Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-180/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-180/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X3 rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanaraq fərqin ö dənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)2044/2018 saylı qərarından cavabdeh Dövlət Sosial X3 rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 25 ildən artıq prokurorluq orqanlarında xidmət edərək, xxx 2010-cu ildən pensiyaya çıxdığını, pensiya hesablanan zaman prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək h aqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın daxil edilmədiyini, bununla bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxx 2018-ci il tarixli məktubla "X1 Keçmə haqqinda" Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, 20.9-cu maddəsinə əsasən müalicə olunmaları ilə əlaqədar olaraq ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və 21.4-cü maddəsinə əsasən onlara hər il əmək haqqının ikiqat həcmində az olmayaraq maddi yardım verilməsi haqqında bir rəsmi sənəd olmadığından, pensiyanın məbləğinə yenidən baxmaq mümkün olmadığın a, həmçinin işlədiyi dövrdə əmək haqqına ərizədə qeyd etdiyi müavinətin və maddi yardımların hesablanmadığına istinad etməklə, müraciətindən imtina etdiyini bildirərək, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar olaraq ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqını ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2-1(81)-2671/2018 saylı qərarı i lə iddia tələbi təmin edilərək, İddiaçı X1 etmiş şəxs kimi ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində müalicə pulu, məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım məbləği nəzərə alınmaqla, pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim - M.Hacıbəyova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-2044/2018 saylı qərarı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial X3 rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü, 20.8-ci maddələrinə əsasən 1985-2010-cu illər ərzində prokurorluq orqanlarında tutduğu vəzifələr üzrə əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq xxx 2006-cı il tarixdən əmək pensiyası təyin edilmiş, İddiaçı Fondun Ya samal rayon şöbəsinə müraciət edərək, prokurorluq orqanlarında aldığı əmək haqqının orta aylıq məbləğinə yenidən baxılaraq pensiyasının hesablanmasını xahiş etmiş, İddiaçı əmək pensiyası prokurorluq orqanlarında qulluğun ardıcıl gələn 60 ayı ərzindəki (1985-2010) əmək haqqının orta aylıq məbləği əsas götürülməklə hesablanmış, qanunvericilikdə pensiya təyin edildikdən sonra prokurorluq orqanlarında qulluğuna xitam verilmiş və ya hal-hazırda işləyən şəxslərin pensiyasının yenidən hesablanması, şəxsin həmin dövrdə aid mükafat və ya digər gəlirlərin alınması barədə müvafiq orqandan arayış təqdim etdiyi təqdirdə mümkünlüyü nəzərdə tutulmuş, iddiaçının əmək pensiyası hüququ xxx 2010-cu il tarixindən yaranmış və həmin tarixdən də pensiyanı alır. İddiaçı və vəkili Hacılı Ramiz İmran oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilm iş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Hacılı Ramiz İmran oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-2044/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1957-ci il tarixdə anadan olmu ş İddiaçı, xxx 1985-ci ildən xxx 2010-cu ilədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə (prokuror, böyük prokuror, rayon prokuroru) işləmiş, Dövlət Sosial X3 rayon şöbəsinin xxx 2010-cu il tarixli qərarına əsasən iddiaçıya 1424,08 manat faktiki orta aylıq əmək haqqının 80%i həcmində 1139,26 manat məbləğində pensiya təyin edilmiş, iddiaçı, əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, 20.04.2018-ci il tarixli məktubla iddiaçıya "X1 keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, 20.9-cu maddəsinə əsasən müalicə olunmaları ilə əlaqədar olaraq ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və 21.4-cü maddəsinə əsasən onlara hər il əmək haqqının ikiqat həcmində az olmayaraq maddi yardım verilməsi haqqında bir rəsmi sənəd olmadığından, pensiyanın məbləğinə yenidən baxmaq mümkün olmadığına, həmçinin işlədiyi dövrdə əmək haqqına ərizədə qeyd etdiyi müavinətin və maddi yardımların hesablanmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyətı olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər, iddiaçıya xxxx 2010-cu il tarixdən pensiya təyin edilsə də, cavabdeh tərəfindən “X1 keçmə haqqında” Azərbaycan Respubli kası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ona münasibətdə tətbiq edilməmiş, əmək pensiyası yenidən hesablanmamış, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış xxxx 2018-ci il tarixli məktubunda “X1keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə uyğun olaraq prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar hər biri üçün ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətin verilməsi, həmin ödənişlərin 2007-ci ildən sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilməsi, həmçinin Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilməsi bildirilsə də, cavabdeh inzibati orqan tərəfindən i ddiaçıya prokurorluq orqanlarında uzun illər xidmət etməsi ilə əlaqədar pensiya təyin edilərkən “X1 keçmə haqqında” Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş imtiyazlar nəzərə alınmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri; Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tut ulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta avlıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “X1 keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Qanunun 2.0.14-cü maddəsinə əs asən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə görə əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhkəmələr iş materiallarına istinad etməkləiddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən iddiaçıya prokurorluq orqanlarında uzun illər x idmət etməsi ilə əlaqədar pensiya təyin edilərkən “X1 keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş imtiyazların nəzərə alınmadığını, beləliklə, iddiaçının pensiyasının hesablanması zamanı həmin normaların pozuntusuna yol verildiyini nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, məhkəmə tərəfindən tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verilmədiyi barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 21(103)-2044/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-1(103)-2044/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya
Məhkəmə qərarları › İş №2-1(102)-180/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-180/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver