Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1799/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xəstəlik şəhadətnaməsinin dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1993-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasına (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı “xəstəlik şəhadətnaməsinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2N22-ci il tarixli, 2-1(1N3)-113N/2N22 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2N17-ci ilin aprel çağırışında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsindən həqiqi hərbi xidmətə çağırılmış iddiaçı hərbi hissədə N iyun 2N17-ci il tarixdə şəxsi heyətlə birlikdə səhər idmanı zamanı maneələr zolağından keçərkən qəflətən başı gicəllənərək halı pisləşib yerə uzanmış, buna görə dərhal hərbi hissənin tibb məntəqəsinə aparılmış, sonra Yevlax rayon Mərkəzi Xəstəxanasına göndərilərək orada müayinə edilmiş, həmin axşam isə digər hərbi qulluqçunun müşayiəti ilə qatarla Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndərilmiş, həmin hospitalının Psixiatriya bölməsində 2N17-ci ilin iyun ayının 6-dan iyul ayının N-ə kimi müayinə və müalicə edilmişdir.
2. Cavabdehin 3 iyul 2N17-ci il tarixli 1N61 saylı xəstəlik şəhadətnaməsinə əsasən iddiaçıya «Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14°). Beyincikarxası nahiyənin araxnoidal sisti» diaqnozu qoyulmuş, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8ci il tarixli N9 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1N, 66 “c” maddələrinin İİ qrafasına əsasən “həm dinc dövrdə, həm də müharibə d övründə hərbi xidmətə yararsız hesab edilmiş, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı qəbul edilmişdir və iddiaçı hərbi xidmətdən tərxis olunmuşdur.
3. İddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin N266NN3AAFNK nömrəli göndərişi əsasında 31 yanvar 2N18-ci il tarixdə qiymətləndirilmiş və “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə 9 yanvar 2N18-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Diaqnoz: Şizofreniya, paranoid forma, epizodik artan əlamətlərlə, davamlı hallusinator-paranoid sindromla, onurğanın ikinci dərəcəli skoliozu, ağrı sindromu ilə.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin 29 noyabr 2N17-ci il tarixli, 91N nömrəli məktubunda göstərilmişdir k i, iddiaçı 2N17-ci ilin aprel çağırışında aidiyyəti üzrə dövlət tibb müəssisələrinə edilmiş sorğulara alınmış cavablara əsasən heç bir tibb müəssisəsində xəstə kimi qeydiyyatdan keçməmişdir. Müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunan zaman Rayon Mərkəzi Xəstəxanasında təyin olunmuş bütün analizlərdən keçmiş və analizlərin nəticələrinə əsasən onda patologiya aşkarlanmamışdır, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. 3 aprel 2N17-ci il tarixdə sərəncamla təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir.
5. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun qərarı əsasında keçirilən canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 7 avqust 2N17-ci il tarixli, K/43N nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının bədən səthində 6 iyun 2N17-ci il tarixdə, ondan sonrakı vaxtlarda Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müayinə və müalicəsi zamanı, eləcə də məhkəmə-tibb ekspertizası zamanı hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. “Şizofrenəbənzər psixoz” xəstəliyi hərbi xidmətdən əvvəl iddiaçıda olmamış, o, psixi cəhətdən tam sağlam və hərbi xidmətə yararlı olmuş, bu xəstəliyin yaranması xarici amillərlə əlaqəli deyil, daxili amillərlə şərtləndirilir. İddiaçıda aşkar olunmuş psixopatoloji simptomatikanın travma ilə heç bir əlaqəsi yoxdur, onda müəyyən edilmiş “şizofrenəbənzər psixoz” xəstəliyi irsi ruhi xəstəlik olduğu üçün, N iyun 2N17-ci il tarixdə fiziki təsir nəticəsində deyil, bilavasitə düş düyü şəraitdən asılı olaraq hərbi xidmət dövründə, kəskin şəkildə başlamış və xəstəliyin yaranması şəxsin özünə məxsus xasiyyətə və psixoloji duruma məxsus olması ilə əlaqədardır. İddiaçı “Şizofrenəbənzər psixoz” xəstəliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 1N-ci maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İddiaçıda aşkar edilmiş “Onurğa sütununun döş nahiyəsinin (Th8) və bel nahiyəsinin (L3) təsbit olunmuş birinci mərhələ (7 dərəcə; 3 dərəcə) skoliozu” xəstəliyi onda hərbi xidmətdən əvvəl də olmuşdur. Bu xəstəliklə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8- ci il tarixli N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “Ç” maddəsinin İİ qrafasına əsasən A-3 məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı sayılır və həmin xəstəliyin hərbi xidmətlə və hər hansı bir travma ilə səbəbli əlaqəsi yoxdur. İddiaçıda həm Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında, həm də məhkəmə-tibbi ekspertiza zamanı aşkar edilmiş “Beyincikarxası nahiyənin araxnoidal sisti” xəstəliyi onda hərbi xidmətdən əvvəl də olmuşdur. Bu xəstəliklə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən hərbi xidmətə yararlı hesab olunur və həmin xəstəliyin hər hansı bir travma ilə səbəbli əlaqəsi yoxdur. İddiaçı hərbi xidmətə çağırılarkən SHXÇDX-nin Yardımlı rayon bölməsində hərbi həkim komissiyasından keçmiş, həmin vaxt onda hər hansı patologiya aşkar edilməmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Əgər hərbi xidmətə çağırılarkən iddiaçıda yuxarıda qeyd olunan xəstəliklər aşkar edilsəydi belə, o həmin vaxt hərbi xidmətə yararlı hesab edilməli idi. Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında iddiaçıya qoyulmuş diaqnozlara uyğun aparılmış müalicə tədbirləri düzgün və adekvat olmuşdur.
6. Əliyev Rəşid Ərşad oğlunun (iddiaçının atası) müraciətinə əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 31 may 2N19-cu il tarixli, K/9N2/11/R-1N46 nömrəli məktubunda qeyd edilmişdir ki, 2N2N nömrəli hərbi hissədə xidmət etmiş iddiaçı xx.xx.2N17-ci il tarixdə şəxsi heyətlə birlikdə idman məşğələsi zamanı qəfildən yıxılmışdır. Hərbi hissənin tibb məntəqəsində əsgərə baxış zamanı xəsarətalma halı qeydə alınmamış, ilkin yardım göstərildikdən sonra, ixtisaslı müayinə üçün xx.xx.2N17-ci il tarixdə DSX Hərbi Hospitalına göndərilmişdir. Hospitalda olduğu müddətdə iddiaçı mütəmadi olaraq baş ağrılarından, başgicəllənmədən, başın içində gözün olmasından və gözün ona əmrlər verməsindən şikayət etdiyindən psixoloji vəziyyəti nəzərə alınaraq o, xx.xx.2N17-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasına göndərilmiş və professor Zəfər Əliyev tərəfindən müayinə edilərək “Şizofreniyayabənzər psixoz” diaqnozu qoyulmuşdur. Hospitalda aparılmış bütün müayinələrin nəticələri nəzərə alınaraq iddiaçı cavabdehə təqdim olunmuş və xx.xx.2N17-ci il tarix də şəhadətləndirilərək “Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14°). Beyincikarxası nahiyyənin araxnoidal sisti” diaqnozu ilə həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçının qeyd olunan xəstəliklərinin səbəb-əlaqəsi xəsarətalma ilə bağlı deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin N iyul 2N17-ci il tarixli qərarı ilə təsdiqlənən 3 iyul 2N17-ci il tarixli 1N61 saylı Xəstəlik şəhadətnaməsində öz əksini tapmış “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsinin “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifa dəsi ilə əvəz olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra Rusiya Federasiyasının SanktPeterburq Dövlət Universitetinə ali təhsil almaq məqsədilə yollanmışdır. Lakin 4-cü kursda oxuyarkən təhsil haqqını ödəyə bilmədiyindən Universitetin sonuncu kursundan Vətənə qayıdaraq ordu sıralarına getməyə, müddətli həqiqi hərbi xidmət keçməyə başlamışdır. Fiziki göstəricilərinin yüksəkliyi sayəsində öz istəyi ilə xidmətini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi X4 Qüvvələrinin tərkibində keçmişdir. Lakin xx.xx.2N17ci il tarixində iddiaçı hərbi hissədə olarkən şəxsi heyətlə birlikdə səhər idmanı zamanı maneələr zolağından keçərkən yıxılmışdır, baş nahiyəsindən ağır travma almışdır. Bu fakt Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2N17-ci il tarixli qərarı ilə təsdiqlənən Dövlət Sərhəd Xidməti Hərbi Hospital HHK-nın xx.xx.2N17-ci il tarixli 1N61 saylı Xəstəlik Şəhadətnaməsində öz əksini zərərçəkənin ifadəsi kimi tapsa da, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2N19-cu il tarixli və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2N19-cu ilə aid cavab məktubunda faktiki hal olaraq göstərilmişdir. Lakin burada da Prokurorluq tərəfindən faktlar təhrif edilərək yıxılmanın “qəflətən başgicəllənmə” nəticəsində baş verdiyi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin verdiyi cavab məktublarında isə “idman məşğələsi zamanı qəflətən yıxıldığı” qeyd olunmuşdur. 1N61 saylı Xəst əlik Şəhadətnaməsindən fərqli olaraq bu məktublarda xəsarətalma və travma faktları da öz əksini tapmışdır. Hər iki cavab məktubunda Hərbi hissədə və DSX HH-da stasionar müalicəyə qəbul vaxtı yoxlama nəticəsində xəsarətin, travmanın olunmaması göstərilsə də, eyni ərizələrin mətnində dəfələrlə yaranmış xəstəliyin alınmış xəsarət və travma ilə bağlı olmaması da qeyd olunmuşdur. Bu fakt özlüyündə “xəsarət və ya travmanın” mövcudluğunun etiraf edilməsi kimi qəbul olunmalıdır. İddiaçı hərbi xidmət keçmə dövründə xidməti vəzifələrini yerinə yetirən zaman yıxılması və travma alması nəticəsində onda yaranmış “şizofreniyaya bənzər psixoz” əvvəlcədən onda heç bir zaman mövcud olmamış, nə də öz ilkin əlamətlərini göstərməmişdir. İddiaçı hər zaman sağlam və fiziki cəhətdən güclü olması ilə yaşıdlarında n fərqlənmişdir. Elə bu səbəbdəndir ki, iddiaçını Dövlət Sərhəd Xidmətinin Xüsusi X4 Qüvvələrinin bölməsində xidmət etmək üçün qəbul etmişlər. Mübahisə olunmaz faktdır ki, bu qüvvələrin heyətlərinə fiziki və sağlamlıq göstəricilərinə görə ortalamanın daha üstündə olan gəncləri cəlb edirlər. Bunların hər biri göstərir ki, iddiaçı əsgərliyə gedən zaman sağlamlığı möhkəm və fiziki-psixoloji bütövlüyü yerində olan vətəndaş idi. İddiaçının sağlamlığı ilə bağlı heç bir şikayətinin olmaması və fiziki və psixi heç bir xəstəlik izinin, yaxud ilkin əlamətlərinin aşkarlanmamasını dövlət xəstəxanalarında hərbi xidmət öncəsi keçdiyi müayinələrin nəticələri də təsdiq edir. Belə ki, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Yardımlı Mərkəzi Rayon Xəstəxanasından aldığı xx.xx.2N19-cu il tarixli tibbi arayışda iddiaçının “xidmətə qədərki dövrdə hər hansı xəstəliklə əlaqədar Yardımlı MRX-na müraciət etmədiyi və xəstəliyinin hərbi xidmət dövründə yarandığı” qeyd olunmuşdur. Eyni məzmunlu xx.xx.2N17-ci ilə aid Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin 91N nömrəli məktubunda qeyd olunur ki, 2N17-ci ilin aprel çağırışında aidiyyəti üzrə dövlət tibb müəssisələrinə edilmiş sorğulara alınmış cavablara əsasən iddiaçı heç bir tibb müəssisəsində xəstə kimi qeydiyyatdan keçməmişdir. Müddətli həqiqi hərbi çağırışa cəlb olunan zaman Rayon Mərkəzi Xəstəxanasında təyin olunmuş bütün analizlərdən keçmiş və analizlərin nəticələrinə əsasən onda patologiya aşkarlanmamışdır, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrin nəticəsi nə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir. Göründüyü kimi müddətli həqiqi hərbi xidmətə iddiaçı sağlam şəkildə yola salınmışdır. Lakin xx.xx.2N17-ci il tarixində baş vermiş hadisədən sonra verilən 1N61 saylı Xəstəlik Şəhadətnaməsində iddiaçıya “şizofreniyayabənzər psixoz. funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci dərəcəli skoliozu (bucaq 14) beyincikarxası nahiyənin araxnoidal sisti” diaqnozu qoyularaq xx.xx.2N17-ci il tarixinə qədər burada müalicə olunmuşdur. Bu Şəhadətnamə ilə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli N9 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 1N, 66 “C” maddələrinin İİ qrafasına əsasən “həm dinc, həm də müharibə dövründə” hərbi xidmətə yararsız hesab olunmuşdur. Burada aldığı müalicədən sonra iddiaçı atasına təhvil verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda iddiaçıya ikinci dərəcəli müddətsiz əlillik qrupu təyin olunmuşdur. Bütün bu xəstəliklər iddiaçının məhz hərbi xidmətlərini yerinə yetirərkən aldığı zədədən sonra yaranmışdır. Hərbi Komissarlıq və Dövlət Sərhəd Xidmətində çalışan məmurların obyektiv davranmaması və vəzifələrini vicdanla, dürüst şəkildə, Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə həyata keçirməmələri nəticəsində bu gün Azərbaycan əsgəri haqsızlığa, qanunsuzluğa və ədalətsizliyə məruz qalmışdır. Dövlət orqanlarına ünvanladıqları sonsuz sayda məktu blara daim məsuliyyəti üzərindən atmaq üçün əsassız cavablar yazılmış və yaranan xəstəliklərin guya travma ilə bağlı olmadığı əsaslandırılmağa çalışılmışdır. Lakin həmin məmurlar nəzərə almamışlar ki, iddiaçı bu xəsarətə qədər tam sağlam olmasına dair dövlət xəstəxanalarında müayinə nəticələri var və buna görə də yaranmış xəstəliklərin öncədən mövcud olmasını və travma ilə əlaqəli olmamasını iddia etmək absurddur. Əgər bu xəstəliklər həqiqətən mövcud idisə, ən azından bu haqda xidmət öncəsi müayinələr zamanı qeydlər aparılmış olacaqdı. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2N19-cu il tarixli məktubunda həmçinin iddiaçının “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olması” qeyd olunmuşdur ki, bu qənaət özlüyündə həm 1N61 saylı Xəstəlik Əsasnamə si ilə, həm də DSX-nin cavab məktubundakı nəticə ilə birbaşa ziddiyyət təşkil edir. İddiaçı xx.xx.2N17-ci il tarixində hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən səhər idmanı zamanı yıxılaraq travma almış və bundan sonra onda “şizofreniyaya bənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci dərəcəli skoliozu (bucaq 14), beyincikarxası nahiyənin araxnoidal sisli” aşkar olunmuşdur. İddiaçıda psixozun yaranmasının birbaşa səbəbi məhz aldığı zədədir. İddiaçı hal-hazırda ona təyin olunmuş 13N manat məbləğində sosial müavinət alır. Halbuki Azərbaycan Respublikası qanunvericiliyinə əsasən iddiaçı müharibə əlili hesab olunmaqla əmək pensiyası almalıdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsinə ünvanlanmış məktuba cavab olaraq Xəstəlik Şəhadə tnaməsində xəsarətin “hərbi xidmət dövrü” ilə əlaqədar olaraq yaranmasının qeyd olunduğu üçün iddiaçıya yalnız müavinət təyin oluna biləcəyi qeyd olunmuşdur. Lakin əlillik dəqiqləşdirmə ilə 1N61 saylı Xəstəlik Şəhadətnaməsində hərbi xidmət dövründə deyil, “Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” şəkildə qeyd olunmalı idi. Bu, iki anlayış bir-birindən tam fərqlənməklə iddiaçının hüququ olan əlillik pensiyasını almasına mane olmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 1N fevral 2N2N-ci il tarixli, 2-1(112)-3N7/2N2N nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iş üzrə üçüncü şəxs qismində tanınmışdır.
10. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2N2N-ci il tarixli, 2- 1(112)-3N7/2N2N nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN-Təcrübi və Tədris Birliyinə həvalə olunmuşdur.
11. Məhkəmə-tibbi ekspertizasının 1N mart 2N21-ci il tarixli TNN/2N21 nömrəli rəyinə əsasən iddiaçının adına cavabdehin xx.xx.2N17-ci il tarixli 1N61 nömrəli xəstəlik şəhadətnaməsində qəbul edilmiş qərar, yəni aparılmış müayinələr nəticəsində müəyyən olunmuş diaqnozlara uyğundur, hal-hazırda onun əziyyət çəkdiyi xəstəlikləri hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli N9 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 1N, 66 “c” maddələrinin İİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı düzgün və əsaslıdır.
12. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2N21-ci il tarixli, 2-1(112)-293/2N21 nömrəli qərarı (hakim P.A.Hüseynov) ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan xəstəliklərin səbəb-əlaqəsi xəsarətalma ilə bağlı deyildir. İddiaçı qeyd olunan diaqnozun səbəbinin hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən səhər idmanı zamanı yıxılaraq aldığı xəsarətlə əlaqədar olduğunu bildirsə də, qeyd olunanlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçının adına Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının Hər bi həkim komissiyasının xx.xx.2N17-ci il tarixli 1N61 nömrəli xəstəlik şəhadətnaməsində qəbul edilmiş qərar, yəni aparılmış müayinələr nəticəsində müəyyən olunmuş diaqnozlara uyğundur, hal-hazırda onun əziyyət çəkdiyi xəstəlikləri hərbi həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli N9 saylı qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 1N, 66 “c” maddələrinin İİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı düzgün və əsaslıdır.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 23 iyun 2N22-ci il tarixli, 2-1(1N3)-113N/2N22 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2N21-ci il tarixli, 2-1(112)-293/2N21 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı qeyd edir ki, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqan larda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Qeyd edilən normaya müvafiq olaraq iddiaçının aldığı xəsarət məhz hərbi xidməti vəzifələrini icra etdiyi zaman meydana gəldiyindən tibbi şəhadətnaməsinə bu fakt olduğu kimi qeyd edilməli idi. Lakin hadisə, xəstəlik təhrif olunaraq şəhadətnamədə düzgün şəkildə təfsilatı ilə qeyd edilməmişdir. Halbuki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlar xəstəliyin hərbi xidməti vəzifəsini yerinə yetirən zaman baş verməsi ilə birbaşa səbəbli əlaqədə olduğunu təsdiq edir. Dövlət Sərhəd Xidməti Hərbi Hospital HHK-nın xx.xx.2N1 7-ci il tarixli, 1N61 saylı xəstəlik şəhadətnaməsində 7.2-ci bəndində qeyd edilən xəstəlikdir, hərbi xidmət dövründə almışdır qeydi öz əksini tapsa da, bu fakt təfsilatı ilə olduğu kimi xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır şəklində qeyd olunmalı idi. Belə ki, həmin Qərarın 7.2-ci bəndinin digər hissəsində “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanla rda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə qeyd edilir. Hazırki iş üzrə də məhkəməyə təqdim edilən bütün sənədlər iddiaçı şəxsin hərbi xidməti vəzifəsini icra edən zaman xəsarət almasına dəlalət edir. İddiaçının iddia tələbini təkzib edən bir sıra hallar cavabdeh tərəfindən məhkəməyə bildirilmiş, yəni şəxsin xəsarətinin onun xidməti vəzifə icra etməsi səbəbindən deyil, psixi durumu ilə əlaqədar olmasına dair fikirlər ortaya atılmışdır. İddiaçı psixi sarsıntı yaşayırdısa hadisə baş vermədən öncə nə üçün bu hal aidiyyatı şəxslər tərəfindən müşahidə edilməmiş, şəxsin əlil olmasından öncəyə qədər vəzifəli şəxslər tərəfindən onun psixi vəziyyətinin pisləşməsi müəyyən edilib hərbi xidmətə yararsız olması səbəbindən tərxis edilməmişdir?! İddiaçının əlilliyi onun psixi durumu ilə deyil (əgər olsaydı hadisəyə qədər müşahidə edilərdi) məhz hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə bağlı olmuşdur. İddiaçı hərbi xidmətə yollanmadan öncə tam sağlam fərd olmuş, sağlam olması səbəbindən də hərbi xidmətə yararlı hesab edilmişdir. Lakin hərbi xidməti vəzifəsini yerinə yetirərkən, tapşırıqların yerinə yetirilməsi üzrə əmrə tabe olaraq səhər idmanı edən zaman qəflətən yı xılmışdır. Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1N.1, 68.1 və 68.2-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Üçüncü şəxs kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2N22ci il tarixli, 2-1(1N3)-113N/2N22 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli, N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”: İ. Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azə rbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azə rbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların ald ıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir.... 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi xidmətə könüllü daxil olan vətəndaşların; orqanlara xidmətə daxil olan vətəndaşların; hərbi qulluqçuların; orqanlarda xidmət keçən şəxslərin; hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olan vətəndaşların; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, digər qoşunların və orqanların ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə (bundan sonra — hərbi qul luqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri) daxil olan vətəndaşların; orqanların orta və ali ixtisas təhsilli təhsil müəssisələrinə (bundan sonra — təhsil müəssisələri) daxil olan vətəndaşların; hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; hərbi toplanışa çağırılan vətəndaşların; hərbi toplanış keçən vətəndaşların; hərbi toplanış keçmiş vətəndaşların; hərbi xidmət keçmiş vətəndaşların; orqanlarda xidmət keçmiş vətəndaşların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların və digər qoşunların mülki heyətindən olan şəxslərin; hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) ailə üzvlərinin; orqanlarda xidmət keçən şəxslərin ailə üzvlərinin; b) hərbi-həkim ekspertizasına metodiki rəhbərlik və hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin tibbi müayinəsinin, müalicəsinin və şəhadətləndirilməsinin aparıldığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və orqanların hərbi tibb müəssisələrində, hərbi hissələrində, müəssisə və təşkilatlarında hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar müalicə-diaqnostika işinin təşkilinə, keçirilməsinə və nəticələrinə nəzarət; c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möh lət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət; ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi; d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi; e) hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi tibb müəssisələrində pulsuz tibbi təminat hüququna malik olan şəxslərin nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi; ə) hərbi-həkim ekspertizası problemləri nin elmi araşdırılmasında iştirak edilməsi; f) hərbi-həkim ekspertizası üzrə həkim-mütəxəssislərin hazırlanması. 1.N. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər.... Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir.... 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstə likdir».... c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu v ə ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travm adır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hər bi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndi rilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. 7.N. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsas ında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.... 21. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
27. Hərbi xidmət vəzifələrinin icrası 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.N. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.1N. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; 27.1.1N. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən....
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə N8. Sübutların araşdırılması qaydası... N8.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassas iya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu b arədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsin in qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanun vericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sağlamlıq vəziyyətinin şəhadətləndirilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutlar ı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
32. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, hərbi xidmətə yollanmadan öncə tam sağlam fərd olmuş, sağlam olması səbəbindən də hərb i xidmətə yararlı hesab edilmişdir. İddiaçıda yaranan xəsarətlər onun hərbi hissədə N iyun 2N17-ci il tarixdə şəxsi heyətlə birlikdə səhər idmanı zamanı yıxılıb xəsarət almasından sonra meydana gəlmişdir. Ona görə də, iddiaçı hesab edir ki, onun xəstəliyinin səbəb əlaqəsi “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qeyd olunmalıdır.
33. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2N17-ci ilin aprel çağırışında aidiyyəti üzrə dövlət tibb müəssisələrinə edilmiş sorğulara alınmış cavablara əsasən heç bir tibb müəssisəsində xəstə kimi qeydiyyatdan keçməmişdir. Müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunan zaman Rayon Mərkəzi Xəstəxanasında təyin olunmuş bütün analizlərdən keçmiş və analizlərin nətic ələrinə əsasən onda patologiya aşkarlanmamışdır, səhhətindən şikayət etməmiş, obyektiv müayinələrinin nəticəsinə əsasən rayon çağırış komissiyasının qərarı ilə onun müddətli həqiqi hərbi xidmət keçməsi üçün heç bir məhdudiyyət müəyyən edilməmişdir.
34. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Məhkəmə-Tibbi Ekspertiza və X3 7 avqust 2N17-ci il tarixli, K/43N nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının bədən səthində 6 iyun 2N17-ci il tarixdə, ondan sonrakı vaxtlarda Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müayinə və müalicəsi zamanı, eləcə də məhkəmə-tibb ekspertizası zamanı hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmamışdır. İddiaçıda aşkar edilmiş “Onurğa sütununun döş nahiyəsinin (Th8) və bel nahiyəsinin (L3) təsbit olunmuş birinci mərhələ (7 dərəcə; 3 dərəcə) skoliozu” xəstəliyi onda hərbi xidmətdən əvvəl də olmuşdur. Bu xəstəliklə o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2NN8-ci il tarixli N9 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “Ç” maddəsinin İİ qrafasına əsasən A-3 məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı sayılır və həmin xəstəliyin hərbi xidmətlə və hər hansı bir travma ilə səbəbli əlaqəsi yoxdur.
35. İddiaçının başından aldığı xəsarətlə əlaqələndirdiyi xəstəliyi ilə bağlı qeyd edilən rəydə göstərilmişdir ki, “Şizofrenəbənzər psixoz” xəstəliyi hərbi xidmətdən əvvəl iddiaçıda olmamış, o, psixi cəhətdən tam sağlam və hərbi xidmətə yararlı olmuşdur. Bu xəstəliyin yaranması xarici amillərlə əl aqəli deyil, daxili amillərlə şərtləndirilir. İddiaçıda aşkar olunmuş psixopatoloji simptomatikanın travma ilə heç bir əlaqəsi yoxdur, onda müəyyən edilmiş “şizofrenəbənzər psixoz” xəstəliyi irsi ruhi xəstəlik olduğu üçün, N iyun 2N17-ci il tarixdə fiziki təsir nəticəsində deyil, bilavasitə düşdüyü şəraitdən asılı olaraq hərbi xidmət dövründə, kəskin şəkildə başlamış və xəstəliyin yaranması şəxsin özünə məxsus xasiyyətə və psixoloji duruma məxsus olması ilə əlaqədardır.
36. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərlə kifayətlənməyərək işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN-Təcrübi və Tədris Birliyinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına cavabdehin xx.xx.2N17-ci il tarixli 1N61 nömrəli xəstəlik şəhadətnaməsində qəbul etdiyi qərar aparılmış müayinələr nəticəsində müəyyən olunmuş diaqnozlara uyğundur.
37. Göründüyü kimi cavabdehin 3 iyul 2N17-ci il tarixli 1N61 saylı xəstəlik şəhadətnaməsinə əsasən iddiaçıya qoyulmuş «Şizofreniyayabənzər psixoz. Funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu (bucaq 14°). Beyincikarxası nahiyənin araxnoidal sisti» diaqnozu ilə olan xəstəlik N iyun 2N17-ci il tarixdə hərbi hissədə səhər idmanı zamanı yıxılma nəticəsində yaranmamışdır. Həmin xəstəlik iddiaçıya məxsus xasiyyətə və psixoloji duruma görə düşdüyü şəraitdən asılı olaraq hərbi xidmət dövründə kəskin şəkildə başlamış, irsi ruhi xəstəlik olmaqla fiziki təsir nəticəsində yaranmamışdır.
38. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı onun xəstəliyinin səbəb əlaqəsinin “hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi dəyişdirilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi səbəbəlaqənin mövcudluğu hazırkı qərarın 2N və 21-ci bəndlərində qeyd edilən normalar əsasında müəyyən edilməlidir.
39. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı N iyun 2N17-ci il tarixdə səhər idmanı zamanı yıxılmışdır. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının “Şizofrenəbənzər psixoz” xəstəliyinin həmin yıxılma ilə səbəb əlaqəsinin mövcud olmaması tam və hərtərəfli araşdırılmışdır.
40. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının səhər idmanı zamanı yıxılıb travma alması faktı mövcud olsa belə, həmin travmanı n səbəbi “hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi qeyd edilə bilməz. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsində hərbi xidmət vəzifələrinin icrası halları dəqiq qeyd edilmiş, iddiaçının səhər idmanında olması həmin hallara aid edilməmişdir.
41. Ona görə də, cavabdehin N iyul 2N17-ci il tarixli qərarı ilə təsdiqlənən 3 iyul 2N17-ci il tarixli 1N61 saylı Xəstəlik şəhadətnaməsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi düzgün olaraq qeyd edilmiş, həmin ifadənin “xəstəlikdir, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz olunması üçün əsaslar müəyyən edilməmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2N22-ci il tarixli, 21(1N3)-113N/2N22 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.