Məhkəmə qərarları › İş №2-1(102)-18/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-18/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-18/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı9 və başqaları cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyana görə kompensasiya ödənilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı9, İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı7, İddiaçı8, İddiaçı6, İddiaçı5, İddiaçı2 və İddiaçı10 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “vurulmuş ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(105)-97/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt şəhər İHB-nın 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamı ilə “Şərq” bazarının istifadəsində olan sahədə iddiaçılara açıq bazarın və ticarət mərkəzinin tikilməsinə icazə verilmişdir. 2. “Şərq” icarə bazarı idarə heyətinin 17 iyul 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışla müəyyən olunur ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən, “Şərq” icarə bazarının ticarət mərkəzində iddiaçılar tərəfindən öz maliyyə vəsaitləri hesabına mağazalar inşa edilmiş, həmin mağazalar da şınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında onların adına qeydiyyata alınmışdır. 3. ünvan 1 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. 4. ünvan 2 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (53 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. X10 ona məxsus həmin qeyri-yaşayış sahəsini (53 nömrəli mağaza) İddiaçı10 satmış və tərəflər arasında 15 oktyabr 2020-ci il tarixli, AN seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq notarial qa ydada təsdiq olunmuşdur. Bundan sonra həmin qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış hazırlanmışdır. 5. ünvan 3 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (52 saylı mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. 6. ünvan 4 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 06 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. 7. ünvan 5 ünvanında yerləşən 9.6 kv.m qeyri-yaşayış sahəsi ta m mülkiyyət hüququ üzrə İddiaçı7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 06 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. 8. ünvan 6 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi (16 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. X7 qeyd olunan 16 nömrəli mağazanı X4 bağışlamış və tərəflər arasında 12 aprel 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanmışdır. 9. ünvan 7 ünvanında yerləşən 8.8 kv.m qeyri-yaşayış sahəsi (4 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 12 aprel 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. 10. 5 nömrəli mağazaya dair İddiaçı5 adına Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1997-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. 11. ünvan 8 ünvanında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (3 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. 12. ünvan 6 ünvanında yerləşən 9.2 kv.m qeyri-yaşayış sahəsi, ünvan 9nında yerləşən 9.5 kv.m qeyri-yaşayış sahəsi (9 nömrəli mağaza), həmçinin, ünvan 10 ünvanında yerləşən 9.1 kv.m qeyri-yaşayış sahəsi (8 nömrəli mağaza) X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 16 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışlar hazırlanmışdır. 13. ünvan 11 ünvanında yerləşən 9.0 kv.m qeyri-yaşayış sahəsi (11 nömrəli mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, 23 may 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış hazırlanmışdır. 14. “Şərq” icarə bazarı idarə heyətinin 17 iyun 1996-cı il tarixli, 13 nömrəli protokolundan çıxarışa əsasən, İddiaçı6 Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli, 933 nömrəli sərəncamına əsasən “Şərq” icarə bazarının ticarət mərkəzində öz maliyyəsi hesabın a sahəsi 9 kv.m olan 10 nömrəli mağaza tikmişdir.

15. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılardan 10 və 11 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı6, 4 və 5 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı5, 8 və 9 nömrəli mağazaların mülkiyyətçisi X4 19 may 2017-ci il tarixli zəmanət məktubları təqdim edilərək bildirilmişdir ki, şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni ticarət mərkəzində hazırda mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə, mülkiyyətlərinə 36 kv.m təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmaları xahiş olunmuşdur.

16. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılardan 3 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı1, 36 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı7, 16 nömrəli mağazanın mülkiyyətçisi X4, 54 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı9 və 61 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı8 da eyni məzmunlu zəmanət məktubları təqdim edilərək, mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə, mülkiyyətlərinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi bildirilmişdir.

17. Sumqayıt şəhər İHB-nın 28 noyabr 2019-cu il tarixli, 343 nömrəli “Ticarət obyektlərinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə” sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən, memarlıq baxımından müasir tələblərə cavab verməy ən ticarət sırasında olan obyektlərin istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir tələblərə cavab verə biləcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi və s. qərara alınmış, ticarət obyektlərinin sahiblərinə ticarət obyektlərinin yenidən qurulması üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının aidiyyəti qurumlarla həll edilməsi, ərazinin sanitar vəziyyətinə nəzarət edilməsi və s. tapşırılmışdır.

18. İddiaçılarla bağlanmış müqaviləyə əsasən, qeyri-yaşayış sahələrinin qiymətləndirilmə işi aparılmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” arayışlara əsasən, İddiaçı3 məxsus sahəsi 9.0 kv. m olan mağaz anın 05 may 2017-ci il tarixə, İddiaçı1 məxsus sahəsi 9.5 kv. m olan mağazanın 06 may 2017-ci il tarixə; İddiaçı2 məxsus sahəsi 9.5 kv. m olan mağazanın 05 may 2017-ci il tarixə, X4 məxsus sahəsi 9.1 kv m olan mağazanın 13 may 2017-ci il tarixə; sahəsi 9.5 kv m olan mağazanın 05 may 2017-ci il tarixə və sahəsi 9.5 kv. m olan mağazanın 05 may 2017-ci il tarixə və İddiaçı8 məxsus sahəsi 9.5 kv. m olan mağazanın 06 may 2017-ci il tarixə bazar dəyəri 30000 manat məbləğində müəyyən edilmişdir.

