binanın digər qeyri-yaşayış sahələri sakinlərin ümumi mülkiyyətində olmuşdur, o cümlədən binanın yerləşdiyi torpaq sahəsi də ümumi mülkiyyətində olmuşdur.
16. İş materiallarından göründüyü kimi iddiaçılara məxsus olmuş evlər fərdi yaşayış fonduna aid olduğundan, eyni zamanda mülkiyyət hüququnu təsdiq edən çıxarışlardan göründüyü kimi, istifadə hüququ tanınmaqla Dövlət tərəfindən Qanuna əsasən təmənnasız mülkiyyətə verilən torpaq sahələrinə kompensasiya ödənilməməsi və açıq-aşkar kompensasiya məbləğini ödəməkdən yayınması məlumdur.
17. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 227.1, 246-249-cu, “Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1, 7.3.1, 65.1.2, 65.5.1-ci, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə b ildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
21. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclas ında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mü mkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmi şdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarının 1-ci bəndinə görə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın 2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bakı şəhəri Cavabdehnə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi tapşırılsın.
26. İddiaçı1 ünvan 2 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəsinə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən əmlakın dəyəri olaraq 154.519 manat ödəniş edilmişdir. İddiaçı1 həm də ünvan 3 ünvanda yerləşən evin mülkiyyətçisi olmaqla 41.016 manat ödəniş edilmişdir. İddiaçı2 ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.654 manat ödəniş edilmişdir. İddiaçı3 ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.654 manat ödəniş edilmişdir. İddiaçı4 Bakı şəhəri, Ç.Mustafayev küçəsi, dalan 1, 3B saylı evin mülkiyyətçisi olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsinin dəyəri olaraq 32.500 manat ödəniş edilmişdir.
27. Bakı şəhəri, Yasamal rayonu ərazisində hazırkı iddiaçılara mə xsus daşınmaz əmlakların hazırkı cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarının icrası ilə əlaqədar sökülməsi və bu söküntü işləri çərçivəsində həmin daşınmaz əmlaklarla bağlı iddiaçılarla alqı-satqı müqavilələrinin bağlanması, habelə müqavilələr üzrə müvafiq məbləğlərin ödənilməsi işin mübahisə olunmayan hallarına aiddir.
28. İddiaçılar hesab edirlər ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ödənilmiş əmlaka görə kompensasiya məbləğinin 20% miqdarında hesablanmalı olan Dövlət Ehtiyacları üçün Satın alınmaya məruz qalmış əmlaklara ödənilməyən vəsaitlər üzrə və çətinliyə görə 10% miqdarında vəsait İddiaçı1 xeyrinə 39.107,0 manat və 19.553,5 manat, cəmi 58.660,5 manat; İddiaçı2 xeyrinə 6.529,0 m anat və 3.264,5 manat, cəmi 9.793,5 manat; İddiaçı3 xeyrinə 6.529,0 manat 3.254,5 manat, cəmi 9.793,5 manat; İddiaçı4 xeyrinə 6.500,0 manat və 3.250,0 manat, cəmi 9.750,0 manat ödənilməlidir.
29. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıların mülkiyyətlərində olan mənzillər cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. İşin 123-128-ci vərəqlərində olan qiymətləndirmə cədvəlində Prezident Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr də nəzərə alınmaqla hər birinin əmlakı ayrıca qiymətləndirilmiş və həmin qiymətlərə uyğun olaraq tərəflər arasında notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə alqı-satqının dəyəri göstərilmişdir. Müqavilələr qüvvədə olmaqla onların ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut tə qdim edilməmişdir.
30. Cavabdehin vəkili də məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, alqısatqı müqaviləsində göstərilən qiymətə Prezident Fərmanı ilə nəzərdə tutulmuş 20% və çətinliyə görə 10% daxil edilmişdir. 31. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.
32. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir...
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.
34. İddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayılmamışdır.
35. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.
36. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəl mişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
37. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçılar onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmır.
38. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-796/2021 saylı, 23 iyun 2021-ci il tarixli qəra