Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-180/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( iddia mümkünsüz, subyektiv hüquq, icarə müqaviləsinin bağlanması mülki xarakterli mübahisədir ) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Zaqatala şəhərində yerləşən Ulu Öndər Heydər Əliyev adına istirahət parkının əsas giriş qapısının sağ tərəfində yerləşən kafenin (Alqida) ona icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələb inə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-576/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı "“Zaqatala şəhərində yerləşən Ulu Öndər Heydər Əliyev adına istirahət parkının əsas giriş qapısının sağ tərəfində yerləşən kafenin (Alqida) ona icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2010-cu ildə Zaqatala rayon sakini xxxx ona təklif etmişdir ki, Zaqatala rayonu Heydər Əliyev parkında yerləşən kafeni (Alqida) birgə işlətsinlər. İddiaçı da onun bu təklifi ilə razılaşmışdır. Kafe rəsmi şəkildə qeydiyyata alınmadığından, həmçinin bir-birilərinə inandıqlarından aralarında hər hansı rəsmi razılaşma və ya müqavilə olmamışdır. Bu razılaşma ilə əlaqədar kafenin genişləndirilməsi və təmir edilməsi üçün ümumilikdə 23840 manat məbləğində vəsait xərcləmiş, kafeyə qoyulan xərclər xeyli miqdar təşkil edəndən sonra xxxxa dəfələrlə təklif etmişdir ki, rəsmi müqavilə bağlasınlar, lakin o, hər dəfə müxtəlif bəhanələrlə bu təklifdən imtina etmiş, sonradan isə iddiaçını həmin kafeyə yaxın buraxmamış və kafeni başqa şəxslərin istifadəsinə vermişdir. Kafeyə dair dövlət orqanlarında hər hansı qeydiyyat aparılmadığından, tərəf lər arasında yaranmış məhkəmə mübahisəsində bu iddiaçı üçün çətinliklər yaratmış və uğursuzluğa düçar olmuşdur. Məsələ Ali Məhkəməyə qədər gedib çıxmış, lakin dövlət orqanlarından verilən sorğulara tam dolğun cavab alınmadığından tərəfindən icraatın dayandırılması xahiş olunmuşdur. Məhkəmə zamanı isə xxxx rəsmi şəkildə bildirmişdir ki, mübahisəli kafeyə heç bir aidiyyəti yoxdur. Aidiyyəti dövlət orqanlarının rəhbər vəzifəli şəxslərinə çoxsaylı şikayət ərizələri ilə müraciət edib qəbullarda olandan sonra onu Vergilər Nazirliyində yüksək vəzifəli şəxslər qəbul etmiş və 2017-ci ilin iyun-iyul aylarında məlum olmuşdur ki, Ulu Öndərin adını daşıyan park və orada yerləşən kafe (Alqida) Mədəniyyət və Turizm Nazirliyinin balansından çıxarılaraq Cavabdeh balansına keçmişdir. Belə olan halda qərara gəlmişdir ki, əgər sözügedən kafe İcra Hakimiyyəti tərəfindən icarəyə verilirsə, onda kafeyə xeyli miqdarda maddi vəsait qoymuş şəxs olaraq həmin kafenin icarəyə verilməsi ilə bağlı Cavabdehnə müraciət etsin. Belə ki, qeyd olunan kafeyə dair icarə müqaviləsi bağlanılmasında üstünlük hüququ var. Yuxarıda qeyd olunan vəziyyətlə bağlı bir neçə dəfə Cavabdehnə müraciət etmiş, lakin sonuncu dəfə Yasamal Rayon Məhkəməsi tərəfindən cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Həmin sorğuya xx xxxx 2019-cu il tarixli 8/435 nömrəli cavab məktubunda qeyd edilir ki, göstərilən tikili ilə bağlı mübahisə mövcud olduğu üçün həmin ərazidə səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətinin həyata keçirilməsinə icazə verilməmişdir. Belə ki, mülki mübahisə öz həllini tapmamışdır. Lakin həmin obyekt bu gün h eç bir vergi orqanında qeydiyyatdan keçməyərək qeyri-qanuni fəaliyyətə başlamışdır. Bu günkü gündə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya və Yasamal Rayon Məhkəməsinə məktub ünvanlanaraq həmin obyektin fəaliyyət göstərmədiyi deyildiyi halda, kimlərinsə həmin obyekti qeyriqanuni işlətməsi hüquqlarını kobud şəkildə pozduğundan sonuncu dəfə də inzibati orqana müraciət etmiş və 9/665/M-68 nömrəli xx xxx 2019-cu il tarixli məktubla müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtina məktubu formal xarakter daşıyır. Belə ki, yalnız əsaslandırılmamış bir cümlə ilə ona imtina cavabı verilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə xx.xx.2019-cu il tarixli etiraz göndərərək iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, Heydər