19. İddiaçılar ərizə ilə cavabdehə müraciət edərək, vurulan ziyanın və itkilərin ödənilməsini xahiş etmiş, sonuncu 26 oktyabr 2020-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, ərazi yanğın təhlükəsizliyi baxımından çox təhlükəli, xırda çadırlar olan və taxta konstruksiyalardan quraşdırılmış, ki çik obyektlərdən ibarət olmuş, həmçinin, ərazidə 66 nəfərə məxsus ticarət obyektləri mövcud olmuşdur. İcra hakimiyyəti tərəfindən "xxxx" şirkətinin rəhbərliyinə həmin ərazinin yenidən qurulması məqsədilə tövsiyə və tapşırıqlar verilmiş, daha sonra şirkətin rəhbəri Rəşid Babayev Şəhər Təmizlik Departamentinə müraciət edərək, ərazidə olan obyektlərin sökülməsi və söküntü materiallarının daşınması üçün müqavilə bağlamış və bunun üçün departamentə vəsait ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

20. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiyanın ödənilməsi barədə qərar q əbul olunmasını xahiş etmişlər.

21. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçılar Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən və sökülənə qədər mağaza kimi fəaliyyət göstərən qeyriyaşayış sahələrinin mülkiyyətçiləri olmuşlar. Onların əmlak üzərində mülkiyyət hüququ dövlət orqanlarında qeydiyyata alınmışdır. Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İddiaçılara təqdim edilən “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayış” da obyektlərin 6 may 2020-ci il tarixinə olan bazar qiyməti 30000 manat həcmində dəyərləndirilmişdir. İddiaçıların etirazlarına baxmayaraq, 2017-ci ilin may ayının 21-də qeyd edilən qeyri-yaşayış sahələri Sumqa yıt şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxslərinin, o cümlədən polislərin iştirakı ilə çoxsaylı traktor və digər maşınların köməyi ilə sökülmüşdür. Bir çox mağazaların sahiblərinə içəridə olan əmlakı və sənədləri götürməyə imkan verilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mağazalar sökdükdən sonra keçən 3 il ərzində həmin ərazidə yeni salınacağı barədə vəd verilən tikinti mərkəzinin inşası istiqamətində heç bir real addım atılmamışdır.

22. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçılara məxsus mülklərin sökülməsinə dair Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. İddiaçıların Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıran və t əsdiq edən hər hansı sübut yoxdur. Bundan əlavə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 nömrəli Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ticarət sırasında olan obyektlərin (66 nəfərdən ibarət) istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır.

23. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-1009/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

24. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçılar bir iddia tələbində müxtəlif və birbirinə aid olmayan ticarət obyektlərinin söküntüsü ilə bağlı müba hisə açmışlar. Həmin obyektlərə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq ayrıca çıxarışlar verilmişdir. İnzibati prosessual qanunvericilikdə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyü qeyd olunsa da, mübahisə obyektləri olan qeyri-yaşayış sahələri bir-biri ilə əlaqəli olmamışdır. Beləliklə, müvafiq tələblərə eyni icraatda baxılması prosessual nöqteyi nəzərdən qanuni hesab edilə bilməz. İş materiallarından göründüyü kimi, mübahisə predmeti bir neçə iddiaçının ümumi marağı deyildir. Hazırkı iddiada müxtəlif iddia predmetləri vardır və hər bir iddiaçının marağı öz predmetinə uyğun istiqamətlənmişdir. Halbuki, prosessual həmiştirakçılar eyni tərəfdə olub, eyni hüquqi nəticənin əldə olunması üçün mübarizə aparmalıdır. Məhkəmə qeyd etmişdir ki, sözügedən ticarət obyektlərinin eyni ərazidə yerləşməsi, tələblərin və cavabdehin eyni olması hələ mübahisənin bir icraatda baxılması üçün yetərli deyildir. Tələblərə birlikdə baxılması o zaman zəruri ola bilər ki, onlar arasında müəyyən bağlılıq, əlaqə olsun və ya biri digərindən asılı olsun və ya ayrılıqda baxılması mümkün olmasın, eləcə də iddia predmeti bölünməz, ayrılmaz olsun və s. Bundan başqa, iddiaçılar tərəfindən daha bir mümkünlük şərtinə əməl edilməmişdir. Belə ki, kompensasiyanın ödənilməsi ilə bağlı iddiaların mahiyyəti üzrə baxılması üçün əsas mümkünlük şərtlərindən biri də cavabdeh inzibati orqanın imtina cavabı verməsidir. Məhkəmə araşdırm ası zamanı müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilməmiş və həmin orqandan imtina cavabı alınmamışdır.

25. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, E.M.Əhmədov və F.Ə.Məmmədov) 16 noyabr 2020-ci il tarixli, 2-1(105)-433/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-1009/2020 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Qərardadın kompensasiya ilə bağlı cavabdehə müraciət olunmaması hissəsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, apelyasiya baxışı zamanı təqdim edilmiş ərizə və müraciətlərdən görünür ki, iddiaçılar tərəfindən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə vurulan ziyanın və itkilərin ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə müraciət olunmuş, həmin müraciətə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Beləliklə, kompensasiya ödənilməsi tələbi ilə bağlı cavabdehə müraciət olunması iş materialları ilə təsdiqləndiyi üçün qərardad həmin hissədə də əsassızdır. c) birinci instansiya məhkəməsində ikinci icraat

28. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Quliyev) 13 avqust 2021-ci il tarixli 2-1(118)-654/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

29. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddianın əsasını onlara aid əmlakların cavabdeh inzibati orqan tərəfindən onların razılığı olmadan sökülməsi təşkil edir. İddiaçıların bununla bağlı dəlillərinin əsasını Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən sənəd və internetdə mövcud olan məlumatlar təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçıların mülkiyyətində olan tikililərin və həmin tikililərin yerləşdiyi bazar ərazisində olan digər tikililərin sökülməsi barədə inzibati akt qəbul edilməsi və ya torpaqların dövlət ehtiyacları üçün geri alınması hallarının mövcud olması müəyyən edilməmişdir. İddiaçılar Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən məktubu, həm onların əmlaklarının sökülməsi ilə bağ lı inzibati akt, həm də onların əmlaklarının iki qatı həcmində əmlak tələb etmək hüququ verən öhdəlik kimi qəbul edirlər. Məhkəmə istinad edilən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən sənədlərlə bağlı qeyd etmişdir ki, həmin sənədlər icra hakimiyyəti tərəfindən sərəncam formasında verilməmişdir, həmin qurumun möhürü ilə təsdiq edilməmişdir və həmin sənədi imzalayan şəxs dünyasını dəyişmişdir. Həmin sənədi verən şəxs həyatda olmadığına görə, məhkəmə iclasında həmin şəxsin izahatını almaq, həmin məktubun verilmə əsaslarını tam müəyyən etmək mümkün olmamışdır. Odur ki, həmin sənədlər cavabdeh inzibati orqanın sərəncam formasında verdiyi inzibati akt kimi qiymətləndirilə bilməz. Lakin hər bir halda, cavabdeh inzibati orqanın səlahiyyə tli şəxsi tərəfindən imzalanan məktub yaratdığı hüquqi nəticəyə görə, məktubda qeyd edilənlər inzibati orqanın praktikasına uyğun olaraq cavabdehlərin etimad hüququnun qorunduğu sənəd kimi qəbul edilməlidir. Lakin həmin sənədlərdə dövlət ehtiyacları üçün alınma, söküntünün icra hakimiyyəti tərəfindən həyata keçiriləcəyi, yeni tikintilərin icra hakimiyyəti tərəfindən aparılacağı, daşınmaz əmlakların əvəzində artıq ölçüdə təmirsiz tikililərin icra hakimiyyəti tərəfindən veriləcəyi qeyd olunmamışdır. Eyni zamanda, məhkəməyə təqdim edilən 22 may 2017-ci il tarixli "xxxx" Şirkəti Ticarət Mərkəzi ilə Sumqayıt şəhər Təmizlik Departamenti arasında bağlanmış “Söküntü və təmizlik işlərinin aparılması barədə” müqavilənin 1.1-ci bəndinə əsasən, “Sifarişçi” "xxxx" Şirkəti Ticarət Mərkəzi Sumqayıt şəhər inin mövcud baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafını təmin etmək məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma, abadlıq işləri çərçivəsində RŞHT şirkəti “Şərq bazarı” adlanan ticarət mərkəzinin yenidən qurularaq müasir standartlara uyğun istifadəyə verilməsi məqsədilə həmin ticarət mərkəzinin sökülməsini və söküntü materiallarının ərazidən daşınaraq ərazinin təmizlənməsini öz öhdəsinə götürmüşdür. Eyni zamanda, məhkəməyə təqdim edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 28 noyabr 2019-cu il tarixli, 343 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ticarət sırasında olan obyektlərin (66 nəfərdən ibarət) istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir memarlıq üslubund a yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, bu qeyd edilənlər hazırkı iddianın əsaslı olmadığını göstərir və iddiaçılar düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, hazırda sökülmüş olan əmlaklar Sumqayıt şəhərində “Şərq Bazarı” adlandırılan ərazidə yerləşmiş və həmin bazar RHŞT şirkətinin istifadəsində olmuşdur. İddiaçıların əmlakları da daxil olmaqla 66 nəfər sahibkarın RHŞT şirkəti ilə mübahisələri olmuş, həmin 66 nəfər sahibkar mülkiyyət sənədlərini məhkəmə qərarı əsasında əldə etmişlər. Həmin şəxslər tikililərə mülkiyyət sənədi əldə etsələr də, həmin tikililərin yerləşdiyi torpaq sahələrinə olan hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Qeyd edilən 66 nəfərin, RHŞT şirkətinin, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatını aparan müvafiq qurumun, dövlət əmlakına nəzarət edən müvafiq qurumun, Sumqayıt şəhər İcra Hakimiyyətinin prosessual tərəf olduğu çoxsaylı məhkəmə mübahisələri olmuşdur, hazırda da davam edən məhkəmə mübahisələri və tam icra olunmamış məhkəmə qərarları vardır. Məhkəmə hesab edir ki, hazırkı yaranmış vəziyyət yuxarıda qeyd edilən mübahisələrin davamı formasında meydana çıxmışdır. Məhkəmə iclasında da cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, iddiaçıların da daxil olduğu 66 nəfər sahibkarın tikinti işlərinin layihələndirilməsi üçün sərəncam verilmişdir. Sahibkarların torpaqla bağlı sənədlərinin təqdim ediləcəyi halda, tikinti işlərinin aparılmasına icra hakim iyyəti tərəfindən hər hansı bir məhdudiyyət qoyulmayacaqdır. Bu qeyd edilənlər iddianın əsaslı olmadığını göstərir. İddiaçıların onların əmlaklarının cavabdeh inzibati orqan tərəfindən, onların razılığı olmadan sökülməsi ilə bağlı digər dəlili internet resurslarında olan linklərə istinad etməsidir. İddiaçılar qeyd edir ki, söküntü ilə bağlı mediada gedən çoxsaylı yazı və reportajlarda söküntünün məhz yerli icra hakimiyyəti tərəfindən həyata keçirildiyi həmin dövlət qurumunun rəsmiləri tərəfindən etiraf olunur. Lakin məhkəməyə təqdim edilən internet mənbələrində “Şərq Bazarı” adlanan ərazidə antisanitariya vəziyyətində olan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən layihənin həyata keçiriləcəyi qeyd olunmuş, söküntünün cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyi, söküntü işlərinin sahibkarların iradəsi kənarında həyata keçirildiyi cavabdeh inzibati orqanın rəsmiləri tərəfindən etiraf olunmamışdır.

30. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

31. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, R.Ə.Ağayev və İ.K.Dəmirov) 16 may 2022-ci il tarixli, 2-1(105)-100/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia qismən təmin edilmiş, iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi qanunsuz hesab edilmiş, İddiaçı9 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, iddiaçı X4 məxsus 3 ədəd qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 90000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı3 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı7 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı8 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi ola raq 1000 manat, İddiaçı10 məxsus qeyri - yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı6 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat və İddiaçı5 məxsus 2 ədəd qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 60000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçılardan İddiaçı9, İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı3 və İddiaçı10 hər birinin mülkiyyətində 1 mağaza, iddiaçı X2 mülkiyyətində 3 mağaza, İddiaçı5 isə mülkiyyətində 1, faktiki istifadə və sahibliyində isə 1 mağaza, o cümlədən İddiaçı6 faktiki istifadə və sahibliyində 1 mağaza olmuşdur. İddiaçılara məxsus sadalanan, ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin sökülməsi və bununla bağlı iddiaçılara hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisəsiz halıdır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, hazırkı mübahisə iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin (mağazaların) sökülməsi nəticəsində onlara vurulmuş ziyanın (maddi və mənəvi) ödənilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sərəncamla iddiaçılara, o cümlədən söküntüyə məruz qalan digər ob yekt sahiblərinə ticarət obyektlərinin müasir tələblərə cavab verə biləcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilsə də, ticarət obyektlərinin sahiblərinə ticarət obyektlərinin yenidən qurulması üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının aidiyyəti qurumlarla həll edilməsi tapşırıldığından, bu günə qədər sərəncam icrasız qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, sökülmüş ticarət obyektlərinin yerləşdiyi torpaq sahəsinin X5 və X8 adına özəlləşdirilməsinə dair sənədlər ləğv edilsə də, həmin torpaq sahəsi hazırkı vaxtadək dövlət mülkiyyətindədir. Beləliklə, yuxarıda tədqiq edilən sənədlərlə (cavabdeh tərəfindən iddiaçılara təqdim olunan zəmanət məktubları, internet informasiya ehtiyatlarında yerləşdirilən ma teriallar, cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamı) sübuta yetirilir ki, iddiaçılara məxsus olan və “Şərq Bazarı” ünvanında yerləşən qeyri-yaşayış sahələri Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Belə ki, cavabdeh, iddiaçılara verilmiş zəmanət məktubunda mağazaların söküldüyü ərazidə müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisinin lahiyələndirildiyini və inşa olunacaq yeni Ticarət Mərkəzində iddiaçılara mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyini bildirsə də, eləcə də, xx.xx.2019-cu il tarixdə sərəncam qəbul edilsə də, işin hallarından görünür ki, 5 ildən artıq müddət ərzində yeni Ticarət Mərkəzi inşa edilməmiş, o cümlədən 2019-cu il tarixdə qəbul edilmiş sərəncam icrasız qalmışdır. Beləliklə də, bu günədək iddiaçılara sökülmüş əmlakının əvəzi olaraq ədalətli kompensasiya ödənilməmişdir. Cavabdeh inzibati orqan, iddiaçıların kompensasiya tələbinə imtina məktubunda və iddia ərizəsinə etirazda söküntünün İcra Hakimiyyəti tərəfindən deyil, söküntü və təmizlik işlərinin aparılması barədə 22 may 2017ci il tarixli müqaviləyə əsasən, Şəhər Təmizlik Departamenti və "xxxx" şirkətinin rəhbəri Rəşid Babayev tərəfindən aparıldığını qeyd etsə də, kollegiya qeyd edilən müqaviləni söküntünün R.Babayev tərəfindən həyata keçirilməsinə dair halı təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Çünki, işin yuxarıda sadalanan halları əksinə, iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən söküldüyünü sübut edir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onların dəyərinin müəyyən edilməsi, iddiaçılar ilə müqavilələrin bağlanması və onlara əmlakların dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə, iddiaçılara məxsus qeyri-yaşayış sahələri qanuna zidd olaraq və onların iradələri əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçıların hüququna qanunsuz müdaxilə edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şəhər icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi müvafiq icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan, cavabdehin nümayəndələrinin şəhərdə keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə əmlakın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi, həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir. Bundan başqa, iddiaçılara zəmanət məktubları verilsə də, ümumilikdə iddiaçılara məxsus mağazaların sökülməsindən 5 il keçməsinə baxmayaraq, yeni ticarət binası tikilərək iddiaçılara sahibkarlara yer verilməmiş, həmçinin onlara kompensasiya da ödənilməmişdir.

33. Kompensasiyanın məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə k ompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi). Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin mülkiyyətçisi “xüsusi və həddən artıq ağır məhdudiyyət yükünə məruz qalarsa”, ədalətli tarazlıq pozulmuş olur. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdiri lməsinə dair” arayışlardan görünür ki, iddiaçılar ilə bağlanmış müqaviləyə əsasən, qeyri-yaşayış sahələrinin qiymətləndirilmə işi aparılmış və arayışlara əsasən, İddiaçı3 məxsus sahəsi 9.0 kv.m olan mağazanın 05 may 2017-ci il tarixə; İddiaçı1 məxsus sahəsi 9.5 kv. m olan mağazanın 06 may 2017-ci il tarixə, İddiaçı2 məxsus sahəsi 9.5 kv. m olan mağazanın 05 may 2017-ci il tarixə; X4 məxsus sahəsi 9.1 kv. m olan mağazanın 13 may 2017-ci il tarixə; sahəsi 9.5 kv. m olan mağazanın 05 may 2017-ci il tarixə və sahəsi 9.5 kv. m olan mağazanın 05 may 2017-ci il tarixə və İddiaçı8 məxsus sahəsi 9.5 kv. m olan mağazanın 06 may 2017-ci il tarixə bazar dəyəri 30000 manat məbləğində müəyyən edilmişdir. Digər iddiaçılara məxsus mağazaların qiymətləndirilməsi aparılmasa da, kollegiya hesab etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahələri eyni ünvanda yerləşdiyindən və eyni ölçüdə olduğundan, həmçinin qiymətləndirilmənin aparıldığı tarixdən bir neçə gün sonra iddiaçılara məxsus əmlakın söküntüsü həyata keçirildiyindən, təkrar qiymətləndirmənin aparılması məqsədəuyğun deyildir. Bu baxımdan, sökülmüş qeyri-yaşayış sahələrinə görə 30000 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

34. Qanunsuz olaraq alınmış torpaq sahəsinə görə 20000 manat məbləğində vəsaitin tutulmasına dair iddia tələbi ilə bağlı kollegiya qeyd etmişdir ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, “Şərq” icarə bazarı ticarət mərkəzinin mağaza sahibləri İddiaçı9 və digərləri cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə və üçüncü şəxslər X5 və X9 qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahəsinin üçüncü şəxslərə verilməsi barədə cavabdehin 25 iyun 2010-cu il tarixli 149 saylı sərəncamının, həmin sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli icarə müqaviləsinin və cavabdehlə üçüncü şəxs arasında bağlanmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin qismən, yəni iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və torpaq sahəsi ilə bağlı üçüncü şəxslərin adına verilmiş çıxarışın və 10 iyun 2010-cu il tarixli texniki pasportun ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2011-ci il tarixli, 2(85)- 1191/2011 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 yanvar 2012-ci il tarixli, 21(105)-09/2012 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, həmçinin, AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 iyun 2012-ci il tarixli, 2-2(102)-243/12 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, 25 iyun 2010-cu il tarixdə cavabdeh ilə üçüncü şəxslər arasında Sumqayıt şəhəri 9-cu mikrorayon “Şərq” bazarı adlanan ərazidə yerləşən 1.08896 ha torpaq sahəsinə aid icarə müqaviləsi və 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsi bağlanarkən cavabdeh tərəfindən həmin torpaq sahəsində iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin də yerləşdiyi, iddiaçıların Sumqayıt şəhər İH başçısının 16 noyabr 1994-cü il tarixli 933 saylı Sərəncamı əsasında həmin ərazidə tikililər tikdiyi və iddiaçıların bir hissəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı nəzərə alınmamışdır. Nəticədə, üçüncü şəxslərə satılan 10889. 6 kv.m torpaq sahəsi iddiaçıların mülkiyyətində olan mağazaların yerləşdiyi torpaq sa həsini də əhatə etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıların torpaq sahəsini almaqda üstünlük hüquqları olmuşdur və torpaq sahəsi satılarkən ilk növbədə cavabdeh tərəfindən onlara təklif olunmalı olduğu halda sonuncu bunu etməmiş, bununla da qanunvericiliyin tələblərini iddiaçılara aid hissədə pozmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsinin 25 fevral 2013-cü il tarixli, **********06 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2011-ci il tarixli, 2(85)-1191/2011 nömrəli qərarının icrası Komitənin xx.xx.2013-cü il tarixli, 47 nömrəli sərəncamı ilə təmin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin altında olan torpaq sahələrini satın almaqda üstünlük hüquqlarına malik olsalar da, onlar tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı aidiyyəti orqana müraciət edilməmişdir və hazırkı vaxtadək həmin torpaq sahəsi dövlət mülkiyyəti olaraq qalmaqdadır. Sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36000 manat vəsaitin cavabdehdən tutulması hissəsində isə kollegiya qeyd etmişdir ki, hazırkı halda, cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçılara əldən çıxmış fayda formasında zərər dəyməsi sübuta yetirilmir. İddiaçıların hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

35. İddiaçılar və cavabdeh həmin qərardan kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsi, iddi açılar iddianın təmin edilməsi, cavabdeh işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. d) kassasiya instansiyası məhkəməsində birinci icraat

36. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev /məruzəçi/, N.İ.Rəsulbəyova və S.Ə.Kərimov) 28 sentyabr 2022-ci il tarixli, 2-1(102)-1630/2022 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2022-ci il tarixli, 2-1(105)-100/2022 nömrəli qərarı iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, qərar iddia tələbinin rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

37. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş arayışlara istinad etməklə, əmlakların bazar qiymətinin necə və hansı üsullarla hesablandığını, bu hesablamaların metodologiyasını ümumiyyətlə araşdırmamış, sadəcə olaraq, arayışlarda olan məlumatı mütləq həqiqət kimi qəbul edərək onların əsasında qərar qəbul etmişdir. Halbuki, apellyasiya məhkəməsi ən azından iddiaçıların sökülmüş əmlaklarının ölçülərindəki (cüzi də olsa) olan fərqləri nəzərə almalı, həmçinin əmlakların sökülməmişdən öncə olan real vəziyyətini, eyni zamanda onların “Şərq bazar” deyilən ərazinin hansı hissəsində yerləşməsini (məlumdur ki, bazar kimi ticarət obyektində alışveriş məsələsi satı ş nöqtələrinin (əmlakın) yerindən çox asılıdır) araşdırılmalı və bunun nəticələrinə əsaslanmaqla qərar qəbul etməli idi. Digər tərəfdən, iş materiallarında cavabdeh tərəfindən iddiaçılara ayrı-ayrılıqda verilmiş zəmanət məktubları da mövcuddur ki, həmin zəmanət məktublarında inşa olunacaq eyni ticarət mərkəzində iddiaçıların mülkiyyətində olan ticarət sahələrinin əvəzinə ölçülərə görə 2, 3 bəzən 4 dəfə daha böyük ticarət sahələrinin veriləcəyi barədə zəmanət verilir. Lakin apellyasiya məhkəməsi sözügedən məsələni ümumiyyətlə araşdırmamışdır, nəticə etibarı ilə də buna dair öz hüquqi mövqeyini bildirməmişdir. Eyni zamanda, öz qərarında cavabdehin xx.xx.2019-cu il tarixli, 343 nömrəli “Ticarət obyektinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə“ Sərəncamına istinad et sə də, iş materiallarında sözügedən sərəncam mövcud deyildir ki, bu da İPM-in 58-ci maddəsinin pozulması anlamına gəlir. Həmçinin, apellyasiya məhkəməsi iddiaçıların hazırkı iddialarını təmin etdiyi halda, onların sökülmüş əmlaka mülkiyyət hüququ ilə bağlı məsələyə münasibət bildirməmiş, buna dair konkret hüquqi nəticəyə gəlməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə, kompensasiyanın məbləğinin ədalətli şəkildə hesablanması üçün mülkiyyətə müdaxilə edilən dövrdə mövcud olan bazar qiyməti əsas götürülməli, eyni zamanda bazar qiymətinin düzgün müəyyən edilməsi üçün həmin dövrdə bağlanılmış alğı-satqı müqavilələrinə istinad olunmalıdır. Bunun üçün isə mülkiyyət obyektinin yer ləşdiyi əraziyə dair bağlanılmış notarial alğı-satqı müqavilələri ilə bağlı notariuslara müraciət edilməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin kompensasiya ilə bağlı qiymətləndirilməsi formalaşmış məhkəmə təcrübəsinə uyğun gəlmir. Beləliklə, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mülkiyyətə müdaxilə olunduğu tarixdə həmin ərazi üzrə ticarət obyektlərinin alqı-satqısına dair bağlanmış notariat müqavilələrini tələb edib tədqiq etməklə, həmin müqavilələrdə təsbit olunmuş qiymətlər əsasında iddiaçıların ticarət obyektlərinin orta bazar qiymətini müəyyən edə və həmin qiymət əsasında kompensasiya hesablaya bilər. Həmçinin, məhkəmə kollegiyası “torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirir k i, bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda olan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. İddiaçıların kassasiya şikayətlərinin faktiki olaraq yeganə dəlili onların sökülmüş əmlaklarının yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməməsinin qanunsuz olması ilə bağlıdır. Lakin bu dəlil əsassızdır, belə ki, sözügedən torpaq sahələri iddiaçıların mülkiyyətində olmamışdır. e) apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

38. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, L.M.Məmmədova və Z.T.Məmmədov) 12 may 2023-cü il tarixli, 2-1(105)-97/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2-1(118)-654/2021 nömrəli qərarı - iddiaçılara məxsus mülklərin cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulan ziyanın əvəzi və itkilərinin kompensasiyası kimi qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin bazar qiyməti kimi 30000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50000 manat vəsaitin cavabdehdən tutulmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qərar qəbul edilmişdir. İddia tələbi qismən təmin edilmiş, iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi qanunsuz hesab edilmiş, İddiaçı9 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, iddiaçı X4 məxsus 3 ədəd qeyriyaşayış sahəsinin sökülməsi ilə əlaqədar 87789,39 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı3 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 28421,01 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı1 məxsus qeyri -yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı7 məxsus qeyri- yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı8 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı10 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı6 məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 28421,01 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat, İddiaçı2 məxsus qeyriyaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat və İddiaçı5 məxsus 2 ədəd qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 56210,44 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

39. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələr inin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onların dəyərinin müəyyən edilməsi, iddiaçılar ilə müqavilələrin bağlanması və onlara əmlakların dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə, iddiaçılara məxsus qeyri-yaşayış sahələri onların iradələri əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçıların hüququna qanunsuz müdaxilə edilmişdir. Kompensasiyanın məbləğinin ədalətli şəkildə hesablanması üçün mülkiyyətə müdaxilə edilən dövrdə mövcud olan bazar qiymətinin düzgün müəyyən edilməsi üçün həmin dövrdə iddiaçılara məxsus mülkiyyət obyektlərinin yerləşdiyi ərazidə qeyri-yaşayış sahələri ilə bağlı təsdiq edilmiş ən azı 10 ədəd alğı-satqı müqaviləsinin təqdim edilməsi üçün 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə, Sumqayıt şəhəri 1 saylı, 3 saylı və 4 saylı notariat ofislərinə müvafiq sorğular göndərilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1848 nömrəli, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 2868 nömrəli, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4374 nömrəli məktubları ilə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahələrinə dair 2017-ci il tarixdə alğı-satqı müqaviləsinin rəsmiləşdirilmədiyi bildirilmişdir. Məhkəmənin növbəti sorğusuna əsasən, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 30 nömrəli, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 100 nömrəli, Sumqayıt şəhəri 4 saylı nota riat ofisinin xx.xx.2023-cü il tarixli 197 nömrəli məktubları ilə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahələrinə dair 2016-2018-ci illər üzrə alğı-satqı müqaviləsinin rəsmiləşdirilmədiyi bildirilmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli 254 nömrəli məktubu ilə 2016-2018-ci illər üzrə elektron informasiya sistemində hər hansı notariat hərəkətinin aşkar edilmədiyi bildirilmişdir. Daha sonra, verilmiş sorğulara əsasən, məhkəməyə Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahələrinə dair 2016-2018-ci illər üzrə göndərilmiş alğı-satqı müqavilələrindən görünür ki, həmin müqavilələrə əsasən satılmış qeyri-yaşayış sahələri Ü.Hacıbəyov küçəsi istisna olmaqla, Sumqayıt şəhərinin müxtəlif ərazilərində yerləşməklə, hə min ərazilərə müvafiq müxtəlif qiymətlər əsasında satılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, kompensasiyanın məbləği torpaq sahəsinə görə yox, onun üzərində yerləşən qeyri-yaşayış sahələrinə görə müəyyən edilməli olduğundan iş materiallarında olan DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlar, yuxarıda adı çəkilən qiymətləndirmə aktı və ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 9.5 kv.m olan qeyriyaşayış sahəsinə dair alğı-satqı müqaviləsində müəyyənləşdirilmiş oxşar qiymətlər əsas götürülməli və iddiaçıların sökülmüş əmlaklarının ölçülərində olan fərqlər nəzərə alınmalıdır. Lakin əmlakların sökülməmişdən öncə olan real vəziyyəti, eyni zamanda, onların “Şərq bazarında” harada yerləşməsinə görə aralarında mövcud olmuş qiymət fərqlərinə dair məhkəməyə sübut təqdim edi lməmiş, həmin əsaslarla göstərilən qeyriyaşayış sahələri arasında qiymət fərqinin əvvəllər mövcud olması işin araşdırılmış halları ilə məhkəmədə müəyyən olunmamışdır.

40. Məhkəmə kollegiyası hesab etmişdir ki, əsas götürülməli olan həmin sənədlərdə sahəsi 9.5 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri 30.000 manat müəyyən edildiyindən, hər 1 kv.m qeyri-yaşayış sahəsinə görə qiymət 3157,89 manat (30.000:9.5=3157,89) məbləğində müəyyən edilməli və müvafiq olaraq sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı9 30000 manat, sahələri 9.2 kv.m, 9.1 kv.m və 9.5 kv.m qeyri-yaşayış sahələrinə görə iddiaçı X4 87789,39 (29052,59+30000+28736,80) manat, sahəsi 9.0 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı3 28421,01 manat, sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı1 30000 manat, sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı8 30000 manat, sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı10 30.000 manat, sahəsi 9.0 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı6 28421,01 manat, sahəsi 9.5 kv.m qeyri-yaşayış sahəsinə görə İddiaçı2 30000 manat, sahələri 8.8 kv.m və 9.0 kv.m olan qeyri-yaşayış sahələrinə görə İddiaçı5 56210,44 (27789,43+28421,01) manat pul kompensasiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

41. Məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan və İddiaçı7 ona məxsus 9.6 k v. m qeyri- yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat tələb etdiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı7 da 9.6 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 30000 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdı r.

42. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi ziyana görə 50000 manat məbləğində kompensasiyanın ödənilməsinə dair hissədə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Əmlaklarının sökülməsinin iddiaçı ların şüurunda mənfi psixi reaksiyaya səbəb olması, onların mənəvi sarsıntı keçirməsi mübahisəsiz haldır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Odur ki, mənəvi zərərin ödənilməsinə dair iddianın tamamilə rədd edilməsi barədə də birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. Lakin məhkəmə kollegiyası mənəvi ziyanın məbləğini tələb olunan məbləğdə deyil, mənəvi zərər kimi iddiaçıların hər birinə ödənilməli olan məbləğin 1000 manat həddində müəyyən olunmasını ədalətli hesab etmişdir.

43. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, iddianın tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

44. Cavabdehin kassasiya şikayətin in dəlilləri ondan ibarətdir ki, iddiaçılara məxsus tikililərin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülərək onlara maddi ziyan vurulduğunu sübuta yetirən dəlil mövcud deyildir. Eyni zamanda, həmin tikililərin sökülməsi barədə də icra hakimiyyəti orqanının hər hansı sərəncamı, inzibati aktı qəbul edilməmişdir. İddiaçılara məxsus olmuş mağazaların hamısı “Şərq bazarı”nda, "xxxx" Şirkəti Ticarət Mərkəzinin mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən həmin mağazalar icra hakimiyyəti tərəfindən deyil, mülkiyyətçi olan ticarət mərkəzi tərəfindən sökülmüşdür. Eyni zamanda, Eyvaz Qocayevin müsahibəsinə istinad edilsə də, sonuncu məhkəməyə dəvət olunaraq ifadəsi alınmamış, onun kimliyi və vəzifəsi araşdırılmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

45. Kassasiya şik ayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.... Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyə tin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həc minin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... Maddə

153. Mülkiyyət hüququnun subyektləri... 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətl əri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əm lak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə

210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə

211. Mülkiyyət hüququna xitam verildikdə əm lakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zə rərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərə rin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

68. Məhkəmə qərarının əsası... 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidə n baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəm ədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisəl ərə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

53. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iddiaçılar İddiaçı9, İddiaçı7, İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı3 və İddiaçı10 hər birinin mülkiyyətində 1 mağaza, iddiaçı X2 mülkiyyətində 3 mağaza, İddiaçı5 isə mülkiyyətində 1, faktiki istifadə və sahibliyində isə 1 mağaza, o cümlədən İddiaçı6 faktiki istifadə və sahibliyində 1 mağaza olması, faktiki olaraq həmin qeyri-yaşayış sahələrinin sökülməsi və söküntü ilə bağlı iddiaçılara kompensasiya ödənilməməsi işin mübahisələndirilməyən halıdır.

54. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçılar mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən söküldüyünü, lakin bunun qarşılığında onlara nə yeni qeyri-yaşayış sahəsi, nə də kompensasiya verilmədiyini iddia edirlər. Cavabdeh inzibati orqan isə söküntünün icra hakimiyyəti tərəfindən deyil, həmin qeyriyaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin mülkiyyətçisi tərəfindən söküldüyünü əsas gətirməklə iddiaçıların tələbinin təmin olunmasından imtina etmişdir.

55. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hal larına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin sökülməsinin qanunsuz hesab edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırması və gəldiyi nəticə qanuni və əsaslıdır.

56. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılardan 10 və 11 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı6, 4 və 5 nömrəli mağazaların mülkiyyətçisi İddiaçı5, 8 və 9 nömrəli mağazaların mülkiyyətçisi X4 xx.xx.2017-ci il tarixli zəmanət məktubları təqdim edilərək bildirilmişdir ki, şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerinə müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırd a mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə, mülkiyyətlərinə 36 kv.m təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmaları xahiş olunmuşdur. Həmçinin, cavabdeh tərəfindən iddiaçılardan 3 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı1, 36 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı7, 16 nömrəli mağazanın mülkiyyətçisi X4, 54 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı9 və 61 nömrəli mağazanın mülkiyyətçisi İddiaçı8 da eyni məzmunlu zəmanət məktubları təqdim edilərək, mülkiyyətlərində olan 9 kv.m ticarət sahəsinin əvəzinə, mülkiyyətlərinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi bildirilmişdir.

57. Eyni zamanda, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 nömr əli “Ticarət obyektlərinin yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi barədə” sərəncamından görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ticarət sırası obyekt sahiblərinin (66 nəfərdən ibarət) müraciətlərini, mövcud ticarət sırasında olan obyektlərin uzun müddətli istismarı nəticəsində fiziki aşınmaya məruz qaldığını, yararsız vəziyyətə düşdüyünü, memarlıq və estetik baxımdan müasir tələblərə cavab vermədiyini və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq: Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən memarlıq baxımından müasir tələblərə cavab verməyən ticarət sırasında olan obyektlərin istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir tələblərə cavab verə biləcək memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsi nə icazə verilməsi... qərara alınmış, ticarət obyektlərinin sahiblərinə ticarət obyektlərinin yenidən qurulması üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının aidiyyəti qurumlarla həll edilməsi; ərazinin sanitar vəziyyətinə nəzarət edilməsi.....tapşırılmışdır.

58. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçılara ünvanlanmış zəmanət məktubları, internet informasiya ehtiyatlarında yerləşdirilən materiallar, habelə cavabdehin xx.xx.2019-cu il tarixli sərəncamı ilə təsdiq olunur ki, iddiaçılara məxsus olan qeyri-yaşayış sahələri məhz Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş, yeni Ticarət Mərkəzi inşa edilməmiş, o cümlədən 2019-cu il tarixdə qəbul edilmiş sərəncam icrasız qalmışdır. Beləliklə də, hazırkı vaxtadək iddiaçılara sökülmüş əmla kın əvəzi olaraq ədalətli kompensasiya ödənilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onların dəyərinin müəyyən edilməsi, iddiaçılar ilə müqavilələrin bağlanması və onlara əmlakların dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə, iddiaçılara məxsus qeyri-yaşayış sahələri onların iradəsi əleyhinə cavabdeh tərəfindən sökülmüş və iddiaçıların hüququna qanunsuz müdaxilə edilmişdir.

59. Məhkəmə kollegiyası kompensasiyanın məbləğinə, hesablama qaydasına, habelə, mənəvi zərərin ödənilməsi hissələrinə münasibətdə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan tələblər üzrə müvafiq sorğular verilməklə araşdırma aparılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu istiqamətdə apardığı araşdırmanı yetərli sayaraq, müəyyən olunmuş kompensasiyanın və mənəvi zərərin məbləğləri ilə razılaşır.

60. Sonda məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçılara məxsus tikililərin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökülərək onlara maddi ziyan vurulduğunu sübuta yetirən dəlil olmadığını bildirsə də, iş materiallarında olan və hazırkı iddianın hüquqi əsasını təşkil edən Sumqayıt rayon İHB-nın sərəncamı, inzibati orqanın zəmanət məktubları iddiaçılara məxsus tikililərin Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sökül düyünü təsdiq edir. Eləcə də qeyd edilməlidir ki, icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi müvafiq icra hakimiyyətinin məsuliyyət sferasına aiddir. Bu baxımdan, cavabdehin nümayəndələrinin şəhərdə keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə əmlakın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi, həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir.

61. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələnd irilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 may 2023-cü il tarixli, 2-1(105)-97/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar