Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1799/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-514/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* nömrəli, xx.xx.1978-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Bakı EHM zavodunda r/avadanlığı qrafikquraşdırıcı bölməsində montajçı tələbəsi, 1-ci dərəcəli montajçı, xx.xx.1978-ci ildən xx.xx.2000-ci ilədək X2 2-ci dərəcəli elektrofotoqrafçı, baş konstruktor şöbəsində cildləyici, texniki-nəzarət şöbəsində texnik-texnoloq vəzifələrində işləmişdir.
2. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01/033 nömrəli arxiv arayışının surətindən g örünür ki, "xxxx" TASC-nin hüquqi varisi "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır:xx.xx.1078ci ildə Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsinə işə qəbul edilmişdir: əmr:№ 195/k, xx.xx.1978-ci il. xx.xx.1992-ci ildə Baş konstruktor şöbəsində cildləyici işləmişdir: əmr № 78/k, xx.xx.1992-ci il. xx.xx.1993-cü ildə Texniki nəzarət şöbəsində texnik-texnoloq işləmişdir: əmr № 105/k, xx.xx.1993-cü il. xx.xx.2000-ci il tarixdən ƏMnin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar işdən azad edilmişdir: əmr № 95/k, xx.xx.2000-ci il. xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək göstərilən peşə üzrə işləyən işçilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti nin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20-ci “Ümumi peşələr” bölməsinə, kod 1190000a-16548 əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulu ilə çapçıların güzəştli təqaüdə çıxmaq hüququ vardır.
3. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 01/052 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "xxxx"nun keçmiş işçisi, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı "xxxx" TASC-nin hüquqi varisi "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasında aparılan qeydlərə əsasən əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1978-ci ildə Baş şöbədə 2-ci dərəcəli elektrik fotoaparatçı peşəsinə işə qəbul edilmişdir. Əmr:№ 195/k, xx.xx.1978-ci il. xx.xx.1992ci ildə Baş konstruktor şöbəsində cildləyici; əmr № 78/k, xx.xx.1992-ci il. xx.xx.1993cü ildə Texniki nəzarət şöbəsində texnik-texnoloq işləmişdir. Əmr № 105/k, xx.xx.1993-cü il. xx.xx.2000-ci il tarixdən ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidinin ixtisarı ilə əlaqədar işdən azad edilmişdir. Əmr № 95/k, xx.xx.2000-ci il. xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək göstərilən peşə üzrə işləyən işçilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20-ci “Ümumi peşələr” böl məsinə, kod 1190000a-16548 əsasən dərin çap üsulunun çapçıları peşəsi üzrə, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulu ilə çapçıların güzəştli təqaüdə çıxmaq hüququ vardır.
4. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 01/012 №-li, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, X4 Keşlə Maşınqayırma zavodunun xx.xx.1978-ci il tarixli, 195/K nömrəli əmrinə əsasən İddiaçı 2-ci dərəcəli elektrofotoqraf vəzifəsinə qəbul edilmişdir. Keşlə Maşınqayırma zavodunun sənədlər şöbəsinin elektrik fotoqrafı İddiaçı səhhəti ilə əlaqədar olaraq 05.07.93-cü ildən THŞ-nə texnik-texnoloq keçirilmişdir. 5. "xxxx" MMC tərəfindən verilmiş 01/007 saylı, 24 yanvar 2023-cü il tarixli məktubda göstərilmişdir ki, həmin peşədə i şləyən işçilər əsasən ЭР-420Р, ЭР-620К3 elektrofotokapraval aparatlarında işləməklə zavoda aid olan bütün sənədlərin surətini çap edirdilər (istehsal olunan məhsulların cizgiləri, şöbələrə lazım olan işçi blanklar, məhsulların sərf norması və s.) Həmin işin xarakteri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20-ci bölməsinin 1190000a-16548 koduna uyğun gəlir. Hazırda müasir dövrdə olan sürətçıxarma avadanlıqları arasında çox böyük fərq var. Həmin avadanlıqlar işləyən vaxt kənar şəxslərin daxil olması iş yerinin zəhərli olması nəzərə alınaraq qəti qadağan idi
6. İddiaçı ərizə ilə cavabdehə müra ciət edərək, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 25 sentyabr 1978-ci il tarixli, ИT-l ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 17 avqust 2021-ci il tarixli, 01/033 nömrəli arayışında xx.xx.1978-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Baş şöbədə elektrik fotoaparatçı, Baş konstruktor şöbəsində cildləyici vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, Baş şöbə və Baş konstruktor şöbəsində işlədiyi elektrik fotoaparatçı və cildləyici vəzifələri yuxarıda qeyd olunan Poliqrafiya istehsalatı sahəsinə və dərin çap üsulunun çapçıları vəzifəsinə uyğun de yil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 31200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16754,06 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İd diaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 52 yaşının tamam olduğu vaxtdan, xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini işin bu qərarın 1-6-cı bəndlərində qeyd olunmuş hallarına uyğun əsaslandırmış və qeyd etmişdir ki, ona güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona pensiya təyin edilməsindən xx.xx.2021-ci il tarixli məktubla imtina edilmiş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu qanun suz və əsassızdır. Cavabdehin imtinası onun hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək X2 Baş şöbədə elektrik fotoaparatçı vəzifəsində, xx.xx.1992- ci il tarixdən xx.xx.2000-ci il tarixədək Texniki nəzarət şöbəsində texnik-texnoloq vəzifəsində işlədiyini iddia edir. İddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.2021ci il tarixli, 033 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, onun 1978-1992- ci illər üzrə elektrik fotoaparatçısı vəzifəsində işlədiyi dövrdə həmin peşə üzrə işləyən işçilərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edi lmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20-ci “Ümumi peşələr" bölməsi, kod 1190000a16548 əsasən dərin çap üsulunun çapçıları, zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan dərin çap üsulunun çapçıları peşəsi üzrə güzəştli təqaüdə çıxmaq hüququ nəzərdə tutulur. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimi yyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilmişdir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvv ədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Sözügedən qanun hüquqi qüvvəsini aldıqdan əvvəl qüvvədə olmuş qanunvericilik aktı “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli, 305 nömrəli Azərbaycan Respublikasının Qanunudur. Həmin Qanunun 13-cü maddəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. Qeyd edilən maddənin mətni aşağıdakı səkildə müəyyən olunmuşdur: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli si yahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayın həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilin həmin işlərdə çalışarsa. Qeyd edilir ki, həmin qanunvericilik aktına edilmiş dəyişikliyə görə 01 avqust 2000-ci il tarixdən qadınlar üçün sözügedən yaş həddi 52 müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/033 nömrəli arayışında xx.xx.1978-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Baş şöbədə elektrik fotoaparatçı, Baş konstruktor şöbəsində cildləyici vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, Baş şöbə və Baş konstruktor şöbəsində işlədiyini iddi a etdiyi elektrik fotoaparatçı və cildləyici vəzifələri Poliqrafiya istehsalatı sahəsinə və dərin çap üsulunun çapçıları vəzifəsinə uyğun deyil. Bundan başqa, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 31200,00 manat hesablandığı halda, qeydə alınan pensiya kapitalı cəmi 16754,06 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiya nın təyin edilməsi mümkün olmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli, 2-1(112)-3777/2022 nömrəli qərarı (hakim: X6) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilədək işlədiyi “elektrofotoqraf” peşəsinin “dərin çap üsulunun çapçıları” peşəsinə uyğun olması qeyd edilsə də, iddiaçının işlədiyi peşənin qulluq funksiyaları barədə məlumatlar işəgötürənin hüquqi varisi tərəfindən məhkəməyə təqdim edilməmiş, iddiaçının işlədiyi “elektrofotoqraf” peşəsinin “dərin çap üsulunun çapçıları” peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməsi və zərərli iş kimi qəbul olunmasını təsdiq edən əsaslı sübutlar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Eyni zamanda işəgötürənin hüquqi varisi tərəfindən verilmiş arayışlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya istinad edildiyi göstərilsə də, əslində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya istinad edilmişdir.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-514/2023 nömrəli qərarı (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X3 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, i ddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 24 mart 2012-ci il tarixdən təyin olunması və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş 01/007 saylı, 24 yanvar 2023-cü il tarixli məktubda göstərilmişdir ki, həmin peşədə işləyən işçilər əsasən ЭР-420Р, ЭР-620К3 elektrofotokapraval aparatlarında işləməklə zavoda aid olan bütün sənədlərin surətini çap edirdilər (istehsal olunan məhsulların cizgiləri, şöbələrə lazım olan işçi blanklar, məhsulların sərf norması və s.) Həmin işin xarakteri Azərbaycan Respublikasının Nazirlər Kabinet inin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsal üzrə, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 20-ci bölməsi, kod 1190000a-16548 uyğun gəlir. Hazırda müasir dövrdə olan sürətçıxarma avadanlıqları arasında çox böyük fərq var. Həmin avadanlıqlar işləyən vaxt kənar şəxslərin daxil olması iş yerinin zəhərli olması nəzərə alınaraq qəti qadağan idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahının “Poliqrafiya istehsalatı” adlanan 20-ci bəndində nəzərdə tutulmuşdur: dərin çap üsulunun çapçıları. Koll egiya qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi elektrofotoqrafçı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”, bölmə 20, dərin çap üsulunun çapçıları peşəsinə aid olduğu qeyd olunmuşdur. İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, onun 52 yaşdan (24 mart 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana 20 avqust 2021-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bu halda iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (20 avqust 2021-ci il) əvvəlki illər üçün, yəni 20 avqust 2018-ci il tarixindən hesablanaraq ödənilə bilər.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti imtina məktubunun və iddia tələbinə etirazın dəlillərinə əsaslanır. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək iddia ərizəsində göstərilənləri təkrarlamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tər əfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraci ət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müdd ətin azı 10 ilini həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”
20. Bölmə. “Ümumi peşələr" kod 1190000a— 16548 - dərin çap üsulunun çapçıları peşəsi
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmi n edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsini n qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də cavabdehin imtinasının dəlillərindən irəli gəl ən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən ol unmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Məhkəmə kollegiyası əlavə olaraq, cavabdehin kassasiya şikayətinin iddiaçının işlədiyi vəzifələrin poliqrafiya istehsalatı sahəsinə uyğun olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, digər istehsalat sahələrinə aid müəssisələrdə zəruri hallarda poliqrafiya sahəsinə aid funksiyaları həyata keçirən bölmələrin, peşə və vəzifələrin nəzərdə tutulması istisna olunmur. Həmin müəssisələrin poliqrafiya və çap məhsullarına olan ehtiyaclarının ödənilməsi məqsədilə onların tərkibində belə məhsulları istehsal edən qurumların yaradılması mümkün və yolveriləndir. Belə hallarda və oxşar təyinatlı belə qurum larda siyahıda qeyd olunan peşələr üzrə zərərli əmək şəraitində çalışan və əmək funksiyalarını yerinə yetirən şəxslərin də siyahıya uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ tanınmalıdır.
31. Bundan başqa, həmçinin nəzərə almaq lazımdır ki, işəgötürən tərəfindən güzəştli arayışda yanlış siyahıya istinad olunması cavabdehi iddiaçının işlədiyi peşə və vəzifənin müvafiq siyahıya uyğunluğunu müəyyən etmək vəzifəsindən azad etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bü tün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
32. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri ona münasibətdə ödənildiyindən, iddiaçı hazırkı məzmunda tələb irəli sürməkdə haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəmə sinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-514/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.