Əliy ev adına Mədəniyyət və İstirahət parkı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olduğu zaman iddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsi həmin dövrdə ilkin razılaşdırma əsasında rayon sakini X4 tərəfindən tikilmiş, "Azərmemarlayihə" dövlət baş layihə institutu tərəfindən tikintinin eskiz layihəsi təsdiq edilmişdir. Daha sonra həmin obyektin fəaliyyəti ilə əlaqədar xxxx və İddiaçı arasında mülki mübahisə yaranmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(033)- 251/2014nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh xxxxa qarşı obyektin fəaliyyəti ilə əlaqədar xərclədiyi 23840 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2017-cı ıl tarixli 147 nömrəli q ərarı ilə Mədəniyyət və İstirahət parkı Rayon İcra Hakimiyyətinin tabeçiliyinə verilmişdir. Hazırda həmin tikiliyə dair hüquq müəyyənedıcı sənədlər olmadığı üçün müvafiq sənədləşmə işləri aparılır. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması xahiş edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-964/2019 saylı qərardadı ilə (hakim İ.H.Cabbarov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqları pozulmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti vermiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-576/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərardadı (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və M.R.Hüseyn ov) ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-964/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-576/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına və mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Belə ki, iddiaçı mübahisə ilə əlaqədar bir neçə dəfə Cavabdehnə müraciə t etmişdir. Bununla bağlı Yasamal Rayon Məhkəməsi tərəfindən də cavabdeh inzibati orqana sorğu ünvanlanmışdır. Həmin sorğuya xx xxxx 2019-cu il tarixli, 8/435 nömrəli cavab məktubunda və müxtəlif vaxtlarda iddiaçıya göndərilən cavab məktublarında qeyd edilir ki, göstərilən tikili üzərində mübahisə mövcud olduğu üçün həmin ərazidə səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətinin həyata keçirilməsinə icazə verilməmişdir. Lakin cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2019 və xx.xx.2019-cu il tarixli məktublarda mübahisə predmeti olan kafenin X4 tərəfindən tikildiyi, hər il həmin tikilinin onun tərəfindən təmir olunduğu, həmin tikili üzərində hüquqmüəyyənedici sənədlər olmadığı üçün sənədləşmə işləri aparıldığı və 2010-cu ildən bu günədək ilkin razılaşma əsasında həmin mübahisə obyektinin xxxx tərəfindən istifadə edildiyi göstərilmişdir. xxxxla iddiaçı arasında olan mülki mübahisə öz həllini tapmamışdır. Məsələ Ali Məhkəməyə qədər gedib çıxmış, lakin dövlət orqanlarından verilən sorğulara tam dolğun cavab alınmadığından iddiaçı tərəfindən icraatın dayandırılması xahiş olunmuşdur. Hər iki məhkəmə instansiyasında Yasamal rayon məhkəməsində şahidlərin izahat verərək mübahisəli obyektə iddiaçının külli miqdarda maddi vəsait sərf etdiyini bildirməsinə baxmayaraq həmin məhkəmədən qeyd olunan izahatlar tələb olunmamışdır. Daha sonra qeyd edilir ki, mübahisə edilən obyekt bu gün heç bir vergi orqanında qeydiyyatdan keçməyərək qeyri- qanuni fəaliyyət göstərir. Bu günki gündə cavabdeh inzibati orqan iddiaçıya və Yasamal Rayon Məhkəməsinə məktub ünvanlayaraq həmin obyektin fəaliyyət göst ərmədiyini bildirdiyi halda, xxxxun həmin obyekti qeyri-qanuni işlətməsi iddiaçının hüquqlarını kobud şəkildə pozur. Məktubların məzmununda olan ziddiyyətlər onu göstərir ki, cavabdeh inzibati orqan kafenin iddiaçıya yox, xxxxa icarəyə verilməsində maraqlıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə göndərilmiş məhkəmə bildirişində məhkəmə iclasında nümayəndəsinin iştirak etmədiyi halda da işə baxılmasın ın və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində (İPM-in 94.1ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın qəbul etdiyi qərar, eləcə də hər han sı digər hərəkət və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etd iyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Zaqatala şəhər sakinlər olan iddiaçı ilə xxxx arasında müraciətdə qeyd olunan qeyri-yaşayış obyekti ilə bağlı yaranmış mübahisə mülki xarakterli olmaqla məhkəmə baxışının predmetidir və hazırda məhkəmənin icraatındadır. Tərəflərin razılığı ilə mülki mübahisə həll edildikdən sonra həmin qeyriyaşayış obyektinin səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti göstərməsi üçün icarəyə verilməsinə ümumi tələblər əsasında baxıla bilər. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Zaqa tala şəhəri Həzi Aslanov küçəsi 27 B nömrəli evdə yaşayan X4 tərəfindən tikilmişdir və hər il həmin tikilinin təmiri xxxx tərəfindən aparılmışdır. İddiaçı heç bir əsas olmadan həmin tikilinin onun icarəsinə verilməsinə dair iddia qaldırmışdır. Odur ki, məhkəmədən işə iştirakı olmadan baxmağı və X2 iddiasının əsassız olduğu üçün rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 8/1292 nömrəli məktubunda Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olduğu zaman iddia ərizəsində göstərilən qeyri-yaşayış sahəsinin həmin dövrdə rayon sakini X4 tərəfindən tikildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2017-ci il tarix li 147 nömrəli qərarı ilə Mədəniyyət və İstirahət parkının Rayon İcra Hakimiyyətinin tabeçiliyinə verildiyi, həmin tikili ilə bağlı hüquqmüəyyənedici sənədlər olmadığı üçün müvafiq sənədləşmə işlərinin aparıldığı, xxxxun “Azərmemarlayihə” dövlət baş layihə institutunda tikintinin eskiz layihəsini təsdiq etdirdiyi, 2010-cu ildən bu günədək ilkin razılaşma əsasında qeyri-yaşayış sahəsinin xxxx tərəfindən istifadə oldunduğu bildirilmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır....subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yaln ız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağıdakılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunm a prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hazırkı tələbi üzrə müvafiq subyektiv hüquqa malik deyil. Qanunvericiliyin qeyd edilən normalarından da göründyü kimi, hazırkı işdə iddiaçı iddia qaldırılma sı üçün müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququnun pozulub-pozulmadığını sübut edə bilməmişdir. Belə ki, iddiaçı obyektin (hazırkı halda Zaqatala şəhəri Heydər Əliyev adına istirahət parkında yerləşən “Alqida” adında kafenin) ona icarəyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Lakin həmin obyektin barəsində hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanlanmış məktublarından görünür ki, sözügedən tikili üzərində hüquqmüəyyənedici sənədlər mövcud deyil, müvafiq sənədləşmə işləri indi aparılır. Belə olan halda, iddiaçının rəsmi reyestrdə qeydə alınmayan obyektin barəsində onunla icarə müqaviləsinin bağlanılmasını tələb etməs i qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, iddiaçının tələbi onunla icarə müqaviləsinin bağlanmasıdır ki, həmin tələb inzibati xarakterli olmadığı üçün inzibati icraat qaydasında baxılması yolverilməzdir. İcarə müqaviləsinin bağlanmasının əsasları mülki qanunvericiliklə tənzimlənir. Ona görə də həmin iddialara mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələrində baxılmalıdır. Buna uyğun olaraq iddiaçı eyni iddia ilə mülki icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəmə qismində Zaqatala Rayon Məhkəməsinə müraciət etməli olduğu halda, inzibati icraat qaydasında Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş, bununla da səhvə yol vermişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzər də tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından həmin qərardadın ləğv edilməsi və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apel lyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tuturaq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-576/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-180/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-180/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver