Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-18/2023 13.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (torpaq sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdlü: xx.xx.1955-ci il; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X13, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyy əsi) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2-1(107)48/2022 nömrəli qərarından üçüncü şəxs X13 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Nikah bağlanması haqqında şəhadətnamə”nin surətinə əsasən X8 ilə Vəliyeva (İsmayılova) Zenfira İsmayıl qızı arasında xx.xx.1973-cü ildə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında xx.xx.1973-cü il tarixdə 19 nömrə ilə qeyd aparılmışdır.
2. Xanlar adına sovxoz üzrə 20 mart 1992-ci il tarixli, 32 nömrəli əmrdə qeyd edilmişdir ki, “Göyçay-İsmayıllı yolunun sol tərəfində Kürdmaşı kəndinin artezian quyusunun ətrafında yerləşən, sovxozun balansında olan, tikintisi yarımçıq qalmış qonaq evi ətrafına çəkilmiş hasar və quraqlıqla birlikdə, gələcəkdə tikintisini başa çatdırmaq üçün sovxozun imkanı olmadığını, iqtisadi cəhətdən səmərəsiz, təsərrüfat üçün lazımsız olduğunu, sovxozun maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq 50 (əlli) min manat dəyəri ilə Kürdmaşı kənd sakini X1 və həmin bina yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi onun istifadəsinə verilsin.”
3. İsmayıllı rayonu “Xanlar” adına üzümçülük sovxozu tərəfindən X6 verilmiş xx.xx.1993-cü il tarixli arayışının surətinə əsasən, “Xanlar” adına sovxozun 20 mart 1992ci il tarixli, 32 nömrəli əmri ilə ona satılmış tikintilərin dəyəri olan 50 (əlli) min rubl 20 mart 1992-ci il tarixli, 17 nömrəli qəbzlə onun tərəfindən sovxozun kassasına mədaxil edilmişdir. 4. 043181 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surə tinə əsasən, X8 xx.xx.2003-cü ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 4 nömrəli qeyd aparılmışdır. İsmayıllı rayon Dövlət Notariat Kontorunun cavabdeh orqana ünvanladığı xx.xx.2016-cı il tarixli məktuba əsasən, X3 miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon dövlət notariat kontoruna müraciət daxil olmuşdur və iddiaçı miras qoyanın vərəsəsidir.
5. İddiaçı cavabdehə müraciət edərək İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh 28 yanvar 2017-ci il tarixli, **********11 nömrəli imtina məktubu ilə bildirmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsin in yerləşmə sxemi təqdim olunmamışdır. Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğuna görə ərazidə çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi, həmçinin reyestr mühəndislərinin çölölçmə işləri aparması üçün Ədliyyə Polisinin iştirakını təmin etməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X8 tərəfindən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, vaxtilə “Xanlar” adına sovxoza məxsus, Göyçay-İsmayıllı magistral yolunun sol tərəfində yerləşən, ətrafı daş, beton panellər və məftil torla hasara alınmış, həyətinin giriş darvazası olan tikintisi yarımçıq qalmış tikili sovxozun kassasına 50000 (əlli min) rubl ödənilməklə sovxozun 20 mart 1992-ci il tarixli, 32 saylı əmri ilə satın alınmışdır. 1993-cü ildən etibarən Ağdam rayonundan məcburi köçkün olan Mehrəliyev Nəsir və 7 nəfər ailə üzvü iddiaçı və ailə üzvləri tərəfindən həmin tikilidə yerləşdirilmiş və torpaq sahəsi birgə istifadələrində olmuşdur. 1996-cı ildə torpaq islahatları aparılan zaman həmin torpaq sahəsi iddiaçı və ailə üzvlərinə satıldığı üçün islahat aparılacaq torpaqların siyahısına salınmamışdır. Ona görə də bələdiyyəyə heç bir aidiyyəti yoxdur. xx.xx.2003-cü ildə iddiaçının həyat yoldaşı R.Vəliyev vəfat etmişdir. 2004cü ildə torpağın bir hisəssi X12 tərəfindən zəbt olunmuşdur. İddiaçı və ailə üzvləri tərəfindən İsmayıllı rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 14 iyun 2004cü il tarixli, 2-90 qətnaməsi ilə X12 həmin ərazidən uzaqlaşdırılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
8. Cavabdeh iddia tələbinə dair yazıl ı etiraz təqdim edərək bildirmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də onun müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etmir. Torpaq sahəsinin hal-hazırda istifadəçisi X11r. Ərazi İdarəsinin əməkdaşlarına torpaq sahəsi üzərində çöl-ölçmə işlərinin aparılmasına imkan yaradılmamışdır və torpaq sahəsi üzərində mübahisə vardır. Ərazi İdarəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən də iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatlar əldə etmək mümkün olmamışdır.
9. Şəki İnzibati Məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/202 1 nömrəli qərarı ilə (hakim İ.Cabbarov) iddia təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddia edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, həmçinin iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən, onun iddia tələbi təmin edilə bilməz.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2-1(107)-48/2022 nömrəli qərarı ilə (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli qərarı iddiaçının “A zərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilərək iddia həmin hissədə təmin olunmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrü fatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri nəzərdə tutulmamışdır. Odur ki, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, onu qanunauyğun və düzgün hesa b etmək, ona uyğun davranmaq və etimad etmək haqqına malikdir. Göründüyü kimi, iddiaçının əri mübahisə predmeti olan torpaq sahəsi üzərindəki daşınmaz əmlakı onun dəyərini ödəməklə satın almış, həmin əmlakın yerləşdiyi torpaq sahəsi də həyətyanı sahə kimi onun istifadəsinə verilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 21(107)-48/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/2021 nömrəli qərarı “reyestr mühəndislərinin çöl-ölçmə işləri aparması üçün Ədliyyə Polisinin iştirakını təmin etməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılma mışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün reyestr mühəndislərinin çöl-ölçmə işləri aparmaq məqsədi ilə Ədliyyə Polisinin iştirakını təmin etmək kimi vəzifəsi yoxdur. Ümumiyyətlə, Azərbaycan Respublikasında Ədliyyə polisi adında qurum fəaliyyət göstərmir və ədliyyə polisi vəzifəsi yoxdur.
16. Üçüncü şəxs X5 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022ci il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Üçüncü şəxs kassasiya şikayətində qeyd etmişdir ki, İsmayıllı rayonu Kürdmaşı kənd “Xanlar” adına sovxozun 32 nömrəli, 20 mart 1992-ci il tarixli əmri ilə mərhum X2 köhnə tikili və istifadəsinə verilmiş torpaq sahəsi üzərində onun hüquqları (reyestr nömrəsi **********92) dövlət qeydiyyatına alınmış və müvafiq çıxarış verilmişdir. Hazırda iddiaçı İsmayıllı rayonu Kürdmaşı kənd “Xanlar” adına sovxozun 32 nömrəli, 20 mart 1992-ci il tarixli əmrinə təkrar əsaslanaraq qonşu torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını istəyir. Göründüyü kimi, iddiaçı İsmayıllı rayon Kürdmaşı kənd “Xanlar” adına sovxozun 32 nömrəli, 20 mart 1992-ci il tarixli əmrindən bir dəfə istifadə edərək, torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Hazırda iddiaçı ikinci dəfə İsmayıllı rayonu Kürdmaşı kənd “Xanlar” adına sovxozun 32 nömr əli, 20 mart 1992-ci il tarixli əmrindən istifadə etmək və bununla da İsmayıllı rayon Hapıtlı Bələdiyyəsinin 05 saylı, 12 avqust 2014-cü il tarixli qərarı ilə üçüncü şəxs X9 mərhum atası X10 ayrılmış torpaq sahəsini əldə etmək istəyir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etirazın dəlillərinə görə, X10 məxsusluğu iddia edilən JN61F 40718058 kodlu şəhadətnaməyə əsasən X7 adına verilmiş, xx.xx.2017-ci ildə Daşınmaz Əmlakın Dövlət reyestrində 105 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,12 ha torpaq sahəsi mübahisəli torpaq sahəsindən aralı istifadəmizdə olmuş torpaq sahəsində yerləşir və saxta yolla rəsmiləşdirilmişdir. Üçüncü şəxsin iddia etdiyi torpaq sahəsinin guya İsmayıllı rayon Hapıtlı Bələdiyyəsinin 12 avqust 2014-cü il tarixli, 05 saylı qərarı ilə X10 ayrılması barədə arayış saxtadır. Belə ki, həmin dövrdə Hapıtlı Bələdiyyəsi mövcud olmamışdır və bələdiyyələrin birləşdirilməsi əsasında Aşıqbayramlı bələdiyyəsinə birləşdirilmişdir. Əvvəlki məhkəmə proseslərində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin torpaq sahəsində naturada araşdırma aparılmış və Baxışov Əhədə aid torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi haqda ekspert rəyi verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Torpaq islahatı haqqında” Qanun Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.... Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri ha qqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət ol unan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. İnzibati Pr osessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiya sı işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Qan unvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh iddiaçının müraciətini rədd edərkən qeyd etmişdir ki, torpaq sahəsinin yerləşmə sxemi təqdim olunmamış və ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğuna görə ərazidə çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır.
29. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyə nedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
30. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
31. İddiaçının iddia etdiyi həyətyanı torpaq sahəsi “Xanlar” adına sovxozun 20 mart 1992-ci il tarixli, 32 nömrəli əmri ilə verildiyi və həmin əmrin etibarlı olduğu nəzərə alındıqda, id diaçının tələbinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə uyğun olmuşdur.
32. Həmin normanın tələbinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan R espublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.
34. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2029-cu il tarixli, 23339 nömrəli ekspert rəyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə və rəyə əlavə olunmuş sxemə əsasən, İddiaçı naturada göstərdiyi və baxış zamanı ölçülmüş mübahisəli torpaq sahəsinin üçüncü şəxsə məxsus torpaq sahələri ilə üst-üstə düşmədiyi, mübahisəli torpaq sahəsinin X7 torpaq sahəsindən nisbətən aralıda, X4 ayrılmış 0,12 ha torpaq sahəsi ilə həmsərhəddə yerləşdiyi müəyyən olunmuşdur.
35. Mübahisəyə dair iş üzrə materiallara əlavə edilmiş üçüncü şəxs İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən torpaq sahəsi X8 tərəfindən vaxtilə “Xanlar” adına sovxoza məxsus, Göyçay-İsmayıllı magistral yolunun sol tərəfində yerləşən, ətrafı daş, beton panellər və məf til torla hasara alınmış, həyətyanı sahəyə giriş darvazası olan, tikintisi yarımçıq qalan tikili ilə birlikdə sovxozun kassasına 50000 (əlli min) rubl ödənilməklə sovxozun 20 mart 1992-ci il tarixli, 32 saylı əmrinə əsasən satın alınmışdır. 1996-cı ildə torpaq islahatları aparılan zaman həmin torpaq sahəsi R. Vəliyevə satıldığı üçün islahat aparılacaq torpaqların siyahısına salınmamışdır. Bələdiyyə yarandığı vaxtdan iddiaçı ilə aralarında heç bir mübahisə olmamışdır. Həmin torpaq sahəsi üç tərəfdən qonşular, bir tərəfdən isə Göyçay-İsmayıllı yolu ilə sərhədləri olmaqla dəmir-beton hasara alınmışdır.
36. Beləliklə yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə haql ı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
37. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyun 2022-ci il tarixli, 21(107)-48/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.